İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
22-02-2025, 16:32
Qarlı hava 165 nəfəri xəstəxanalıq etdi


Qarlı hava 165 nəfəri xəstəxanalıq etdi

Qarlı havada 165 nəfər xəsarət alıb.
Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.
Məlumata görə, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
22-02-2025, 16:17
Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA


Ən çox uzun müddət evli olanlar boşanır - STATİSTİKA

Ölkəmizdə hər keçə il nikah saylarının azalması ilə yanaşı boşanma sayları da artmağa davam edir. Dövlət Statistika Komitəsinin 2023-cü il statistikasına əsasən, ölkəmizdə həmin il 21 688 boşanma sayı qeydə alınıb.
2023-cü ildə 18-19 yaşlı evli tərəflər arasında isə 4 boşanma halı qeyd alınıb kimi ki, bu da evlilik müddəti 5 ilə qədər davam edən cütlükləri əhatə edir.
Nikahın davametmə müddətinə görə ölkəmizdə ən çox boşanma evlilik müddəti 10-19 ili əhatə edən cütlüklər arasında baş tutub. Belə ki, 5 ilə qədər evli qalaraq boşananların ümumi sayı 5814, evlilik müddəti 5-9 il olanlar arasında boşanma sayı 5805 nəfəri əhatə edir, evlilik müddəti 10-19 il olan cütlüklər arasında boşanma sayı isə 7735-dir. Boşananların ümumi statistikası içərisində ən az boşananalar evlilik müddəti 20 il və daha çox olanlardır.

10-19 il müddətinə evli olanlar arasında ən çox boşananlar 35-39, 40-44 yaşlı cütlüklərdir. Evlilik müddəti 5 ilə qədər, həmçinin 5-9 il olan cütlüklər arasında 30-34 yaşlı cütlüklər daha çox boşanıb. 20 il və daha çox evli olanlar arasında isə 50-54 yaşlı cütlüklər arasında boşanma daha çox qeydə alınıb.
22-02-2025, 15:56
Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında


Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında

Son bir həftə ərzində Rusiya və ABŞ arasında münasibətlərin yaxınlaşması istiqamətində mühüm addımlar atılıb. Fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu danışıq zamanı liderlər şəxsi görüşlərin təşkili barədə razılığa gəlib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Putin Trampı Moskvaya səfərə dəvət edib və ABŞ rəsmilərini Rusiyada qəbul etməyə hazır olduğunu bildirib.
Fevralın 18-də isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında rəsmi danışıqlar keçirilib. Rusiya tərəfini Xarici İşlər Naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov, ABŞ tərəfini isə Dövlət Katibi Marko Rubio və Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz təmsil edib. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və qarşılıqlı maraqların nəzərə alınması barədə razılığa gəliblər. Xüsusilə, Ukrayna məsələsi ilə bağlı yüksək səviyyəli komandaların təyin edilməsi və bu istiqamətdə məsləhətləşmə mexanizminin yaradılması qərara alınıb. Bu addım, Ukraynadakı münaqişənin həlli üçün hər iki ölkənin birgə səylərini gücləndirməyi hədəfləyir.
Danışıqlardan sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, hər iki tərəf bir-birinin maraqlarını nəzərə alaraq ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəlib.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti vurğulayıb ki, Ukraynadakı müharibəni bitirmək üçün bir görüş kifayət etməsə də, Ər-Riyadda keçirilən danışıqlar irəliyə doğru mühüm addım hesab olunur.
Görüşdə həmçinin iqtisadiyyat, investisiya və ümumi geosiyasi məsələlər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və qlobal məsələlərdə birgə fəaliyyətin koordinasiyası baxımından əhəmiyyətlidir.
Növbəti mərhələdə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında şəxsi görüşün təşkili planlaşdırılır. Bu görüşün konkret tarixi hələ müəyyən edilməsə də, hər iki tərəf yüksək səviyyəli dialoqun davam etdirilməsində maraqlıdır.

