İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
21-02-2025, 13:22
ABŞ rəsmiləri Zelenskini hədələdilər: “Ukraynanı dərhal tərk etsin!”


ABŞ rəsmiləri Zelenskini hədələdilər: “Ukraynanı dərhal tərk etsin!”

“Vladimir Zelenski ABŞ-ın təklif etdiyi mineral sövdələşməni qəbul etmədiyi barədə yalan danışıb”.
Bunu ABŞ-ın dövlət katibi Marko Rubio jurnalist Ketrin Herriclə müsahibəsində deyib.
Rubionun sözlərinə görə, Zelenski mineral sövdələşməsi ilə razılaşıb, lakin sənədin “qanunvericilik prosesindən” keçirilməsinin lazım olduğunu bildirib.
"İki gün sonra oxudum ki, Zelenski sövdələşməni rədd etdiyini deyib”.
“Nyu-Yirk Post” qəzeti özəl mənbəyə istinadən yazıb ki, prezident Trampın yaxın ətrafının fikrincə, Vladimir Zelenski Ukraynanı dərhal tərk etməlidir.
Donald Tramp daha əvvəl demişdi ki, ABŞ Ukraynaya Avropadan 200 milyard dollar çox yardım ayırıb, lakin bu vəsaitlərin qaytarılması mexanizmi işlənib hazırlanmayıb. Bu baxımdan Vaşinqton Kiyevdən yatırılan pul ekvivalentində nadir torpaq metalları almaq istərdi.
Bu arada Vladimir Zelenski etiraf edib ki, Amerika hökumətinin Ukraynaya ayırdığı 200 milyard dolların hara yoxa çıxdığını bilmir. Onun sözlərinə görə, Kiyev yalnız 76 milyard dollar alıb.
ABŞ-ın vitse-prezidenti J.D.Vens isə deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski Amerikaya səxavətinə görə təşəkkür etməlidir.
“ABŞ olmasaydı, nə Zelenski, nə də Ukrayna mövcud olardı”, - Vens əlavə edib.
ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, mediada Trampın ictimai tənqidi hazırkı Vaşinqton administrasiyası ilə ünsiyyət üçün çirkin bir üsuldur.
O, Trampın mövqeyinin Zelenskinin iddia etdiyi kimi Rusiyanın dezinformasiyasına əsaslanmadığını vurğulayıb.
"Tramp məncə, geosiyasəti çox yaxşı başa düşür və uzun müddətdir çox güclü mövqelərə malikdir", - Vens deyib.
Onun sözlərinə görə, Zelenski Tramp və öz xalqı ilə münasibətdə “pis məsləhətlər” alıb və son üç il ərzində onun beyni yuyulub, hər hansı bir işin doğru olacağına inanıb.
21-02-2025, 13:10
Azərbaycanda yeni Agentlik yaradıldı


Azərbaycanda yeni Agentlik yaradıldı

Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
21-02-2025, 13:02
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək


Bu gün avtobuslar saat 21:30-dək işləyəcək

Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda deyilir ki, sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almaları xahiş edilir: "Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buzdan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilib. Sürət həddi hava şəraiti nəzərə alınaraq tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər”.
Agentlik hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edir.
21-02-2025, 12:50
Azərbaycanda bu universitetdə dərslər onlayn keçiriləcək


Azərbaycanda bu universitetdə dərslər onlayn keçiriləcək

Sosial şəbəkələrdə ADA Universitetində dərslərin dayandırılması ilə bağlı iddialar yayılıb.
Universitetdən bildirilib ki, ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.
Qeyd edilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.
21-02-2025, 12:35
Xankəndidəki Zəfər parkı 12.9 hektar ərazidə salınacaq


Xankəndidəki Zəfər parkı 12.9 hektar ərazidə salınacaq

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzi olaraq Xankəndi şəhərində Zəfər parkı yaradılacaq.
Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AzərTac-a bildirib ki, Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.
Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.
21-02-2025, 12:26
Müharibədə daha bir azərbaycanlı həlak oldu


Müharibədə daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Goranboy rayon Səfikurd kənd sakini 1983-cü il təvəllüdlü Qurbanov Arzuman Qurban oğlu döyüşlərdə Rusiya ordusu sıralarında iştirak edib.
Bildirilir ki, xeyli müddət Rusiyanın Varonej şəhərində yaşamış Arzuman bir müddətdir itkin kimi axtarılırmış.
Daha sonra onun naməlum şəxs kimi xristian qəbiristanlığında dəfn edildiyi məlum olub.
21-02-2025, 12:23
Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO


Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.
Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

21-02-2025, 12:16
Qarlı hava sabah da davam edəcək


Qarlı hava sabah da davam edəcək

Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeoroloji Xidmətdən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 5-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.
21-02-2025, 11:57
Rusiya ilə ABŞ gizli şəkildə bu ölkədə görüşürmüşlər


Rusiya ilə ABŞ gizli şəkildə bu ölkədə görüşürmüşlər

ABŞ və Rusiya rəsmiləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün son aylar İsveçrədə bir sıra gizli danışıqlar aparıblar.
Görüşlərin Co Baydenin dövründə başladığı bildirilir.
Agentliyin həmsöhbətləri bu görüşləri Donald Trampın prezident seçkilərində qələbəsindən sonra siyasi qeyri-müəyyənlik dövründə təmasları saxlamaq üçün “yan kanal” kimi qiymətləndiriblər.
Mənbələr danışıqlarda iştirak edənlərin adlarını açıqlamaqdan imtina ediblər. Sadəcə qeyd ediblər ki, bunlar indiki dövlət qulluqçuları deyil, diplomatiya və təhlükəsizlik sahəsində təcrübəsi olan şəxslərdir. Trampın bəzi müşavirlərinə görüşlər barədə məlumat verilib.
Nəşr qeyd edir ki, ən azı belə bir görüş keçən həftə Münhen Təhlükəsizlik Konfransı ilə paralel olaraq Cenevrədə baş tutub.
Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Əldə olunan əsas razılaşmalar arasında Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qrupunun yaradılması, Moskva və Vaşinqtondakı səfirliklərin əməkdaşlarının bərpası, həmçinin prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüş üzərində iş yer alıb.
21-02-2025, 11:49
ABŞ BMT-dən çıxa bilər


ABŞ BMT-dən çıxa bilər

Amerika Birləşmiş Ştatlarının Respublikaçı
konqresmentləri ABŞ-nin BMT və onun nəzdində olan bütün təşkilatlara üzvlüyünün dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
“Birləşmiş Millətlər Təşkilatı tiranlar üçün bir platformaya və ABŞ və onun müttəfiqlərinə hücumların məkanına çevrilib.
Biz bunun üçün onlara ödənişləri dayandırmalıyıq. Donald Trampın Amerika xarici siyasətində bir inqilab etdiyini və Amerikanı hər şeydən önə qoyduğunu nəzərə alaraq, biz bu saxta təşkilatdan çıxıb, ölkəmizin təhlükəsizliyini təmin edən gerçək alyansları prioritetləşdirməliyik”, - deyə senator Mayk Li bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!