20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
7-02-2025, 17:30
Xamenei ABŞ-a meydan oxudu, Vaşinqtonu HƏDƏLƏDİ


Xamenei ABŞ-a meydan oxudu, Vaşinqtonu HƏDƏLƏDİ

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-la danışıqların İran xalqının mənafeyinə uyğun olmadığını bildirib.
Xamenei bu haqda Hərbi Hava Qüvvələrinin şəxsi heyəti qarşısında çıxışı zamanı danışıb. O deyib: “ABŞ-la danışıqlar heç bir problemi həll edə bilməz. Bu, təcrübəyə görədir”.
''2000-ci illərdə biz ABŞ-la oturub danışıqlar apardıq və təxminən iki il davam edən razılaşma əldə olundu. Təbii ki, Amerika tək deyildi, başqa ölkələr də ətrafına cəmləşmişdi. Həmin vaxt Tehran hökuməti sonda onlarla razılığa gəlib. Bu razılaşmada İran tərəfi çox səxavətli davranaraq qarşı tərəfə çoxlu güzəştlər etdi. Lakin amerikalılar eyni razılaşmanı (İranın nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planı) həyata keçirmədilər.
Bu təcrübədir, gəlin onu qiymətləndirək. Güzəştə getdik, danışıqlar apardıq, sövdələşdik, razılığa gəldik, amma istədiyimiz nəticəni əldə edə bilmədik. Qarşı tərəf eyni müqaviləni bütün qüsurları ilə korlayıb, pozub və cırıb.
Belə bir hökumətlə heç bir danışıqlar aparılmamalıdır. Danışıqlar ağıllı deyil, rasional deyil, şərəfli deyil”, - Xamenei vurğulayıb.
ABŞ-ın hazırkı siyasətlərinə reaksiya verən Ayətullah Xamenei daha sonra deyib: “Amerikalılar kağız üzərində dünya xəritəsini dəyişirlər. Təbii ki, bu, yalnız kağız üzərindədir və reallığı yoxdur. Onlar da İranın əleyhinə şərhlər verir, bizim haqqımızda danışır, hədə-qorxu gəlirlər. Bizi hədələyirlərsə, biz də onları hədələyirik. Əgər onlar bizim milli təhlükəsizliyimizə hücum etsələr, biz çəkinmədən cavab verəcəyik”.
7-02-2025, 17:15
İranda qızları daşıyan avtobus aşdı: 6 ölü, 35 yaralı


İranda qızları daşıyan avtobus aşdı: 6 ölü, 35 yaralı

İranın Sırç-Kirman avtomobil yolunda məktəbli qızları daşıyan mikroavtobus aşıb.
Hadisə ötən gecə baş verib.
Hadisədə azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb.
Kerman Təcili Yardım Mərkəzinin direktoru Seyid Muhamed Saberi hadisə ilə bağlı verdiyi açıqlamada mikroavtobusda 40 nəfərin olduğunu bildirib.
Saberinin son açıqlamasına görə, avtobus qəzasında yaralanan 21 nəfər xəstəxanadan buraxılıb.
7-02-2025, 17:10
Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər - Baş nazir


Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər - Baş nazir

“Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması mümkündür”.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində deyib:
Baş nazir Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesində Brüsselin daha çox çevik olmasının zəruriliyindən danışıb.
İrakli Kobaxidzenin müsahibəsində qeyd etdiyi kimi, top indi Brüsselin meydançasındadır və assosiasiya yeni üzvlərə yanaşmada daha çox çevikliyə ehtiyac duyur. Onun sözlərinə görə, Gürcüstanın Avropa bürokratiyası ilə kifayət qədər ciddi problemləri var, baxmayaraq ki, o, ölkənin 2030-cu ildə Avropa İttifaqına üzv olacağına kifayət qədər nikbindir.
“Biz bu məqsədə doğru davamlı şəkildə irəliləyəcəyik və ümid edirik ki, növbəti illərdə Gürcüstana münasibət daha ədalətli olacaq”, - baş nazir bildirib.
İrakli Kobaxidzenin fikrincə, bu gün Gürcüstanla Avropa İttifaqı arasında sağlam münasibətlərin olmamasının səbəbi Gürcüstan siyasəti deyil, Avropanın Gürcüstana qarşı bürokratik siyasətidir və bu siyasət dəyişsə, hər şey yaxşı olacaq.
“Münasibətlərimizin hazırkı vəziyyəti bizim üçün qəbuledilməzdir. Biz Avropa İttifaqı ilə indiki mərhələdə görmədiyimiz sağlam münasibətlərdə maraqlıyıq. Amma biz əminik ki, bunun səbəbi gürcü siyasəti deyil, Avropanın Gürcüstanla bağlı bürokratik siyasətidir. Ona görə də bu siyasət dəyişsə, hər şey düzələcək”, - deyə İrakli Kobaxidze bildirib.
7-02-2025, 17:10
Emin Əmrullayevdən yeni TƏYİNAT


