Ağalıda sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar veriləcək .....                        Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə... - QİYMƏTLƏR .....                        Paşinyan İranın dövlət televiziyasına müsahibə verib .....                        Fransanın fikirkərini qətiyyətlə rədd edirik - XİN .....                        Qaxda şəlalə donub - FOTO .....                        "Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir" - ETX .....                        Gəncədə 5 ev yandı .....                        Rəsmi Bakıdan Ermənistana sərt cavab - Bu iddialar yalandır! .....                        İstanbulda tarixi görüş - Rusiya ABŞ-la razılığa gəldi .....                       
4-11-2024, 17:30
Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi


Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi

Zaqatalada yeni doğulan körpə ölüb. Belə ki, Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində körpə ölümü qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 31.10.2024 tarixində saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub:
“Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub. 02.11.2024-cü il tarixdə zahı evə yazılıb.
Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq”.
4-11-2024, 17:18
Azərbaycanda ilk: çağırdığınız ambulansı onlayn izləyin!


Azərbaycanda ilk: çağırdığınız ambulansı onlayn izləyin!

Azərbaycanda ilk dəfə olaraq, çağırış etdiyiniz ambulansı online izləmə imkanı təqdim olunur. Gündəlik həyatımızda hər birimiz Təcili Tibbi Yardım Xidməti çağırmağına ehtiyac duyuruq. Bəzən yollarda tıxacların olması səbəbindən ambulansın nə zaman çatmağına görə narahat oluruq. Artıq yol tıxacları və ambulansın çatma vaxtı ilə bağlı narahat olmağa ehtiyac yoxdur. Referans bu sahədə daha bir yeniliyə imza atıb.
Referans Ambulansdan çağırdığınız ambulansın harada olduğunu izləmək üçün telefonunuza mesaj vasitəsilə link göndərilir. Linkə daxil olaraq ambulansın yerini canlı şəkildə izləyə, lazım olduqda ambulans heyəti ilə birbaşa əlaqə yaratmaq imkanı verir. Başqa bir üstünlük də ondadır ki, sizə gələn bildirişi qəbul etdiyiniz halda, Ambulans komandası da sizin harada olduğunuzu izləyə bilir. Bu da tibbi yardıma ehtiyacı olanların daha tez və effektiv şəkildə yardım almasını təmin edir.
Qeyd edək ki, Referans Ambulans Bakı və Azərbaycanın digər regionlarında təcili tibbi yardımı fasiləsiz və operativ şəkildə təmin edir. Bu xidmət çərçivəsində, ağır vəziyyətdə olan xəstələr ambulanslarla Bakıya və ya xəstənin seçdiyi hər hansı bir klinikaya ən yüksək səviyyədə tibbi evakuasiya olunurlar.
Bundan əlavə, Referans Ambulans təcili və təxirəsalınmaz hallarda, pasiyentin Azərbaycandan digər ölkələrə daşınması üçün xüsusi ambulans təyyarəsi və helikopter hava ambulansı xidmətləri də təqdim edir. Bu xidmətlər, təcili tibbi yardıma ehtiyacı olan şəxslərin təhlükəsiz və sürətli şəkildə lazımi tibbi müəssisələrə çatdırılmasına imkan yaradır.
Referans Ambulans
Həyat qurtarmaq üçün saniyələrlə yarışır.
Çağrı Mərkəzi: *0003
Mob: (+994 77) 426 00 03
//www.instagram.com/referansambulance/
//www.facebook.com/referansambulans0003

4-11-2024, 17:03
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı


“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı

“Tərtər işi” cinayətlərinə görə 6 il 10 aya kimi azadlıqdan məhrum edilmiş 4 hərbçinin cəzası azaldılıb.
Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib.
Qərara əsasən, Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşıyevin hərəsinin cəzası 3 ay azaldılıb.
Hökm qalan hissələrdə dəyişdirilməyib.
Qeyd edək ki, 2021-ci ildə istintaqı yenilənmiş “Tərtər işi” üzrə həbs edilmiş sonuncu dəstəyə ötən gün hökm oxunub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
4-11-2024, 17:00
Pezeşkian Azərbaycana GƏLİR - RƏSMİ


