"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
21-01-2025, 16:49
Seçkilərdə 5 milyon 961 min 625 nəfər səs verəcək


Seçkilərdə 5 milyon 961 min 625 nəfər səs verəcək

118 dairə üzrə 685 bələdiyyəyə üzv seçiləcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bələdiyyə seçkilərindəki seçicilərin sayı ölkə üzrə seçicilərin sayından az olacaq. Onun sözlərinə görə, seçici siyahısında 5 milyon 961 min 625 nəfərin adı var.
Qeyd olunub ki, bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 3-ü keçmiş məcburi köçkün dairəsidir: "125 dairənin 7-si azad edilmiş ərazilərə düşür. Onlarda seçkilər keçirilməyəcək. Buna görə bələdiyyə seçkilərində səs verən seçicilərin sayı ümumi seçicilərin sayından az olur”.
21-01-2025, 16:38
Prezident Bərzani ilə görüşüb


Prezident Bərzani ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
21-01-2025, 16:24
Meymunçiçəyi Azərbaycana çatdı: qapanmalar olacaq?


Meymunçiçəyi Azərbaycana çatdı: qapanmalar olacaq?

Məlum olduğu kimi, bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.
Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 22 yaşlı şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi, oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi bildirilir.
Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb.
Meymunçiçəyi ilə bağlı xəbərlərin yayılması insanlar arasında təşvişə səbəb olub. Sosial mediada və mətbuatda ölkədə qapanmaların elan edilib-edilməyəcəyi müzakirə olunur.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, bu xəstəlik hava-damcı yolu ilə yoluxmadığı üçün sürətli yoluxma qabiliyyətinə malik deyil:
“Yəni burda yoluxma üçün dəri ilə təmas olmalıdır. ÜST məlumatına görə, meymunçiçəyi ağrılı səpgilər, böyümüş limfa düyünləri, qızdırma, baş ağrısı, əzələ ağrısı, bel ağrısı və halsızlıq kimi simptomlara səbəb ola bilən yoluxucu bir xəstəlikdir. Əksər insanlar tamamilə sağalır, lakin bəziləri çox ağır xəstələnə bilər. Meymunçiçəyi əsasən bu xəstəliyə yoluxmuş şəxslə yaxın təmas yolu ilə insandan-insana keçir, buna eyni evdə yaşayan ailə üzvləri də daxildir. Yaxın təmas dəridən-dəriyə, və ya ağızdan-ağıza təmasla baş verir və həmçinin xəstəliyi olan bir şəxslə üz-üzə olmaq zamanı da mümkündür”.
Millət vəkili qeyd edib ki, həmçinin bu virusun diaqnostikasının aparılması üçün ölkəmizdə kifayət qədər təchizat, texniki avadanlıqlar mövcuddur və bu, elm aləminə bilinən virusdur:
“Meymunçiçəyi üçün üstünlük verilən laboratoriya testi polimeraza zəncirvari reaksiya (PCR) ilə virusun DNT-si aşkar edilə bilir. Onun müalicəsi İİV əleyhinə preparatlarla aparılır və vaksini də mövcuddur”
“Ölkəmizin karantinə hazır olub-olmaması ilə bağlı suala gəlincə isə, öncəki COVİD-19 pandemiyasının bütün dünyada ləğv edilməsinin elan edilməsindən cəmi 2 ilə yaxın vaxt keçib və burada öyrənilmiş dərslər, pandemiyanın idarəedilməsi ilə bağlı əldə edilmiş təcrübə var, lakin bu, virusun aqressiv təbiətinə çox bağlıdır”- deyə o qeyd edib.
21-01-2025, 16:20
İlham Əliyev İraq Prezidenti ilə bir araya gəldi - FOTO


İlham Əliyev İraq Prezidenti ilə bir araya gəldi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə etdi.
Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.
Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunuldu. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

