"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 21-01-2025, 15:36
UNESCONUN  YARADILMASINDAN 80 İL KEÇİR


UNESCONUN YARADILMASINDAN 80 İL KEÇİR

Bu il dünyanın ən böyük mədəniyyət (təhsil) təşkilatı olan UNESCO-nun yaradılmasından 80 il keçir. Bu əlamətdar hadisə ilə bağlı təşkilatın yaradılması tarixini nəzərdən keçirməyi vacib hesab edirik. Qloballaşma fonunda dünyada milli mədəniyyətlərin qorunması, təhsilin inteqrasiyası və ümumi inkişaf tendensiyasının, mədəniyyətin inkişaf istiqamətlərinin öyrənilməsi zərurəti adıçəkilən təsisatla tərəfdaşlığın əhəmiyyətini şərtləndirir.
UNESCO HANSI ZƏRURƏTDƏN YARANDI?
İkinci dünya müharibəsinin başa çatmasından 80 il vaxt keçməsinə baxmayaraq bu dəhşətli hadisənin bəşəriyyətə vurduğu ziyanın həcmini mütəxəssislər hələ də tam müəyyənləşdirməmişlər. II Dünya müharibəsinin qızğın dönəmlərində 1942-ci ildə, Avropa ölkələrinin faşist Almaniyası ilə döyüşdüyü bir vaxta Avropa ölkələri hökumətləri və onların müttəfiqləri Böyük Britaniyada müttəfiq ölkələrin təhsil nazirlərinin konfransında toplaşdılar. Müharibənin bitməsinə uzun bir zaman qalmasına baxmayaraq, artıq ölkələri sülhün bərqərar olmasından sonra təhsil sisteminin bərpa olunması məsələsi düşündürürdü. Qısa bir müddət ərzində layihə ümumdünya miqyası aldı. Yeni-yeni dövlətlər, həmçinin ABŞ layihədə iştirak etmək istəklərini bildirdilər.
“Bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyi”
1-16 noyabr 1945-ci il BMT-nin təhsil və mədəniyyət məsələləri üzrə təşkilatın yaranması ilə bağlı 40 dövlətin təmsilçilərinin iştirakı ilə konfrans keçirildi. Fransa və Birləşmiş Krallığın təklifi ilə, dünya mədəniyyətinin bərqərar olunmasına xidmət edən təşkilatın yaranması ilə bağlı qərar qəbul olundu. Yeni təşkilatın məqsədi - “Bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyinin” təmin olunmasına xidmət etmək və yeni dünya müharibəsinin başlanmasına yol verməmək idi.
16 noyabr 1945-ci ildə BMT-nin Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə (UNESCO) təşkilatının nizamnaməsi 37 dövlət tərəfindən imzalandı və 4 noyabr 1946-cı ildə 20 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə mindi. Bu ölkələr Avstraliya, Braziliya, Yunanıstan, Danimarka, Dominikan Respublikası, Misir, Hindistan, Kanada, Çin, Livan, Meksika, Yeni Zelandiya, Norveç, Səudiyyə Ərəbistanı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Türkiyə, Fransa, Çexoslovakiya və Cənubi Afrika Respublikasıdır.
UNESCO-nun birinci sessiyası
Baş konfransın birinci sessiyası 19 noyabr-10 dekabr 1946-cı ildə Parisdə keçirilir. Orada səsvermədə iştirak etmək hüququ olan 30 hökumətin nümayəndələri iştirak edir. UNESCO da BMT kimi ikinci dünya müharibəsinin ağır sınaqları nəticəsində yaranmışdir və bunu yaradıcı dövlətlərin siyahısı əyani surətdə təsdiq edir. Yaponiya və Almaniya Federativ Respublikası 1951-ci ildə, İspaniya isə 1953-cü ildə təşkilatın üzvü olmuşdular. UNESCO-nun fəaliyyətinə soyuq müharibə və SSRİ-nin dağılması kimi mühüm tarixi hadisələr təsirsiz keçmişdir. SSRİ 1954-cü ildə UNESCO-nun üzvü olmuş, 1992-ci ildə isə onun hüquqi varisi Rusiya Federasiyası olmuşdur. 1960-cı ildə təşkilatın tərkibinə 19 Afrika dövləti daxil olmuşdur. SSRİ-nin dağılmasından sonra 1991 – 1993-cü illər ərzində 12 keçmiş Sovet İttifaqı Respublikası UNESCO-nun üzv dövlətləri oldular.
1971-ci ildən Çin Xalq Respublikası Çinin UNESCO-da yeganə təmsilçisidir. 1990-cı ildə Almaniya Federativ Respublikasının Almaniya Demokratik Respublikası ilə birləşməsi baş verdi, hansı ki 1972-ci ildən UNESCO-nun üzv dövləti olmuşdur.
Bəzi ölkələr siyasi düşüncələrdən UNESCO-nun sıralarını müəyyən dövrlərdə tərk etmələrinə baxmayaraq , bu gün yenə də UNESCO-nun sıralarındadırlar: Cənubi Afrika 1985-ci ildən 2003-cü ilədək , ABŞ 1985-ci ildən 2003-cü ilədək, Birləşmiş Krallıq və Şimali İrlandiya 1986-ci ildən 1997-ci ilədək və Sinqapur 1986-cı ildən 2007-ci ilədək UNESCO-da təmsil olunmayıblar.
AZƏRBAYCAN-UNESCO ƏLAQƏLƏRİ
Azərbaycan Respublikasının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-ya üzv qəbul olmasından 30 il ötür. Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul olunmuşdur. Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ilin ikinci yarısından, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır.
UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır.
Azərbaycan – UNESCO əlaqələrinin 30 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron layihə yenilənmişdir.
Azərbaycan-UNESCO əlaqələri xüsusi tədqiqat obyekti olduğu üçün bu məqalədə ümumi məlumatlarla kifayətlənirik. Növbəti araşdırmalarımızda bu məsləyə xüsusi yer ayırmağı planlaşdırırıq

Könül HƏSƏNOVA
ADPU-nun UNESCO klubunun rəhbəri,
filologiya fakültəsinin dekanı, f.ü.f.d, dosent

Səməd VƏKİLOV
Tədqiqatçı-hüquqşünas


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!