İki ölkə arasında baş verən hadisələr onların münasibətləri tam normallaşdırması anlamına gəlməsə də, bu istiqamətdə ciddi addım hesab edilə bilər.
İki ölkə arasında yaxınlaşmanın Ukraynaya, Zelenskinin gələcəyinə təsir barədə müzakirələr aparılır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ ilə Rusiya arasında bir yaxınlaşma görmədiyini bildirib.
"Sadəcə olaraq hansısa problemi həll etmək üçün ABŞ rəhbərliyi danışıqlar vasitəsilə müharibəyə son qoysunlar. Artıq buna aid qərar var. Səudiyyə Ərəbistanında məsələlər müzakirə olunub. Sənəd hazır olan kimi həm Ukrayna və digər bununla işləyən tərəflər sənədlə tanış ola bilərlər. Ukraynanın da danışıqlar prosesinə qoşulması barədə məlumatlar var. Avropa ilə uzaqlaşma məsələsinə gəldikdə, əslinə qalsa, bunu belə adlandırmaq düzgün olmaz. Sadəcə olaraq, münasibətlərin yeni formatı barədə müzakirələr gedir. İqtisadi baxımdan Avropa İttifaqı Amerika Birləşmiş Ştatları üçün Çin və digərləri kimi rəqibdirlər. Burada digər bir sual ortaya çıxır ki, yaxşı bəs Avropa İttifaqı nəyə görə siyasi maraqlarını özü müdafiə etmir. Trampın birinci liderliyi dövründə bu məsələ qaldırılırdı. Avropa İttifaqı ölkələri siyasi hədəflərinə nail olmaq istəyirlərsə, müdafiyəyə daha çox vəsait sərf etməlidirlər. Əvvəl məbləğ 3 faiz qəbul olunmuşdu. Bir çox dövlətlər buna riayət etmirdilər. İndi də ABŞ-nin tələbi odur ki, Avropa İttifaqının hər hansı məsələyə fərdi yanaşması varsa, gərək ona pul sərf etsin. Yoxsa Avropa İttifaqı iqtisadiyyatı inkişaf etdirir, yaxşı yaşayır, eyni zamanda ABŞ-la rəqabət aparırır. Bu ABŞ-nin indii administrasiyasının düşüncəsidir. Bu da kəskin diskussiyanın mövcudluğunu göstərir. Amma inanmıram ki, burada kəskin şəkildə fikir ayrılığı olacaq.
Əsas məsələ onunla bağlıdır ki, ABŞ bundan qabaq olan siyasəti nəticəsində iqtisadi liderliyi əldən buraxmır. Bir çox hallarda görürük ki, hətta Avropa İttifaqı da rəqabət aparır. Misal kimi “Boeing” və “Airbus” arasındakı, eləcə də avtomobil istehsalında rəqabəti göstərmək olar. Görürük ki, Tramp daha çox iqtisadi məsələlərə önəm verir. Belə fikirləşir ki, iqtisadi dominantlıq yenə də ABŞ-dadırsa, deməli, hamı ondan asılı olacaq. Faktiki olaraq belə görsənir. Geopolitik, ya da ideoloji konseptual məsələlər dominant olmamalıdır. Görürük ki, hətta vitse-prezident səviyyəsində siyasətçi gəlib Münhen konfransında Avropa dövlət başçıları tənqid edib. Bu da onu göstərir ki, Avropa İttifaqına yerini göstərir. İndi burada kim narazı olacaq. Burada ilk növbədə Almaniya və Fransa narazı olacaq. Amma burada ABŞ-nin şansları böyükdür. Onlar başa düşürlər ki, qarşılarında çoxsaylı dövlətlər var. Bunların arasında özlərinə tabe olan dövlətləri seçib əməkdaşlığı daha da davam etirəcəklər. O bəlli bir şeydir”.
Sabiq nazir vurğulayıb ki, Zelenskinin hakimiyyətdə qalması çətindir və Rusiyada da daxili siyasi böhran olacaq:
“Zelenskinin prezident kimi səlahiyyətlərinin müddəti ötən ilin səhv etmirəmsə, mayında bitib. Səbəb ondan bağlıydı ki, hərbi əməliyyatlar davam edir. İndi sülh sazişindən danışırlar. Mənsə, bunu daha çox atəşkəs sazişi adlandırardım. Çünki geniş sülh sazişi indiki mərhələdə mümkün deyil. Bir sıra məsələlər öz həllini tapa bilərlər. Atəşkəs sazişinin tətbiq olunması mexanizmləri, müşahidəçilər, təhlükəsizlik mövzularına aid hansısa qərarlar, yəni kim təmin edəcək, hansısa ərazi üzərindən təmas xəttinin konfiqurasiyasının dəyişməsi məsələləri öz həllini tapa bilər. Ən çox sonuncu məsələ üzərində danışıqlar gedir. Amma artıq bəyan olunub ki, nə 1991-ci ilin, nə 2014-cü ilin, nə də 2020-ci ilin təmas xətti bərpa olunsun. Əsas problem budur. Bu da bir çox siyasətçilər üçün ciddi təzadlar yarada bilər-ilk növbədə Zelenski üçün. Təxminən İstanbulda qəbul olunmamış razılığa bənzər səbəb ola bilər.
Biz başa düşməliyik ki, Rusiya da öz istəklərinə nail olmayacaq. Hamıya bəllidir. Kim nə deyirsə desin. Bəlkə də, ABŞ-də fikirləşirlər ki, Rusiyada daxili siyasi böhran baş verəcək. 5 ildən sonra nə olacağına gəldikdə, isə bu siyasi proseslərin gedişindən asılı olacaq. Çətin ki, Zelenski hakimiyyətdə qalsın. Rusiyada da mən dediyim kimi böhran gözlənilir. Baxarıq, axırı nə olacaq...”
22-02-2025, 15:30
Xərçəngin qarşısını alan məhsullar - SİYAHI


