Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
5-12-2024, 23:16
ABŞ-də güclü ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi


ABŞ-də güclü ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi

ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, ocağı isə 14 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
5-12-2024, 20:58
Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən CİNAYƏT


Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Tükürpədən CİNAYƏT

Bakıda tükürpədən cinayət baş verib.
Yeniyetmənin intiharına gətirib çıxaran hadisə bir müddət əvvəl Suraxanı rayonunun qəsəbələrindən birində qeydə alınıb. Söhbət yeniyetmə yaşına çatmayan iki oğlan uşağına qarşı zorakı hərəkətlər edilməsindən gedir.
İstintaq materiallarında yazılır ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.
Şantaj vasitəsilə təkrarlanan bu cinayətin üstü zorakılığa məruz qalan yeniyetmələrdən birinin intiharından sonra açılıb. Başına gətirilənlərə dözməyən yeniyetmə özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb.
Bundan sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İntihar edən yeniyetmənin bütün ailə üzvləri istintaqa cəlb edilib.
Toplanmış dəlil və sübutlar əsasında yeniyetmənin qonşusu tərəfindən intihar həddinə çatdırıldığı məlum olub. X.A.-nın yeniyetmələrə göndərdiyi əxlaqsız mesajlar da sübut kimi işə əlavə edilib. İbtidai istintaqın gedişində onun eyni hərəkətləri etdiyi ikinci yeniyetmə də ortaya çıxıb.
Ekspert rəylərindən görünür ki, intihar etmiş yeniyetmədə sıxıntı, gərginlik, bezikmə və çıxılmazlıq kimi hallar yaranıb. Bütün bunlar onu canına qəsd etməyə məcbur edib.
Təqsirləndirilən X.A. Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə ittiham edilərək həbs edilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.
5-12-2024, 20:10
Nazir həmkarı ilə görüşdü


Nazir həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov andorralı həmkarı İmma Tor Fausla görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilir.
Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.
Onlar ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi dialoqun və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
5-12-2024, 19:50
İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb


İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb

Bildiyimiz kimi, ötən il iki ölkə başçısı tərəfindən İğdır-Naxçıvan boru xəttinin təməli atıldı. Bu il sentyabr-oktyabr aylarına qədər həmin xəttin tikintisinin yekunlaşması nəzərdə tutulurdu və vaxtında da tamamlandı. Açılış olduqdan sonra Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq.
Bu sözləri Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya muxtar respublikada keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda Türkiyənin önəmli banklarından olan “Ziraat” Bankı da Naxçıvanda fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq.
Qeyd edək ki, bu gün Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun iqamətgahında Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə baş konsul Asip Kaya və konsul müavini Ezgi Ahmet çıxış edərək, günün əhəmiyyətindən, türk qəhvəsinin türk mədəniyyətindəki rolundan, tarixindən söhbət açıblar.
5-12-2024, 19:10
Minsk Qrupu ləğv edilməlidir! - Nazirdən ÇAĞIRIŞ


Minsk Qrupu ləğv edilməlidir! - Nazirdən ÇAĞIRIŞ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxış edib.
Bu barədə nazirliyin sosial şəbəkə hesabında yazılıb.
Qeyd olunub ki, nazir Azərbaycanın dünyada sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirdiyini bildirib.
XİN rəhbəri çıxışında beynəlxalq hüququn pozulması, eləcə də Avropada islamafobiya daxil olmaqla, etnik və dini dözümsüzlüyün mövcudluğu kimi faktlara diqqət çəkib.
C.Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.
XİN başçısı iştirakçılara Azərbaycanla Ermənistan arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı mövcud olan ərazi iddialarından da danışıb.
C.Bayramov sonda beynəlxalq ictimaiyyəti regionda vəziyyətin gərginləşməsinə yönələn təxribatçı addımlardan çəkinməyə çağırıb.
5-12-2024, 19:05
Azərbaycan və Özbəkistan QHT-ləri memorandum imzaladılar


Azərbaycan və Özbəkistan QHT-ləri memorandum imzaladılar

Dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb.
Belə ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Özbəkistan “Yüksəliş” Hərəkatının sədri Bəbur Bəkmuradov, Azərbaycannın “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova ilə Özbəkistanın "Əlillər Cəmiyyəti"nin sədri Kamil Abdullayev, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimovla Özbəkistanın “İstiqlal" Elmi-Tədqiqat Mərkəzinin sədri Usmonjon Butaev, Özbəkistanın "Qadınlar və Qızlar" İctimai Birliyinin sədri Nasiba Miradilova ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Özbəkistan Xalq Diplomatiyası Mərkəzinin sədri Qobuljon Sobirovla “İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova arasında birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumları imzalanıb.
Memorandumların imzalanmasında məqsəd iki qardaş ölkənin qeyri-hökumət təşkilatları arasında birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.
5-12-2024, 18:42
Mirzoyan Fidanla bir arada


Mirzoyan Fidanla bir arada

Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Maltada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mirzoyan, həmçinin ABŞ Dövlət katibi Entoni Blinkenlə ayaqüstü söhbətləşib.
Görüşlər ATƏT XİN Şurasının iclası çərçivəsində baş tutub.
Söhbətlər barədə təfərrüatlar açıqlanmayıb.
5-12-2024, 18:18
Makron hökuməti istefaya göndərdi


Makron hökuməti istefaya göndərdi

Fransa prezidenti Emmanuel Makron parlamentin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin hökumətin istefası tələbini qəbul edib.
Məlumatı Yelisey Sarayı yayıb.
Barnier yeni baş nazir təyin olunana qədər vəzifəsində qalacaq.
“Bu gün baş nazir hökumətin istefası ilə bağlı Respublika Prezidentinə ərizə təqdim edib və o, qəbul edib. Mişel Barnier hökumət üzvləri ilə birlikdə yeni hökumət təyin olunana qədər cari işlərlə məşğul olacaq”, - Yelisey Sarayının bəyanatında deyilir.
5-12-2024, 17:17
"Beşiktaş" - Fənərbaxça" oyununu bu hakim idarə edəcək


"Beşiktaş" - Fənərbaxça" oyununu bu hakim idarə edəcək

Türkiyə Super Liqasının XV turunda "Beşiktaş" - Fənərbaxça" oyununu idarə edəcək hakim müəyyənləşib.
İstanbul derbisini Mehmet Türkmen idarə edəcək.
Qeyd edək ki, dekabrın 7-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
"Fənərbaxça" 32 xalla ikinci, "Beşiktaş" 22 xalla beşinci pillədə qərarlaşıb.
5-12-2024, 16:34
Suriya ordusu Həmadan geri çəkilir


Suriya ordusu Həmadan geri çəkilir

Şiddətli döyüşlərdən sonra silahlı suriyalı qruplar Suriyanın qərbində yerləşən Həma şəhərinin yaşayış məntəqələrinə daxil olub.
Bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ordu “şəhərdən kənarda” mövqelərə yerləşdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!