Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Somali Prezidenti Azərbaycanda - FOTO .....                        Onlayn qumar təşkil edən daha bir dəstə tutuldu .....                        Hüquq müdafiəçiləri jurnalistə görə DİN-də qəbul edildilər .....                        Üç ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi .....                        Malıbəyli qətliamından 33 il keçdi .....                        Azərbaycan səfirindən beynəlxalq ictimaiyyətə çağırış .....                       
12-01-2025, 22:02
“Vətən savaşında Azərbaycanın Zəfəri” kitabı türk dilində çapdan çıxıb


“Vətən savaşında Azərbaycanın Zəfəri” kitabı türk dilində çapdan çıxıb

Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanan kitab Azərbaycanda Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində Qələbəmizin 5-сi ildönümlərinə həsr olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan 1104 səhifəlik əsərın müəllifi Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və kəskinləşməsi zamanı baş verən əsas geosiyasi proseslərin və hadisələrin izahı verilib, həmçinin beynəlxalq birliyin və Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilib.
Nəşrdə, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələrində hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub, o cümlədən Vətən müharibəsində Qələbəni təmin edən Silahlı Qüvvələrin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın inkişafı, mərhələli və sabit təkamülü göstərilib.

Kitabda xüsusi vurğulanıb ki, Vətən müharibəsi dövründə baş verən hərbi-siyasi hadisələr bu gün faktiki olaraq Azərbaycan və dünya hərb sənəti tarixində yeni səhifə açıb. Müasir müharibələr və münaqişələr tarixində dronların və “gəzən sursat”ların (kamikadze dronların) belə irimiqyaslı tətbiqinin analoqu yoxdur. Qarabağdakı Vətən müharibəsi bir çox hərbi və siyasi parametrlərinə görə “sabahkı günün ilk müharibəsi” hesab edilməlidir.
Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi-güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olub. Münaqişəyə cəlb olunan tərəflərin, beynəlxalq təşkilatların və bütövlükdə dünya birliyinin reaksiyası, Vətən müharibəsinin hərbi-siyasi nəticələri hələ uzun müddət və böyük ölçüdə Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin gedişini müəyyənləşdirəcək.
Kitabda İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgələrində Azərbaycan Ordusunun apardığı əməliyyatlar xəritələrdə əksini tapıb. Bu baxımdan kitab Milli Müdafiə Universitetinin professor-müəllim heyəti və dinləyiciləri, hərbi nəzəriyyəçilər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahələrində ixtisaslaşan mütəxəssislər üçün dəyərli mənbədir.
12-01-2025, 21:23
Şəhər nəqliyyatı: Tıxaclar və iqtisadi itkilər


