Qonşuluq şəraitində yaşamağa çalışmalıyıq .....                        Tramp Putinlə nələrdən danışdı... .....                        Güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq .....                        Paşinyan Qələbə Paradında iştirak edəcək .....                        İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - TAM MƏTN .....                        Gəncənin bombalanması əmrini ondan aldım - Araik ad çəkdi .....                        Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI .....                        Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO .....                        Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək .....                       
12-02-2025, 15:51
Somali Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTO


Somali Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.


12-02-2025, 14:49
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək


Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək

Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.
“Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək.
12-02-2025, 14:21
Hindistanlı turistin qalıqlarını tapan şəxs: "Yanında tonqal qalanmışdı"


Hindistanlı turistin qalıqlarını tapan şəxs: "Yanında tonqal qalanmışdı"

Zaqatalada 3 il əvvəl itkin düşən hindistanlı turist Manikant Kondavetinin qalıqlarını aşkar edən həmin rayonun sakini hadisənin təfərrüatını danışıb. Sakin hadisənin detallarından söz açıb.
"Birdən qarşıma "vyetnamka" çıxdı. Düşündüm ki, "vyetnamka" bura haradan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var..."
Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı maraqlı mənzərəni belə danışıb:
"Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma "vyetnamka" çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var".
Ruslan Əliyev deyir ki, onun əynindəki paltarlar çürümüşdü:
"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan "vyetnamkalar" və kəməri idi".
Turistin qalıqlarını tapan Ruslan daha maraqlı bir faktı açıqlayıb:
"Sümüklər fındıq ağacının altında idi. Bir az aralıda balaca tonqal gördük. Yəni tonqalın qalıqlarını. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi".
Ruslan Əliyev deyir ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri-mümkündür:
"Həmin dərə çox çətin relyefdə yerləşir. Dərə bir dalandır. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik".
Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdığı mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürüb aidiyyəti üzrə təhvil veriblər.
12-02-2025, 14:17
Ermənistan parlamenti Aİ-yə üzv olmağa "HƏ" dedi


Ermənistan parlamenti Aİ-yə üzv olmağa "HƏ" dedi

Ermənistan parlamentinin deputatları ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
63 deputat təşəbbüsün lehinə, 7 deputat əleyhinə səs verib.
Qanun layihəsi hakim “Mülki Müqavilə” fraksiyası tərəfindən dəstəklənib. Müxalifət layihənin əleyhinə səs verib, digər müxalifət partiyası səsvermədə iştirakdan imtina edib.
Ermənistan hökumətinin məlumatına görə, sənəd parlament tərəfindən təsdiq olunarsa, hakimiyyət Brüsseldən olan həmkarları ilə Avropaya inteqrasiya prosesi üçün “yol xəritəsi”ni müzakirə edəcək, daha sonra isə ölkənin Aİ-yə daxil olması ilə bağlı referendum keçiriləcək.
Qanun layihəsini dəstək üçün 50 mindən bir qədər çox tələb olunan imza toplayan bir neçə ictimai təşkilat adından Ermənistanın Aİ-yə daxil olması üçün vətəndaş təşəbbüsünün nümayəndəsi Artak Zeynalyan təqdim edib.
Rusiya tərəfi İrəvanın eyni vaxtda həm Avropa İttifaqını, həm də Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı birləşdirən Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmasını qeyri-mümkün hesab edir.
12-02-2025, 14:09
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Qanun DƏYİŞİR


Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Qanun DƏYİŞİR

İşğaldan azad olunmuş ərazilərdə ödənişli əsaslarla təhsil alan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Sözügedən Tədbirlər Planına əsasən həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə hazırlığının və tədrisinin təşkili ilə bağlı 2024-2026-cı illər ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Təqdim olunan qanun layihəsi də işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədilə hazırlanıb.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.
Layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.
12-02-2025, 13:41
Yunanıstanda yeni prezident seçildi


Yunanıstanda yeni prezident seçildi

Yunanıstan parlamentinin sabiq sədri, Yeni Demokratiya Partiyasının deputatı Konstantinos Tasoulas ölkəsinin yeni prezidenti seçilib.
Səsvermə prosesi parlamentdə keçirilib. Səsvermədə 300 deputatdan 276-sı iştirak edib.
Qeyd edilib ki, Tasulas 13 martda vəzifə müddəti başa çatan Katerina Sakellaropulounun yerini tutacaq. Andiçmə mərasimi həmin gün baş tutacaq.
12-02-2025, 13:20
Prezidentlər geniş tərkibdə görüşdülər


Prezidentlər geniş tərkibdə görüşdülər

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
12-02-2025, 13:14
Şərurda yeniyetmə 18 yaşlı oğlanı bıçaqladı


Şərurda yeniyetmə 18 yaşlı oğlanı bıçaqladı

Şərurda 18 yaşlı oğlan bıçaqlanıb.
Hadisə mübahisə zəminində baş verib. Rayonun İbadulla kənd sakini, 2007-ci il təvəllüdlü C.Ə. Qışlaqabbas kənd sakini, 2009-cu il təvəllüdlü M.Ə. tərəfindən bıçaqlanıb.
O, rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə təqsirli bilinən M.Əliyev saxlanıb.
Faktla bağlı araşdırma aparılır.
12-02-2025, 12:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Fevralın 13-ü gecə və səhər əsasən şərq rayonlarında, 14-dən 15-i səhərədək isə əksər rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq-Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində intensivləşəcəyi ehtimalı var. Ölkə ərazisində havanın temperaturu 4 dərəcəyədək enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, dağlıq rayonlarda isə yolların buz bağlayacağı ehtimal olunur.
12-02-2025, 12:14
Çörəkdən siqaret kötüyü çıxdı - Müəssisədə yoxlamalar başladı


Çörəkdən siqaret kötüyü çıxdı - Müəssisədə yoxlamalar başladı

Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən alınan çörəkdə siqaret kötüyü çıxmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!