21-01-2025, 15:47
Tramp ABŞ-da ölüm cəzasını bərpa etdi


Tramp ABŞ-da ölüm cəzasını bərpa etdi

ABŞ prezidenti Donald Tramp federal səviyyədə ölüm cəzasının bərpası ilə bağlı sərəncam imzalayıb.
Ağ Evin saytında dərc edilən sənəddə deyilir: "ABŞ-ın siyasəti ölüm hökmünə icazə verən qanunlara hörmətlə yanaşılması və tam şəkildə tətbiq edilməsi və edamlara maneçilik törədən, edamların qarşısını almaqla qanunu pozan siyasətçilərə və hakimlərə qarşı çıxmaqdır".
Orada deyilir ki, ABŞ Baş Prokurorluğu qanuna uyğun olaraq xüsusilə ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin öldürülməsinə, habelə qeyri-qanuni mühacirlərin törətdiyi ağır cinayətlərə görə ölüm cəzası tələb etməlidir.
Tramp həmçinin baş prokurora bütün ştatların kifayət qədər öldürücü inyeksiyalarla təmin etmək üçün lazımi addımlar atmağı tapşırıb.
21-01-2025, 15:37
Baş nazir məktəblərlə bağlı vacib qərar imzaladı


Baş nazir məktəblərlə bağlı vacib qərar imzaladı

"Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları"nda dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, sağlam təhsilalanların məktəbə qəbul tarixi aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə edəcək:

-ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;

-valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:

1.orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

2. işsiz kimi qeydiyyatda olanlar;

3. əmək pensiyası yaşına çatanlar.
21-01-2025, 15:36
UNESCONUN  YARADILMASINDAN 80 İL KEÇİR


