TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
7-02-2025, 19:14
Təcili yardımın sürücüsü "TikTok"da insanları təhqir etdi, cəzalandırıldı


Təcili yardımın sürücüsü "TikTok"da insanları təhqir etdi, cəzalandırıldı

Təcili yardım avtomobilinin sürücülərindən biri cəzalandırılıb.
Sürücü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirib. Bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşan K.Rəşidzadə sonradan onları silib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, təcili tibbi yardım sürücüsünün müxtəlif vaxtlarda yaydığı videogörüntülər haqqında araşdırma aparılıb:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili yardım avtomaşının sürücüsü Kərim Rəşidzadə 16.11.2024-cü il tarixində növbədə olarkən xidməti geyimdə cavabdeh olduğu təcili yardım avtomaşınında qeyri-etik ifadələr işlətdiyindən, müəsissənin nüfuzuna xələl gətirdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə 02.12.2024-cü il tarixində töhmət verilib".
7-02-2025, 18:50
Ceyhun Bayramov komandası ilə iclas keçirdi


Ceyhun Bayramov komandası ilə iclas keçirdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nazirlikdə geniştərkibli kollegiya iclası keçirilib.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.
Kollegiyanın iclası zamanı Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
7-02-2025, 18:09
Ceyranbatandakı məscid sökülmür - Komitədən TƏKZİB


Ceyranbatandakı məscid sökülmür - Komitədən TƏKZİB

Sumqayıt şəhərinin Ceyranbatan yaşayış massivində yerləşən “Ceyhun xanım və Hacı Əhməd” məscidinin sökülməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, söküntü işləri məscidin qarşısında qeyri-qanuni quraşdırılmış metal konstruksiyada aparılıb:
"Dini Komitənin müvafiq dövlət qurumlarından aldığı məlumata görə, qeyd edilən ünvanda başlayan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməyib, aidiyyəti qurumlardan müvafiq razılıqlar və rəylər alınmayıb".
Vurğulanıb ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, sifarişçi tikintiyə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət etməlidir. Eyni zamanda tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir.
“Dini etiqad azadlığı haqqında” qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy vermək səlahiyyətinə malikdir. Tikinti işlərinə başlanılarkən Şəhərsalma və Tikinti Məcəlləsinə maddəsinə uyğun olaraq, yerli icra hakimiyyətinə müraciət edilmədiyindən Dövlət Komitəsinə də bu barədə sorğu daxil olmayıb.
7-02-2025, 17:55
Trampın Ukrayna planı açıqlandı - O, Zelenskini inandırmağa çalışacaq


Trampın Ukrayna planı açıqlandı - O, Zelenskini inandırmağa çalışacaq

Britaniyanın “Daily Mail” qəzeti ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün plan hazırladığını yazıb.
Qəzetin yazdığına görə, Tramp Ukrayna lideri Vladimir Zelenskini Pasxa bayramına qədər Rusiya ilə atəşkəslə razılaşmağa inandırmaq niyyətindədir.
Mətbuatda yayılan məlumatlara görə, aprelin 20-dək atəşkəsin bağlanması ehtimalı siyasi və diplomatik dairələrdə müzakirə olunur. Plana Ukraynanın NATO-ya qoşulmasına qadağa, Rusiya tərəfindən ilhaq edilmiş ərazilərin tanınması və Rusiyanın hücumunun dayandırılması daxildir.
Ukrayna qoşunları da Rusiyanın Kursk bölgəsini tərk etməli olacaq və Avropa qoşunları (İngiltərənin mümkün iştirakı da daxil olmaqla) demilitarizasiya zonasına nəzarət edəcək.
ABŞ öz qoşunlarını göndərmək niyyətində deyil. Avropa İttifaqının Ukraynaya yenidənqurma üçün 486 milyard dollar ayıracağı təxmin edilir.
Nəşrin fikrincə, sülh prosesi fevralda Zelenski ilə Putin arasında telefon danışığı ilə başlayacaq, ardınca martda keçiriləcək görüş və müharibənin rəsmi başa çatması mayın 9-da elan oluna bilər.
Lakin Zelenskinin ofisi bu məlumatı təkzib edərək, rəsmi planların olmadığını bildirib. Prezident administrasiyasının rəhbəri Andrey Yermak bu cür xəbərləri “manipulyasiya” adlandırıb.
7-02-2025, 17:38
Şəhid hərbçimiz Salyanda dəfn edildi


