Xocalıya növbəti köç olacaq .....                        Bir daha “Sarı gəlin” haqqında .....                        Bələdiyyə seçkilərinin ilkin nəticələri .....                        Salyanda faciə: bir ailənin 4 üzvü öldü .....                        Suriyanın yeni prezidenti elan edildi .....                        Avropanın sərhədimizdəki missiyasının müddəti uzadıldı .....                        Ən çox seçici aktivliyi olan dairə .....                        Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib .....                        Fatma Mahmudova xəstəxanaya yerləşdirildi .....                       
Dünən, 23:16
Suriyanın yeni prezidenti elan edildi


Suriyanın yeni prezidenti elan edildi

Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) ölkənin keçid dövrü üçün prezidenti elan edilib.
Ölkənin yeni hakimiyyət orqanları əvvəlki konstitusiyaya xitam verildiyini və parlamentin buraxıldığını bəyan ediblər. Bütün təhlükəsizlik xidmətləri və silahlı qüvvələr ləğv edilib.
"Suriyanın prioritetləri hazırda hakimiyyət boşluğunu doldurmaq, vətəndaş sülhünü qorumaq, dövlət institutlarını qurmaq, ölkənin iqtisadi inkişafı üçün zəmin yaratmaq üçün çalışmaq və Suriyanın beynəlxalq və regional səviyyədə öz statusuna qaytarılmasıdır", - açıqlamada bildirilir.
Prezidentin səlahiyyətləri Suriyada yeni konstitusiya qəbul olunana qədər davam edəcək. 2012-ci il konstitusiyasına xitam verilib. Ölkə hakimiyyəti keçmiş prezident Bəşər Əsədin dövründə qəbul edilmiş bəzi qanunları da ləğv edib. Dekabrın 8-i Suriyada “Böyük Suriya İnqilabı”nın qələbə günü elan edilib.
Baas Partiyasının Suriya qolu buraxılıb. Partiya 1963-2024-cü illərdə ölkəyə rəhbərlik edib. Başqa ad altında partiyanın yenidən yaradılması qadağan olunub.
Dünən, 22:49
Avropanın sərhədimizdəki missiyasının müddəti uzadıldı


Avropanın sərhədimizdəki missiyasının müddəti uzadıldı

Avropa İttifaqının Ermənistandakı missiyası iki il uzadılıb.
Aİ-nin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə- 2027-ci il fevralın 19-dək uzatmağa razılaşıblar.
Qeyd edək ki, missiyanın tərkibi və üzvlərinin sayı dəyişməz qalıb. Hazırda 165 xarici və 44 yerli müşahidəçi daxildir.
Dünən, 21:17
Ən çox seçici aktivliyi olan dairə


Ən çox seçici aktivliyi olan dairə

Bu gün keçirilən bələdiyyə seçkiləri üzrə səsvermədə ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb.
Burada seçici fəallığı 38,50 faiz olub.
Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir.
Burada aktivlik göstəricisi 24,45 faizdir.
Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Dünən, 20:43
Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib


Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib

Bu gün keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar seçici fəallığı açıqlanıb.
Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O, saat 19:00-a olan əsasən, seçicilərin 31,45 faizinin ( 1 milyon 874 min 810 nəfər) səs verdiyini bildirib.
Dünən, 20:37
Fatma Mahmudova xəstəxanaya yerləşdirildi


Fatma Mahmudova xəstəxanaya yerləşdirildi

Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib. Aktrisa insult keçirib.
O, bu gün “İstanbul NS” klinikasına yerləşdirilib. Aktrisa hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı.
Dünən, 20:22
Səsvermə ilə bağlı şikayət daxil olmayıb