Xərçəngin qarşısını alan məhsullar - SİYAHI

Həkim dietoloq Yevgeni Arzamastsev xərçəngin qarşısını almağa kömək edən qidalanma haqqında danışıb.
O, xərçəngin qarşısını almaq üçün insanları qida rasionuna yaşıl tərəvəzlər, göyərti, qoz-fındıq və bitki yağları daxil etməyə çağırıb. İlk iki məhsul lif, vitamin və təbii antioksidantlarla zəngindir.
O, xərçənginin qarşısını almaq üçün gündə 400 q tərəvəz və göyərti yeməyi məsləhət görüb.
Dietoloq həmçinin Omeqa-3 yağ turşuları və E vitamini ilə zəngin olan müxtəlif bitki yağlarından istifadə etməyi tövsiyə edir. O, müalicəvi norma kimi gündə iki çay qaşığı və ya bir xörək qaşığı qəbul etməyi məsləhət görüb.
Qoz-fındıqlara gəldikdə, həftədə 100-150 q-a qədər yemək lazımdır. Bundan əlavə, "xərçəngin inkişaf riskinə mənfi təsir göstərə bilən zərərli komponentləri bədəndən çıxarmaqdan ötrü kifayət qədər su içmək vacibdir", - deyə Arzamastsev əlavə edib.
22-02-2025, 15:16
Xankəndidə yollar nizamlanır

Xankəndidə yollar nizamlanır

Xankəndidə yollarda piyada və avtomobillərin hərəkətini nizamlamaq üçün aidiyyatı qurumlar səhər saatlarından işə başlayıb. Şəhərin küçələri qardan təmizlənir. Yollara duz və qum səpilir.

Xankəndidə 2 gündür ki, yağan və ötən axşamdan etibarən yollarda nəqliyyatın hərəkətini çətinləşdirən qarın təmizlənməsi üçün işlər görülür. Səhər saatlarından etibarən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturu prosesə cəlb olunub.Yollarda piyadaların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərə başlanıb. Yollara duz və qum səpilib.Şəhərin küçə və prospektlərində, səkilərdə qarın təmizlənməsi işlərinə xeyli sayda texnika və işci qüvvəsi cəlb edilib.
Qarlı hava şəraitinin davam edəcəyi günlər boyunca yolların qardan təmizlənməsi işləri davam etdiriləcək.
Qeyd edək ki, havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq şəhərin içməli su, işıq və qaz təchizatında heç bir problem yoxdur.




22-02-2025, 15:15
Polis Qazaxda əməliyyat keçirdi - Saxlanılanlar var


Polis Qazaxda əməliyyat keçirdi - Saxlanılanlar var

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin narkokuryerlik etdikləri məlum olub.
Faktlarla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


22-02-2025, 14:58
Həbsdə olan təhsil eksperti azadlığa çıxdı


Həbsdə olan təhsil eksperti azadlığa çıxdı

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Smart Business Qroup" şirkətinin direktoru, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş Xəlilov Anar Tapdıq oğlu azadlığa buraxılıb.
Qərar hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Belə ki, Anar Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. A.Xəlilov zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev isə Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib.
Qeyd edək ki, Anar Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən heç kimə qarşı dələduzluq etmədiyini, sadəcə pandemiya ilə əlaqədar sərhədlər bağlandığından tələbələri xaricə göndərə bilmədiyini əsas gətirmişdi:
"Telekanalların bir çoxunda bu şirkətin rəhbəri kimi çıxışlar etmişəm. Bu da mənim şirkətin həqiqi rəhbəri olmağıma sübutdur. Bütün müqavilələr otağımda çəkiliş kamerasının vasitəsilə çəkilib. Xəzər TV-də müsahibəm var ki, bizdə əvvəldən ödəniş olmayıb. Tələbə ali məktəbə qəbul olandan sonra ödəniş olunub, əvvəldən ödəniş olunmayıb. Tələbələri necə yola salmağıma gəlincə, qan analizi alınıb, tibbi müayinədən keçiblər.
Dələduzluq niyyətim olubsa, nəyə görə müqavilə bağlamışam? Onlara bütün proseduru izah eləmişəm. Hər bir qrupu yola salmadan valideyinlərlə görüş keçirmişəm. Pandemiya başlamasına görə sərhədlər bağlandı. Tələbələrin dərsləri xaricdən onlayn keçirildi. Bu distant təhsilə isə bizim tələbələr hazır deyildi".
22-02-2025, 14:50
Şərab mağazasında oğurluq - 3 nəfər tutuldu


Şərab mağazasında oğurluq - 3 nəfər tutuldu

Bakıda şərab evindən oğurluq edilib.
Nəsimi rayonu ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.
Araşdırmalar aparılır.
22-02-2025, 14:11
Binəqədidə yanğın - 2 nəfər tüstüdən zəhərləndi


Binəqədidə yanğın - 2 nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın olub.
Ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22-02-2025, 13:19
Sellofan torbadan şübhələndi, polisə məlumat verdi


Sellofan torbadan şübhələndi, polisə məlumat verdi

Fevralın 20-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfər yaşadığı ünvanın yaxınlığında sellofan torbada silaha bənzər əşyanın olması barədə polisə məlumat verib.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib.
Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 2 avtomat silahı, 1 tapança, 1 səs siqnalı tapançası, 1 tüfəng, 1 patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!