Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili .....                        İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                       
20-02-2025, 15:07
Ali məktəblərə və kolleclərə sənəd qəbulu başladı


Ali məktəblərə və kolleclərə sənəd qəbulu başladı

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5‑dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2025-ci il fevralın 20-dən martın 5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya,Texniki, Memarlıq və İnşaat, Bakı Mühəndislik Universitetlərində, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
20-02-2025, 13:01
Dərələyəzdən deportasiya edilmiş deputat Sona Hüseynovanın həyat həqiqətləri

Dərələyəzdən deportasiya edilmiş deputat Sona Hüseynovanın həyat həqiqətləri

SSRİ-də müsəlman və türk xalqlarına qarşı həyata keçirilən deportasiyaların içərisində qədim türk yurdu Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizə qarşı gerçəkləşdirilmiş bu akt səciyyəvi xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Qəribə də olsa Ermənistan SSR ərazisində öz doğma yurdlarında yaşayan yüz minlərlə əhalinin deportasiyası yeganə belə aktdır ki, SSRİ-də rəsmi qərarla həyata keçirilib. İ.Stalin Kür-Araz ovalığında pambıqçılığın inkişafı ilə əlaqədar Qərbi Azərbaycandan əhalinin köçürülməsini o vaxtkı Azərbaycan və Ermənistan rəhbərlərinin müraciətləri əsasında həyata keçirilməsini əsaslandırmışdır. Lakin, sonradan bəlli oldu ki, Azərbaycan rəhbərliyi adından göndərilmiş müraciətdə fəaliyyəti birmənalı qarşılanmayan Mircəfər Bağırovun imzası yoxdur. Lakin, Türk dünyasının quru sərhədlərinin pozmağa yönəlmiş süni Ermənistan dövlətinin yaradılması (xristian bufer zolağı) layihəsinin növbəti mərhələsi İ.Stalin tərəfindən “uğurla” davam etdirildi. Kolxozçuların köçürülməsi adı ilə eyni zamanda, Qərbi Azərbaycanda yaşayan böyük bir ziyalı kütləsi öz doğma yurdlarından deportasiya edildilər.

Bu gün yüz yaşını qeyd etdiyimiz Sona Əli qızı Hüseynovada belə şəxslərdəndir. Ermənistan SSR Ali Sovetinin deputatı olmuş Sona Əli qızı Hüseynova 20 fevral 1925-ci ildə Dərələyəz mahalının Çivə kəndində anadan olub. 1932-1939-cu illərdə 7 illik Çivə kənd məktəbini əla qiymətlərlə bitirib. Məktəbi bitirdikdən sonra kolxozda işə başlayıb. Tütünçülük üzrə manqa başçısı kimi, 1950-ci ildə Ermənistan SSR Ali Sovetinə Mikoyan rayonunun Çivə, Qovuşuq, Ağkənd, Ələyəz, Qabaxlı, Gədikvəng, Gülüdüz kəndlərinin kolxozçuları özlərinin seçkiqabağı yığıncaqlarında Sona Əli qızı Hüseyinovanı 229 nömrəli Şadin seçki dairəsindən Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərmiş, o 29 fevral 1951-ci ildə Ermənistan SSR Ali Sovetinə deputat seçilib.

