Tağıyevin nəticəsi illər sonra üzə çıxdı .....                        İstanbulda qara görə dərslər dayandırıldı .....                        Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur! .....                        Türkiyə Suriyaya qadağanı ləğv etdi .....                        Somali Prezidenti Azərbaycanda - FOTO .....                        Onlayn qumar təşkil edən daha bir dəstə tutuldu .....                        Hüquq müdafiəçiləri jurnalistə görə DİN-də qəbul edildilər .....                        Üç ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi .....                        Malıbəyli qətliamından 33 il keçdi .....                       
21-01-2025, 22:43
Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu


Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu

İYİ Partiyasının keçmiş sözçüsü və Ankara millət vəkili Kürşad Zorlu Ədalət və İnkişaf Partiyasına (AK Parti) qatılıb.
Hakim partiyanın sədri Rəcəb Tayyib Ərdoğan ona döş nişanı təqdim edib.
“Cümhuriyyətimizin ikinci əsrinə qədəm qoyduğumuz bu tarixi dönüş nöqtəsində prezidentimizin rəhbərliyi ilə ölkəmizə xidmət etmək inamı və həyəcanı ilə aranızdayam”, - Zorlu deyib.
21-01-2025, 22:28
Ümit Özdağ barədə həbs qərarı verildi


Ümit Özdağ barədə həbs qərarı verildi

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ barədə həbs qərarı verilib.
O, "ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək"də ittihamı edilib.
Partiya sədri prokurorluqda ifadə verib və daha sonra həbs olunub.
21-01-2025, 22:14
İlyas İsmayılov komaya düşdü


İlyas İsmayılov
komaya düşdü


Mərkəzi Klinikada müalicəsi davam edən Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti yenidən pisləşib.
Bunu Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimov deyib.
“İlyas müəllimin səhhətində geriləmə olduğu üçün palatadan yenidən reanimasiya şöbəsinə qaytarılıb. Vəziyyəti ağırdır”, - deyə şöbə müdiri qeyd edib.
Sabiq baş prokurorun yaxınları isə İlyas İsmayılovun komaya düşdüyünü deyirlər.
Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
21-01-2025, 21:53
Vəzifəsinin ilk günündə məhkəməyə verildi


Vəzifəsinin ilk günündə məhkəməyə verildi

ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindən sonrakı ilk gün məhkəməyə verilib.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Trampın ilk gün verdiyi sərəncamlarına görə ona qarşı iddia qaldırıb.
İddialar doğum yerinə görə ABŞ vətəndaşlığının ləğvi və yüksək rütbəli federal işçilərin işdən çıxarılması ilə bağlı olub.
İlk iddianı immiqrantların hüquqlarını dəstəkləyən təşkilatlar qaldırıb. Yeni sərəncama əsasən, ABŞ-da doğulan və valideynləri ölkədə müvəqqəti və ya qeyri-qanuni olan uşaqlar avtomatik olaraq Amerika vətəndaşlığını almayacaqlar. Hüquq müdafiəçiləri prezidentin qərarını qanunsuz hesab ediblər, çünki vətəndaşlıq almaq hüququ Konstitusiya və Konqres tərəfindən diktə olunur.
İkinci iddianı 37 federal departament və agentliyin əməkdaşlarını təmsil edən Milli Xəzinədarlıq İşçiləri İttifaqı qaldırıb. İddiaçılar hesab edirlər ki, dövlət başçısının hərəkətləri qanunvericilərin niyyətləri ilə ziddiyyət təşkil edir, çünki Konqres federal işçilər üçün “lazımi proses hüquqları” müəyyən edib. Qeyd olunur ki, fərman “apellyasiya şikayəti vermək hüququ olmadan işdən çıxarıla bilən” işçilərin yeni kateqoriyasını yaradacaq.
21-01-2025, 21:26
Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi


Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi

Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Bakının Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev tədrisin keyfiyyətinin yaxşılaşdırılması, məktəb idarəetməsinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi məsələlərindən söz açıb.
Məktəblərin inzibati idarəetməsində mövcud problemlər və onların həlli ilə bağlı addımları qeyd edən nazir daha sonra şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayıb.
Nazir əlavə edib ki, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması əsas məsələlərdəndir. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb.
Görüşdə valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsi, bu əlaqələrin möhkəmləndirilməsi, şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib, həmçinin innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.
Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib.
21-01-2025, 20:45
Prezident Davosda daha bir görüş keçirdi