Səsvermə ilə bağlı şikayət daxil olmayıb

Gün ərzində media mənsubları, MSK təmsilçiləri prosesi bütün mümkün vasitələrlə izlədi, təəssürat odur ki, seçki qanunvericiliyin tələblərinə uyğun formada keçirilib.
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, seçkinin gedişatı məqbul qəbul edilə bilər.
Sədr müavini bildirib ki, hələlik həm rəsmi, həm də qeyri-rəsmi formada şikayət daxil olmayıb: “Qaynar xəttimizə sorğu tipli 35-ə yaxın müraciət daxil olub”.
R.Qasımov onu da əlavə edib ki, seçki prosesində iştirak edən müşahidəçilərin qənaəti müsbətdir: “Ümid edirik ki, seçki prosesinin sonuna qədər müsbət qənaət dəyişməz olaraq qalacaq”.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
Dünən, 19:55
Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar


Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar

"10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcək".
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
Onun sözlərinə görə, metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simulyasiya edilərək seçilib:
"10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, "Bənövşəyi xətt"in uzadılması, eyni zamanda, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" stansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.
"Həzi Aslanov"dan "Yaşıl xətt"in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir".
Dünən, 19:33
Fransa səfirliyi yandırıldı


Fransa səfirliyi yandırıldı

Konqo Demokratik Respublikasının (DRC) paytaxtı Kinşasada bir neçə yüz etirazçı küçələrə çıxaraq Fransa səfirliyinin hasarının bir hissəsini, Belçika səfirliyinin girişini yandırıb, Uqanda səfirliyini isə qarət edib.
Fransa səfirliyinin divarı giriş hissədə qismən yandırılıb. Rəsmi Parisin bu hadisəyə reaksiyası gecikməyib. “Bu hücumlar qəbuledilməzdir. Əməkdaşlarımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür”, - deyə Fransanın xarici işlər naziri Jan-Noel Baro X hesabında bildirib.
Konqonun paytaxtının əsas prospekti olan “30 iyun” boyunca hərəkət edən etirazçılar Belçikanın diplomatik nümayəndəliyinin önündə - yandırdıqları giriş qapısının qarşısında dayandırılıb. Digər etirazçılar talan edilmiş və mebelləri boşaldılmış Uqanda səfirliyinə tərəf yönəliblər. Şəhərin mərkəzində Ruanda səfirliyinin yerləşdiyi binanın bir hissəsi dağıdılıb, avtomobillər yandırılıb və əmlak qarət olunub.
Konqo Baş nazirinin müavini Jakmin Şabani yerli radio vasitəsilə səfirliklərə yaxın şəxsləri də hədəf alan iğtişaşlar və talan halları qarşısında sakit və təmkinli olmağa çağırıb. Etirazçılar Konqonun Ruanda tərəfindən M23 üsyançı qrupu (23 Mart Hərəkatı) vasitəsilə gördüyü aqressiya qarşısında bu dövlətlərin susqunluğunu pisləyiblər.
Qeyd edək ki, bu hərəkat 2012-ci ildə Konqo ordusunun müxalif əsgərləri tərəfindən yaradılıb. Hakimiyyətə gəldikdən qısa müddət sonra - 2013-cü ildə MONUSCO sülhməramlılarının dəstəklədiyi Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri (FARDC) tərəfindən məğlub edilib. Bununla belə, M23 2022-ci ildə yenidən silaha əl ataraq Ruanda və Uqanda sərhədlərində yerləşən Şimali Kivu əyalətində bir neçə məntəqəni ələ keçirib.
Rəsmi Kinşasa Ruandanı bölgənin mineral sərvətlərinə çıxış üçün M23-ə fəal dəstək göstərməkdə ittiham edir.
Dünən, 19:08
Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı


Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.
Seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.
Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.
Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.
685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Dünən, 18:03
ABŞ-nin F-35 qırıcısı qəzaya uğradı


ABŞ-nin F-35 qırıcısı qəzaya uğradı

Amerika Birləşmiş Ştatlarının 5-ci nəsil F-35A qırıcısı Alyaskada eniş edən zaman qəzaya uğrayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, pilot vaxtında katapult edə bildiyindən qəza itkisiz ötüşüb. Qırıcının Eylson hava bazasının yaxınlığında yerə çırpıldığı bildirilir.
İlkin məlumata görə, qəzaya təyyarənin göyərtəsində meydana gələn texniki nasazlıq səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!