Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi .....                        Putin 30 günlük atəşkəsə razıdır, amma.. .....                        Bakı Forumunun açılış mərasimindən görüntülər - VİDEO .....                        Rəsmi Bakı sülh sazişinə dair bəyanat yaydı .....                        Qukasyandan etiraf - Qondarma rejimin “büdcə”sini Ermənistan formalaşdırırdı .....                        85 əcnəbi Gürcüstandan deportasiya edilib - Azərbaycanlılar da var .....                        Sülh mətninin son iki bəndini razılaşdırmışıq - Ermənistan da təsdiqlədi .....                        Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı .....                        Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar göndərdi .....                       
11-02-2025, 19:32
Türkiyə Suriyaya qadağanı ləğv etdi


Türkiyə Suriyaya qadağanı ləğv etdi

Türkiyənin Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş bəyan edib ki, ölkənin Ticarət Nazirliyi Suriya məhsullarının idxalına icazə verib.
“Türkiyənin Quru və Dəniz limanları Baş İdarəsinin və Ticarət Nazirliyinin birgə iclasında aparılan müzakirələrin nəticəsi olaraq, Suriya mallarının və qida məhsullarının Türkiyə bazarlarına ixrac edilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qərar qəbul olunub”, - deyə məlumatda qeyd olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğv edilməsinin zəruriliyini dəfələrlə vurğulayıb.
2024-cü il noyabr ayının sonunda silahlı müxalif birləşmələr Suriya ordusunun mövqelərinə hücum ediblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd prezident səlahiyyətlərindən imtina edərək ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib əyalətində müxalifət tərəfindən yaradılmış qondarma “Xilasetmə hökuməti”nə rəhbərlik etmiş Məhəmməd əl-Bəşir dekabrın 10-da özünü keçid dövründə Suriyanın hökumət rəhbəri elan edib. Bu dövr 2025-ci il martın 1-nə kimi davam edəcək. Faktiki olaraq Suriyanın lideri “Həyat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa olub. Bu il yanvarın 29-da yeni hakimiyyət keçid dövründə Suriya prezidentinin vəzifələrini əş-Şəraanın icra edəcəyini bildirib
11-02-2025, 18:53
Prezidentin köməkçiləri və nazirlər Xankəndidə


Prezidentin köməkçiləri və nazirlər Xankəndidə

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xankəndi şəhərində Qərargahın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin geniş vüsət aldığını qeyd edib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində müasir infrastruktur qurulur, keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, ərazilərdə zəruri şərait yaradılır.
Otuz ilə yaxın davam edən işğal dövrünün geridə qaldığını, 44 günlük Vətən müharibəsi və uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini bildirən Qərargahın rəhbəri bu tarixi nailiyyətin Ali Baş Komandanın siyasi müdrikliyinin, qətiyyətinin, Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və iradəsinin təcəssümü olduğunu vurğulayıb.
Dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın milli prioritetlərdən biri kimi müəyyən edildiyi, bu sahədə görülən işlərin daim nəzarətdə saxlanıldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, Böyük Qayıdışın vaxtında və keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün bütün resursların səfərbər edilməsi, bərpa-quruculuq layihələrinin əlaqəli və planlı şəkildə icrası və vaxtında təhvil verilməsi mühüm əhəmiyyətə malikdir.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi, iqtisadi fəallıq və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahələrində görülən işlər barədə məlumatlar təqdim olunub.
Böyük Qayıdışın əsas komponentlərindən biri olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insanın yaşadığı və fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın dayanıqlı olması üçün aparılan bərpa və quruculuq işləri ilə yanaşı, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində də zəruri işlərin görüldüyü bildirilib. Bununla yanaşı, əhali arasında təhsil və peşə bacarıqlarının artırılması üçün müxtəlif təlim və peşə kursları təşkil edilir.
Əlverişli iqlim mühitinə və coğrafi şəraitə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar, sənaye və turizm sahələrinin inkişafı baxımından böyük imkanların olduğu qeyd edilərək, məskunlaşma prosesi ilə paralel olaraq, istehsal və emal, ticarət, xidmət, sənaye müəssisələrinin qurulduğu, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradıldığı, dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirildiyi, vergi və gömrük güzəştlərinin, həmçinin digər stimullaşdırıcı mexanizmlərin tətbiq olunduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən çox müəssisənin fəaliyyət göstərdiyi, artıq Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanıldığı vurğulanıb.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzələr dinlənilib.
İclasın sonunda Böyük Qayıdışla bağlı görülən işlərin mühüm əhəmiyyəti, məqsədlərə çatmaq üçün bütün imkanların səfərbər olunmasının zəruriliyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb, Azərbaycan Respublikası Prezidentinin Əlaqələndirmə Qərargahı qarşısında qoyduğu vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində Xankəndi və Şuşa şəhərləri ərazilərində bir sıra obeyktlərə baxış keçirilib.
11-02-2025, 18:31
Somali Prezidenti Azərbaycanda - FOTO


