Sülh Dövründə Siyasi Kommunikasiya .....                        Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                       
30-01-2025, 23:35
MSK 3 şikayətlə bağlı qərar verdi


MSK 3 şikayətlə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar quruma daxil olmuş müraciətlərə baxıb.
Sözügedən məsələ ilə bağlı MSK-nın iclası baş tutub.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 72 saylı Cəlilabad Kənd Seçki Dairəsinin Şləvəngi bələdiyyəsi üzrə namizəd olmuş İsmayıl Nuriyevin şikayətinə baxılıb.
Qeyd olunub ki, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına (DSK) təqdim olunmalıdır. Sözügedən şikayət DSK-ya göndərilib.
72 saylı Cəlilabad Kənd Seçki dairəsinin Üçtəpə bələdiyyəsindən namizəd Əlqismət Cəfərovun da oxşar şikayətinə baxılıb. Vurğulanıb ki, bu müraciətə də ilkin olaraq DSK baxmalıdır.
Həmçinin 115 saylı Şəki Kənd Bələdiyyəsi üzrə daxil olan şikayət üzrə də oxşar qərar verilib.
30-01-2025, 23:27
Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi


Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi

Azərbaycanlı iş adamı Mehman Cabbarov Rusiyada vəfat edib.
Əslən Ordubaddan olan biznesmen 58 yaşında qəfil dünyasını dəyişib.
Mehman Cabbarov xeyriyyəçi kimi də tanınır. O, əməliyyat olunması zəruri olanların xərclərini qarşılayıb, onlarla adamı şəxsi vəsaiti hesabına Həcc ziyarətinə göndərib.
30-01-2025, 23:09
HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi


HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi

HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam"ın komandiri Məhəmməd əl-Deyfin öldürüldüyünü təsdiqləyib.
Bunu qrupun nümayəndəsi Əbu Ubeydə bildirib.
“Biz xalqımıza və dünyadakı tərəfdarlarımıza Məhəmməd əl-Deyfin vəfat etdiyini bildiririk”, - o deyib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Məhəmməd əl-Deyfin öldüyünü ötən ilin iyul ayında açıqlayıb.
Əl-Deyf 1965-ci ildə anadan olub. O, 2002-ci ildən HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssəm briqadalarına rəhbərlik edir. İsrail hərbçiləri 2002-ci ildən bəri təxminən on dəfə Məhəmməd əd-Deyfi öldürməyə cəhd ediblər.
30-01-2025, 22:39
Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı


Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı

Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.
Hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.
Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
30-01-2025, 21:03
Ronaldo "Sumqayıt"da oynayacaq


Ronaldo "Sumqayıt"da oynayacaq

"Sumqayıt" Dominikan Respublikası millisinin üzvü Ronaldo Vaskesi transfer edib.
25 yaşı olan futbolçu vinger mövqeyində çıxış edir.
Son olaraq Boliviyanın "Quabira" kollektivinin şərəfini qoruyan Ronaldo "gənclik şəhəri" təmsilçisinin heyətində 23 nömrəli formanı geyinəcək.
30-01-2025, 20:41
Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu


Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu

Bakıda tramvay nəqliyyatının tətbiq ediləcəyi tarix məlum olub.
Sözügedən məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Planda “Sea Breeze” daxilində nəqliyyat həllərinin planlaşdırılması və “Sea Breeze” − Pirşağı tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.
Tramvayların tətbiq edilməsi 2027-2029-cu illəri əhatə edir. Proses üzrə icraçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təyin edilib.
Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.
30-01-2025, 20:28
Xırdalan sakinləri üçün şad xəbər


Xırdalan sakinləri üçün şad xəbər

M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsü tikiləcək”.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ ilə birlikdə 2025-2030-cu illərdə yol qovşağının istismara verilməsini təmin etməlidir.
Eyni zamanda proqrama əsasən, Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsi təkmilləşdiriləcək. 2025−2026-cı illərdə AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ tərəfindən yol şəbəkəsi istismara veriləcək.
Həmçinin Dövlət Proqramında qeyd edilib ki, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək. AAYDA və RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ tərəfindən 2030-cu ilə kimi yolötürücüsü istismara veriləcək.
30-01-2025, 20:24
Bakı metrosunda 51 yeni stansiya


