"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
29-08-2024, 17:27
Tramp Mark Zukerberqi hədələdi


Tramp Mark Zukerberqi hədələdi

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp bəyan edib ki, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq 2020-ci il seçkiləri zamanı ona qarşı sui-qəsd hazırlayıb.
Bu barədə nüfuzlu “Politico” nəşri yazıb.
Nəşr Trampın sentyabrın 3-də nəşr olunacaq “Amerikanı xilas etmək” kitabına istinad edib.
Siyasətçi birinci müddətinin sonunda Zukerberqlə görüşündən danışıb. Onun sözlərinə görə, “Meta” şirkətinin rəhbəri 2020-ci ildə həyat yoldaşı ilə Ağ Evin Oval kabinetinə şam yeməyinə gəlib, lakin eyni zamanda, prezidentə qarşı əsl sui-qəsd planlaşdırıb.
Trap Zukerberq və həyat yoldaşı Priscilla Chanın 2020-ci ildə COVID-19 pandemiyası zamanı əyalət və yerli hökumətlərə seçkilərin keçirilməsinə kömək etmək üçün demokratlara etdikləri 420 milyon dollar ianəni nəzərdə tutur. Həmin pul yeni səs sayma avadanlığı, seçki məntəqəsi işçilərinin təlimi, fərdi mühafizə vasitələri və poçtla səsvermənin təşkili üçün istifadə edilib.
Bu hərəkətlər Zukerberqin Co Baydenin qələbəsini təmin etmək üçün səsverməni dəyişməyə çalışdığından şübhələnən mühafizəkarların tənqidinə səbəb olub; Respublikaçıların nəzarətində olan bir neçə ştat özəl ianələri qadağan edib.
“Biz onu diqqətlə izləyirik və əgər o, bu dəfə qeyri-qanuni bir iş görsə, 2024-cü il prezident seçkilərində saxtakarlıq edəcək hər kəs kimi ömrünün qalan hissəsini həbsxanada keçirəcək”, - Tramp yazıb.
29-08-2024, 17:23
Ukrayna vəd edilən bütün "Patriot" sistemlərini almayıb - Nazir


Ukrayna vəd edilən bütün "Patriot" sistemlərini almayıb - Nazir

Ukrayna vəd edilən bütün "Patriot" sistemlərini almayıb.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.
O deyib ki, Kiyev hələ də müttəfiqlərinin təmin edəcəyinə söz verdiyi bütün "Patriot" sistemlərini almayıb.
Kulebanın sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə tədarüklər arasında "boşluq" var: "Ona görə də mən öhdəlik götürmüş bütün tərəfdaşları nəhayət ki, öhdəliklərini yerinə yetirməyə çağıracağam".
Almaniya, ABŞ, Rumıniya və Niderland Ukraynaya "Patriot" batareyalarının tədarükünü elan ediblər. Açıq məlumatlara görə, yalnız iyulun əvvəlində Almaniyadan "Patriot" sisteminin təhvil veriləcəyi məlumdur.
29-08-2024, 16:51
Cəlilabad sakinləri sənədsiz silahlarını polisə təhvil verdilər


Cəlilabad sakinləri sənədsiz silahlarını polisə təhvil verdilər

Cəlilabad rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
29-08-2024, 16:35
İran vətəndaşı ilə əlbir olan narkokuryer həbs edildi - VİDEO


İran vətəndaşı ilə əlbir olan narkokuryer həbs edildi - VİDEO

Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Elçin Əlizadə saxlanılıb.
DİN-dən bildirilib ki, onun üzərindən və avtomobilindən 3 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, narkotik vasitələri satış məqsədilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.

29-08-2024, 16:30
Fələstində ölənlər 40602 nəfərə çatıb


Fələstində ölənlər 40602 nəfərə çatıb

Fələsinin Qəzza zolağına hücumlar nəticəsində ölənlərin sayı artır.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində 40 min 602 nəfər həlak olub.
Hücumlarda 93 min 855 nəfər yaralanıb.
Ölənlərin 70 faizinin qadın və uşaqlar olduğu bildirilir.
29-08-2024, 16:26
Seçkilərin nəticələrinin açıqlanacağı vaxt məlum oldu


Seçkilərin nəticələrinin açıqlanacağı vaxt məlum oldu

Növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağına aydınlıq gətirilib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
“Sentyabrın 1-i səsvermə günü ilkin nəticələr operativ çatdırılacaq. Bu seçkilərdə də çalışacağıq ilkin nəticələri həmin gecə çatdıraq. İki gün ərzində isə dairələrdən protokollar bizə veriləcək. O zaman tam aydın olacaq”.
29-08-2024, 16:19
İlk dəfə səs verəcək seçicilər üçün yenilik


İlk dəfə səs verəcək seçicilər üçün yenilik

Sentyabrın 1-də ilk dəfə səs verəcək seçicilər üçün xüsusi seçici kartları hazırlanıb.
Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
“Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk dəfə səs verəcək 374 seçici var. Həmin günü doğum günlərini qeyd edəcəklər. Onlara da xüsusi doğum günü kartları veriləcək",- deyə o bildirib.
29-08-2024, 16:15
Xankəndinin su təsərrüfatı mexanizmi belə qurulub - VİDEO


Xankəndinin su təsərrüfatı mexanizmi belə qurulub - VİDEO

Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsi peşəkar içşi heyəti ilə bütün Qarabağ üzrə su və kanalizasiya xidmətinin təşkili və idarəolunmasının təminatçısıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağa qayıdış istiqamətində yerli sakinlərin işlə təmin olunmasına da töhfə verib. İdarənin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb.
Xankəndidə 2 Sutəmizləyici Qurğular Kompleksi fəaliyyətdədir. 1 Nömrəli Kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 Nömrəli Kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur.
Su təmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyatə keçirilir.
Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.
Xankəndi əhalisinin su təminatı sakinlərin rifahının yaxşılaşdırılmasına göstərilən yüksək xidmətin əsas tərkib hissəsidir.

