Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-01-2025, 14:12
Ələyəz kəndinin əfsanəvi  desantı


Ələyəz kəndinin əfsanəvi desantı

Qərbi Azərbaycanın Dərələyəz mahılın Ələyəz kəndi əsrarəngiz gözəlliyi, tarixi abidələri, bulaqları ilə bərabər həm də böyük şəxsiyyətləri ilə yadda qalıb. Bu elin belə oğullarından biridə İbrahimov Hüseyn Talıb oğludur. O, 15 may 1923-cü il tarixdə Ələyəzdə anadan olub. İlk ibtidai təhsilini Ələyəz kəndində, tam orta təhsilini isə Qovuşuq kəndidə alıb. O,18 yaşında (1941-1942) Dərələyəzin Sallı kəndində orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. 22 iyun 1941-ci ildə II Dünya Müharibəsinə çağırılmış 28.08.1942-ci ildən 05.11.1945-ci il tarixədək SSRİ Silahli Qüvəlləri sırasında müxtəlif cəbhələrdə starşına rütbəsində döyüşmüşdür. O, şücaətlə vuruşaraq 3-dəfə yaralanıb (10.09.43, 14.01.44, 25.3.45-ci illərdə). O, 1943-cü ilin iyun ayından 1944-cü ilin mart ayına kimi 1-ci Ukrayna cəbhəsində sanitar-təlimatçı 1945-ci ilin yanvar ayından 1945-ci ilin mart ayınadək leytenant rütbəsində 2-ci Ukrayna cəbhəsində “atıcı tağım” komandiri vəzifəsində xidmət keçmişdir. 1945-ci ilin may ayından noyabr ayınadək Macarıstanda Şafovka şəhərində 6-cı Hava-Desant Qoşunlarının tərkibində kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsində xidmət etmişdir. Döyüşlərdə göstərdiyi igidliyə görə Hüseyn Talıb oğlu İbrahimov “Qızıl Ulduz” ordeni (orden № 2104488) Qələbənin 25 illik və 30 illik yubley medalı ilə təltif edilmişdir. 5 noyabr 1945-ci il tarixində ordu sıralarından ehtiyata buraxılmışdır.

Döyüş yolu və şücaəti haqqında rəsmi sənədlərdə qeyd edilənləri təqdim edirik: “25.03.1945-cı il tarixində Çexoslavakiyanın Tura kəndi uğrunda gedən döyüşlərdə düşmənin atəşi altında öz tağımı ilə birlikdə birincilər sırasında yaşayış məntəqəsinə soxulan hitlerçilərin bölüyünü mühasirəyə almış, onlardan 4 nəfəri məhv etmiş, 5 nəfəri isə əsir götürmüşdür. Düşməni təqib etməyi davam etdirərək tağımı Tura stansiyasının 4 km-lik qərbində yerləşən bunkerlərdə mövqeyini möhkəmləndirmiş hitlerçilərin üstünə qaldırmışdır. Döyüşdə yaralanmasına baxmayaraq döyüş tapşırığını tam yerinə yetirənə kimi tağıma komandanlıq etmişdir.
Onu da qeyd edək ki, yuxarıda göstərilən məlumatlar “Pamyat Naroda” saytından götürülmüşdür.
Müharibədən qayıtdıqdan sonra H.İbrahimov 1945-1947-ci illərdə öz dogma kəndlərində müəllim kimi fəaliyyət göstərib. 1947-1948-ci illərdə Dərələyəz mahalının Gülüdüzü kəndində orta məktəb direktoru vəzifəsində çalışıb. 1948-1949-cu illərdə Ermənistan SSR Mikoyan rayonunda nəşriyyat şöbəsində çap olunan “Ədəbiyyat” qəzetində müxbir, sonra isə təlimat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1949-1954-cü illərdə Ələyəz kəndində “Zərbəçi” kolxozunun idarə heyətinin sədri vəzifəsində çalışmışdır. Ələyəz kəndində sədr işlədiyi müddətdə özünün gündəlik iştirakı və rəhbərliyi altında partlayıcı vasitələrlərdən istifadə etməklə baş verə biləcək təhlükələri göz önünə alaraq sərt qayaları partladaraq 10 km məsafə boyu Ələyəz kəndinə yaylaq yerinə qədər avtomobil yolu çəkdirib.Həmin yolun çəkilişi kolxozun biçin yerlərindən otun daşınmasında, həmçinin əhalinin yaylağa gediş-gəlişini asanlaşdırmışdır. H.İbrahimov eyni zamanda Ələyəz kəndində 5 km məsafədən su xətti, eyni zamanda kəndə elektrik xəttinin çəkilməsini təmin edib. Sonra 1954-1961-ci illərdə Ələyəz kəndində orta məktəbdə müəllim kimi çalışıb. Ömrünün çox hissəini gənc nəslin tərbiyəsinə həsr edən Hüseyn İbrahimov müəllim peşəsini ən şərəfli peşə hesab edir, ən yüksək vəzifəni isə müəllimlik sayırmış.

Telman İbrahimov

Hüseyn İbrahimov universal şəxs olub, onu həkimlik (diş çəkmək), sınıqçılıq bacarığı ilə kənd əhalisi yaxşı xatırlayır. O, Ələyəz kəndində bir çox şəxsləri müalicə edib, bir çox şəxslərin dişini çəkib. Hətta qonşu kənddən ağır vəziyyətdə ombası çıxmış bir şəxsi palazın arasında H.İbrahimovun yanına gətiriblər o həmin şəxsin ombasını salıb və həmin şəxs özü durub yeriyərək rahat çıxıb gedib. H.İbrahimov balıq tutmağı da çox sevirimiş. Təbiət vurğunu olan H.İbrahimov həm də yaxşı bağban olub, yaxşı ağac calaq edirmiş. Saz havalarını gözəl ifa edirmiş.
1955-1961-ci illərdə o BDU-nun “Fiziki coğrafiaya” fakültəsində qiyabi təhsili başa vurmuşdur. H.İbrahimov “Arpaçay hövzəsinin faydalı qazıntıları” adlı diplom işi müdafiə etmişdir. Həmin diplom işi “əla” qiymətə layiq görülüb.
Hüseyn İbrahimov 1949-cu ildə Ələyəz kənd orta məktəbinə rus dili müəlliməsi kimi təyin edilmiş milliyətcə malakan olan Jabina Nadejda xanımla ailə həyatı qurmuşdur. Bu nikahdan onların 6 övladı olmuşdur. H.İbrahimov 5 dekabr 1977-ci ildə dünyasını dəyişib və Ələyəz kənd qəbristanlığında dəfn edilib.

Milli Qəhrəman Murad Mirzəyev

Ot kökü üstə bitər deyib atalar. Hüseyn İbrahimovun nəsli doğma Ələyəz kəndində deportasiya edilsələr də öz həyat kredolarına sadiq qaldılar. Onlar vətənpərvərliyi və vətənə sədaqəti ilə başqalarına örnək oldular. H.İbrahimovun oğlu Telman İbrahimov uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq gənc nəsilin vətənpərvər ruhda tərbiyə olunmasında dövlətmizə böyük tövhələr verdi. Onun tələbələri arasında Milli Qəhrəman Murad Mirzəyev kimi hərbiçilərimiz olmaqla bərabər, saysı-hesabsız Qarabağ müharibəsi iştirakçıları və öz oğlu Araz İbrahimov kimi xüsusi təyinatlıların yüksək rütbəli zabitləri yetişdi.

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas


Paylaş



Bölmə: İrəvan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!