Liderlərin nahar əsnasında geniş tərkibdə görüşü olub .....                        Hər ay Azərbaycanda 500 minik avtomobil buraxılır .....                        Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir .....                        "Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz" .....                        Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır .....                        2 milyard qənaət olunsa da, yarım milyard kəsr yaranıb .....                        Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır .....                        Ukrayna ilə Britaniya arasında yeni sazişin gizli hissəsi var - Zelenski .....                        Pezeşkian Putinlə bir araya gəldi .....                       
Bu gün, 11:09
ƏDƏBIYYAT SAYƏSINDƏ DÜNYA DAHA DA GÖZƏLDIR

ƏDƏBIYYAT SAYƏSINDƏ DÜNYA DAHA DA GÖZƏLDIR

"ButovAzerbaycan " qazətnın qiymətli oxucuları!
Bügünkü qonağımız tanınmış özbək yazıçısı, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Respublikasının müstəqilliyinin 25 illik yubiley medalı, "Möhtərəm qadın" döş nişanı sahibi, ondan çox nəsr əsərinin müəllifi Labər RUSTAMOVAdır.
Yaradıcı fəaliyyətə marağınız nə zaman başladı və bu yolda sizi ruhlandıran amillər nə idi?
—Məktəb dərslərində şeirlər və monoloqları əzbərləyib, səhnədə təqdim etməyi çox sevirdim. Onlar ruhumda sirli və heyranedicı bir qüvvə oyadırdılar.
Nəticədə oxuduğum və əzbərlədiyim əsərlərdəki hadisələr, hətta onların müəllifləri-şair və yazıçılar mənim üçün sanki arzu edilməsi mümkün olmayan zirvələr kimi görünürdü. Bundan sonra ürəyimdə bir arzu yarandı və özümdən soruşdum: "Mən də bu böyük ustadlar kimi yaza bilərəmmi?"
Atam kimya fənnindən dərs deyirdi və mənim ilk müəllimim də məhz odur.
O, bizə: "Kitabı cızma, vərəqlərini qatlama, oxu və qiymətlə," deyə öyrədirdi. Ailəmizdəki dörd qız da atamızın yolunu izləyib, müəllimlik peşəsini seçdik. Məktəbi qızıl medalla, ali məktəbi isə imtiyazlı diplomla bitirdim. Yaxınlarım, dostlarım və müəllimlərimin etirafları mənə daim güc və ruh verir. Bir sözümlə atam mənə yazı maşını almışdı. Rayon, vilayət və respublika qəzetlərində yazılarım çap edilməyə başlayanda, sevincimdən sanki göylərdə uçurmuşam kimi hiss edərdim. O vaxtlar poçt xidməti yaxşı işləyirdi. Yazdıqlarımı əl yazması halında konvertə salıb göndərsəm, vaxtında çatırdı.
- Əsərlərinizdə əsasən hansı mövzuları əhatə edirsiniz?
- Mən daha çox insanlıq, mərhəmət, yaxşılıq və mənəviyyat kimi yüksək dəyərlər haqqında yazıram. Həmçinin, din və əxlaq, insan olmaq, həyat və zamanın qiymətini anlamaq kimi mövzular da ürəyimə yaxındır.
Yaradıcı fəaliyyət vasitəsilə bu mənəvi anlayışları insanlara çatdırmağı öz vəzifəmdən hesab edirəm. Belə yüksək mövzularda yazmaq, ruhu ilhamlandırır, həyatı isə mənalandırır.

