İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
3-02-2025, 17:24
Seçkilərdən sonra MSK-ya 20 müraciət daxil olub


Seçkilərdən sonra MSK-ya 20 müraciət daxil olub

Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 20 müraciət daxil olub.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. O qeyd edib ki, 10 müraciət isə müvafiq dairələrə daxil olub:
"14 müraciət müvafiq dairə seçki komissiyalarında araşdırılır. Bugünkü iclasda isə 2 müraciət araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərildi.
Hazırda əsas məsələ sosial şəbəkələrdə yayılan məlumatlara diqqət etməliyik".
MSK sədri bildirib ki, kimliyindən asılı olmayaraq, özünə bəraət qazandırmağa çalışan istənilən komissiya üzvü cəzalandırılmalıdır: "Bütün tərəflərin hüquqlarının qorunmasının tərəfdarıyıq".
3-02-2025, 17:12
Bu şəxslərə yaşayış sahələri veriləcək


Bu şəxslərə yaşayış sahələri veriləcək

Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara da dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
3-02-2025, 17:04
Milli Məclisin Hesablayıcı komissiyasına sədr seçildi


Milli Məclisin Hesablayıcı komissiyasına sədr seçildi

Fevralın 3-də VII çağırış Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının ilk iclası keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.
Səsvermə nəticəsində deputatlar - Eldar Quliyev komissiyanın sədri, Mixail Zabelin isə komissiyanın katibi seçiliblər.
İclasda komissiya üzvləri Soltan Məmmədov, Naqif Həmzəyev, Sevinc Hüseynova və Rövşən Muradov iştirak ediblər.
3-02-2025, 16:57
Gürcüstanda onlarla etirazçı saxlanıldı


Gürcüstanda onlarla etirazçı saxlanıldı

Ötən gün (02 fevral 2025) Gürcüstanın paytaxtı Tbilisinin girişində keçirilən etiraz aksiyasında 31 nəfər inzibati qaydada saxlanılıb.
Bu haqda Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, saxlanılanların hamısı xırda xuliqanlıqda və polisin əmrinə tabe olmamaqda ittiham olunurlar. İnzibati qaydada saxlanılanların bir hissəsi, o cümlədən müxalifət partiyası olan “Axali”nin lideri Nika Meliya yaşadıqları şəhəri tərk etməmələrinə dair iltizamnamənin alınmasından sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, fevralın 2-də Gürcüstanın müxalifət partiyalarının nümyəndələri, o cümlədən ictimai fəallar “Tbilisi Moll” ticarət mərkəzinin qarşısında etiraz aksiyası keçirərək, paytaxta şimaldan girişi təmin edən avtomagistralı bağlamağa çalışıblar. Polis əməkdaşları aksiya iştirakçılarının nəqliyyatın hərəkətini dayandırmaq cəhdlərinə əngəl olduğundan tərəflər arasında kiçik toqquşmalar meydana gəlmişdi. Aksiyanın dağıdılmasından sonra etirazçılar parlamentin binasına doğru yürüş edərək, mərkəzdə toplaşmışdılar.
Qeyd edək ki, Tbilisidə etiraz aksiyaları noyabrın 28-dən bəri keçirilir. Buna baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini donduracağını elan etməsi səbəb olub. Etirazların birinci həftəsi daha gərgin olsada, növbəti aksiyalar əsasən dinc xarakter daşıyıb.
3-02-2025, 16:49
İtən balıqçının axtarışına helikopter cəlb edildi


İtən balıqçının axtarışına helikopter cəlb edildi

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, hazırda vətəndaşın axtarışları FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Xatırladaq ki, yanvarın 13-də Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində itkin düşən balıqçılardan biri Nazim Abbasovun meyiti dünən tapılıb. Meyit Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.
Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu itkin düşüb.
3-02-2025, 16:31
Pozuntu aşkarlanan məntəqələrdə nəticələr ləğv olundu


Pozuntu aşkarlanan məntəqələrdə nəticələr ləğv olundu

Mərkəzi Seçki Komissiyasının qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrindəki pozuntularla əlaqədar Bəcirəvan Bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qəbul olunub.
Əvvəlcə MSK-nın katibi Arifə Muxtarova qərar layihəsi ilə bağlı məruzə edib.
Yekunda komissiya üzvlərinin qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrində nəticələr etibarsız hesab edilib.
3-02-2025, 16:29
Gənclər Gününə həsr olunmuş tədbirlər keçirilib


Gənclər Gününə həsr olunmuş tədbirlər keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib.

Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi, Almaniya Azərbaycan Mədəniyyət Mərkəzi və ASAP-ın birgə təşkilatçılığı ilə Almaniyada yaşayan azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü keçirilib. Görüş zamanı gənclər il ərzində göstərdikləri fəaliyyət və gələcək prioritetlər barədə danışıblar. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək Azərbaycan Gəncləri Gününün yaranma tarixi və ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurları haqqında məlumat verib. Eyni zamanda, Almaniyada yaşayan azərbaycanlı gənclərin ölkəmizin mədəni irsinin təbliğində fəal iştirakı və gələcəkdə bu istiqamətdə icrası nəzərdə tutulan fəaliyyətlərlə bağlı müzakirələr aparıldı.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP-ın təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş şəbəkələşmə tədbiri baş tutub. ASAP-ın İdarə Heyəti, məzun birlikləri və xarici nümayəndəliklərin üzvlərinin iştirakı ilə baş tutan tədbir zamanı gənclər müxtəlif şəbəkələşmə fəaliyyətləri vasitəsilə bir-birlərini yaxından tanımaq, xaricdə təhsil zamanı qazandıqları təcrübələri bölüşmək imkanı əldə ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən ASAP-ın İdarə Heyətinin sədri Milana Mir Feyzullazadə, ASAP-ın icraçı direktoru Sevda Mansurova və Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə azərbaycanlı gənclərin beynəlxalq arenada layiqli təmsilçiliyi, dövlətin gənclərə olan qayğısı və bu istiqamətdə həyata keçirilən uğurlu layihələr barədə danışıblar. Qeyd olunub ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində, eləcə də beynəlxalq arenada özlərini doğruldurlar.

Azərbaycan Gəncləri Günü ilə əlaqədar fəal ASAP nümayəndəliklərinin onlayn görüşü baş tutub. 15 fərqli ölkədə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin üzvlərinin iştirak etdiyi tədbirdə gənclər təhsil aldıqları ölkələrdəki sosial fəaliyyətləri haqqında danışıb, bilik və təcrübə mübadiləsi aparıblar. Qeyd olunub ki, bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nümayəndəlik üzvləri arasındakı əlaqələrin gücləndirilməsi və birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş icbari tibbi sığorta ilə bağlı maarifləndirici təlim keçirilib. Təlim zamanı gənclər icbari tibbi sığortanın əhatə dairəsi, faydaları və müraciət prosedurları barədə məlumat əldə ediblər. Agentliyin nümayəndəsi icbari tibbi sığorta və ondan istifadə qaydaları, eləcə də düzgün qidalanma, fiziki fəaliyyət, stresslə mübarizə və psixoloji sağlamlığın əhəmiyyətindən danışıb. Tədbirin sonunda gənclərin mövzu ətrafında sualları cavablandırılıb.

Əlavə olaraq, Azərbaycan Gəncləri Gününə həsr olunmuş video layihə hazırlanıb. Videoda müxtəlif ölkələrdə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin üzvləri iştirak ediblər. Layihə çərçivəsində gənclər bu əlamətdar günə dair fikirlərini və təbrik mesajlarını bölüşüblər.



3-02-2025, 16:14
Sarkisyanın partiyası müxalifəti Paşinyana qarşı birliyə çağırdı


Sarkisyanın partiyası müxalifəti Paşinyana qarşı birliyə çağırdı

“Nikol Paşinyana ictimai etimad minimum həddə çatıb”.
Bunu Respublika Partiyasının İcraiyyə Komitəsinin üzvü Eduard Şarmazanov jurnalistlərlə görüşündə bildirib.
“Demək olar ki, bütün siyasi xadimlər arasında belə bir fikir var ki, Nikol Paşinyan uğursuz idarəçidir və artıq Ermənistanın hər bir vətəndaşı üçün təhlükə doğurur”.
Şarmazanov Ermənistanın bütün müxalif siyasətçilərinə müraciət edərək, birləşməyə çağırıb.
“Gəlin, bütün fikir ayrılıqlarını kənara qoyub, Ermənistanı xilas edək”, - deyə o vurğulayıb.
Şarmazanov əmin edib ki, Respublika Partiyası Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün bütün səylərini göstərəcək.
Xatırladaq ki, Ermənistanda Respublika Partiyasının lideri eks-prezident Serj Sarkisyandır.
3-02-2025, 16:02
Mənzil Məcəlləsinə dəyişiklik edilir


Mənzil Məcəlləsinə dəyişiklik edilir

Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcəklər.
Bununla bağlı Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında Mənzil Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qeyd olunan məsələ ilə bağlı məcəlləyə yeni maddə əlavə edilir.
Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
3-02-2025, 16:00
Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı


Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!