Şəhid hərbçimiz Salyanda dəfn edildi

Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçu Salyan rayonunun Seyidsadıqlı kənd sakini Tağıyev Elşən Qubad oğlunun şəxsiyyəti müəyyən olunaraq qalıqları ailəsinə təhvil verilib.
O, bu gün doğulduğu seyidsadıqlı kəndində dəfn olunub.
Qeyd edək ki, Elşən Tağıyev 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmişli məzarlığında naməlum əsgər kimi dəfn edilib. 1971-ci il təvəllüdlü E. Tağıyev 31 ildir ki, itkin elan edilmişdi.
Şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə Salyan RİH başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Günay Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
7-02-2025, 17:37
Qondarma “Artsaxın ordu komandiri”nə 5,5 il iş kəsildi


Qondarma “Artsaxın ordu komandiri”nə 5,5 il iş kəsildi

Qondarma “Artsax ordusunun keçmiş komandiri” Cəlal Arutyunyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu haqda Sünik Regional Ümumi Yurisdiksiya Məhkəməsi qərar qəbul edib.
Xatırladaq ki, Cəlal Arutyunyan 2020-ci il oktyabrın 12-də elan olunmuş hərbi vəziyyət dövründə - 44 günlük mahzribə zamanı ordunun komandanı - general-leytenant rütbəsi ilə xidmətə səhlənkarlıq və ehtiyatsızlıq nümayiş etdirməkdə ittiham olunub. O, əks-hücumla bağlı yanlış məlumat verərək erməni hərbçilərin kütləvi şəkildə ölməsində təqsirləndirilib. Söhbət Azərbaycan Ordusunun Tsor hərbi hissəsinin D-20 artilleriya diviziyasına hücumu nəticəsində 20 hərbçinin həlak olmasından gedir.
C. Arutunyan 2020-ci il 27 oktyabrda Qarabağda gedən döyüşlərdə politsoz uçuş aparatı tərəfindən vurulmuşdu. Onun ölüm xəbəri yayılsa da, sonradan ağır xəsarət aldığı aydınlaşmışdı.

