Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                       
23-07-2024, 08:23
ŞƏKİDƏ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ LAYİHƏSİ İCRA OLUNUB


ŞƏKİDƏ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ LAYİHƏSİ İCRA OLUNUB

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “''Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində 20 iyul 2024-cü ildə qaim-qədim Şəkidə, Şəki şəhər Dövlət Regional Kollecində növbəti konsert tədbiri keçirilib.
Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi anılaraq, dövlət himni səsləndrilib. "Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq, tədbirin mahiyyətindən danışdı. Bildirdi ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü ilin noyabrın 26-da keçirilən iclasında Azərbaycanın kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan xalqı üçün böyük uğurdur. Təbii ki, burada Heydər Əliyev Fondunun prezdenti, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondu həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi. Bu il həmin əlamətdar hadisənin 10 illiyidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır. Bu münasibətlə Mirvarid Dilbazi Poeziya Məclisi layihə çərçivəsində Gəncədə, Qazaxda, Şəkidə, Şamaxıda və Bakıda konsert proqramları keçirir və qədim kəlağayılar sərgilənir. Güllü Eldar Tomarlı Maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. Belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun papuliyarlığını daha da artıracaqdır.
Sonra söz, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğluna verilib. O, çıxışında qeyd etdi ki, Şəki Azərbaycanın ən qədim şəhərlərindəndir. Bu səbəbdən Şəki şəhəri qədim memarlıq və tarixi abidələrlə zəngindir. Şəki kəlağayı istehsalının dünyaya yayıldığı bir coğrafi məkandır. Bu gün də ipəkçilik və kəlağayı istehsalı Şəkidə davam etdirilir. Kəlağayımızın milli-mənəvi dəyərimiz olmasını onu nəsillərdən nəsillərə qiymətli bir əmanət kimi təqdim edilməsini təbliğ etməyə böyük ehtiyac vardır. Mirvarid Dilbazi Poeziya Məclisi bu yolda böyük işlər görür. Buna kəlağayı ədəbiyyatının yaranmasını misal göstərmək olar. Birliyin təşəbbüsü ilə kəlağayı haqqında beş kitab işıq üzü görüb. Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atıb. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirərək, qədim kəlağayıların sərgisini təşkil edib. Vüsal Sehranoğlu ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsinə maddi dəstək göstərdiklərinə QHT Agentliyinə minnətdarlığını bildirib.

Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayının Şəkidə istehsalının inkişafından, toy-düyünlərimizdə bu gün də necə istifadə olunmasından maraqlı açıqlamalar verib.
Daha sonra Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AYB-nin Şəki Filialının rəhbəri, şair Vaqif Aslan, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin şöbə müdiri Fərqanə Salamova, 3 nömrəli Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, Sabahinfo saytının əməkdaşı Elnarə Həziyeva, şairlərdən Əfsanə Rəvan, Gülarə İnci, Zaur Səfərov və başqaları çıxış edərək, tədbirin mahiyyəti, önəmi və vacibliyindən danışdılar. Bildirdilər ki, xalqın tarixi keçmişinə aid olan geyimləri onun mədəniyyətini öyrənmək üçün əsas mənbələrdən sayılır. Hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və etnoqrafik xüsusiyyətindən xəbər verməklə yanaşı, onun nə qədər qədim tarixi keçmişə sahib olmasına əyani sübutdur. Milli-mənəvi dəyərlərin təbliği yolunda Mirvarid Dilbazi Poeziya Məclisinə və maddi dəstək göstərən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıqlarını bildirdilər.
Aşıq Solmaz Kosayeva, Vüqar Hüseynov, Anar Yusifzadə, aşıq Yaşar Cavadov və şagirdləri - Həqiqət Əliyeva, Əli Məmmədov saz ifaları ilə iştirakçılara xoş ovqat bəxş etdilər.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, ''Kəlağayı Ev Muzeyi''-nin direktoru, lahiyə rəhbəri Güllü Eldar Tomarlı dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstəyə görə Şəki Rayon İcra Hakimiyyətinə, Şəki şəhər Dövlət Regional Kollecinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.







