İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
22-02-2025, 20:21
Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama


Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş Cümhuriyyət Xalq Partiyasında (CHP) prezidentliyə namizədin müəyyən edilməsi üçün keçiriləcək ilkin seçkilərə münasibət bildirib.
O, jurnalistlərə açıqlamasında bildirib ki, CHP-nin prezidentliyə namizədini müəyyən edəcək ilkin seçkilərə qarşı deyil.
“Biz ilkin seçkilərə qarşı deyilik. Burada problem partiyanın enerjisini sərf etməməsidir. Biz bunun ölkə gündəmini geri itələyəcəyini düşünürdük. Yenə də xeyirli-uğurlu olsun. Qaldı ki, ölkə prezidentliyinə namizədlik üçün ərizə verməyimə, bunlardan danışmaq hələ tezdir. Biz bütün alternativləri müzakirə etmişik və onlar həmişə gündəmdə olacaq. Bizim öz başımıza namizəd olmaq və ya olmamaq kimi bir haqqımız yoxdur. Xalq nə qərar verirsə, gün gələndə, bir tələb olarsa, təbii ki, onu qiymətləndirəcəyik. Ancaq bunu deyərkən, məni heç vaxt fikir ayrılığına uğrayan gün görməyəcəksiniz”, - M.Yavaş deyib.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün ərizə təqdim edib. O, martda keçiriləcək səsvermədə yeganə namizəddir.
22-02-2025, 20:10
Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm"


Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm"

Xəbər verdiyimiz kimi, Samuxda oğul atasına balta ilə xəsarət yetirib. Hadisə gecə saatlarında rayonun İnstitut qəsəbəsində baş verib. Qəsəbə sakini, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A.Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.
Xəsarət alan yaşlı kişi xəstəxanaya yerləşdirilib. A.Zeynalovun vəziyyəti orta-ağır olduğu bildirilir.
Asif Zeynalov bildirib ki, gecə yatan zaman oğlu onu baltalayıb.
"Mən yatmışdım, birdən gördüm mənə balta dəydi. Məndə tez qalxdım. Gördüm ki, vuran oğlumdur. Mənə dedi ki, yaxşı eləyib vurmuşam. O, hadisədən sonra çıxıb getdi.
Oğlum ruhi-əsəb xəstəsidir. Bakı şəhərində Maştağada Psixiatriya Xəstəxanasınada müalicə alırdı. 5 aydır gəlib. Bir evdə yaşayırıq. Otağın birində mən, digərində isə oğlum qalır. Hər şeyini mən alıram. Pul istəyəndə vermişəm. Pulu olan kimi araq alıb içir. Oğlum son zamanlar pis vərdişlərə qurşanıb".
A.Zeynalov qeyd edib ki, oğlu ailəli olub.Bir neçə il bundan əvvəl ailəsi ondan ayrılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş Eşqin Qasımov bildirib ki oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı Samux rayon polis şöbəsində araşdırmaya başlanıb. Müvafiq ekspertiza təyin edilib, həmin ekspertizaların rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
22-02-2025, 19:51
Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA


Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA

Sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının maliyyə məsələlərində çətinlik çəkdiyi barədə iddialar yayılıb. İddialara görə, partiya yaxın günlərdə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıracaq.
Partiyanın sədri Pənah Hüseyn bildirib ki, yayılan fikirlər cəfəngiyyatdır: “Partiyanın daxilində heç bir problem yoxdur. Maliyyə məsələsinə gəldikdə isə bu kimi məsələlərlə bağlı heç bir problemimiz yoxdur və fəaliyyətimizi davam etdiririk. Partiyamızın bağlanması ilə bağlı yayılan fikirlər yalandır”.
Qeyd edək ki, bu il dövlət büdcəsindən siyasi partiyalara 6 milyon vəsait ayrılması nəzərdə tutulub. Yeni dəyişikliklərə əsasən, artıq parlamentdə təmsil olunmayan partiyalara da vəsait ayrılır. Artıq bir sıra partiyalara dövlətdən maliyyə ayrılmağa başlanılıb.
22-02-2025, 19:44
Qısa fasilədən sonra yenidən qar yağır


Qısa fasilədən sonra yenidən qar yağır

Azərbaycanda saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar yağır.
Eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Balakən, Şəki, Şamaxı, İsmayıllı, Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Mingəçevir, Yevlax, Goyçay, Zərdab, Beyləqan, Quba, Qusar, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada da qar yağır.
22-02-2025, 19:00
Su anbarında batan gənclər hələ də tapılmayıb - Axtarışdan GÖRÜNTÜLƏR


Su anbarında batan gənclər hələ də tapılmayıb - Axtarışdan GÖRÜNTÜLƏR

FHN tərəfindən Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir.
Bu barədə FHN məlumat yayıb.
Məlumata görə, fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü Müşviq Rəhim oğlu İsmayılov və 2003-cü il təvəllüdlü İsmayıl Xaliq oğlu Şubliyevin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

[media=https://youtu.be/YY55_4BMDKI]
22-02-2025, 18:22
Putinlə Zelenski görüşməlidir


Putinlə Zelenski görüşməlidir

İki ölkə arasında münaqişənin həlli üçün Rusiya və Ukrayna prezidentləri görüşməlidir.
Bunu ABŞ prezidenti Donald Tramp bildirib.
O, həmçinin döyüşlərə son qoymaq istədiyini bir daha bəyan edib.
“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidir... Mən atəşkəs və razılaşma görmək istəyirəm”, - Donald Tramp qeyd edib.
Tramp Vladimir Putinlə telefon danışıqlarının Zelenski ilə müqayisədə daha yaxşı keçdiyini bildirib . O, həmçinin bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda Ukrayna prezidentinin iştirakı vacib deyil.
22-02-2025, 18:03
Yas mərasimində yeməkdən boğulub öldü


Yas mərasimində yeməkdən boğulub öldü

Bakıda yas mərasimində ölüm hadisəsi olub.
Hadisə Nizami rayonunda yerləşən mərasim evlərinin birində baş verib.
Burada yas mərasimində iştirak edən 57 yaşlı N. Məhərrəmov boğazında yemək qaldığı üçün boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
22-02-2025, 17:16
İraqda 5 terrorçu zərərsizləşdirildi


İraqda 5 terrorçu zərərsizləşdirildi

İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.
"Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib", məlumatda deyilir.
22-02-2025, 16:52
Kişi liftdə arvadını və 4 yaşlı oğlunu bıçaqladı


Kişi liftdə arvadını və 4 yaşlı oğlunu bıçaqladı

Dünən gecə Bakı şəhərində kişi öz həyat yoldaşını və dörd yaşlı oğlunu bıçaqlayıb.
Kişi dörd yaşlı oğlu İlham Əfəndiyev və həyat yoldaşı Aysel Əfəndiyevaya liftdə çoxsaylı bıçaq zərbələri endirib.
Xəsarət alan ana və oğlu təcili xəstəxanaya yerləşdirilib.
22-02-2025, 16:43
İslam Həmrəylik Oyunlarının vaxtı AÇIQLANDI


İslam Həmrəylik Oyunlarının vaxtı AÇIQLANDI

Altıncı İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb
Bu il keçiriləcək altıncı İslam Həmrəyliyi Oyunları 7-21 noyabr tarixlərində Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək.
Qeyd edək ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2005-ci ildə təşkil edilib. 2010-cu ildə İranda keçirilməsi planlaşdırılan ikinci oyunlar baş tutmayıb. Üçüncü İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyada, dördüncü 2017-ci ildə Bakıda, beşinci isə 2021-ci ildə Türkiyənin Konya şəhərində təşkil olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!