Ər-arvad dəm qazından zəhərləndi .....                        Ermənistanda rus hərbçinin meyit tapıldı .....                        Qurbanovdan xəbərdarlıq: "Hər şey əldən gedə bilər.." .....                        Lukaşenko 7-ci dəfə prezident seçildi .....                        "Roma"dan səfər qələbəsi .....                        HƏMAS atəşkəs razılaşmasını pozub - İsrail .....                        Belarusda prezident seçkiləri baş tutmuş elan edildi .....                        Belarusda prezident seçkiləri baş tutmuş elan edildi .....                        Belarusda prezident seçkiləri baş tutmuş elan edildi .....                       
25-01-2025, 12:03
Trampın neft hədəfi: supergüc olmaq, yoxsa sadəcə hədə-qorxu...


Trampın neft hədəfi: supergüc olmaq, yoxsa sadəcə hədə-qorxu...

Dünya iqtisadiyyatının mühüm mövzularından biri enerji bazarlarının idarə edilməsi və neft qiymətlərinin dəyişkənliyidir. Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın videobağlantı vasitəsilə etdiyi çıxış enerji bazarlarında təsir edib. Tramp, Səudiyyə Ərəbistanı və OPEC-ə müraciət edərək, neft qiymətlərinin aşağı salınmasını təklif edib.
Trampın fikrincə, əgər neftin qiyməti azaldılsa bu Ukrayna müharibəsinin dərhal sona çatmasına səbəb ola bilər. Trampın bəyanatlarına görə ABŞ-ın enerji siyasəti Rusiya üzərində təzyiq yaradaraq onu Ukrayna məsələsində danışıqlara məcbur etməlidir. ABŞ Prezidenti Rusiyanın müharibədən əvvəlki dövrə nisbətən daha çox neft və qaz satdığını qeyd edərək enerji bazarlarının bu müharibənin gedişatına təsir etməsinin vacibliyini vurğulayıb.
O, bu təsirin təkcə Ukraynada müharibəni dayandırmaqla kifayətlənməyəcəyini, eyni zamanda ABŞ-ı neft istehsalı sahəsində "super güc"ə çevirəcəyini vurğulayıb. ABŞ-ın dünyanın ən böyük neft və qaz ehtiyatlarına sahib olduğunu qeyd edən prezident bu resursları daha fəal istifadə etməyə hazır olduqlarını bildirib.
Trampın Davosdakı çıxışı neftin qiymətlərinə dərhal təsir edib. "Brent" markalı neftin qiyməti bir barrel üçün 78,29 dollara, WTI markalı neftin qiyməti isə 74,62 dollara enib.
Ekspertlər düşünür ki, neft qiymətlərinin aşağı salınması tələbi təkcə ABŞ iqtisadiyyatı üçün deyil, həm də qlobal enerji bazarı üçün mühüm nəticələr doğura bilər. Neft istehsalçıları bu təzyiqi nəzərə almalı və qiymət siyasətlərini buna uyğun tənzimləməli olacaq. Mütəxəssislər hesab edir ki, neft qiymətlərinin enməsi yeni enerji layihələrinin maliyyələşdirilməsini çətinləşdirə bilər, çünki enerji sektoru böyük sərmayələr tələb edir.
Səudiyyə Ərəbistanı və OPEC+ ölkələrinə neft qiymətlərini endirmək sərfəli deyil, çünki istehsalın artırılması halında bütün dünya enerji istehsalçıları, o cümlədən ABŞ zərər çəkər, – deyə Rusiyalı ekspert İqor Yuşkov bildirib. Yuşkov sual verir.
"Səudiyyə Ərəbistanı və OPEC-ə Trampın dediklərini yerinə yetirmələri lazımdırmı? Qiymətləri endirmək üçün OPEC+ ölkələri hasilat azaltmaq barədə sazişi pozmalı və maksimum istehsal etməlidir". Ekspertin fikrincə, bu vəziyyət OPEC+ ölkələrinə sərf etməz, çünki bu addım qiymətlərin 30-40 dollar/barel səviyyəsinə enməsinə səbəb ola bilər. Yuşkovun sözlərinə görə Trampın təklifi heç bir neft istehsalçısına sərfəli deyil, hətta ABŞ-ın özünə belə. Çünki ABŞ-da şist neftinin hasilatının xərcləri olduqca yüksəkdir.
Ekspert qeyd edir ki, "Səudiyyə Ərəbistanı, İraq və digər istehsalçılar hasilatı artırmaq üçün niyə öz gəlirlərini zəiflətsinlər? Həmişə az istehsal edib çox gəlir əldə etmək daha sərfəlidir.. Bu ölkələrin büdcələri neftin yüksək qiymətləri ilə tərtib edilir. Səudiyyə Ərəbistanında qeyri-rəsmi olaraq 85-87 dollar/barel arasında qiymət nəzərdə tutulub. Niyə o, qiymətləri 40 dollar səviyyəsinə endirsin?"
Ekspertlər bildirirlər ki, ABŞ Prezidenti Donald Trampın OPEC+ neft ixracatçıları ittifaqını neft qiymətlərini azaltmağa çağırması Respublikaçı liderin ABŞ-ı enerji baxımından dominant etmək hədəfi ilə ziddiyyət təşkil edir.
Kanada Biznes Şurasının məsləhətçisi Hezər Exner-Pirot bildirib ki, ABŞ-ın enerji dominantlığı məqsədi ilə “OPEC, neft qiymətlərini endirin” tələbi bir-birinə ziddir. "Əgər OPEC+ ölkələri istehsalı artırarsa, qiymətlər düşəcək və ABŞ-ın istehsalını məhdudlaşdırmalı olacaq. Çünki ABŞ-da neft hasilatı çox baha başa gəlir. Hazırda ABŞ-da neft hasilatı qiymətlərin 70 dolardan yüksək olduğu halda sərfəlidir.
Trampın təklifləri həm qlobal enerji bazarını, həm də ABŞ-ın enerji siyasətini yenidən formalaşdırma potensialına malik olsa da bu cür təzyiqlər iqtisadi sabitliyi təmin etməkdə çətinlik yarada bilər.
25-01-2025, 11:42
İran səfiri XİN-ə çağırıldı: Etiraz edildi