22-07-2024, 21:43
Prezident Şuşada səsləndirdiyi fikirlər ərəb mediasında


Prezident Şuşada səsləndirdiyi fikirlər ərəb mediasında

Ərəb ölkələrinin aparıcı media orqanları Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirlərə geniş yer verib, eləcə də forumda müzakirə edilən mövzulara toxunublar.
Birləşmiş Ərəb Əmirliklərinin WAM, Misirin MENA, Sudanın SUNA rəsmi xəbər agentlikləri, eləcə də digər informasiya portalları yaydıqları informasiyalarda Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda tarixi transformasiyanın, tarixi-geosiyasi dəyişikliklərin baş verdiyini bildirdiyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin müasir tariximizdə mühüm hadisə adlandırıb.
Dövlətimizin başçısının ölkəmizin beynəlxalq əlaqələri, noyabrda Bakıda keçiriləcək COP29, Azərbaycanın iqlim dəyişmələri və yaşıl enerjiyə keçidlə bağlı məsələlərdə fəaliyyəti, eləcə də Ermənistanla normallaşma prosesi barədə fikirləri materialların ana xəttini təşkil edib.
Mavritaniya Xəbər Agentliyi, Misirin “Əxbar əl-yaum”, “əl-Əhram”, “əl-Yaum əs-sabi”, Mərakeşin “Parlament”, “Hurra press” saytları da Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışından sitatlar gətirib, eyni zamanda, oxucularını Qlobal Şuşa Media Forumunda müzakirə edilən məsələlərlə tanış ediblər.
22-07-2024, 20:53
Sürət qatarı azyaşlını vurdu


Sürət qatarı azyaşlını vurdu

22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.
ADY-dən verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
"Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən həyatını itirib.
Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırıb: "Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar".
22-07-2024, 19:46
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi


Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.
Nazirlər Kabinetindən bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində istilik enerjisi təchizatı sahəsində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq məsələləri, istilik təchizatını təmin edən qazanxana və istilik məntəqələrinin istismara hazırlıq vəziyyəti, habelə istilik xidmətlərinin göstərilməsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və qarşısında duran vəzifələr və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri iştirak edib, məruzələr dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunaraq, aidiyyəti qurumlara istilik xidmətlərinin keyfiyyətinin artırılması, istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi, istilik təchizatında fasilələrin yaranmaması, həmçinin digər təcili və təxirəsalınmaz addımlarla bağlı müvafiq tapşırıqlar verilib.
22-07-2024, 18:27
Oğuzda faciə: 11 yaşlı qız boğulub öldü


Oğuzda faciə: 11 yaşlı qız boğulub öldü

Oğuz rayonunda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.
Hadisə bu gün rayonun Yemişənli kəndində baş verib.
Belə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və 11 yaşlı qız ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
22-07-2024, 18:00
Rəsmi Bakıdan Aİ-nin Ermənistana hərbi yardım qərarına reaksiya


Rəsmi Bakıdan Aİ-nin Ermənistana hərbi yardım qərarına reaksiya

"Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür".
Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı suala cavabında deyib.
Ayxan Hacızadə bildirib ki, Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək:
"Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik.
Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək".
Qeyd edək ki, 22 iyul tarixində Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub.
22-07-2024, 17:50
Narkotik çəkib maşın sürdü, piyadanı vurdu


Narkotik çəkib maşın sürdü, piyadanı vurdu

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilsə də, sürücü polisin qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınan zaman piyada, 1962-ci il təvəllüdlü rayon rakini Raqif Hüseynovu vuraraq oradan uzaqlaşıb.
Keçirilən tədbirlər nəticəsində sürücü Hüseyn Abbasov və avtomobildə olan sərnişin əvvəllər məhkum olunmuş Kənan Məmmədov saxlanılıblar. K.Məmmədovdan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq K.Məmmədovdan Daşkəsən rayonu ərazisində gizlətdiyi 125 qram narkotik vasitə heroin də aşkar olunaraq götürüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir
22-07-2024, 17:47
Sülhdən əvvəl yaxşı qonşuluq - Bakıdan İrəvana mühüm təklif