Pezeşkian Azərbaycana GƏLİR - RƏSMİ

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana gəlir.
Bu barədə İran İslam Respublikasının ölkəmizdəki səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, prezident noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
İran Prezidentinin Bakıda rəsmi görüşləri də planlaşdırılır.
Xatırladaq ki, bu, Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfəri olacaq.
4-11-2024, 16:39
Zaqatalada qəza - Xəsarət alanlar var


Zaqatalada qəza - Xəsarət alanlar var

Zaqatala şəhəri ərazisində minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan üçü Osmanovlar ailəsinin üzvüdür.
Rayon sakini 60 yaşlı Rəhman Osmanovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə Ağstafa rayon sakini 25 yaşlı Ariz Abbasovun idarə etdiyi eyni markalı avtomobil toqquşub.
Qəzadan sonra sürücü Rəhman Osmanov, avtomobildə olan sərnişini Rəhman Osmanovun qızı, 32 yaşlı Aygül Osmanova, R.Osmanovun nəvəsi 9 yaşlı Ayşəgül Osmanlı və digər avtomobilin sərnişini, Balakən rayon sakini 40 yaşlı İlhamə Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
4-11-2024, 16:30
Azərbaycanda uşaq evində qoturluq aşkarlandı


Azərbaycanda uşaq evində qoturluq aşkarlandı

3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur.
Sosial şəbəkədə yayılan məlumatda 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:
"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".
Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.
4-11-2024, 16:26
COP29-da iştirak edənlər üçün pulsuz viza tətbiq edildi


COP29-da iştirak edənlər üçün pulsuz viza tətbiq edildi

Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”sın tətbiq edib.
Bu barədə XİN məlumat yayıb.
“COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatı təsdiq edən elektron məktubda verilmiş viza linki və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edilə bilər. İştirakçı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına “COP29 Xüsusi Viza” üçün müraciət etmək qərarına gələrsə, UNFCCC qeydiyyatını təsdiq edən e-poçt səyahət üçün əsas təsdiqedici sənəd hesab ediləcək..“COP29 Xüsusi Viza” sahibinə birdəfəlik səfər etmək və Azərbaycan Respublikası ərazisində 30 günə qədər qalmaq imkanı verir".
4-11-2024, 16:15
Emin Cəfərov UEFA-dan təyinat aldı


Emin Cəfərov UEFA-dan təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.
O, Konfrans Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkle Brügge” (Belçika) matçının UEFA nümayəndəsi olacaq.
Görüş noyabrın 7-də Lints şəhərində təşkil olunacaq.
4-11-2024, 16:10
Sabahdan bu universitetdə də "TələbəPlus" kartları veriləcək


Sabahdan bu universitetdə də "TələbəPlus" kartları veriləcək

Sabahdan etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində “TələbəPlus” kartlarının verilməsinə başlanılacaq.
Bu barədə cavab olaraq ADPU-dan bildirilib.
Qeyd edilib ki, proses Təhsilin İnkafı Fondu və Kapital Bankla birgə sistemli şəkildə icra olunur:
“Pedaqoji Universitet bu kartların tələbələrin veriləcəyi ilk ali təhsil müəssisələrindəndir. Qeyd edək ki, vahid tələbə kartı - "TələbəPlus"la bağlı Təhsilin İnkişafı Fondu ilə ilk müqaviləni də məhz ADPU bağlayıb”.
Xatırladaq ki, bu gün Bakı Dövlət Universitetində də tələbə kartlarının verilməsinə başlanılıb.
4-11-2024, 15:59
ABŞ-da 78 milyon seçici erkən səsverməyə gedib


ABŞ-da 78 milyon seçici erkən səsverməyə gedib

ABŞ-da keçirilən prezident seçkilərinin ilkin səsverməsində 78 milyondan çox seçici iştirak edib.
Bu barədə Florida Universitetinin Seçki Prosesi Laboratoriyasının məlumatında bildirilib.
Məlumata görə, ABŞ-da 42,6 milyon nəfər şəxsən səs verib, 35,3 milyon seçici poçtla bülleten göndərib.
Erkən səs verənlər arasında hazırkı prezident Co Bayden, həmçinin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris də var.
ABŞ-da prezident seçkiləri sabah noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!