UNESCONUN YARADILMASINDAN 80 İL KEÇİR

Bu il dünyanın ən böyük mədəniyyət (təhsil) təşkilatı olan UNESCO-nun yaradılmasından 80 il keçir. Bu əlamətdar hadisə ilə bağlı təşkilatın yaradılması tarixini nəzərdən keçirməyi vacib hesab edirik. Qloballaşma fonunda dünyada milli mədəniyyətlərin qorunması, təhsilin inteqrasiyası və ümumi inkişaf tendensiyasının, mədəniyyətin inkişaf istiqamətlərinin öyrənilməsi zərurəti adıçəkilən təsisatla tərəfdaşlığın əhəmiyyətini şərtləndirir.
UNESCO HANSI ZƏRURƏTDƏN YARANDI?
İkinci dünya müharibəsinin başa çatmasından 80 il vaxt keçməsinə baxmayaraq bu dəhşətli hadisənin bəşəriyyətə vurduğu ziyanın həcmini mütəxəssislər hələ də tam müəyyənləşdirməmişlər. II Dünya müharibəsinin qızğın dönəmlərində 1942-ci ildə, Avropa ölkələrinin faşist Almaniyası ilə döyüşdüyü bir vaxta Avropa ölkələri hökumətləri və onların müttəfiqləri Böyük Britaniyada müttəfiq ölkələrin təhsil nazirlərinin konfransında toplaşdılar. Müharibənin bitməsinə uzun bir zaman qalmasına baxmayaraq, artıq ölkələri sülhün bərqərar olmasından sonra təhsil sisteminin bərpa olunması məsələsi düşündürürdü. Qısa bir müddət ərzində layihə ümumdünya miqyası aldı. Yeni-yeni dövlətlər, həmçinin ABŞ layihədə iştirak etmək istəklərini bildirdilər.
“Bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyi”
1-16 noyabr 1945-ci il BMT-nin təhsil və mədəniyyət məsələləri üzrə təşkilatın yaranması ilə bağlı 40 dövlətin təmsilçilərinin iştirakı ilə konfrans keçirildi. Fransa və Birləşmiş Krallığın təklifi ilə, dünya mədəniyyətinin bərqərar olunmasına xidmət edən təşkilatın yaranması ilə bağlı qərar qəbul olundu. Yeni təşkilatın məqsədi - “Bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyinin” təmin olunmasına xidmət etmək və yeni dünya müharibəsinin başlanmasına yol verməmək idi.
16 noyabr 1945-ci ildə BMT-nin Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə (UNESCO) təşkilatının nizamnaməsi 37 dövlət tərəfindən imzalandı və 4 noyabr 1946-cı ildə 20 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə mindi. Bu ölkələr Avstraliya, Braziliya, Yunanıstan, Danimarka, Dominikan Respublikası, Misir, Hindistan, Kanada, Çin, Livan, Meksika, Yeni Zelandiya, Norveç, Səudiyyə Ərəbistanı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Türkiyə, Fransa, Çexoslovakiya və Cənubi Afrika Respublikasıdır.
UNESCO-nun birinci sessiyası
Baş konfransın birinci sessiyası 19 noyabr-10 dekabr 1946-cı ildə Parisdə keçirilir. Orada səsvermədə iştirak etmək hüququ olan 30 hökumətin nümayəndələri iştirak edir. UNESCO da BMT kimi ikinci dünya müharibəsinin ağır sınaqları nəticəsində yaranmışdir və bunu yaradıcı dövlətlərin siyahısı əyani surətdə təsdiq edir. Yaponiya və Almaniya Federativ Respublikası 1951-ci ildə, İspaniya isə 1953-cü ildə təşkilatın üzvü olmuşdular. UNESCO-nun fəaliyyətinə soyuq müharibə və SSRİ-nin dağılması kimi mühüm tarixi hadisələr təsirsiz keçmişdir. SSRİ 1954-cü ildə UNESCO-nun üzvü olmuş, 1992-ci ildə isə onun hüquqi varisi Rusiya Federasiyası olmuşdur. 1960-cı ildə təşkilatın tərkibinə 19 Afrika dövləti daxil olmuşdur. SSRİ-nin dağılmasından sonra 1991 – 1993-cü illər ərzində 12 keçmiş Sovet İttifaqı Respublikası UNESCO-nun üzv dövlətləri oldular.
1971-ci ildən Çin Xalq Respublikası Çinin UNESCO-da yeganə təmsilçisidir. 1990-cı ildə Almaniya Federativ Respublikasının Almaniya Demokratik Respublikası ilə birləşməsi baş verdi, hansı ki 1972-ci ildən UNESCO-nun üzv dövləti olmuşdur.
Bəzi ölkələr siyasi düşüncələrdən UNESCO-nun sıralarını müəyyən dövrlərdə tərk etmələrinə baxmayaraq , bu gün yenə də UNESCO-nun sıralarındadırlar: Cənubi Afrika 1985-ci ildən 2003-cü ilədək , ABŞ 1985-ci ildən 2003-cü ilədək, Birləşmiş Krallıq və Şimali İrlandiya 1986-ci ildən 1997-ci ilədək və Sinqapur 1986-cı ildən 2007-ci ilədək UNESCO-da təmsil olunmayıblar.
AZƏRBAYCAN-UNESCO ƏLAQƏLƏRİ
Azərbaycan Respublikasının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-ya üzv qəbul olmasından 30 il ötür. Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul olunmuşdur. Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ilin ikinci yarısından, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır.
UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır.
Azərbaycan – UNESCO əlaqələrinin 30 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron layihə yenilənmişdir.
Azərbaycan-UNESCO əlaqələri xüsusi tədqiqat obyekti olduğu üçün bu məqalədə ümumi məlumatlarla kifayətlənirik. Növbəti araşdırmalarımızda bu məsləyə xüsusi yer ayırmağı planlaşdırırıq

Könül HƏSƏNOVA
ADPU-nun UNESCO klubunun rəhbəri,
filologiya fakültəsinin dekanı, f.ü.f.d, dosent

Səməd VƏKİLOV
Tədqiqatçı-hüquqşünas
21-01-2025, 14:41
Tramp "TikTok"la bağlı qərar verdi


Tramp "TikTok"la bağlı qərar verdi

ABŞ Prezidenti Donald Tramp “TikTok” tətbiqinin bloklanmasını 75 gün təxirə salan fərman imzalayıb.
CNN telekanalının məlumatına görə, Donald Trampın sərəncamı ABŞ Ədliyyə Departamentinin Konqresdə ikipartiyalı dəstəklə qəbul edilən və daha sonra sabiq dövlət başçısı Cozef Bayden tərəfindən imzalanan “Nəzarətdə olan xarici tətbiqlər barədə qanunu” tətbiq etməməsinə yönəlib.
Sənəddə deyilir ki, 75 günlük gecikmə Tramp administrasiyasına milli təhlükəsizliyin qorunması üçün uyğun kursu müəyyənləşdirməyə kömək edəcək və milyonlarla amerikalının istifadə etdiyi proqramın qəfil bağlanmasının qarşısını alacaq.
Donald Tramp vaxtilə deyirdi ki, ABŞ “TikTok” platformasının yarısına sahib olmaq hüququna malikdir. O, həmçinin sövdələşmədən imtina edəcəyi təqdirdə Pekini Çin mallarına rüsum tətbiqi ilə hədələyirdi.
21-01-2025, 14:29
Magistraturaya sənəd verənlərin sayı AÇIQLANDI