7-02-2025, 17:30
Xamenei ABŞ-a meydan oxudu, Vaşinqtonu HƏDƏLƏDİ


Xamenei ABŞ-a meydan oxudu, Vaşinqtonu HƏDƏLƏDİ

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-la danışıqların İran xalqının mənafeyinə uyğun olmadığını bildirib.
Xamenei bu haqda Hərbi Hava Qüvvələrinin şəxsi heyəti qarşısında çıxışı zamanı danışıb. O deyib: “ABŞ-la danışıqlar heç bir problemi həll edə bilməz. Bu, təcrübəyə görədir”.
''2000-ci illərdə biz ABŞ-la oturub danışıqlar apardıq və təxminən iki il davam edən razılaşma əldə olundu. Təbii ki, Amerika tək deyildi, başqa ölkələr də ətrafına cəmləşmişdi. Həmin vaxt Tehran hökuməti sonda onlarla razılığa gəlib. Bu razılaşmada İran tərəfi çox səxavətli davranaraq qarşı tərəfə çoxlu güzəştlər etdi. Lakin amerikalılar eyni razılaşmanı (İranın nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planı) həyata keçirmədilər.
Bu təcrübədir, gəlin onu qiymətləndirək. Güzəştə getdik, danışıqlar apardıq, sövdələşdik, razılığa gəldik, amma istədiyimiz nəticəni əldə edə bilmədik. Qarşı tərəf eyni müqaviləni bütün qüsurları ilə korlayıb, pozub və cırıb.
Belə bir hökumətlə heç bir danışıqlar aparılmamalıdır. Danışıqlar ağıllı deyil, rasional deyil, şərəfli deyil”, - Xamenei vurğulayıb.
ABŞ-ın hazırkı siyasətlərinə reaksiya verən Ayətullah Xamenei daha sonra deyib: “Amerikalılar kağız üzərində dünya xəritəsini dəyişirlər. Təbii ki, bu, yalnız kağız üzərindədir və reallığı yoxdur. Onlar da İranın əleyhinə şərhlər verir, bizim haqqımızda danışır, hədə-qorxu gəlirlər. Bizi hədələyirlərsə, biz də onları hədələyirik. Əgər onlar bizim milli təhlükəsizliyimizə hücum etsələr, biz çəkinmədən cavab verəcəyik”.
7-02-2025, 17:15
İranda qızları daşıyan avtobus aşdı: 6 ölü, 35 yaralı


İranda qızları daşıyan avtobus aşdı: 6 ölü, 35 yaralı

İranın Sırç-Kirman avtomobil yolunda məktəbli qızları daşıyan mikroavtobus aşıb.
Hadisə ötən gecə baş verib.
Hadisədə azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb.
Kerman Təcili Yardım Mərkəzinin direktoru Seyid Muhamed Saberi hadisə ilə bağlı verdiyi açıqlamada mikroavtobusda 40 nəfərin olduğunu bildirib.
Saberinin son açıqlamasına görə, avtobus qəzasında yaralanan 21 nəfər xəstəxanadan buraxılıb.
7-02-2025, 17:10
Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər - Baş nazir


Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər - Baş nazir

“Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması mümkündür”.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində deyib:
Baş nazir Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesində Brüsselin daha çox çevik olmasının zəruriliyindən danışıb.
İrakli Kobaxidzenin müsahibəsində qeyd etdiyi kimi, top indi Brüsselin meydançasındadır və assosiasiya yeni üzvlərə yanaşmada daha çox çevikliyə ehtiyac duyur. Onun sözlərinə görə, Gürcüstanın Avropa bürokratiyası ilə kifayət qədər ciddi problemləri var, baxmayaraq ki, o, ölkənin 2030-cu ildə Avropa İttifaqına üzv olacağına kifayət qədər nikbindir.
“Biz bu məqsədə doğru davamlı şəkildə irəliləyəcəyik və ümid edirik ki, növbəti illərdə Gürcüstana münasibət daha ədalətli olacaq”, - baş nazir bildirib.
İrakli Kobaxidzenin fikrincə, bu gün Gürcüstanla Avropa İttifaqı arasında sağlam münasibətlərin olmamasının səbəbi Gürcüstan siyasəti deyil, Avropanın Gürcüstana qarşı bürokratik siyasətidir və bu siyasət dəyişsə, hər şey yaxşı olacaq.
“Münasibətlərimizin hazırkı vəziyyəti bizim üçün qəbuledilməzdir. Biz Avropa İttifaqı ilə indiki mərhələdə görmədiyimiz sağlam münasibətlərdə maraqlıyıq. Amma biz əminik ki, bunun səbəbi gürcü siyasəti deyil, Avropanın Gürcüstanla bağlı bürokratik siyasətidir. Ona görə də bu siyasət dəyişsə, hər şey düzələcək”, - deyə İrakli Kobaxidze bildirib.
7-02-2025, 17:10
Emin Əmrullayevdən yeni TƏYİNAT


Emin Əmrullayevdən yeni TƏYİNAT

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinə yeni müdir təyin edilib.
Bu barədə müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Çapay Məmmədov gətirilib.
Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!