Şəhər nəqliyyatı: Tıxaclar və iqtisadi itkilər

Həmişə dostlarımla söhbət edəndə yolda itirdiyim iki saatdan bəhs edirəm.
“Heçnə yox, təkcə yol yorur məni”,- deyirəm. Adicə dərsə, işə getmək üçün yolda sərf etdiyimiz zaman bizə həm psixoloji olaraq aqressiya, əsəb, həm də mənəvi olaraq təsir edir. Bəs bu problemin həll yolu varmı?
Müasir dövrün böyük problemlərindən biri də yolların tıxac olması ilə bağlıdır. Tıxacların yaranmasının bir neçə səbəbi var: sürətli urbanizasiya, avtomobil sahiblərinin sayının artması, ictimai nəqliyyatın kifayət qədər inkişaf etməməsi, dövlət qurumlarımda və özəl müəssisələrdə iş saatlarının eyni vaxt başlaması, eyni zamanda yolların strukturunun düzgün olmaması ilə əlaqəlidir. İndi isə bu fikirləri daha da aydınlaşdıraq.
Şəhərlərə axın edən insanların sayı ildən-ilə artır. Bu da öz növbəsində yolların daha çox avtomobillə dolmasına səbəb olur. Böyük şəhərlərdə yaşayan əhalinin sıxlığı tıxacların ən böyük amillərindən biridir. Səbəblərdən biri də şəxsi avtomobil istifadəçilərin sayının sürətlə artmasıdır. Hər kəs
şəxsi avtomobil “sevdasına” düşür və nəticə olaraq say artdıqda problem də
artır. İctimai nəqliyyatın yarıtmazlığı nəticəsində ondan istifadə edənlərin sayının azalması və şəxsi nəqliyyat vasitələrinə üstünlük verilməsi yollarda əlavə gərginlik yaradır. Şəhərlərdə tıxacların yaranmasının əsas səbəblərindən biri də dövlət idarələrində və bir çox özəl müəssisələrdə iş saatlarının eyni vaxtda başlaması və bitməsidir. Bu vəziyyət yolları səhər və axşam saatlarında həddindən artıq yükləyir və şəhərin nəqliyyat infrastrukturuna ciddi təzyiq yaradır.
Dövlət qurumlarının əksəriyyətində iş səhər saat 9:00-da başlayır, axşam 18:00-da bitir. Bu cədvəl özəl sektorda fəaliyyət göstərən bir çox müəssisə tərəfindən də tətbiq olunur. Nəticədə, səhər saatlarında işə gedən və axşam saatlarında işdən çıxan insanların hamısı eyni vaxtda yollara axışır. Bu problemin qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. Beləki, fərqli iş saatlarının tətbiq olunması, uzaqdan iş imkanı, rəqəmsal koordinasiya sistemləri yaradıla bilər. İş saatlarının koordinasiyasızlığı tıxac problemini daha da ağırlaşdıran əsas amillərdəndir.
Dövlət qurumları və özəl sektor bu məsələdə birgə addımlar ataraq tıxac problemini yüngülləşdirə bilərlər. İş saatlarının daha çevik tənzimlənməsi
ilə həm vətəndaşların vaxtı qənaət edilər, həm də şəhərin nəqliyyat sistemi effektiv işləyər. Bu, eyni zamanda, ekoloji və iqtisadi mənfəət də gətirər.
Digər problem isə köhnəlmiş yollar, yeni yol layihələrinin gecikməsidir. Yol genişləndirmə işlərinin aparılmaması tıxacların qaçılmaz olmasına
gətirib çıxarır. Bəs bu zaman necə tədbir görülməlidir? Texnologiyanın inkişafı ilə ağıllı yol və işıqlandırma sistemləri tıxacların idarə olunmasında əhəmiyyətli rol oynaya bilər. Nəqliyyat axınını daha dəqiq proqnozlaşdıran sistemlər, sürücülərə ən boş marşrutları təklif edərək yollardakı
yüklənməni azalda bilər. Tıxacın yaranması təkcə əhaliyə deyil, eyni zamanda ekoloji və iqtisadi problemlərin yaranmasına səbəb olur.
Beləiklə, ekoloji problemlər: Tıxaclar zamanı avtomobillər hərəkətsiz və ya yavaş sürətlə getdiyi üçün yanacaq sərfiyyatı artır. Bu da havaya daha çox zərərli qazların atılmasına və ekoloji fəsadlara gətirib çıxarır. İqtisadi itkilər: Tıxaclar yalnız fərdlərin vaxtını və enerjisini israf etməklə qalmır, həm də ölkənin ümumi iqtisadiyyatına zərbə vurur. Nəqliyyat sektorunda məhsuldarlığın azalması, çatdırılma xidmətlərinin gecikməsi və yanacaq sərfiyyatının artması nəticəsində iqtisadi itkilər qaçılmaz olur. Yolların tıxaclı olması yalnız şəhər planlaşdırıcılarının deyil, həm də hər bir
vətəndaşın diqqət yetirməli olduğu mühüm problemdir. Hər birimiz özümüzdən başlayaraq ictimai nəqliyyatdan istifadə etməklə, alternativ nəqliyyat vasitələrini seçməklə və avtomobil istifadəsini minimuma endirməklə tıxacların azalmasına töhfə verə bilərik.

Fatimə QULİYEVA,
Bakı Slavyan Universitetinin Sosial Elmlər
fakültəsinin tələbəsi

12-01-2025, 21:05
"ŞƏRQ MƏDƏNİYYƏTİ    MƏNİ HƏMİŞƏ ÖZÜNƏ CƏLB EDİR."