Sülhdən əvvəl yaxşı qonşuluq - Bakıdan İrəvana mühüm təklif

Azərbaycan Ermənistan tərəfinə təklif edib ki, müvəqqəti yanaşma olaraq biz iki ölkə arasındakı qonşuluq münasibətlərinin əsasını təşkil edə bilən əsas prinsiplər məsələsində də razılığa gələ bilərik. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
"Buna aralıq sülh müqaviləsi deməzdim. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə bütövlükdə sülh prosesinin əsasını təşkil edən prinsiplərin təşəbbüskarı da Azərbaycan tərəfi idi", - o qeyd edib.
Qonşuluq münasibətləri ilə bağlı sözügedən təklif sülh müqaviləsinin imzalanması prosesi sürətlənə bilərmi?
Təkliflə bağlı danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, burada söhbət ilkin razılıq sazişindən gedir:
“Bəllidir ki, iki ölkə arasında olan problemlərin həllinə nail olmaq üçün aylar, bəlkə də illər lazımdır. Məsələn sərhədlərin müəyyən edilməsi, delimitasiya və demarkasiya prosesi, kommunikasiyaların normallaşması, humanitar problemlərin həll olunması, hüquqi məsələlərin həlli vacibdir. İlkin mərhələdə gələcək sülh danışıqlarına dair hansısa prinsiplər müəyyən oluna bilər. Bu barədə razılığın əldə edilməsi mümkündür. Hər halda cənab Prezident bildirib ki, sülh sazişi mətninin 80-90%-i hazırdır. Bu sülhə aparan yolun başlanğıcı kimi qəbul oluna bilər. Orada da bəzi problemlər var ki, öz həllərini tapmalıdır",
O qeyd edib ki, sülh üçün Ermənistanın müəyyən qanunlarının ləğvi barəsində öhdəlik götürməlidir: "Biz başa düşməliyik ki, bu sülhün təmin edilməsi yox, bu istiqamətdə bir sıra məsələlərin həll edilməsi barəsində saziş ola bilər. Bu da sülh prosesində vacib mərhələdir. Bir çox hallarda bu münaqişədə olan tərəflər arasında bu cür yanaşma tətbiq olunur”.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov da saziş üçün Ermənistanın addımlar atmalı olduğunu vurğulayıb:
"Prezident İlham Əliyev də bildirmişdi ki, sülh sazişi üzərində iş aparılır. Aparılan işlər bitiriləndən sonra əsas şərt Ermənistanın öz konstutisiyasını təmizləməlidir. Sülhün əldə edilməsi üçün əvvəlcə Ermənisrtan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və konstutisiyasında da buna uyğun düzəliş etməlidir”.
22-07-2024, 17:31
Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verildi - FOTO


Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verildi - FOTO

Xaçmaz rayonunun Nabran qəsəbəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) “Təhsil” istirahət mərkəzinin yeni tikilən korpusu istifadəyə verilib.
Açılışı olan üçmərtəbəli korpusda ümumilikdə 45 otaq var. Otaqlardan 12-si üç nəfərlik, 33-ü isə beş nəfərlikdir. Bütün otaqlar kondisioner, televizor və soyuducu ilə təchiz olunub.
Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri iştirak ediblər.
Yeni korpusla yanaşı istirahət mərkəzinin ərazisində tikilən müasir 2 kottec də istifadəyə verilib. Kotteclər ikimərtəbəlidir və hər kottec 10 nəfər üçün nəzərdə tutulub (ümumilikdə 20 nəfər). Kotteclərdə turistlərin rahat dincəlməsi üçün hər cür zəruri şərait yaradılıb.
Bunlardan başqa, istirahət mərkəzinin ərazisində turistlərin istirahəti üçün daha bir hovuz tikilib. İki hissədən ibarət olan hovuz böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Hovuz vaxtaşırı təmizlənib dərmanlanır, xlorlama və dezinfeksiya işləri aparılır. Həmçinin istirahət məkanının yeməkxanası və mətbəxi də yenidən təmir olunaraq genişləndirilib. İstirahətdə olanlar burada milli və Avropa mətbəxinin müxtəlif təamlarından dadırlar.
2013-cü ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini əhatə edir. Buraya yeni tikililərlə birlikdə üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar (ümumilikdə 3), ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət edə bilir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir.





22-07-2024, 17:22
Jalə Əhmədova geri çəkildi: deputatlığa namizəd olmayacaq


Jalə Əhmədova geri çəkildi: Deputatlığa namizəd olmayacaq

Milli Məclisin VI çağırış deputatı Jalə Əhmədova sentyabrın 1-də keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə onun köməkçisi sorğusuna cavab olaraq bildirib.
Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan seçki dairəsindən deputat seçilib.
O, VI çağırış Milli Məclisdə İnsan hüquqları, Gənclər və idman komitələrinin üzvü olub.
Qeyd edək ki, deputatın köməkçisi onun namizəd olmayacağı barədə məlumatı əvvəlcə təsdiq, daha sonra təkzib edib. Ardınca onun köməkçisi Modern.az-la əlaqə saxlayaraq Jalə Əhmədovanın namizəd olmayacağı barədə qərar qəbul etdiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!