Emin Əmrullayevdən yeni TƏYİNAT

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinə yeni müdir təyin edilib.
Bu barədə müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Çapay Məmmədov gətirilib.
Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
7-02-2025, 16:45
Yaqub Eyyubovu da Samir Şərifov əvəzlədi


Yaqub Eyyubovu da Samir Şərifov əvəzlədi

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanda dəyişiklik edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın sədri dəyişib. Belə ki, əvvəllər komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubov olub. Yeni sərəncama əsasən, onu Baş nazirin müavini Samir Şərifov əvəzləyib.
Qeyd edək ki, bundan əvvəl Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun yerinə Samir Şərifov təyin olunub.
Xatırladaq ki, Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.
Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.
Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışdı.
7-02-2025, 14:58
SÖZ  ÜSTƏGƏL  VİCDAN  BƏRABƏRDİ  ƏDALƏT.

Təranə Dəmir yazır:

SÖZ ÜSTƏGƏL VİCDAN BƏRABƏRDİ ƏDALƏT.

Hərdən fikirləşirəm ki, zaman niyə bu qədər alt -üst olub? Olmazdımı ki, üst mərtəbədə yaşayanlar alt mərtəbəyə enməsinlər və yaxud əksinə. Hər şey öz yerində qala bilməzdimi? Çox vacib idimi bu yerdəyişmə? Sonra dönüb zamana baxıram və vaxt düşüncələrimdən keçənləri öz mizan-tərəzisindən keçirir. Bir də fikirləşirəm ki, əlindən tutduğumuz söz bir vaxt bizidəmi yarı yolda qoyacaq? Bizdəmi itib batacağıq zamanın burulğanında? Vaxtın qayçısı bizim də sözümüzü kəsib doğrayacaqmı?
Bircə onu bilirəm ki, hər şey öz ritmində gedir. Heç kimin gücü çatmaz bu nizamı pozmağa. Hər zamanın bir hökmü var və biz zamana qalib gələ bilmək iqtidarında deyilik. Dünən sitayiş etdiyimiz bütlər bu gün sınıb tökülür və sabah nə olacaq, bilmirik.
Onu da bilirəm ki, sözdən ehtiyatla tutmaq lazımdır ki, sonra qırılıb üstünə tökülməsin. Keçmişlə yaşamaq, həm də eyni zamanda keçmişə daş atmaq da olmaz. Hər şey qədərində və çəkisində gözəldi. Kökə bağlılıq da mütləqdi. Təəssüf ki, indi bizdə kökündən baltalamaq prinsipi ilə yaşayanlar çoxdu. Əsasən də bu gənclər arasında çox yayılıb. Özü də bu özünü daha çox ədəbiyyat sahəsində göstərir.
Kökü baltalamaqla qolsuz, budaqsız, havadan asılı ədəbiyyat yaranıb. Yox, qətiyyən yeniliyin əleyhinə deyiləm. Yetərincə istedadlı gənclərimiz yetişir. Bu çox sevindirici haldl. Özü də bizdən daha üsyankar, fikirlərini səlist ifadə etməyi bacaran, düşüncələrində azad, özünə inanan, sözünə güvənən gənclik. Bu çox qürurvericidi. Amma sələflərinə sadiq qalmaq da mütləqdi. Poeziya onsuz da dəryadı. Hər yazar bu ümmandan bir damla götürür. Kimi dərində üzməyi sevir, kimi dayazda. Axır ki, hərə bir cür yapışıb gedir sözün əlindən. Hərənin də dünyaya öz baxış bucağı var. Heç kimi məcbur edə bilmərik ki, bizim pəncərəmizdən baxsın. Birinə xoş gəlməyən söz o birinin ürəyincə ola bilər, ya da əksinə. Fərqli düşüncələrdən fərqli qənaətlər doğur. Əsas odu ki, ortalıqda söz var və onu yaşatmağa çalışırlar. Altını üstünə çevirsələr də. Bu heç olmamaqdan daha gözəl deyilmi? Hər kəs bacardığı qədər sözün yanındadı. Hərə öz gücü daxilində sözün qulpundan yapışıb qaldırmağa çalışır.
