İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
24-02-2025, 16:40
Bakıda əməliyyat keçirildi - 20 kq narkotik dövriyyədən çıxarıldı


Bakıda əməliyyat keçirildi - 20 kq narkotik dövriyyədən çıxarıldı

Nəsimi rayonunda 20 kq narkotik dövriyyədən çıxarılıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Son əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.
İdarə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb.
Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
24-02-2025, 16:36
DİM imtahanlarla bağlı məlumat yaydı


DİM imtahanlarla bağlı məlumat yaydı

Musiqi sənəti istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə işçi qrupların iclasları başa çatıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2024-cü ilin oktyabr ayından etibarən keçirilən bu iclaslarda müxtəlif ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları müzakirə edilib və bu proqramlar çərçivəsində qabiliyyət imtahanlarında ifa olunacaq əsərlərin siyahıları hazırlanıb. Əsərlərin siyahısı müvafiq sahə üzrə ekspertlər və ali təhsil müəssisələrinin mütəxəssisləri ilə razılaşdırılıb.
Bu siyahılar qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlər və tədris aparan müəllimlər üçün kömək məqsədilə hazırlanıb. Nəzərə almaq lazımdır ki, bu əsərlər tövsiyə xarakteri daşıyır və abituriyentlər ixtisas proqramı əsasında hazırlanan bu siyahılara daxil olan əsərlərin çətinlik səviyyəsinə uyğun başqa əsərlər də seçərək təqdim edə bilərlər.
Bu siyahılarda olmayan əsər seçən abituriyentlər [email protected] ünvanına müraciət etməlidirlər. Abituriyentin proqrama uyğun təqdim etdiyi əsər bu siyahıya əlavə ediləcək.
İxtisaslar üzrə imtahanda ifa edilməsi tövsiyə olunan əsərlərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.
Belə ki, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçərkən abituriyentlər ixtisas fənni üzrə qabiliyyət imtahanında ifa edəcəkləri əsərləri müvafiq siyahılardan seçəcəklər. Abituriyentlər əsərləri seçdikdən sonra qeydiyyatlarını təsdiqləyə biləcəklər. Bu haqda ətraflı məlumat qeydiyyat günlərində veriləcək. Qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat buraxılış (V ixtisas qrupu üzrə qəbul) imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq.
Xatırladaq ki, ixtisas imtahanında ifa olunan əsərlərin seçimi ötən illərdə proqram formasına abituriyent tərəfindən yazılaraq imtahan zamanı qiymətləndirmə aparan komissiyaya təqdim edilirdi.
Təsdiq edilmiş əsərlərin imtahan zamanı dəyişdirilməsinə yol verilmir.
Musiqi müəllimliyi ixtisası üzrə proqrama uyğun əsərlərin seçimi əvvəlki illərdə olduğu kimi həyata keçiriləcək.
24-02-2025, 16:28
Yol polisindən yollarla bağlı XƏBƏRDARLIQ


Yol polisindən yollarla bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi buzlaşmış yollarda yarana biləcək fəsadlarla bağlı xəbərdarlıq edib. İdarədən verilən məlumata görə, xəbərdarlıqda deyilir:
"Bu gün günün birinci yarısı havanın teperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşayiət olundu. Lakin, axşama doğru teperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buzlaşması gözlənilir.
Sürüşmə ehtimalı harada çox olacaq?
Baş Dövlət Yol Polisi İdarəsi şaxtalı havada xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümümnə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur".
24-02-2025, 16:00
Bəxtiyar Vahabzadənin 100 illiyi İstanbulda da qeyd ediləcək


Bəxtiyar Vahabzadənin 100 illiyi İstanbulda da qeyd ediləcək

Bu ilin avqust ayında mərhum Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur.
Prezident İlham Əliyev görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
ürkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin İdarə Heyətinin sədri Səfər Qaraqoyunlu bildirib ki, Bəxtiyar Vahabzadənin 100 illiyi İstanbulda da qeyd ediləcək.
O deyib ki, Bəxtiyar Vahabzadə türk dünyasına iz qoymuş şairdir:
"Xüsusilə də, Sovetlər zamanında Azərbaycan türklərinin zor durumda olduğu dövrdə türkün səsini bütün dünyaya çatdıran şairlərimizdəndir. Bu baxımdan rəhmətlə və minnətlə anırıq. Biz hələ uşaq ikən Bəxtiyar Vahabzadəni eşidirdik. Yazdığı şeirlər Azərbaycan xalqının oyanması, milli şüurunun və baxışlarının dəyişməsi, müstəqilliyə gedən yolun qazanılması ilə əlaqədar şeirləri çox böyük əhəmiyyət kəsb etməkdəydi. Bu zamanla daha yaxşı anlaşıldı".
S.Qaraqoyunlu qeyd edib ki, İstanbulun Kadıköy bölgəsində dərnəyə məxsus ofis var.
"Dərnəkdə mətbuatın iştirakı ilə belə bir proqram düşünürük. Şeirləri, həyatı, türk dünyasındakı önəmi və yeri kimi məsələləri ehtiva edən anım günü keçirəcəyik. Tarix dəqiq məlum deyil. Böyük ehtimalla mayda olacaq. Mayda olmasa, oktyabrda bunu təşkil edə bilərik".
24-02-2025, 15:51
Ərdoğan Lavrovu qəbul etdi