"ŞƏRQ MƏDƏNİYYƏTİ
MƏNİ HƏMİŞƏ ÖZÜNƏ CƏLB EDİR."


"Butov Azərbaycan" qəzetinin əziz oxucuları!
Bugünkü qonağımız — italyan tanınmış şairəsi, yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi və jurnalist, geniş spektrli yaradıcı, bir çox ədəbiyyat mükafatları laureatı, mənəviyyat və ədəbiyyat təbliğatçısı,

Elisa Masciadır.

— Ədəbiyyat və şeiriyətə marağınız nə vaxt başlayıb? Yaradıcı olmağınıza əsasən sizi istiqamətləndirən amillər hansılardır?
—Mənim ədəbiyyata marağım uşaqlıqdan başlayıb, ibtidai məktəb illərindən oxumağa, yazmağa, eyni zamanda şeirlər oxumağa xüsusi marağım olub.
Həmişə yaradıcı yazı və oxumağı inkişaf etdirməyə çalışmışam. Mənim üçün yaradıcı olmaq yalnız ədəbiyyat və sənətlə bağlı deyil, həm də əl işləri – tikiş, toxuculuq, kimi əl sənətləri ilə əlaqədardır.
—İtaliyadakı ədəbiyyat mühitini necə qiymətləndirirsiniz? Orada yaradıcılar üçün hansı imkanlar mövcuddur?
İtaliya haqqında "şairlər, əvliyalar və səyyahlar ölkəsi" ifadəsi məşhurdur. Lakin bu məşhur deyimə baxmayaraq, mənim fikrimcə, şair olmaq üçün yalnız düşüncələri yazmaq kifayət deyil. İlham və şeiri üslubdan əlavə, yazı qaydalarına riayət etmək lazımdır. Ən vacib isə oxumaqdır, çünki yalnız oxuyaraq zəngin söz ehtiyatına sahib olmaq mümkündür. Bu isə yalnız uşaqlıqdan başlayaraq davamlı təhsil və məşq yolu ilə olur. İmkanlar, şəxsi davamlı zəhmət və həmkarlarla, mədəniyyət təşkilatlarında ideya mübadiləsi ilə bağlıdır.
—Ədəbiyyat prosesində hansı mərhələni ən maraqlı və həyəcanverici hesab edirsiniz?
—Hər bir yazıçı öz ədəbiyyat yolunda bir neçə mərhələdən keçir.
Mənim uşaqlıqdan yazıya xüsusi marağım olub və zamanla hekayələr yazmağa başladım, nəhayət ki, nəşr etdirməyə çalışdım və bu mənim arzum idi.
"Hələlik" romanımın nəşrini tam başa çatdıra bilmədim, çünki hələ tamamlanmağa ehtiyacı var.
Lakin bu suala cavab olaraq, geriyə baxıb öz ədəbiyyat yolumu qiymətləndirərək deyə bilərəm ki, ən maraqlı mərhələ ilhamdır, ən həyəcanverici mərhələ isə nəşr üçün gözləmə mərhələsidir.
—Müasir oxuma mədəniyyətini necə qiymətləndirirsiniz?
Bu mədəniyyəti inkişaf etdirmək üçün nə etməliyik?

