"İranın başına pis bir şey gələ bilər" .....                        Zəlzələdən sonra xarici ölkələrdən yardım istədilər .....                        Onlar da sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev AÇIQLADI .....                        Bu sənəd Türkiyənin daxili işlərinə qarışmağa yönəlib .....                        "Qarabağ"dan 4 qolluq qələbə .....                        ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirmək istəyir .....                        Ağsuda qəza - 8 nəfər yaralandı .....                        Ramazanın 29-cu günü - İmsak və iftar vaxtı .....                        Türkiyədə bələdiyyə sədrinin müavini həbs edildi .....                       
23-03-2025, 17:01
Gürcüstan və Ermənistan baş nazirləri görüşdü


Gürcüstan və Ermənistan baş nazirləri görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb.
Bu barədə Gürcüstanın baş nazirinin ofisi məlumat yayıb.
Görüş zamanı baş nazirlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın vacibliyini, regionda sülhün və sabitliyin təmin edilməsində birgə səylərin rolunu vurğulayıblar.
Liderlər UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstan və Ermənistan milli komandaları arasında keçiriləcək futbol matçına qatılacaqlar.
İlk səfər oyununda gürcülər erməniləri 3:0 hesabı ilə məğlub ediblər.
23-03-2025, 15:40
ABŞ Ukraynaya silah tədarükünü davam etdirir


ABŞ Ukraynaya silah tədarükünü davam etdirir

ABŞ rəhbərliyinin nümayəndələri hələ ki, Ukraynaya silah tədarükünün məhdudlaşdırılmasına razılıq verməyiblər.
Kiyevə silah tədarükünün azaldılması Rusiya tərəfinin atəşkəs üçün şərtlərindən biri idi. Lakin Ağ Ev hələlik bu məsələ ilə bağlı qərar verməyib.
"Ağ Ev əvvəllər Ukraynaya yardımını dayandırmışdı. Lakin hazırda ABŞ heç bir məhdudiyyətlə razılaşmayıb", - agentlik yazır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın əvvəlində Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının verilməsini bərpa etdiyini və hazırda Rusiya məhsullarına əlavə rüsumların tətbiqi, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirdiyini bildirib.
23-03-2025, 15:18
Yol polisindən duman xəbərdarlığı


Yol polisindən duman xəbərdarlığı

“Sinoptiklərin məlumatına əsasən sabah yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır.
“Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”.
23-03-2025, 14:38
İmamoğlu işi - Daha üç vəzifəli şəxs həbs edildi


İmamoğlu işi - Daha üç vəzifəli şəxs həbs edildi

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiya və terrorçulara dəstək şübhəsi ilə başladılan istintaq çərçivəsində məhkəmə daha üç vəzifəli şəxsin həbsi barədə qərar verib.
Onlar Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun direktoru Mehmet Əli Çalışkan və İstanbul Böyükşəhər Bələdəiyyəsinin baş katibinin müavini Mahir Polatdır.
Adı çəkilən şəxslər silahlı terror təşkilatına yardımda ittiham edilirlər.
Qeyd edək ki, daha əvvəl Ə.İmamoğlu həbs olunub. Onunla yanaşı, daha 18 nəfər - Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Timur Dəlibaş, Murat Abbas, Mete Sarıaltun, Alpər Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçə haqqında həbs qərarı çıxarılıb.
23-03-2025, 14:15
Avropa ölkələri İrana kömək edəcək


Avropa ölkələri İrana kömək edəcək

Böyük Britaniya, Almaniya və Fransa Tehrana İran qarşı sanksiyalarının ləğvi məsələsində ABŞ-yə təsir göstərməyə söz veriblər.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Xəbər-e Online”a müsahibəsində bildirib.
“Biz üç Avropa ölkəsi ilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı əsasında eyni düstura gəlmək, həmçinin nüvə proqramına etimadı gücləndirmək və Qərb ölkələrinin sanksiyaları ləğv etmək üçün danışıqlar aparırıq. Bu sanksiyalar avropalıların yox, amerikalıların əlindədir. Avropalılar bu məsələdə amerikalılarla mübarizə aparacaqlarını deyirlər”, - deyə o bildirib.
23-03-2025, 13:58
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, martın 24-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
23-03-2025, 13:41
Putini dayandıra bilərəm - Tramp söz verdi


Putini dayandıra bilərəm - Tramp söz verdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcəyini deyib.
O, bu barədə “Outkick” portalının jurnalisti Kley Trevisə müsahibəsində bildirib.
“Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm. Biz çox rasional müzakirə apardıq. Mən insan ölümlərinin dayandırılmasını istəyirəm”, - o, əlavə edib.
Tramp, həmçinin Rusiyanın davamlı qlobal demonizasiyasına baxmayaraq, Moskva ilə Vaşinqton arasında heç bir böyük münaqişənin baş verməməsindən təəccübləndiyini bildirib:
“2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ-yə Corc Buş, 2014-cü ildə Krımın ilhaqı zamanı Barak Obama rəhbərlik edib. Mən Putini çox yaxşı tanıyıram. Prezidentliyimin ilk dövründə o, heç bir yerə hücum etməyib”.
23-03-2025, 13:27
Formula 1 Çin Qran Prisinin qalibi - Piastri


Formula 1 Çin Qran Prisinin qalibi - Piastri

McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 sinfi üzrə Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.
Yarış Şanxayda baş tutub.
Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.
Piastri Formula 1-də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.
Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.
23-03-2025, 13:00
İmamoğlunun müşaviri də həbs edildi


İmamoğlunun müşaviri də həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Başqanının müşaviri və İBB Medya AŞ İdarə Heyətinin sədri Murat Ongun, İBB ilə bağlı aparılan aparılan korrupsiya və terror araşdırması çərçivəsində həbs edilib.
Bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Araşdırmanın detalları:

Əsas ittihamlar: İBB Başqanı Əkrəm İmamoğlu və 99 şübhəli haqqında "cinayətkar təşkilatın rəhbəri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "rüşvət", "dələduzluq", "şəxsi məlumatları qanunsuz əldə etmək" və "tender saxtakarlığı" ittihamları irəli sürülüb.

Terrorla əlaqəli ittihamlar: İmamoğlu, İBB Baş katibinin müavini Mahir Polat və Şişli Bələdiyyə sədri Resul Emrah Şahan da daxil olmaqla 7 şübhəli, "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə araşdırılır.

Murat Ongunun ifadəsi:

İttihamlara cavab: Ongun, təşkilat üzvü olmadığını və buna görə də peşmanlıq hüququndan faydalanmaq istəmədiyini bildirib.
Mətbuatla əlaqələr: Mətbuatla əlaqələri idarə etdiyi iddialarına cavab olaraq, işini yaxşı gördüyünü və heç kimə qarşı qaralama kampaniyası aparmadığını qeyd edib.

Maddi dəstək iddiaları: Jurnalistlərə maddi dəstək verdiyi iddialarını rədd edərək, belə bir şeyi özünə yaraşdırmadığını və İBB olaraq yalnız rəsmi yollarla media qurumlarına reklam verərək dəstək olduqlarını vurğulayıb.
23-03-2025, 12:36
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası


Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!