Bakı metrosunda 51 yeni stansiya

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
"Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir", - proqramda qeyd olunub.
Bildirilir ki, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanıb, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə
verilib. Artan sərnişin tələbi nəzərə alınaraq, bu ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.
30-01-2025, 19:00
Rəssamın işi, şairin arzuları və Xudafərin körpüsü

Əzizə Quliyeva yazır:

Rəssamın işi, şairin arzuları və Xudafərin körpüsü
Xalq rəssamı Adil Rüstəmovin yaratdığı portret üzərində düşüncələr...
...Portret obrazın xarakterini, təbiətini, kimliyini sanki dil açıb danışır...
Mən sənətşünas deyiləm... Amma yenə düşundüklərimi yazım…
Bilə bilmədim, sulu boya kətan, ya kağız üzərindədir. Amma çox canlı və hikmətamizdir. Körpü şair xəyalının doğma torpaqlarda olmasınin rəmzidir.
Arxada fikrə dalan oğlan, qala divarına soykənib həsrətlə yol ğözləyən qız, qalanın üstündə vüqarla durub keşik çəkən igid əsgər, arxada düşmən üzərinə hücum üçün plan quran ğənclər, lap arxada isə Zəfər gününu həsrətlə gözləyən məğrur Analar. Öndə isə bu kompozisiyanın nə vaxt həyata keçiriləcəyini düşünüb xəyalın həqiqətə çevriləcəyi günü gözləyən Şair DÜNYASI....
...Yaddan çıxıb bir gözəl də körpünün o tayında yol gözləyir ...
Hələ çox şey yazmaq olardı... bu Əli Rza Xələflinin daxili dünyasını az çox sözə gətirə bildiyim tərəfləridir...
Kitab--kitab nəzərim, gözüm qalar dünyada,
Dönər işığa, nura--közüm qalar dünyada.
Ürəyimin odudur, atəşidir hər sözüm,
Canımı aparsam da, sözüm qalar dünyada.
İllər ömür zəmisi, çin -çin biçib yığarsan,
Küləklərdə sovurub, dən--dən seçib yığarsan.
Bir gün gələr bilərsən, sənin deyil bu dünya,
Gözlərini dünyadan gün--gün keçib yığarsan.
Bulud--bulud tutulsa, dağlar başı çən varam,
Dalğalanan zəmidə dolu sünbül, dən varam.
Dan üzünə şeh gülər bir çəmənin üstündən,
Yaxşı baxsan görərsən, hər damlada mən varam.

Görünür istedadlı rəssam, portretlər ustadı Adil Rüstəmov Əli Rza Xələflinin zəngin yaradıcılığını yaxşı oyrənib...
Ona görə də şairin mənəvi mühitini, başqa sözlə xarakterini, kimliyini rənglərlə yaratdığı cizgilərlə aça bilib...
Mən şairin üç xarakterik rubaisini də mətnə daxil etdim ...
...bəli , ruhumuza təsir edə biləcək gücdə yazılmış o bəndləri həmin portretdən dünyaya, insanlara nəzərləri ilə nüfuz edən sənətkar yaza bilərdi...
Əzizə Quliyeva

30-01-2025, 18:48
Hərbçilərimiz şərti düşmənin hədəflərini məhv etdilər


Hərbçilərimiz şərti düşmənin hədəflərini məhv etdilər

Türkiyənin Qars şəhərində təşkil olunan “Qış təlimi- 2025” hərbi təlimlərində yeni tapşırıqlar icra olunub.
Bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, təlim çərçivəsində şərti düşmənin olduğu əraziyə daxilolma tapşırıqları icra edilib. Həmçinin helikopterlərlə şərti düşmənin sığınacaqları dağıdılıb.
Bundan başqa, qışda kəskin hava şəraitində döyüş qabiliyyəti və imkanları yoxlanılıb.
Təlimdə Azərbaycan da daxil olmaqla 199 fərqli ölkədən 12 min 199 nəfərlik şəxsi heyət iştirak edir.
Qeyd edək ki, təlimlər yanvarın 16-da başlayıb. Təlim çərçivəsində müxtəlif manevrlər həyata keçirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!