—Dünyada ən çox istifadə olunan "maye cəmiyyət" anlayışına əsasən, insanlar oxumağa daha az meyl edir. İnsanların öz vaxtlarını düzgün şəkildə ayırmağı öyrənməsi, həmçinin səbr və vaxtın dəyərini anlamağa başlaması vacibdir. Müasir dövrdə bu, şəxsi və cəmiyyətin inkişafına müsbət təsir edəcəkdir.
—Fərqli ölkələrdən olan yaradıcılarla əməkdaşlıq işinizə necə təsir edib?
—Mənim üçün fərqli ölkələrdən olan həmkarlarımla şeir üslubumu paylaşmaq və öyrənmək çox vacibdir. Bu, təkcə fərqli mədəniyyətlər və yaradıcı yanaşmalar vasitəsilə yeni ilham almağa kömək etmir, eyni zamanda zaman-zaman yeni şeir üslublarını, məsələn, Edwin Antonio Gaona Salinas tərəfindən ixtira edilən Gaonesa və ya Antonio Escobar Mendivez tərəfindən yaradılan Decima üslubunu sınaqdan keçirməyə təşviq edir.
Mən heç kimdən təsirlənmirəm, çünki hər şey mənim davamlı araşdırma və öyrənməyim nəticəsində yaranır.
—Ədəbiyyat müsabiqələrində və antologiyalarda iştira
k etmək yaradıcı işinizə hansı yeni imkanlar yaratdı?
—Milli və beynəlxalq antologiyalarda iştirak mənim üçün çox vacibdir.
Bu, həmkarlarım ilə ideya mübadiləsi aparmaq və birlikdə işləmək, həmçinin bəzən, xeyriyyə məqsədilə satış gəlirlərinin ABEO (onkoloji xəstəliyi olan uşaqlar üçün təşkilat) kimi təşkilatlara həsr edilməsi imkanı yaradır.
Bu antologiyalar vasitəsilə daha çox insana müsbət təsir göstərmək mənim yaradıcı fəaliyyətimi daha da inkişaf etdirir.
—Yaradıcı uğurun əsas amilləri nələrdir?
Yazar olmaq üçün davamlılıq, çox səbr və həmişə öyrənməyə hazır olmaq lazımdır. Mənim yaradıcı planlarıma qatdığım səbr və ilk addımlarda təslim olmamaq çox vacibdir. Həmçinin, nəticələrə nail olarkən sakit olmaq və həvəs göstərməmək lazımdır. Çünki çox vaxt, çətin iş nəticəsində əldə edilən mükafat daha qiymətlidir.
—Sülh və mədəniyyəti təşviq etmək fəaliyyətiniz şəxsi həyatınıza və yaradıcı işinizə necə təsir göstərdi?
Sülhü təşviq etmək mənim üçün təbii və daxili bir prosesdir.
Mənim sülhə olan inamım uşaqlıqdan mövcuddur.
Şeir və ədəbiyyat vasitəsilə sülhün yayılması, xüsusilə indi, internet vasitəsilə hər yeri əhatə edə bilər. Bu, oxucuların həyatına sülh və müsbət enerji daxil etməyə, onlarda yeni hisslər oyatmağa kömək edir.
—Yaradıcı cəmiyyətdə hansı rol oynayır? Ədəbiyyatın insanların həyatına təsiri haqqında nə düşünürsünüz?
—Yaradıcı cəmiyyət üçün böyük və məsuliyyətli bir rol oynayır.
Mənim fikrimcə, yazılarımı oxuyan insanların, onların həyatında və cəmiyyətin inkişafında özlərini tapması, mənim məqsədimdir. Mənim dünyagörüşüm, ədəbiyyat vasitəsilə insanlara müsbət mesajlar göndərməkdir, bunu həm də könüllülük, sevgi və sülhün toxumları olaraq görürəm.
—Yaradıcı proses və şəxsi həyat arasında düzgün tarazlığı necə qoruyub saxlamaq lazımdır?
—Yaradıcı və şəxsi həyat arasında tarazlığı qorumaq üçün gündəlik məşqlər və bir qədər oxumağa və yazmağa vaxt ayırmaq, öz stilini inkişaf etdirmək və daha çox insana təsir göstərmək vacibdir.
—Azərbaycan və İtaliya arasında ədəbiyyat sahəsində əməkdaşlığı necə inkişaf etdirmək olar?
—Bütün dünya ölkələri ilə əməkdaşlıqda ən effektiv yanaşma, hər bir xalqın mədəniyyətini öyrənmək və bu ölkələrin dillərinə tərcümələr vasitəsilə mədəni mübadiləni asanlaşdırmaqdır.
—Azərbaycanı ziyarət etmək istəyirsinizmi?
—Dünyanın bir çox ölkələrini ziyarət etmək istəyərdim, lakin mən hələ də İtaliyada olan gözəl və məşhur yerləri ziyarət etməyi istəyirəm.
Əgər qismət olsa, Azərbaycana səyahət etmək niyyətindəyəm.
Şərq mədəniyyəti və sənəti, zəngin tarixi və ədəbiyyatı həmişə məni özünə cəlb edib.
Söhbətləşdi: Cahangir NAMAZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.
12-01-2025, 19:43
Fidan Lavrovla Suriyanı müzakirə etdi