İran səfiri XİN-ə çağırıldı: Etiraz edildi

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkəmizin rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.
Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.
Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.
İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
25-01-2025, 10:47
Ağsuda əməliyyat: silahlı narkokuryer tutuldu


Ağsuda əməliyyat: silahlı narkokuryer tutuldu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, “Kalaşnikov” markalı avtomat və patronlar aşkarlanıb. Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
25-01-2025, 10:09
Qazinin meyiti dağda tapıldı


Qazinin meyiti dağda tapıldı

32 yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə, məşhur Şamil yaylağında ölü tapılıb.
Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub. Hadisə ilə bağlı bir sıra detallar məlum olub.
Rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.
Fakt araşdırılır.
Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.
25-01-2025, 10:04
Şəmkirdə dəhşətli qəza: 5 nəfər öldü


Şəmkirdə dəhşətli qəza: 5 nəfər öldü

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb. Hərəkətdə olan “Niva” ilə VAZ 2106 markalı minik maşınları toqquşub. Qəza zamanı 5 nəfər ölüb.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks zolağa daxil olub. Qarşıdan gələn Şəmkir rayon sakini, 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşma nəticəsində "VAZ-2106"nın sürücüsü və həmin avtomobildə olan sərnişin - Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini, Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev, eləcə də hələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölüb.
"VAZ-2106"da olan digər sərnişin - 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
25-01-2025, 09:55
İsmail Kartalın yeni klubu məlum oldu


İsmail Kartalın yeni klubu məlum oldu

Türkiyənin “Fənərbağça” komandasının sabiq baş məşqçisi İsmail Kartalın yeni iş yeri bəlli olub.
63 yaşlı mütəxəssis İran təmsilçisi “Persepolis” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 18 aylıq müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, “Persepolis” hazırda İran çempionatında 30 xalla dördüncü pillədə qərarlaşıb.
25-01-2025, 03:04
25-01-2025, 03:03
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!