Somali Prezidenti Azərbaycanda - FOTO

Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Somali Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

11-02-2025, 17:58
Onlayn qumar təşkil edən daha bir dəstə tutuldu


Onlayn qumar təşkil edən daha bir dəstə tutuldu

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib.
Müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə dəstəyə başçılıq edən 1980-ci il təvəllüdlü Elçin Quliyev, 1986-cı il təvəllüdlü Orxan Məmmədov və daha 4 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır. Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər. Əməliyyat zamanı aşkar edilən 1000-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayətkar fəaliyyətdə istifadə olunub. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 30-dan artıq mobil telefon nömrəsi, 2 milyon manat nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu aşkarlanıb. E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb. O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. E.Quliyevin həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizli sövdələşmələr həyata keçirdiyi də məlum olub. Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şəbəkəyə başçılıq edən E.Quliyev və daha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Xaricdə və ölkə daxilində gizlənən dəstə üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində də müvafiq hüquqi prosedurlar başlanılmaqla əməliyyat tədbirləri davam etdirilir.

[media=https://youtu.be/6s4TiHZDP6Y]
11-02-2025, 17:43
Hüquq müdafiəçiləri jurnalistə görə DİN-də qəbul edildilər


Hüquq müdafiəçiləri jurnalistə görə DİN-də qəbul edildilər

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ötən həftə həbs edilən jurnalist Şahnaz Bəylərqızının işi ilə bağlı ölkə rəhbərliyinə ünvanladıqları müraciətlər çərçivəsində Daxili İşlər Nazirliyində qəbul olunublar.
Hüquq müdafiəçiləri nazirlikdə dinlənilib və müraciətin baxılmasının nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib.
Şahnaz Bəylərqızının apellyasiya şikayətinə fevralın 12-si saat 14:00-da baxılacaq.
Daha əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək Şahnaz Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dəstək olmalarını xahiş etmişdilər.
Qeyd edək ki, Ş.Bəylərqızı qaçaqmalçılıq və başqa cinayətlərdə ittiham edilir. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.
11-02-2025, 17:34
Üç ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi


Üç ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi

Böyük Britaniya , ABŞ və Avstraliya Rusiyada yerləşdiyi iddia edilən Zservers xidmətinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
11-02-2025, 17:18
Azərbaycanın İrandakı səfiri XİN-də görüş keçirdi


Azərbaycanın İrandakı səfiri XİN-də görüş keçirdi

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin konsulluq, xaricdə yaşayan iranlılar və parlament məsələri üzrə müavini Vahid Cəlalzadə ilə görüşüb.
Bu barədə Səfirlik sosial mediada paylaşım edib.
Məlumata görə, görüşdə ikitərəfli əlaqələrdə mövcud olan məsələlərə dair fikir mübadiləsi aparılıb.
11-02-2025, 16:42
QHT-lər üçün “Konstitusiya və Suverenlik İli” adlı qrant müsabiqələri keçiriləcək - SƏRƏNCAM


QHT-lər üçün “Konstitusiya və Suverenlik İli” adlı qrant müsabiqələri keçiriləcək - SƏRƏNCAM

“Konstitusiya və Suverenlik İli” ilə bağlı bu il qrant müsabiqələrinin keçirilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Konstitusiya və Suverenlik İli”nə dair tədbirlər planında qeyd olunub.
Qrant müsabiqələrinin keçirilməsinin icrası Gənclər Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə həvalə olunub.
11-02-2025, 16:25
Almeyda “Qarabağ”dan ayrıldı


Almeyda “Qarabağ”dan ayrıldı

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.
35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2012-2018, 2019 və 2021-25-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.
Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
11-02-2025, 16:16
İlham Əliyev Rusiya ilə bağlı sazişi təsdiqlədi


İlham Əliyev Rusiya ilə bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya hökumətinə bildiriş göndərməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!