Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı .....                        Ceyhun Bayramov Fidanla bir arada .....                        Mirzoyan Fidanla danışıqlar apardı .....                        Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır .....                        Prezidentin Türkiyə səfəri başa çatdı - FOTO .....                        Azərbaycanda gün ərzində ikinci zəlzələ .....                        ABŞ-İran danışıqları müsbət atmosferdə keçib .....                        " Babamın papağı, nənəmin kəlağayısı" .....                        Ceyhun Bayramov həmkarı ilə görüşdü .....                       
9-04-2025, 18:45
Xələfov Lavrovla regionu müzakirə etdi


Xələfov Lavrovla regionu müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.
Bu barədə Rusiya XİN-in məlumatında deyilib.
"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", - qurumdan bildirilib.
Məlumata görə, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub.
9-04-2025, 18:40
Ermənistan İranla hərbi təlimlərə başlayır


Ermənistan İranla hərbi təlimlərə başlayır

Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək.
Bu barədə Ermənistan MN məlumat yayıb.
Məlumata görə, tərəflərin xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.
Hər iki ölkənin bölmələri öz ərazisində təlimlər təşkil edəcək:
“Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə birgə əməliyyatlar keçirəcəklər”.
9-04-2025, 18:27
Ziyafət Əsgərov iranlı həmkarı ilə görüşdü


Ziyafət Əsgərov iranlı həmkarı ilə görüşdü

Bu gün Milli Məclisin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri Sodeyf Bədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Ziyafət Əsgərov Azərbaycanla İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. O, ticari və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin də dövlətlərimizin maraqlarına uyğun olduğunu qeyd edib.
Sodeyf Bədri qarşılıqlı səfərlərin yalnız diplomatik deyil, həm də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Eyni zamanda İran-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
9-04-2025, 17:59
Masallıda narkotik əməliyyatı


Masallıda narkotik əməliyyatı

Masallı rayonunda 19 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonunda keçirilən əməliyyat zamanı 54 yaşlı İlham Səlimzadə tutulub. Ondan 19 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, psixotrop maddə metamfetamin və 800 ədəd metadon həbi aşkarlanıb.
İ.Səlimzadə ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Masallı rayonu ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Paytaxt və bölgələrdə bütün növ narkotik və psixotrop maddələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.
9-04-2025, 17:51
Nazir deputat seçilən xanımın yerinə onu təyin etdi


Nazir deputat seçilən xanımın yerinə onu təyin etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Elnarə Məhəmməd qızı Ənsari Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Bu barədə nazirlik məlumat yayıb.
Qeyd edək ki, Elnarə Ənsari 2001-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Əlaqələr Departamentində müxtəlif vəzifələrdə çalışıb. 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin müdir müavini işləyib.
2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsinimüvəqqəti icra edib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə daha əvvəl Nigar Məmmədova rəhbərlik edib. O, ötən ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində deputat seçilib.
9-04-2025, 17:46
Əfv Komissiyasında daha 100 müraciətə baxıldı


Əfv Komissiyasında daha 100 müraciətə baxıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu gün komissiyanın bu il üçün 5-ci iclası baş tutub.
İclasda 100-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
9-04-2025, 17:41
Məhkəmə Afiyəddin Məmmədov barəsində qərar verdi


Məhkəmə Afiyəddin Məmmədov barəsində qərar verdi

İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının xuliqanlıqda ittiham olunan sədri Afiyəddin Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə yekun məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Afiyəddin Məmmədov 8 il müddətində azadlıqdan məhrum olunub.
Qeyd edək ki, İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.
9-04-2025, 17:21
Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı


Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı

Qırğızıstan Xüsusi Xidmət orqanları dövlət çevrilişinə cəhdin qarşısını alıb.
Saxlanılan şəxslərin əcnəbilərin guya qırğız əsilli qadına qarşı zorakı hərəkətlər etdiyi ilə bağlı saxta görüntülər yayaraq, xalqın vətənpərvərlik hisslərinə toxunmaq məqsədi güddüyü məlum olub.
Bundan sonra isə silahlı şəxslər vasitəsilə əcnəbilərin sıx yaşadığı və işlədiyi ərazilərdə iğtişaşlar törədilməsi nəzərdə tutulub.
Keçirilən əməliyyat nəticəsində dəstənin üzvləri saxlanılıb. Araşdırma zamanı planın xaricdən idarə olunduğu aşkar edilib.
9-04-2025, 17:06
Sülh sazişi sərhəddə imzalansın! - Sabiq nazirdən təklif


Sülh sazişi sərhəddə imzalansın! - Sabiq nazirdən təklif

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq tam razılaşdırılıb və 17 paraqrafdan ibarətdir. Rəsmi Bakı sülh müqaviləsinin mətnin hazırlanması zamanı heç bir əlavə şərt irəli sürməyib, ancaq Azərbaycan mövcud reallıqların qəbul olunmasını istəyir.
Bunun üçün Ermənistan cəmi 2 şərti yerinə yetirməlidir. Bunlar Minsk Qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişməsidir. Ermənistan şərtləri yerinə yetirdikdən sonra sülh sazişinin imzalanması mümkündür.
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iki ölkənin sərhəddə bir araya gələrək sülh sazişini imzalaması ən yaxşı variantdır:
“Mən iki tərəfin heç bir vasitə olmadan bir araya gələrək sülh sazişini imzalamasının tərəfdarıyam. Üçüncü ölkəyə ehtiyac yoxdur, bu məslənin siyasiləşdirilməsidir. Ən yaxşısı Ermənistan-Azərbaycan sərhədində-Naxçıvanda və ya Qazaxda sülh sazişi imzalamaqdır”.



Sabiq nazir bu il sülh sazişinin imzalanmasını gözləmədiyini söyləyib:
“Mən sülh sazişinin bu il imzalanacağına inanmıram. İlk növbədə Ermənistan gərək konstitusiyaya dəyişiklik etsin. 2026-ci ildə konstitusiya dəyişikliyinin olacağını deyirlər. Konstitusiya dəyişikliyi olduqdan sonra sülh sazişinin imzalanması üçün yol açılacaq. Minsk qrupunun dayandırılması məsələsi də var. Düşünürəm ki, bununla bağlı sülh sazişindən sonra müraciət olacaq. Minsk qrupu dedikdə, onun nəzdində fəaliyyət göstərən qurumların da ləğvini nəzərdə tuturam. Sülh sazişi imzalanmasa, hansısa ölkələr, məsələn Fransa və ABŞ bəlkə də deyəcəklər ki, hələ tezdir, sülh sazişi imzalanmayıb, gərək fəaliyyətimizi davam etdirək. Ona görə deyirəm ki, sülh sazişindən sonra Azərbaycan və Ermənistan tərəfindən müraciət olar. Ondan sonra görək, hansı ssenari əmələ gələcək”.
9-04-2025, 16:47
Sabirabadda 7 otaqlı ev yandı


Sabirabadda 7 otaqlı ev yandı

Sabirabad rayonunun Kürkəndi kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konsturksiyaları 200 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!