Magistraturaya sənəd verənlərin sayı AÇIQLANDI

Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanlarında iştirak etmək istəıyən bakalavrlardan sənəd qəbulu davam edir.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 13-dən başlayıb və 27 yanvar saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, 21 yanvar saat 09:30-a olan məlumata əsasən, 7902 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 7143; rus bölməsi - 759).
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək.
21-01-2025, 14:12
Ələyəz kəndinin əfsanəvi  desantı


Ələyəz kəndinin əfsanəvi desantı

Qərbi Azərbaycanın Dərələyəz mahılın Ələyəz kəndi əsrarəngiz gözəlliyi, tarixi abidələri, bulaqları ilə bərabər həm də böyük şəxsiyyətləri ilə yadda qalıb. Bu elin belə oğullarından biridə İbrahimov Hüseyn Talıb oğludur. O, 15 may 1923-cü il tarixdə Ələyəzdə anadan olub. İlk ibtidai təhsilini Ələyəz kəndində, tam orta təhsilini isə Qovuşuq kəndidə alıb. O,18 yaşında (1941-1942) Dərələyəzin Sallı kəndində orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. 22 iyun 1941-ci ildə II Dünya Müharibəsinə çağırılmış 28.08.1942-ci ildən 05.11.1945-ci il tarixədək SSRİ Silahli Qüvəlləri sırasında müxtəlif cəbhələrdə starşına rütbəsində döyüşmüşdür. O, şücaətlə vuruşaraq 3-dəfə yaralanıb (10.09.43, 14.01.44, 25.3.45-ci illərdə). O, 1943-cü ilin iyun ayından 1944-cü ilin mart ayına kimi 1-ci Ukrayna cəbhəsində sanitar-təlimatçı 1945-ci ilin yanvar ayından 1945-ci ilin mart ayınadək leytenant rütbəsində 2-ci Ukrayna cəbhəsində “atıcı tağım” komandiri vəzifəsində xidmət keçmişdir. 1945-ci ilin may ayından noyabr ayınadək Macarıstanda Şafovka şəhərində 6-cı Hava-Desant Qoşunlarının tərkibində kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsində xidmət etmişdir. Döyüşlərdə göstərdiyi igidliyə görə Hüseyn Talıb oğlu İbrahimov “Qızıl Ulduz” ordeni (orden № 2104488) Qələbənin 25 illik və 30 illik yubley medalı ilə təltif edilmişdir. 5 noyabr 1945-ci il tarixində ordu sıralarından ehtiyata buraxılmışdır.