Fidan Lavrovla Suriyanı müzakirə etdi

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Tərəflər Suriya və Ukraynadakı vəziyyəti, eləcə də enerji təhlükəsizliyini müzakirə ediblər.
12-01-2025, 19:15
Həbibi təyyarədən qovdular


Həbibi təyyarədən qovdular

UFC döyüşçü Həbib Nurməhəmmədov ABŞ-də təyyarədən düşürülüb.
Bu barədə məlumatı "Mash" kanalı yayıb.
Həbibin təyyarədən düşürülməsinə səbəb stüardessa ilə dava etməsi olub.
Belə ki, idmançıya təcili çıxışın yanında yer verilib. Stüardessa Həbibdən fövqəladə hallar zamanı sərnişinlərə kömək etməyə hazır olub-olmadığını soruşub. Nurməhəmmədov cavab olaraq anlaşılmaz nəsə mızıldanıb, sonra stüardessa ondan başqa yerə keçməyi xahiş edib. Lakin idmançı bu xahişə tabe olmayıb. Nəticədə mübahisə yaranıb. Kabinəyə nəzarətçi çağırılıb və Həbibdən təyyarəni tərk etməsi istənilib.
12-01-2025, 19:10
"Qarabağ" 4 qolla qələbə qazandı


"Qarabağ" 4 qolla qələbə qazandı

"Qarabağ" yoxlama oyununda "Zirə" ilə qarşılaşıb.
"Azersun Arena"da keçirilən qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:2.
Ağdam təmsilçisinin heyətində Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica fərqləniblər.
Bakı klubunda isə Ruan Renato və Martins Junior rəqib qapısına yol tapıblar.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə "Kəpəz"i 5:1, "Zirə" isə "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.
12-01-2025, 18:58
Aİ Azərbaycanla Ermənistan arasında normallaşmaya dəstəyini gücləndirəcək


Aİ Azərbaycanla Ermənistan arasında normallaşmaya dəstəyini gücləndirəcək

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir.
"Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - Qrono vurğulayıb.
12-01-2025, 18:52
Uçuruma sürükləyən çarəsizlik...


Müjgan ƏHMƏDOVA


BDU Jurnalistika fakultəsinin
III kurs tələbəsi


Uçuruma sürükləyən çarəsizlik...