1950-ci ildə “Sovet Ermənistanı ” qəzeti Sona xanım haqqında geniş məqalə də vermişdir.
SSRİ Nazirlər Soveti № 4083 23 dekabr 1947-ci il, Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqındakı bədnam qərarı ilə, onun Ermənistan SSR Ali Sovetinin deputatı olması nəzərə alınmadan 1951-ci ilin sonlarında, ailəsi ilə birlikdə sovet Azərbaycanına deportasiya olunub. Bərdə rayonunun İmirli kəndində bir müddət yaşadıqdan sonra, ailəsinin iqlim şəraitinə uyğunlaşmaması səbəbindən yenidən Çivə kəndinə qayıdan ailə, ermənilər tərəfindən xoş qarşılanmırlar. Bir müddət Çivə kəndində yaşayan Sona xanım, övladlarının təhsil və iş problemi səbəbindən 1976-cı ildə, təkrar sovet Azərbaycanına üz tutur. Bir müddət İmirli kəndində yaşadıqdan sonra, 1979-cu ildə Gəncə şəhərində məskunlaşırlar. Ömrü deportasiyalarda, köçlərdə yollarda keçmiş yurd həsrətli Sona xanımın ən böyük və son arzusu doğulduğu, uşaqlıq və gəncliyinin ən gözəl illərini keçirtdiyi Çivə kəndinə qovuşmaqdır. Sona xanım , hal-hazırda Qərbi Azərbaycanlıların kompakt yaşadıqları, Bərdə rayonunun İmirli kəndində yaşayır. 3 övladı, 8 nəvəsi, 16 nəticəsi var.
Sona xanımın doğulduğu Çivə kəndi Azərbaycan xalqına bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. 1918-ci ildə Çivə kəndinin əhalisi xalq qəhrəmanı Balo bəy Vəkilovun komandanlığı ilə könüllü tabor təşkil edərək Andranikin qoşunları ilə şücaətlə vuruşmuş, ermənilərə ciddi itki yaşatmışdır. Onlar kəndi erməni quldurlarına heç vaxt təslim etməmişlər. Kənd camaatı yalnız Qərbi Azərbaycan əhalisi kütləvi şəkildə Cənubi Azərbaycana keçmək məcburiyyətində qaldıqdan sonra yurdlarını tərk etmişlər. Çivə kəndinin əhalisi II Dünya müharibəsində də 29 say-seçmə övladlarını müharibəyə göndərmiş, onlardan on nəfəri qəhrəmanlıqla həlak olmuş, digərləri isə şücaətlə döyüşərək müxtəlif orden və medallarla təltif edilmişlər.
Sona Hüseynovanın fəaliyyətinin tədqiq olunmasında Prezident Qvardiyasının ehtiyatda olan polkovniki Kamil Dərələyəzlinin də adını qeyd etməyi borc bilirik.

Onu da qeyd edək ki, Dərələyəz mahalı Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynovanın tapşırığı ilə 100 yaşlı Sona Hüseynovanın yaşadığı Bərdə rayonu, İmirli kəndində yubileyi qeyd edilir.
Bizdə yüz yaşlı yurd həsrətli Sona Hüseynovaya doğulduğu Çivə kəndinin şəfalı sularından dadmagı, elinin yollarında addımlamağı, dağlarının havasını udmağı arzu edirik.

Səməd Vəkilov
tədqiqatçı-hüquqşünas
Leyla Calalova
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri,
tarix üzrə fəlsəfə doktoru


20-02-2025, 01:55
Məşhur vulkan yenidən püskürdü


Məşhur vulkan yenidən püskürdü

İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb.
Bu barədə Antara agentliyi məlumat yayıb. Bildirilib ki, Vulkan 2 kilometr yüksəkliyə kül sütunu atıb.
Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 4 kilometr radiusda olan əraziyə getməməyə və vulkanın ətrafında yaşayan insanlara külün yaratdığı təhlükələrdən qorunmaq üçün açıq havada olarkən maskalar taxmağa çağırıb.
20-02-2025, 00:43
Amerikadan Zelenskiyə iki xəbərdarlıq


Amerikadan Zelenskiyə iki xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin artan ritorikasına dözmək niyyətində deyil.
Bunu “Fox News” telekanalında ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.
Onun sözlərinə görə, yardımın verilməsi müqabilində Vaşinqtonun faydalı qazıntılarından istifadəyə dair təklif etdiyi razılaşma ilə bağlı Ukrayna tərəfində təəccüblü müqavimət və ritorikanın artması müşahidə olunur:
“Biz inanırıq ki, Amerika vergi ödəyiciləri investisiyalarından daha çoxunu geri almağa layiqdirlər. Bu isə Ukraynaya imkan verir, onlar bunun əslində nə olduğunu başa düşməlidirlər. Ancaq bunun əvəzinə biz Prezident Trampın dözmək niyyətində olmadığı ritorika və müqavimətin artması alırıq”.
Eyni zamanda ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Volodimir Zelenskinin Donald Trampa qarşı hücumları arzulananın əksini yaradacaq: “O, indi ölkəsinin ümumiyyətlə mövcud olmasının yeganə səbəbinə açıq şəkildə hücum edir. Və bu hədsizdir. Bu, biabırçılıqdır və Amerika Birləşmiş Ştatlarının prezidentini yerindən tərpətməyəcək. Əslində bunun əks təsiri olacaq.
Zelenski çox pis tövsiyələr alır və kimdən aldığını da bilmirəm. O, artıq ABŞ-nin keçmiş prezidenti Co Bayden və Bayden administrasiyası ilə yox, Donald Tramp və Tramp administrasiyası ilə iş görür”.
20-02-2025, 00:13
Putindən Ər-Riyad görüşü barədə ilk açıqlama