Döyüş yolu və şücaəti haqqında rəsmi sənədlərdə qeyd edilənləri təqdim edirik: “25.03.1945-cı il tarixində Çexoslavakiyanın Tura kəndi uğrunda gedən döyüşlərdə düşmənin atəşi altında öz tağımı ilə birlikdə birincilər sırasında yaşayış məntəqəsinə soxulan hitlerçilərin bölüyünü mühasirəyə almış, onlardan 4 nəfəri məhv etmiş, 5 nəfəri isə əsir götürmüşdür. Düşməni təqib etməyi davam etdirərək tağımı Tura stansiyasının 4 km-lik qərbində yerləşən bunkerlərdə mövqeyini möhkəmləndirmiş hitlerçilərin üstünə qaldırmışdır. Döyüşdə yaralanmasına baxmayaraq döyüş tapşırığını tam yerinə yetirənə kimi tağıma komandanlıq etmişdir.
Onu da qeyd edək ki, yuxarıda göstərilən məlumatlar “Pamyat Naroda” saytından götürülmüşdür.
Müharibədən qayıtdıqdan sonra H.İbrahimov 1945-1947-ci illərdə öz dogma kəndlərində müəllim kimi fəaliyyət göstərib. 1947-1948-ci illərdə Dərələyəz mahalının Gülüdüzü kəndində orta məktəb direktoru vəzifəsində çalışıb. 1948-1949-cu illərdə Ermənistan SSR Mikoyan rayonunda nəşriyyat şöbəsində çap olunan “Ədəbiyyat” qəzetində müxbir, sonra isə təlimat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1949-1954-cü illərdə Ələyəz kəndində “Zərbəçi” kolxozunun idarə heyətinin sədri vəzifəsində çalışmışdır. Ələyəz kəndində sədr işlədiyi müddətdə özünün gündəlik iştirakı və rəhbərliyi altında partlayıcı vasitələrlərdən istifadə etməklə baş verə biləcək təhlükələri göz önünə alaraq sərt qayaları partladaraq 10 km məsafə boyu Ələyəz kəndinə yaylaq yerinə qədər avtomobil yolu çəkdirib.Həmin yolun çəkilişi kolxozun biçin yerlərindən otun daşınmasında, həmçinin əhalinin yaylağa gediş-gəlişini asanlaşdırmışdır. H.İbrahimov eyni zamanda Ələyəz kəndində 5 km məsafədən su xətti, eyni zamanda kəndə elektrik xəttinin çəkilməsini təmin edib. Sonra 1954-1961-ci illərdə Ələyəz kəndində orta məktəbdə müəllim kimi çalışıb. Ömrünün çox hissəini gənc nəslin tərbiyəsinə həsr edən Hüseyn İbrahimov müəllim peşəsini ən şərəfli peşə hesab edir, ən yüksək vəzifəni isə müəllimlik sayırmış.

Telman İbrahimov

Hüseyn İbrahimov universal şəxs olub, onu həkimlik (diş çəkmək), sınıqçılıq bacarığı ilə kənd əhalisi yaxşı xatırlayır. O, Ələyəz kəndində bir çox şəxsləri müalicə edib, bir çox şəxslərin dişini çəkib. Hətta qonşu kənddən ağır vəziyyətdə ombası çıxmış bir şəxsi palazın arasında H.İbrahimovun yanına gətiriblər o həmin şəxsin ombasını salıb və həmin şəxs özü durub yeriyərək rahat çıxıb gedib. H.İbrahimov balıq tutmağı da çox sevirimiş. Təbiət vurğunu olan H.İbrahimov həm də yaxşı bağban olub, yaxşı ağac calaq edirmiş. Saz havalarını gözəl ifa edirmiş.
1955-1961-ci illərdə o BDU-nun “Fiziki coğrafiaya” fakültəsində qiyabi təhsili başa vurmuşdur. H.İbrahimov “Arpaçay hövzəsinin faydalı qazıntıları” adlı diplom işi müdafiə etmişdir. Həmin diplom işi “əla” qiymətə layiq görülüb.
Hüseyn İbrahimov 1949-cu ildə Ələyəz kənd orta məktəbinə rus dili müəlliməsi kimi təyin edilmiş milliyətcə malakan olan Jabina Nadejda xanımla ailə həyatı qurmuşdur. Bu nikahdan onların 6 övladı olmuşdur. H.İbrahimov 5 dekabr 1977-ci ildə dünyasını dəyişib və Ələyəz kənd qəbristanlığında dəfn edilib.

Milli Qəhrəman Murad Mirzəyev

Ot kökü üstə bitər deyib atalar. Hüseyn İbrahimovun nəsli doğma Ələyəz kəndində deportasiya edilsələr də öz həyat kredolarına sadiq qaldılar. Onlar vətənpərvərliyi və vətənə sədaqəti ilə başqalarına örnək oldular. H.İbrahimovun oğlu Telman İbrahimov uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq gənc nəsilin vətənpərvər ruhda tərbiyə olunmasında dövlətmizə böyük tövhələr verdi. Onun tələbələri arasında Milli Qəhrəman Murad Mirzəyev kimi hərbiçilərimiz olmaqla bərabər, saysı-hesabsız Qarabağ müharibəsi iştirakçıları və öz oğlu Araz İbrahimov kimi xüsusi təyinatlıların yüksək rütbəli zabitləri yetişdi.

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!