Daşlaşmış qəlbimin altında o qədər kədər və hüzn yatır ki... Vecsizlik personajımın altında o qədər duyarlılıq var ki...Zamanında duyğularımı o qədər mərkəzə qoymuşam ki... İndi duyğuların yavaş-yavaş azaldığını hiss etmək o qədər əzab verir ki... Bu əzabın qarşısında hiss etdiyim çarəsizlik məni uçuruma sürükləyir. Amma uçurumdan məni atacaq qədər, məni əbədiyyətə, sonsuzluğa bəlkə də heçliyə qovuşduracaq qədər hökmlü deyil.
Xoşbəxt olmalı idim, yoxsa özümü şanslı hiss etməliydim? Nələrimi qurban vermək üçün hazır olmalı idim? Bəs, qurban vermək özü də bədbəxtliyimə düçar olmağıma səbəb olacaqsa? Elə əsl bədbəxtlik buradan başlayırdı...
Fədakarlıqlarım nəticəsində ağlımın məni qaranlıq aləm adlandırdığım zindanla üzləşdirməsinə necə, hazır idim? Doğru yolu necə tapmalı idim? Bunun üçün ilk növbədə doğrunun sənin üçün nə ifadə etdiyi, "doğruluq" aspektinin, "doğru" fəlsəfəsinin məğzini dərk etməli idim. Mənim doğrum sənin yanlışın, sənin yanlışın mənim doğrum ola bilərdi əslində. Bəs bu doğrunun ağlımda şübhə yaratması nə dərəcədə doğru idi?
Suallar "quyusuna" düşmək məni doğrudan qaçındırmağa səbəb olurdu. Bu səbəb isə, mənə susmağı öyrədirdi. Beləcə, həyat mənə susmağı bacarmağı, doğrunu hiss etməkdən daha yaxşı anladırdı. Həyat bundan ibarət olmalı deyildi. Susduqlarımız, susmağa məcbur edildiyimiz, susarkən qışqırdıqlarımızla kifayət olmamalı idi həyat. Layiq görülən bu olmalı idi? Bəs, layiqlik anlayışını yox etməyə dəyərdimi? Layiqlik, məsuliyyətin ən böyüyünü çiyinlərində hiss etmək idi. Hansı ki, bu məsuliyyət səni xoşbəxtlik anlayışından məhrum edir. Çünki, üzərindəki yük sənə vaxt məhdudiyyəti verir. Və bu məhdudiyyət içərisində iradəli olmaq məcburiyyətindəsən. Əks təqdirdə sənə cəmiyyət tərəfindən zəif xarakterli və qətiyyətsiz damğası vurulacaq.
Sənə bəxş edilən bu ömürdə nə zaman "sən" olduğun üçün sevildin? Hansı "sən"i insanlar özlərinə layiq bildilər? Hansı "sən"i özlərindən bir parça hiss etdikləri üçün səndən istifadə etdilər? Bəzən düşünürəm: nə yaxşı ki, bu təzadlar mövcuddur. Bəs, təzadlı, dustaq düşüncələrin qurbanı olmaqmı problem idi, yoxsa təzadlarla dolu həyata malik olmaqmı daha betər idi? Təzadlı ifratların arasında yaşamalı olduğumuz bütün illəri keçirməsək, zaman-zaman vərdişlərin sərhədlərini aşmasaq, yaşamaq necə yox olmaqdan çox yenilik ola bilərmi?..


12-01-2025, 18:40
Moldova Prezidentinə ən bahalı hədiyyə - Qarabağ xalçası


Moldova Prezidentinə ən bahalı hədiyyə - Qarabağ xalçası

Moldovanın yeni Prezidenti Maya Sanduya xaricə rəsmi səfərləri zamanı, eləcə də xarici rəsmilərin Moldova Respublikasına səfərləri zamanı ikonalar, saatlar, geyimlər, suvenirlər və kitablar hədiyyə edilib.
Ən bahalı hədiyyələrdən biri Azərbaycan tərəfindən verilib.
Maya Sanduya verilən ən bahalı hədiyyə 17 490 ley dəyərindədir. Hədiyyə təsdiq olunmuş səfirlərin akkreditasiya mərasimi çərçivəsində Azərbaycan Respublikasının Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyev tərəfindən Prezidentə təqdim edilib. Bu, Qarabağ Rayon Xalçaçılıq Məktəbi tərəfindən ənənəvi xalq üslubunda hazırlanmış yun xalçadır.
12-01-2025, 18:29
Suriyada iğtişaşlar zamanı həbs olunan 360 nəfər azad edildi


Suriyada iğtişaşlar zamanı həbs olunan 360 nəfər azad edildi

Suriya hakimiyyəti dekabrın sonunda Homs şəhərində (Dəməşqdən 160 km məsafədə) sabitliyin bərpası üçün təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılan vətəndaşların böyük bir qrupunu azad edib.
Bu barədə “Al Vatan” qəzetinə əyalət Baş Təhlükəsizlik Müdirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, iğtişaşlarda iştirak edən, lakin keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə əhaliyə qarşı hərbi cinayətlərdə iştirak etməyən 360 nəfər azad edilib:
“Bu qərar ilkin araşdırmadan sonra verilib və sərbəst buraxılanlar Suriyanın yeni administrasiyasına qarşı heç bir düşmənçilik hərəkəti etməmək öhdəliyi götürüblər”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!