Ərdoğan Lavrovu qəbul etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Beştəpə Kompleksində qəbul edib.
Görüşdə Ukrayna müharibəsi, regional problemlər və ikitərəfli münasibətlər müzakirə olunub.
Lavrovun səfəri Ukraynanın işğalının 3-cü ildönümünə təsadüf edir və buna görə də kritik əhəmiyyətə malikdir.
Bundan əlavə, prezident Rəcəb Tayyib Ərdoğan bu iclasdan sonra Nazirlər Kabinetinin iclasına sədrlik edəcək.
24-02-2025, 15:39
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edir


Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edir

Avropa İttifaqı (Aİ) enerji, nəqliyyat və bank sektorlarında bir sıra məhdudiyyətləri aradan qaldıraraq Suriyaya qarşı sanksiyaları ləğv etməyə başlayıb.
Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.
“Aİ Şurası enerji (neft, qaz və elektrik enerjisi daxil olmaqla) və nəqliyyat sahələrində sektoral tədbirlərin dayandırılması barədə qərar qəbul edib. Həmçinin beş təşkilatın (Sənaye Bankı, Xalq Kredit Bankı, Əmanət Bankı, Kənd Təsərrüfatı Kooperativ Bankı və Suriya Hava Yolları) maliyyə vəsaitlərinin və iqtisadi resursların dondurulmasına məruz qalanlar siyahısından çıxarılması qərara alınıb. Bundan əlavə, Suriya Mərkəzi Bankına maliyyə və iqtisadi resursların təqdim olunmasına icazə verilir”, - deyə sənəddə bildirilir.
Qeyd olunur ki, Aİ ölkələrindən Suriyaya şəxsi istifadə üçün dəbdəbəli əşyaların gətirilməsinə qoyulan qadağa da aradan qaldırılıb.
Avropa İttifaqı gələcəkdə də ləğv oluna biləcək digər sanksiyaları qiymətləndirməyə davam edəcəyinə vəd verib.
24-02-2025, 15:23
Ermənistan xarici işlər naziri iranlı həmkarı ilə görüşüb


Ermənistan xarici işlər naziri iranlı həmkarı ilə görüşüb

Cenevrədə Ermənistan və İran xarici işlər nazirlərinin görüşü baş tutub.
İran KİV-nin məlumatına görə, görüşdə regional məsələlərin müzakirə olunduğu bildirilib.
Fevralın 24-25-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçrədə işgüzar səfərdə olacaq.
Ermənistan XİN-in məlumatına görə, Ararat Mirzoyan Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclaslarında və Silahsızlanma üzrə Yüksək Səviyyəli Konfransda iştirak edəcək və çıxışlar edəcək.
24-02-2025, 15:18
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişdi


Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişdi

Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, nəmin məhsulların alıcılarının elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməsi tələbləri ləğv edilib.
24-02-2025, 15:02
Növbəti köç karvanı Ballıcaya çatdı - FOTO


Növbəti köç karvanı Ballıcaya çatdı - FOTO

Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Xocalı rayonuna qayıdışı davam edir. Fevralın 24-də növbəti köç karvanı respublikamızın müxtəlif şəhər və rayonlarından Xocalıya yola salınıb.
Bu mərhələdə 95 nəfərlik 22 ailə artıq daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə yerləşdirilib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Xocalı rayonuna köç edən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib və bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Ballıca kəndində mənzillərin açarları təqdim edilib, onlara doğma torpaqlarında xoşbəxt həyat arzulanıb.
Bununla da bu günə qədər Ballıca kəndində 112 ailə, yəni 562 nəfərin daimi məskunlaşması təmin olunub.




24-02-2025, 14:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi açıldı


Hərbçimizin ölümü ilə bağlı cinayət işi açıldı

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb. Məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!