Prezident Davosda daha bir görüş keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
Yakob Aarup-Andersen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə etdi, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
“Carlsberg Group”un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlət başçısına məlumat verilib.
Görüşdə “Carlsberg Group” şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunulub.
21-01-2025, 20:39
ASAP xaricdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirib


ASAP xaricdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən xarici ölkələrdə - Türkiyə, Gürcüstan, Fransa, Böyük Britaniya və Avstriyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Türkiyənin İstanbul şəhərində 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa görüşü baş tutub. Üsküdar Universitetində keçirilən tədbir zamanı Türkiyədə yaşayan azərbaycanlı gənclərlə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsi barədə müzakirələr aparılıb. Gənclər Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi və Ulu Öndərin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilməsi haqqında danışıblar. Diqqətə çatdırılıb ki, 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir və bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli torpaqlarımızın Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyması ilə başa çatıb. Bu Zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.

Gürcüstanın Tbilisi şəhərində ASAP və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faicəsi ilə əlaqədar foto-sərgi və anım tədbiri keçirilib. Qonaqlar əvvəlcə Qanlı Yanvar hadisələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin iştirakı ilə baş tutan tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini yad edilərək, xalqımızın hüzn və şərəf gününün tarixi faktları haqqında danışılıb. Muzeyinin direktoru Leyla Əliyeva çıxış edərək qeyd edib ki, xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyi məkrli planlarını həyata keçirə bilməyib. Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olmuş və xalqımızın azadlıq əzmini bütün dünyaya nümayiş etdirmiş bu faciədə azadlıq istəyi ilə əliyalın düşmən tanklarından qorxmayan bir xalq xarakter nümayiş etdirərək, dünyanı heyran etdi və təsdiqlədi ki, müqəddəs amalı uğrunda canını qurban verməyə hazırdır.
Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. ASAP Fransa nümayəndəliyinin üzvləri və Fransada yaşayan azərbaycanlı tələbə və məzunların iştirakı ilə baş tutan tədbir zamanı 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq məqsədilə törətdiyi qanlı terrordan bəhs edilib. Qeyd olunub ki, Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub. Tədbirdə həmçinin 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar hadisələri barədə danışıb. Həmin dövrdə Moskvada təhsil aldığını və hadisələrdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan nümayəndəliyindəki çıxışının canlı şahidi olduğunu deyən diplomat bildirib ki, həmin vaxt Azərbaycan hələ öz müstəqilliyini bərpa etməsə də, məhz həmin çıxış zamanı Ümummilli Liderin yeni doğulmaqda olan müstəqil Azərbaycanın lideri olduğu artıq görünürdü. Səfir müasir, güclü və multikultural Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən dəyərli hörmət olduğunu vurğulayıb, hər bir azərbaycanlının bundan sonra da ölkəmizin azadlığı və suverenliyinin keşiyində durmalı olmasının önəminə toxunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində bu gün Azərbaycanın inamla irəlilədiyini deyən səfir xüsusən üzünü tədbirdə iştirak edən Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclərə tutaraq Azərbaycanın gələcəyinin onlara əmanət olduğunu deyib. Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fariz İsmayılzadə 20 Yanvarın müasir Azərbaycanın tarixində həqiqətən də dönüş nöqtəsi olduğunu qeyd edib. Daha sonra Londonda fəaliyyət göstərən musiqiçi həmyerlilərimiz şəhidlərimizin xatirəsinə piano və kamançada həzin musiqi nömrələri səsləndirib.

Əlavə olaraq, Avstriyanın paytaxtı Vyana şəhərində yaşayan azərbaycanlı tələbə və məzunların iştirakı ilə 20 Yanvar faciəsinə həsr edilmiş fləşmob baş tutub. Yanvarın 20-də Bakıda törədilmiş dəhşətli qırğının dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə hazırlanan videoçarxda gənclər bu faciənin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazıldığını vurğulayıblar.
21-01-2025, 20:18
Yanacaq daşıyan maşın aşdı: 2 nəfər öldü


Yanacaq daşıyan maşın aşdı: 2 nəfər öldü

Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ural” markalı yanacaq daşıyan avtomobil dərəyə aşıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb.
"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.
21-01-2025, 20:12
Şahin Mustafayev İranda


Şahin Mustafayev İranda

İran İslam Respublikasının Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə həmçinin, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir.
21-01-2025, 19:54
Türkiyədə matəm elan edildi


Türkiyədə matəm elan edildi

Türkiyədə birgünlük matəm elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib.
O, Türkiyədə yanğın nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!