Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
3-02-2025, 17:59
Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü - FOTO


Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü - FOTO

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkədə akkreditə olunmuş MDB iştirakçı dövlətlərinin səfirləri ilə ənənəvi görüşü keçirilib.
Görüş zamanı Rusiyanın sədrliyi ilə 2024-cü ildə MDB formatında əməkdaşlığın nəticələrinə yekun vurulub. Xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi, ticarət sahəsində, iqtisadi, mədəni və humanitar sahələrdə, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, 2025-ci il - Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ili - Nasizmə qarşı mübarizədə sülh və birlik ili üçün əsas vəzifələr müəyyən edilib.
Görüş iştirakçıları cari qlobal və regional problemlər, o cümlədən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması təşəbbüsünün həyata keçirilməsi kontekstində fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.
3-02-2025, 17:48
Palata büdcənin icra vəziyyətini açıqladı


Palata büdcənin icra vəziyyətini açıqladı

Hesablama Palatasının 2024-cü il üzrə büdcəsinin icra səviyyəsi 80,5 % təşkil edib.
Bildirilir ki, Palatanın ötən il üçün təsdiq edilmiş büdcəsi 11 milyon 424,6 min manat olub. Lakin icra prosesi və yenidən baxılma zamanı müəyyən dəyişikliklər edilib.
"Dövlət büdcəsinə yenidən baxılarkən, Hesablama Palatasının xərclərinin ümumi məbləği daxilində bəzi istiqamətlər üzrə vəsait azaldılıb, digərlərinə isə artırılıb. Xüsusilə, “Azəristiliktəchizat” ASC ilə müqavilənin ləğvi səbəbindən istilik enerjisi (yanacaq) xərcləri azaldılıb. Eyni zamanda, beynəlxalq tədbirlərdə iştirak və COP29 iqlim konfransı ilə bağlı fəaliyyətlər üçün xarici ezamiyyə xərcləri artırılıb.
Büdcənin icrası çərçivəsində “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, vəfat etmiş işçinin vərəsələrinə müavinət ödənilməsi üçün 12,7 min manat ayrılıb. Ümumilikdə, il ərzində büdcəyə edilmiş dəyişikliklərin həcmi 52,7 min manat təşkil edib ki, bu da təsdiq edilmiş büdcənin 0,5 %-dən azdır", - hesabatda deyilir.
Hesablama Palatasına dövlət büdcəsindən əlavə vəsait də ayrılıb. İki beynəlxalq tədbir üçün 159 min manat, nəqliyyat vasitələrinin icbari sığortası üçün isə 2,7 min manat vəsait ayrılıb.
Beləliklə, 2024-cü il üçün nəzərdə tutulan 11 milyon 586,3 min manatlıq büdcənin 9 milyon 332,3 min manatı icra edilib ki, bu da ümumi büdcənin 80,5 %-ni təşkil edir.
3-02-2025, 17:38
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər


Əlilliyi olan şəxslər üçün yeni güzəştlər

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər
müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulacaq.
Eyni zamanda satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
3-02-2025, 17:33
Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndi


Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndi

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.
3-02-2025, 17:24
Seçkilərdən sonra MSK-ya 20 müraciət daxil olub


Seçkilərdən sonra MSK-ya 20 müraciət daxil olub

Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 20 müraciət daxil olub.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. O qeyd edib ki, 10 müraciət isə müvafiq dairələrə daxil olub:
"14 müraciət müvafiq dairə seçki komissiyalarında araşdırılır. Bugünkü iclasda isə 2 müraciət araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərildi.
Hazırda əsas məsələ sosial şəbəkələrdə yayılan məlumatlara diqqət etməliyik".
MSK sədri bildirib ki, kimliyindən asılı olmayaraq, özünə bəraət qazandırmağa çalışan istənilən komissiya üzvü cəzalandırılmalıdır: "Bütün tərəflərin hüquqlarının qorunmasının tərəfdarıyıq".
3-02-2025, 17:12
Bu şəxslərə yaşayış sahələri veriləcək


Bu şəxslərə yaşayış sahələri veriləcək

Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara da dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
3-02-2025, 17:04
Milli Məclisin Hesablayıcı komissiyasına sədr seçildi


Milli Məclisin Hesablayıcı komissiyasına sədr seçildi

Fevralın 3-də VII çağırış Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının ilk iclası keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.
Səsvermə nəticəsində deputatlar - Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
İclasda komissiya üzvləri Soltan Məmmədov, Naqif Həmzəyev, Sevinc Hüseynova və Rövşən Muradov iştirak ediblər.
3-02-2025, 16:57
Gürcüstanda onlarla etirazçı saxlanıldı


Gürcüstanda onlarla etirazçı saxlanıldı

Ötən gün (02 fevral 2025) Gürcüstanın paytaxtı Tbilisinin girişində keçirilən etiraz aksiyasında 31 nəfər inzibati qaydada saxlanılıb.
Bu haqda Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, saxlanılanların hamısı xırda xuliqanlıqda və polisin əmrinə tabe olmamaqda ittiham olunurlar. İnzibati qaydada saxlanılanların bir hissəsi, o cümlədən müxalifət partiyası olan “Axali”nin lideri Nika Meliya yaşadıqları şəhəri tərk etməmələrinə dair iltizamnamənin alınmasından sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, fevralın 2-də Gürcüstanın müxalifət partiyalarının nümyəndələri, o cümlədən ictimai fəallar “Tbilisi Moll” ticarət mərkəzinin qarşısında etiraz aksiyası keçirərək, paytaxta şimaldan girişi təmin edən avtomagistralı bağlamağa çalışıblar. Polis əməkdaşları aksiya iştirakçılarının nəqliyyatın hərəkətini dayandırmaq cəhdlərinə əngəl olduğundan tərəflər arasında kiçik toqquşmalar meydana gəlmişdi. Aksiyanın dağıdılmasından sonra etirazçılar parlamentin binasına doğru yürüş edərək, mərkəzdə toplaşmışdılar.
Qeyd edək ki, Tbilisidə etiraz aksiyaları noyabrın 28-dən bəri keçirilir. Buna baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini donduracağını elan etməsi səbəb olub. Etirazların birinci həftəsi daha gərgin olsada, növbəti aksiyalar əsasən dinc xarakter daşıyıb.
3-02-2025, 16:49
İtən balıqçının axtarışına helikopter cəlb edildi


İtən balıqçının axtarışına helikopter cəlb edildi

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, hazırda vətəndaşın axtarışları FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Xatırladaq ki, yanvarın 13-də Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində itkin düşən balıqçılardan biri Nazim Abbasovun meyiti dünən tapılıb. Meyit Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.
Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu itkin düşüb.
3-02-2025, 16:31
Pozuntu aşkarlanan məntəqələrdə nəticələr ləğv olundu


Pozuntu aşkarlanan məntəqələrdə nəticələr ləğv olundu

Mərkəzi Seçki Komissiyasının qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrindəki pozuntularla əlaqədar Bəcirəvan Bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qəbul olunub.
Əvvəlcə MSK-nın katibi Arifə Muxtarova qərar layihəsi ilə bağlı məruzə edib.
Yekunda komissiya üzvlərinin qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrində nəticələr etibarsız hesab edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!