29-08-2024, 16:07
MSK Ağ Partiyanın nümayəndələrini qeydə aldı


MSK Ağ Partiyanın nümayəndələrini qeydə aldı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Ağ Partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.
MSK katibi Arifə Muxtarova bildirib ki, Ağ Partiyanın 13 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınmaq üçün müraciət edib.
29-08-2024, 15:54
Zəngəzur dəhlizi uğrunda mübarizə qızışır


Zəngəzur dəhlizi uğrunda mübarizə qızışır

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra kommunikasiyaların açılması ilə bağlı bu ölkənin rəsmi şəxsləri tərəfindən bir neçə çıxışlar olub. Elə Putin Bakıda olarkən Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanı kommunikasiyaların açılması məsələsini sabotaj etməkdə ittiham edib. Ötən gün isə Zəngəzur dəhlizi məsələsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.
“Azərbaycanın əsas ərazisini Ermənistan ərazisindən keçməklə Naxçıvan muxtariyyəti ilə birləşdirə biləcək marşrut kommunikasiyalarının bloklanması üzrə məsələ üçtərəfli işçi qrupu çərçivəsində digər marşrutlarla yanaşı müzakirə edilir”, - o deyib.
Məsələ ilə bağlı danışan VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatmaqla öz imzasına hörmət etmədiyini göstərir:
"Üçtərəfli bəyantın 9-cu maddəsinə əsasən, Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında sərnişinlərin, yüklərin manesiz hərəkətinə zəmanət verməlidir. Nəqliyyat dəhlizi üzərində də nəzarəti Rusiya Federal Təhlükəsiz Xidməti həyata keçirməlidir. Ermənistan Baş naziri Nikol Paşinyan bu sənədə imza atıb. Daha sonra Qərbdən gələn tapşırıqla Zəngəzur dəhlizinin açılmasının qarşısı hər vasitə və yolla Ermənistan tərəfindən alınıb. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi birgə bəyanatda olan müddəaların heç birini yerinə yetirməyib. İndiyə qədər birgə bəyanatın müddəaları Azərbaycanın gücü ilə həyata keçirilib. Bununla da Ermənistan rəhbəri bir daha öz imzasına etinasız yanaşdığını nümayiş etdirir. Ona görə də, ümumiyyətlə, Ermənistana etimad etmək düzgün deyil".



E.Mirbəşiroğlunun fikrincə, son günlər Ermənistanın bölmələrimizi atəşə tutması Rusiyanın kommunikasiya xətlərinin açılması məsələsini intensivləşdirməsi ilə bağlıdır:

"Belə bir vaxtda bölmələrimizi atəşə tutmaqla Ermənistan Qərbin yenə də hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışdığını göstərir. Düzdür, ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bildirib. Amma ABŞ özünün nəzarəti altında nəqliyyat kommunikasiyasının açılmasını istəyir. Bu, heç kimdə şübhə yaratmır. Başqa coğrafiyalarda da ABŞ istər enerji daşıyıcılarının ötürülməsi xətti, istərsə də nəqliyyat kommunikasiya infratrukturlarını öz nəzarətində saxlamağa çalışır. Ermənistan ərazisindən Naxçıvanla kommunikasiya yaradılacaqsa, ABŞ, eləcə də Qərb dairələri bu kommunikasiyanı öz nəzarəti altında saxlamağa çalışırlar. Çünki Ermənistan Baş naziri beynəlxalq nəzarət mexanizminin olması məsələsini irəli sürdükdə elə ABŞ-nin və ya onun Fransa ilə birgə nəzarətini nəzərdə tutub. Bu baxımdan düşünürəm ki, yenə də Ermənistan tərəfi təxribatlar törətməklə vəziyyəti gərginləşdirməyə, diqqəti nəqliyyat dəhlizinin açılmasından yayındırmağa çalışır. Lakin zamanla da olsa, regionda planlaşdırılan bütün nəqliyyat kommunikasiya dəhlizləri açılacaq".



Politoloq Elxan Şahinoğlu isə vurğulayıb ki, Kremlin yeganə yapışmaq istədiyi məsələ Zəngəzur dəhlizidir:

"Rusiya Prezidenti Vladimir Putin Bakıya səfərinin ardınca, əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla, bir neçə gün sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Putin anlayır ki, Ukrayna ilə müharibə fonunda və Rusiya üçün indiki ağır vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir. Kreml Bakı ilə İrəvan arasında vasitəçi ola bilmir, sülh sazişinin mətninin hazırlanmasında və sərhəd danışıqlarında iştirak imkanlarını itirib. Kremlin yeganə yapışmaq istədiyi mövzu Zəngəzur dəhlizidir. Rusiya həm bu dəhlizdən istifadə, həm də dəhlizə nəzarət etmək istəyir və bu zaman 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına istinad edir. Bakı və İrəvan Rusiyanın dəhlizdən istifadəsinə müsbət yanaşır, ancaq dəhlizə nəzarət Azərbaycanla Ermənistanın maraqlarına ziddir və Putinin telefon zəngləri durumu dəyişə bilmir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!