- Yeni əsərlər yazarkən sizin üçün hansı mərhələ ən vacibdir?
-Ən önəmlisi ideyanın yaranması və onu necə təqdim etmək, hadisəni necə inkişaf etdirmək və nəticəni necə başa çatdırmaqdır. Bu proseslərdə hər addımı düşünərək, planlaşdıraraq və hər tərəfdən hazırlıqlı olmaq vacibdir. Buna görə də mən çox vaxtımı ideya üzərində düşünməyə, onun ən optimal şəkildə ifadə olunmasını təmin etməyə sərf edirəm. Çünki hər bir yaradıcı əsər mükəmməlliyə can atan ağıllı və ürəkdən edilən əməyin nəticəsidir.
- Müəllim-şagird münasibətləri haqqında fikirləriniz...
- Şansım o oldu ki, məktəbdə də, ali məktəbdə də, iş həyatımda da həmişə yaxşı müəllimlər yanımda oldular. Bir çoxları həyatdan köçdülər, onları yaxşı xatirələrlə xatırlayıram. Həyatdakı müəllimlərimlə ən azı bir zəng edib hal-əhval tuturam.
Müəllim-şagird münasibətləri maddiyyata əsaslanmamalıdır.
Həqiqətən səmimi olan, lazım gələndə dəstək verə bilən və çatışmazlıqlarını izah edib yol göstərə bilən müəllim olmalıdır. Mən də bir neçə şagirdimdən «müəllim» kimi tanınmaq istədiyini eşidirəm və bundan çox məmnun oluram.
Lakin bəzən yardıma gəlib sonra tanımayan şagirdlər də olur. Bu münasibətə əsasən, müəllim-şagird əlaqələri həqiqi hörmət və səmimiyyət üzərində qurulmalı, hər bir şagirdin yaradıcı inkişafını dəstəkləməli və onların çatışmazlıqlarını kömək yolu ilə düzgün istiqamətə yönəltmək lazımdır.
- Ədəbiyyatın cəmiyyətdəki yeri haqqında nə düşünürsünüz?
- Özbəkistan xalq yazıçısı, söz ustası, Abdulla Qahharin belə bir sözü var: «Ədəbiyyat -atomdan güclüdür...»
Həqiqətən də ədəbiyyatın cəmiyyətdəki yeri çox böyükdür. İnsan özlüyünə çata bilmək, kamilliyə və mənəviyyata nail olmaq üçün əlbəttə ki, ən vacib tərbiyə vasitəsi olan ədəbiyyat lazımdır, kitab lazımdır. Ədəbiyyat sayəsində dünya daha da gözəldir. Ədəbiyyat, öz növbəsində, insanların ruhunu ucaldır, onları həqiqi dəyərlərə çatdırmağa yönəldir. Beləliklə, ədəbiyyat yalnız dilin deyil, həm də ürəyin güclü qüvvəsidir.
- Əsərlərinizin bir çox xarici nəşrlərdə çap edilməsi, yaradıcı fəaliyyətinizə necə təsir etdi?
- Ailəm, övladlarım həyatımın mənası, bəxtim olduğu kimi, yaradıcı fəaliyyətim də məni irəliləməyə, təslim olmamağa səsləyən və həmişə çağıran "İŞIQLI NUR!"
Bir vaxtlar dünya şairlərinin əsərlərini oxuduğumda; mənim də əsərlərimin xarici nəşrlərdə çap olunmasını istərdim...Bu gün isə, ucqar bir kənddə yaşayaraq yaradıcı fəaliyyət göstərən birinin yazdığı əsərlərin xarici nəşrlərdə çap edilib, dünya üzünü gördüyünü görərək, arzularımın həyata keçdiyini hiss edirəm.
Bu isə mənə daha çox ruh verir, daha çox, daha yaxşı axtarışlar etməyə, yaradıcı işlər görməyə təşviq edir.
- Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?
- Azərbaycan ədəbiyyatına marağım və sevgim böyük mütəfəkkir Nizami Gəncəvinin şah əsərlərini oxumaqla başladı.
Bu böyük mütəfəkkirin yaradıcı fəaliyyəti mənim üçün Azərbaycan ədəbiyyatına geniş yol açdı desəm, yanılmaram. Onun əsərləri vasitəsilə ədəbiyyatın son dərəcə böyük qüdrətini, insan ruhunu yaxşılığa və həqiqətə yönəldən ilahi qüvvəsini hiss etdim. Sonra Səməd Vurğunun duyğusal şeirləri və Mirzə Fətəli Axundovun dram əsərləri ilə tanış oldum və Azərbaycan ədəbiyyatının sosial-siyasi və insanpərvərlik dəyərlərini daha dərindən anladım. Bəxtiyar Vahabzadənin Vətənə və sevgiə həsr edilmiş şeirləri, Anarın müasir qəhrəmanlıq ruhunu əks etdirən əsərləri və Nəbi Xəzrinin ürəklərə nur bəxş edən yaradıcılığı mənim üçün xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan ədəbiyyatı-dünya mədəniyyətində özünə xüsusi yer tutan, insanlığın mənəviyyatının ən yüksək tərəflərini əks etdirən ədəbiyyatdır.
Onun hər bir səhifəsi bizə həyat həqiqətləri və sonsuz ilham mənbəyini çatdırır.
- Yaradıcılıq yolunuzda qarşılaşdığınız ən böyük çətinliklər və onları necə dəf edirsiniz?
- Ən böyük çətinlik- vaxt, imkan və şərait məsələsidir. Əslində, gündəlik həyatın çətinlikləri və şəxsi məsuliyyətlər çox vaxt qadını yaradıcı fəaliyyətlərdən uzaqlaşdırır. Lakin, ona müəyyən vaxt və uyğun şərait yaradıldıqda, qadının ürəyindən çıxan duyğular və fikirlər özünəməxsus və təbii şəkildə, yaxşı yazılır.

-Yaradıcı həyat və şəxsi həyat arasında necə bir balans saxlanmalıdır?
- Şəxsi həyat və yazdıqlarının arasında ziddiyyət, yəni insanlıq haqqında yazıb, özünün praktik həyatında insanlıqdan uzaq olmaq, yaradıcı insan üçün ən böyük səhv və ağrıdır. Yaradıcı insanın həqiqi mənada yaradıcı həyatı yazdıqlarına uyğun olmalı, onun qəlbinin həqiqi hissləri, arzu və istəkləri əks etdirməlidir. Hansı vəziyyətdə olursa-olsun, yaradıcı insan müvazinətli, səmimi və yaxşı əxlaq sahibi olmalıdır. Bu əxlaq onun yazdıqlarında aydın şəkildə görünməli və yaradıcılığına dərin mənalar verməlidir. Əgər yaradıcı insan özünə xas insanlıq və ədalətdən məhrum olarsa, onda onun yaradıcılığı həqiqi insanı tərənnüm etməyə qadir olmaz.

Söhbətləşdi: Cahangir NAMAZOV,
"Butov Azerbaycan ”ın Özbəkistan təmsilçisi.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!