Putindən Ər-Riyad görüşü barədə ilk açıqlama

Rusiya Prezidenti Vladimir Putin Ər-Riyadda keçirilmiş danışıqların nəticəsini yüksək qiymətləndirib.
Jurnalistlərlə söhbəti zamanı o, Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında etimad səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb. V. Putin əlavə edib ki, Rusiya Ukrayna üzrə danışıqlar masasına oturmağa hazırdır, lakin orada həm Moskva, həm də Kiyev iştirak etməlidir.
SHS-3 müqaviləsi ilə bağlı suala cavab verən Vladimir Putin bildirib ki, Rusiya və ABŞ bu müqavilənin müddətinin başa çatması ilə əlaqədar məsələləri həll etməlidir.
Rusiya Prezidenti Donald Trampla görüşə hazır olduğunu da bəyan edib. Qeyd edib ki, bu görüş diqqətlə hazırlanmalıdır. Belə ki, Ukrayna münaqişəsinin nizamlanması da daxil olmaqla, bəzi vacib məsələlər üzərində işləmək lazımdır.
V.Putin bildirib ki, Rusiya və ABŞ Yaxın Şərq, o cümlədən Suriya və Fələstin məsələləri üzrə əməkdaşlığa doğru ilkin addımları atıb.
Tərəflər razılaşıblar ki, Ukrayna üzrə danışıqların uğurlu keçməsi üçün təkcə görüş keçirmək kifayət deyil, vacib məsələlərin həllinə də nail olmaq lazımdır.
19-02-2025, 23:10
ABŞ və Avropa arasında razılaşdırılmamış "boşanma"


ABŞ və Avropa arasında razılaşdırılmamış "boşanma"

Avropa diplomatiyasının keçmiş rəhbəri Cozep Borrell ABŞ və Avropa İttifaqı arasında münasibətlərin dəyişməsini şərh edib.
O, "Cadena SER" radiostansiyasına müsahibəsində Vaşinqton və Brüsselin “razılaşdırılmamış boşanma”dan keçdiyini deyib.
"Baş verənlər Atlantikin iki tərəfi arasında razılaşdırılmamış, dərin və ideoloji bir boşanmadır", - o qeyd edib.
Diplomatın sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Avropanın siyasi və sosial modelini bəyənmir və onu “antimodel” hesab edir.
19-02-2025, 22:38
HƏMAS meyitləri İsrailə təhvil verəcək


HƏMAS meyitləri İsrailə təhvil verəcək

Fevralın 20-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən girovların meyitlərini İsrail tərəfinə təhvil verəcək.
Müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə yayıb.
Onun sözlərinə görə, həlak olanların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində ölüb.
19-02-2025, 21:55
[center][img]https://butov.az/uploads/posts/2025-02/1740005000_8d66b92a-a9b5-4cb9-9d3b-f5e10f7ef6eb.jpeg[/img][/center]


İlham Əliyev İndoneziya spikeri ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.
Söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.
Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.
Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

İlham Əliyev İndoneziya spikeri ilə görüşdü - FOTO
19-02-2025, 21:17
Kürdə iki nəfər batdı


Kürdə iki nəfər batdı

Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğludur. Hər iki şəxsin balıqçı olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
19-02-2025, 20:44
Tramp Zelenskini diktator adlandırdı


Tramp Zelenskini diktator adlandırdı

ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkisinin keçirilməsi təklifindən imtina etdiyinə görə Volodimir Zelenskini tənqid edib.
Bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Seçkisi olmayan diktator. Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq", - deyə ABŞ prezidenti vurğulayıb
O həmçinin qeyd edib: "Komik Volodimir Zelenski ABŞ-ni qələbə qazanmağın mümkün olmadığı bir müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb".
"Bu müharibə başlamamalı idi, lakin ABŞ və Tramp olmadan da heç vaxt bitməyəcək", - dövlət başçısı yekunlaşdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!