Səfərbərlik Xidmətinin idarə rəisi həbs edildi .....                        Yeniyetmələr arasında dava məktəbdə olmayıb - RƏSMİ .....                        Baş nazirdən aviasiya ilə bağlı yeni qərar .....                        Bu həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        İtaliyada 5 günlük matəm .....                        “Hesablama Palatasının qarşısında yeni çağırışlar dayanır” .....                        Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili .....                        İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                       
17-02-2025, 17:16
İsrail HƏMAS komandirini öldürdü


İsrail HƏMAS komandirini öldürdü

İsrail ordusu HƏMAS hərəkatının Livandakı əməliyyat şöbəsinin rəhbəri Məhəmməd Şahinin öldürüldüyünü açıqlayıb.
Bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
O, Livanın cənubundakı Sidon bölgəsinə endirilən hava hücumunda öldürülüb.
Açıqlamada deyilir ki, Məhəmməd Şahin İsrailə qarşı terror aktları planlaşdırırmış. Döyüşlər zamanı o, Livandan İsrailə raket hücumlarını idarə edib və “HƏMAS üçün əsas xəbərçi” olub.
17-02-2025, 17:02
Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan


Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan

Ermənistanın Avropa İttifaqına daxil olmaq perspektivi yoxdur və İrəvan bunun naminə Avrasiya İqtisadi İttifaqına üzvlüyün verdiyi bütün üstünlükləri itirir.
Ermənistanın sabiq prezidenti Robert Koçaryan bunu İrəvanda keçirilən mətbuat konfransında deyib. O, Avropa İttifaqına üzvlük məsələsinin ölkədə keçiriləcək parlament seçkilərində əsas mövzu olacağını bildirib.
Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Ermənistanın ikinci prezidenti olan və 1998-2008-ci illərdə ölkəyə rəhbərlik edən Robert Koçaryan hazırda respublika parlamentində ən böyük müxalifət fraksiyasına malik “Ermənistan” blokunun lideridir.
17-02-2025, 17:00
Prezident Azər Qasımovu işdən çıxardı


Prezident Azər Qasımovu işdən çıxardı

Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azər Qasımov işdən çıxarılıb.


17-02-2025, 16:47
Nazirliyin əməkdaşı intihar etdi


Nazirliyin əməkdaşı intihar etdi

Beyləqanda intihar hadisəsi baş verib.
1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.
O, qardaşının evinə qonaq gedibmiş.
Qeyd edək ki, M.Bayramov Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.
17-02-2025, 16:41
Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ


Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ

Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızının kirayə verdiyi mənzilin əşyalarının kirayəşin tərəfindən talanması barədə daxil olan müraciət üzrə şübhəli şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məhkəmənin qərarı ilə Aygün Cavadova 4 gün yox, 8 gün müddətinə inzibati qaydada həbsdə olub.
"Hazırda şübhəli şəxs barəsində araşdırmalar davam etdirilir, onun digər qanunsuz əməlləri istisna edilmir", - Lumu İsrəfilli deyib.
Qeyd edək ki, Afət Telmanqızı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub yazıb. O, Badamdarda yerləşən mənzilin qarət olunduğunu qeyd edək, oğrunun tapılması üçün nazirdən kömək istəyib.
17-02-2025, 16:39
Nemət Pənahlının müsadirə edilən maşını hərraca çıxarılır - 42 min manat


Nemət Pənahlının müsadirə edilən maşını hərraca çıxarılır - 42 min manat

Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) keçmiş sədri Nemət Pənahlının avtomobilini hərraca çıxarır.
Feevralın 28-də keçiriləcək hərracda bir neçə vergi ödəyicisinin ödənilməmiş borclarına görə siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satışı nəzərdə tutulur.
Satışa çıxarılan əmlaklar arasında N.Pənahlının 2010-cu il istehsallı “Toyota Land Cruiser” markalı avtomobili də var. Avtomobilə 42 min manat qiymət təyin edilib.
Nemət Pənalı açıqlamasında vergi borcunun həyat yoldaşının gəlinlik geyimləri biznesinə görə yarandığını deyib.
17-02-2025, 15:42
İnternetlə qumar təşkil edənlər məsuliyyətə cəlb olundu