Klassiklərimizdən üzübəri bu belə davam edir və edəcək də. İnkişaf isə həmişə var və hamımız bu inkişafla razılaşmalıyıq. Yerində saymaqla olmaz. Əlbəttə kortəbii axının arxasınca getmək də ağılsızlıqdı. Bəzən yaşlı nəslin nümayəndələri gənclərin emosional çıxışlarından qıcıqlanırlar. Əsasən köhnəlikdə ilişib qalan orta və yaşlı nəsildən gedir söhbət ( İstisnalar var). Axı nimdaş paltarda ən gözəl qadın da öz cazibəsini itirir. Əksinə, yeniliyə can atan gənclərə dəstək olmaq lazımdı. Yetər ki, bu gənclərin ədəbiyyatda deməyə sözü olsun. Heç bir janra, üsluba uyğun gəlməyən, fikirləri qaranlıq, işıqdan qaçan, qupquru pafosdan başqa heç bir məna kəsb etməyən və özünü ədəbiyyata sırımağa çalışan yalançı sözbazlardan danışmıram. Əsl, ciddi ədəbiyyatdan gedir söhbət. Sevindirici haldı ki, ədəbiyyata yeni nəfəs gətirən, təptəzə fikirlərilə poeziyanı yerindən oynadan gənclərimiz yetişir. Bu gənclər tənqid olunmaqdan da zərrəcə qorxmur. Kütləviləşmək istəmir bu gənclər. Əlbəttə söz bolluğunun içində öz imzanı bir ayrı müstəvidə görmək çox sevindiricidi. Bu bolluqda özünü, sözünü təsdiq etmək də asan deyil. Özünütəsdiq də bir uğurdu. Amma bu uğuru keçmişə daş atmaqla da qazanmaq olmaz. Hər şeyin öz qədəri var. Sərhəddi aşmaq olmaz.
Tənqid qərəzə çevrilməməlidi. Təmiz, azad, sağlam rəqabətdən ziyan gəlməz. Pis odu ki, bu hal xəstəliyə və mərəzə çevrilə. Bu ədəbiyyatı faciəyə sürükləyər. Hərdən mənə sual verirlər ki, bu qədər yazarın içində niyə məhz Qulu Ağsəsdən kitab yazdınız? Çünki Qulu ən çox sual doğuran, dili və üslubu ən gec anlaşılan şairlərdəndi. Onun sözünü hədəfə alanlar məcbur etdi ki, mən yazım. Qulu Ağsəsin sözünü güllənin altından çıxarmağa çalışdım. Nə qədər bacardımsa, onu da Tanrı bilir. Mən fərqli düşünən, köçə qoşulmayan insanlarla yola çıxmağı sevirəm. Qulu da belələrindəndi. Öz sözüylə, öz fikirləriylə yola çıxır. Nəyi varsa özünündü. Yaxşı, ya pis. Küləyi də, yağışı da gözə alır. Tənqid edilir, anlaşılmır, amma öz yolundan dönmür. Öz cığırıyla getməyi sevir. Onun dünyaya, Tanrıya, sevgiyə, Vətənə, torpağa, övlada bir ayrı yanaşması var və hər dəfə Qulunun fikirləri sual doğurduqca məndə qəribə maraq oyanırdı. Onun düşüncələrinin alt qatında gizlənənləri oxumağa çalışırdım və hər dəfə də bir ayrı adamla üzləşirdim. İxtisasca jurnalist-publisist olduğumçun onun fikirlərini öz düşüncələrimlə qarşı qarşıya qoyurdum. Onunla belə yol getmək daha asan olurdu. Gah o qalib olurdu, gah mən. Ən sonda qalibiyyəti əlli əlliyə bölüşürdük. Əslində fikrim onu qaldırıb dağ başına da qoymaq deyildi. Sadəcə oxucuya Qulu Ağsəsi olduğu kimi təqdim etmək istəyirdim. Beləcə göz açıb yumunca gördüm ki, bütün bu maraqlardan yeddi məqalə ərsəyə gəlib. Bu məqalələrdə son qənaətim bu oldu ki, Qulu kütləviləşmək istəmir. Əl çəkin ondan. Ona bir az da bəs edir.

