TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 21-01-2025, 20:39
ASAP xaricdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirib


ASAP xaricdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən xarici ölkələrdə - Türkiyə, Gürcüstan, Fransa, Böyük Britaniya və Avstriyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Türkiyənin İstanbul şəhərində 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa görüşü baş tutub. Üsküdar Universitetində keçirilən tədbir zamanı Türkiyədə yaşayan azərbaycanlı gənclərlə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsi barədə müzakirələr aparılıb. Gənclər Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi və Ulu Öndərin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilməsi haqqında danışıblar. Diqqətə çatdırılıb ki, 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir və bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli torpaqlarımızın Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyması ilə başa çatıb. Bu Zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.

Gürcüstanın Tbilisi şəhərində ASAP və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faicəsi ilə əlaqədar foto-sərgi və anım tədbiri keçirilib. Qonaqlar əvvəlcə Qanlı Yanvar hadisələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin iştirakı ilə baş tutan tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini yad edilərək, xalqımızın hüzn və şərəf gününün tarixi faktları haqqında danışılıb. Muzeyinin direktoru Leyla Əliyeva çıxış edərək qeyd edib ki, xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyi məkrli planlarını həyata keçirə bilməyib. Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olmuş və xalqımızın azadlıq əzmini bütün dünyaya nümayiş etdirmiş bu faciədə azadlıq istəyi ilə əliyalın düşmən tanklarından qorxmayan bir xalq xarakter nümayiş etdirərək, dünyanı heyran etdi və təsdiqlədi ki, müqəddəs amalı uğrunda canını qurban verməyə hazırdır.
Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. ASAP Fransa nümayəndəliyinin üzvləri və Fransada yaşayan azərbaycanlı tələbə və məzunların iştirakı ilə baş tutan tədbir zamanı 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq məqsədilə törətdiyi qanlı terrordan bəhs edilib. Qeyd olunub ki, Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub. Tədbirdə həmçinin 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar hadisələri barədə danışıb. Həmin dövrdə Moskvada təhsil aldığını və hadisələrdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan nümayəndəliyindəki çıxışının canlı şahidi olduğunu deyən diplomat bildirib ki, həmin vaxt Azərbaycan hələ öz müstəqilliyini bərpa etməsə də, məhz həmin çıxış zamanı Ümummilli Liderin yeni doğulmaqda olan müstəqil Azərbaycanın lideri olduğu artıq görünürdü. Səfir müasir, güclü və multikultural Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən dəyərli hörmət olduğunu vurğulayıb, hər bir azərbaycanlının bundan sonra da ölkəmizin azadlığı və suverenliyinin keşiyində durmalı olmasının önəminə toxunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində bu gün Azərbaycanın inamla irəlilədiyini deyən səfir xüsusən üzünü tədbirdə iştirak edən Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclərə tutaraq Azərbaycanın gələcəyinin onlara əmanət olduğunu deyib. Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fariz İsmayılzadə 20 Yanvarın müasir Azərbaycanın tarixində həqiqətən də dönüş nöqtəsi olduğunu qeyd edib. Daha sonra Londonda fəaliyyət göstərən musiqiçi həmyerlilərimiz şəhidlərimizin xatirəsinə piano və kamançada həzin musiqi nömrələri səsləndirib.

Əlavə olaraq, Avstriyanın paytaxtı Vyana şəhərində yaşayan azərbaycanlı tələbə və məzunların iştirakı ilə 20 Yanvar faciəsinə həsr edilmiş fləşmob baş tutub. Yanvarın 20-də Bakıda törədilmiş dəhşətli qırğının dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə hazırlanan videoçarxda gənclər bu faciənin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazıldığını vurğulayıblar.


Paylaş



Bölmə: Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!