İnternetlə qumar təşkil edənlər məsuliyyətə cəlb olundu

İnternet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən Yusif Baqiyev və digərləri məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
İnternet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və digər qanunsuz hərəkətlərlə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Baqiyev Yusif Seyfullah oğlunun Ramil Saadov və digər şəxslərlə mütəşəkkil dəstə halında birləşərək özünə məxsus olan onlayn qumar saytlarının ölkə ərazisində qanunsuz olaraq fəaliyyət göstərməsinə nail olmaqla xüsusilə külli miqdarda qanunsuz gəlir əldə etməsinə, habelə, 2022-ci ildən başlayaraq “Paysis” MMC və “Pulpal” MMC-nin rəhbəri Nasibov Samir Hüseyn oğlu ilə sövdələşərək sonuncuya məxsus pul köçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələrinin açılaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin kisələrə köçürülmüş ümumilikdə 161 milyon manatdan artıq pul vəsaitin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı keçirilmiş baxış və axtarışlar nəticəsində iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür.
Toplanmış ilkin sübutlar əsasında Yusif Baqiyev və Ramil Saadova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), Samir Nasibova isə həmin Məcəllənin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə ittiham elan edilib.
Yusif Bagiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Ramil Saadov və Samir Nasibovun barəsində isə istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
17-02-2025, 15:39
Horadiz - Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşdı


Horadiz - Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşdı

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupundan verilən məlumata görə, Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 %-i tamamlanıb.
“Ox üzrə uzunluğu 110,4 km olan yolun 104 və 106-cı km-lərində dəmiryol tunelləri inşa olunur. Tunellərdən biri (104-cü km) müstəqil Azərbaycanın tarixinin ilk, digəri isə (106-cı km) ölkənin ən uzun dəmiryol tunelidir. 106-cı km-də uzunluğu 1 071 metr olan tuneldə artıq qazma işləri yekunlaşıb və bununla tunel tikintisinin 65 %-i tamamlanıb. Qazma işlərindən sonra tuneldə izolyasiya və üzləmə işləri yerinə yetiriləcək”,- deyə məlumatda qeyd edilib.

[media=https://youtu.be/s8xzDukZkt0]
17-02-2025, 15:27
Əməkdar jurnalistin evi qarət olundu - Nazirə müraciət etdi


Əməkdar jurnalistin evi qarət olundu - Nazirə müraciət etdi

Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub yazıb.
A.Telmanqızı Badamdarda yerləşən mənzilin qarət olunduğunu qeyd edək, oğrunun tapılması üçün nazirdən kömək istəyib.
A.Telmanqızı açıq məktubda yazıb:
"Cənab nazir! Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı şəhid qızı adı altında (şəhid qızı deyil) Bakıda dələduzluq, oğurluq, saxta sənədlər düzəltməklə, insanlara zərər vurmaqda davam edir. Artıq bir neçə fakt da təsdiqini tapıb. Bu qadın yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayə haqqı ödəmədən 10-15 gün mənzildə yaşayır, "kirayə haqqını ödəyəcəm" deməklə yalan vədlər verir, vaxt uzadır, ən sonda kirayə qaldığı evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanışı ilə birgə silsilə oğurluqlar edir.
Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm. Mən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımdan və ailəliklə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm. Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib, bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə videogörüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub (Kompüter, planşet, telefon və sair).
Onun soyğunçuluq zamanı istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub. Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtarıb. Bu qadın hazırda azadlıqdadır. Mənə səs yazısı göndərib hədə-qorxu gəlir. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Şəhid qızı oğurluqmu edir? Dələduzluqmu edir? Saxta qəbz göndərirmi? Bütün sübutlar olduğu halda qadın həbs olunmur. Digərləri üçün də təhlükə yaradır. Gələcəkdə digər qurbanların olmaması üçün bu qadın təcili həbs edilməlidir!
Cənab nazir! Xahiş edirəm işi ciddi nəzarətə götürəsiniz. Təşəkkür edirəm!".

17-02-2025, 15:13
Müsadirə olunmuş narkotik vasitələr məhv edildi


Müsadirə olunmuş narkotik vasitələr məhv edildi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Qaradağ rayon komissiyası tərəfindən ümumilikdə 69 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.
Bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!