Mənə elə gəlir ki, əslində Qulu sual verir, şeir yazmır. Sonra sualdan sual doğur. Sonra öz sualına özü cavab verir. Sonra bir də, bir də.. AYB -nin mətbu orqanları içərisində adamı incitməyən də elə onun rəhbərlik etdiyi "Ulduz" jurnalıdı. Burda da Qulu bir addım irəli getməyə çalışır. Əlbəttə yenə kökə toxunmadan. Onun haqqında yazdığım fikirlərdə heç nəyə və heç kimə istinad etməmişdim. Sırf öz düşüncələrim və qənaətlərim idi. Təki bundan sonra da yanılmayım…
Sonra Qəşəm Nəcəfzadənin yaradıcılığı ilə xarakterini qarşılaşdırdım . Hansı tərəfə çevirdimsə gördüm eyni adamdı. Onun haqqında yazdığım yazılar da tənqiddən doğdu. İnsanlar onu anlamadıqca mən bir addım da yaxınlaşdım ona. Nizamsız, pərakəndə şeirlərini bir yerə yığdım və oxucunu inandırdım ki, Qəşəm ruh şairidi. Necə düşünürsə elə yazır. Ütünü sevmir, qafiyə acı deyil. Hecadan çıxmaq onunçun iki vur ikidi. Eyni zamanda söz verib unudanlardandı həm də. Sevir ki, onu qovsunlar, tutsunlar, sonra bir də əlimizdən çıxıb qaçsın ...Sözü pillə -pillə qalxır. Bəzən onun ağlaya-ağlaya yazdığı şeirlərə gülürlər. Bəzənsə gülə -gülə yazdığı şeirlərə ağlayırlar. Demək Qəşəm də dayazı sevmir. Bacardığı qədər dərində üzmək istəyir. Şübhəsiz bacardığı qədər. Şeirdə obrazlılığı sevmir. Amma bilmir ki, ( bəlkə də bilir) poeziyanın bəzəyi obrazlılıqdı. Şeirin bədii gücü zəif olduqda kütləviləşir. Şeirlərimizi aylarla sandığında saxlamaqdan da xüsusi zövq alır. Amma Qəşəmi olduğu kimi qəbul və təqdim edirəm. Ən az üç ildi deyir ki, sənin yaradıcılığından məqalə yazacam. Mən onu olduğu kimi təsvir etmişəm zənnimcə. Maraqlıdı ki, o məni necə görür? Ürəyimdən və duyğularımdan keçənləri duya bilirmi? Ümumiyyıtlə məni tanıyırmı Qəşəm Nəcəfzadə? Maraqlıdı. Qismət. Dedim axı Qəşəm Nəcəfzadə gizlənpaç oynamağı sevir.
Daha sonra dedilər ki, Fəxrəddin Teyyubun şeirləri kiflənib, naftalin iyi verir, nəyini tərifləmisiz? Oturub öz yazımı dönə -dönə oxudum. Axı tərif etməmişəm. Demişəm ki, Fəxrəddin Teyyub sözün əlindən tutub yeriyən şairdi. Burda nə var axı? Bu adam poeziya vurğunudu, sözü qarabaqara izləyir. Bunun nəyi pisdi ki? Hecaya qaçır, kökünə bağlıdı, qafiyə sevdalısıdı. Bu ondan irəli gəlir ki, vaxtilə qanunlarımızın keşiyində dayanıb... Öz yolu var. Özünə qoyduğu qadağalardan kənara çıxmır. Sərhəddi sevir. Əsas odu ki, hər şeirdə özüdü. Lap keçmişdə qalsa da, sözü köhnə paltardan çıxarmaq istəməsə də, bu adam hər sözündə özüdü. Onun haqqında yazdığım yazı da tərif yox, təqdimatdı.
Fəxrəddin Teyyub öz məhkumiyyətinə vurğundusa, onu kim yolundan döndərə bilər? Bu adam doğrularına sadiqdisə bunu sadəcə təqdir etmək lazımdı.
Xalq yazıçısı Anardan yazanda da narazı qalanlar çox oldu. Axı mən yazıçının şəxsi keyfiyyətlərindən yox, yaradıcılığından söz açmışdım. Özü də sevgiylə, pafossuz, heç bir fəxri ad güdmədən, məqsədsiz. Mən cismən Anarın yanında deyiləm, əlindən, ətəyindən də yapışmıram. Cəmi bircə dəfə görüşmüşük onunla . AYB -nin üzvlük vəsiqəsini təqdim edəndə. Onu uşaqlıqdan tanımışam və əsərləriylə böyümüşəm. Bütün səhviylə və düzüylə Anar yaxşı yazıçıdı mənim gözümdə. Təkrar edirəm ki, mən heç bir yazıçını, şairi tərif etməmişəm. Əksinə yumşaq -yumşaq tənqid etmişəm. Sadəcə içində qərəz olmadığı üçün tərif kimi qəbul ediblər. Ədəbi tənqid də belə olmalıdı.
Sonra da yenə gəlirəm əvvəlki fikirlərimə. Nizami də, Füzuli də, Xaqani də, Sabir də, Vurğun da, Əhməd də-hamısı bizimdi. Elə Qulu da, Qəşəm də, Fəxrəddin də , Anar da, Təranə də…
Nə kiçiklər böyükləri ələ salsın, nə də böyüklər kiçikləri topa tutsun. Yazarları təbəqələşdirməyək, şəhərləşdirməyək. Küçələrə , ölkələrə , qütblərə , qitələrə bölməyək. Azərbaycan, həqiqət və ədalət naminə..
7-02-2025, 13:23

Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
Xankəndidəki qar görüntüləri insanı valeh edir.


Xankəndidəki qar görüntüləri insanı valeh edir.

Xankəndi sakinləri yuxudan sevinclə oyanıblar. Şəhərə növbəti dəfə qar yağması sakinlərə xoş əhval-ruhiyyə bəxs edib. Böyükdən-kiçiyə hər kəs, qarın yaratdığı möhtəşəm, nağılabənzər görüntünü seyr edir. Kimisi qışın müjdəsi olan qardan qar adamı düzəldir, kimisi isə qar topu oynayır.
Xankəndiyə yağan qar daha çox balacaları sevindirib. Məktəbli şağirdlər sevinclə dərsə gediblər. Gecə saatlarında yağmağa başlayan qar səhərə qədər şəhəri ağ örpəyə bürüyüb.Qarın yağması şəhər ərazində nəqliyyatın hərəkətində heç bir çətinlik yaratmayıb.Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.Bundan başqa şəhərdə elektirk enerjisinin,təbbi qazın və suyun verilməsində də fasilə yaranmayıb. Bir sözlə, soyuq və qarlı hava şəraiti şəhərin kommunal təsərrüfatına problemlər yaratmayıb.
Qeyd edək ki, yanvarın 5-i axşam saatlarından başlayaraq ölkə ərazisində, əsasən Qarabağ bölgəsində hava şəraiti dəyişərək qar yağmağa başlayıb. Xankəndi, Xocalı və Ağdərə rayonlarına yağan qarın hündürlüyü 10-15 sm-ə çatıb.





7-02-2025, 01:46
Məktəblərdə kağız jurnallar LƏĞV EDİLİR


Məktəblərdə kağız jurnallar LƏĞV EDİLİR

Təhsil sahəsində rəqəmsallaşmaya mühüm töhfə verəcək “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyinin təqdim etdiyi bu yeni sistem, paytaxt Bakıdakı 324 məktəbi əhatə edəcək: “Layihənin əsas məqsədi 500 mindən çox şagird və 30 mindən çox təhsil işçisini vahid bir rəqəmsal platformada birləşdirməkdir. Platforma vasitəsilə şagirdlər dərslərə onlayn qoşulmaq, tapşırıqları yerinə yetirmək və təhsil prosesini izləmək imkanı əldə edəcəklər.
Məktəblərin idarəetmə sisteminin təkmilləşdirilməsi və təhsil prosesinin effektivliyinin artırılması məqsədilə yaradılan bu platforma müəllimlər və valideynlər üçün də yeni imkanlar təqdim edir”.
Nazir qeyd edib ki, növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!