Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
3-06-2025, 16:59
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi


Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.
Bununla bağlı Səhiyyə Nazirliyi sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib.
Müraciətdə bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
3-06-2025, 16:48
Azərbaycan 2035-ci ildən sonra hidrogen istehsalına başlayacaq


Azərbaycan 2035-ci ildən sonra hidrogen istehsalına başlayacaq

2030-cu ilə qədər 6 giqavatdan çox yaşıl enerji istehsal olunacaq ki, bunun da 4 giqavatı ixrac ediləcək.
Bu sözləri Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, yaşıl enerjinin ixracı mərhələli olaraq Xəzər-Qara dəniz-Avropa dəhlizi vasitəsilə həyata keçiriləcək.
“Son illər yaşıl enerjiyə investisiya yatırırıq. Biz hazırda 4 interkonnektor layihəsinə başlamışıq. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. 2035-ci ildən sonra hidrogen istehsalına başlayacağıq”, - deyə o bildirib.
3-06-2025, 16:40
Abşeronda gənc qadın narkotiklə tutuldu - VİDEO


Abşeronda gənc qadın narkotiklə tutuldu - VİDEO

Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
Şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək məbləğdə pul vəd etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.

3-06-2025, 16:32
Paşinyan seçki öncəsi kilsədən nə istəyir?


Paşinyan seçki öncəsi kilsədən nə istəyir?

Son vaxtlarda Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasında qarşıdurma güclənir. Paşinyan bir neçə dəfə erməni kilsəsinin rəhbərliyini, digər din xadimlərini tənqid edən çıxışlar edib.
Politoloq Elxan Şahinoğlu bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca Baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı siyasəti daha da sərtləşəcək:
“Paşinyan bilərəkdən qarşıdurmanı gücləndirəcək ki, xalq radikal müxalifətlə müqayisədə ona səs versin. Paşinyan radikal müxalifətin mövqelərini zəiflətməyə və beləliklə də xalqı aldatmağa çalışacaq ki, bunlar hakimiyyətə gəlsə, dövləti idarə edə bilməyəcəklər, üstəgəl Azərbaycana qarşı təxribat törətdikləri halda növbəti müharibə baş verəcək və bu Ermənistana daha baha başa gələcək. Bu səbəbdən Paşinyan kilsəni də hədəf seçib. Çünki İkinci Qarabağ Müharibəsindən əvvəl, müharibə dövründə və müharibədən sonra radikal müxalifətlə yanaşı erməni kilsəsi, Qaregin özü də təxribatçı açıqlamalarla çıxış edib. "Qarabağın geri qaytarılması" şüarlarını ortaya atırlar ki, bu da Ermənistanı uçuruma sürükləyəcək. Ona görə Paşinyan radkal müxalifətlə yanaşı kilsəyə qarşı da mübarizəni gücləndirir”.
Paşinyan bu iki qüvvə ilə mübarizədə parlament seçkilərindən öncə reytinqlərini qaldıra biləcəyini düşünür:
“Bu strategiyanın nə dərəcədə özünü doğruldacağı gələn il may ayında özünü büruzə verəcək. Erməni cəmiyyəti də düşüncə içərisindədir. Paşinyanın reytinqi aşağı düşsə də, Paşinyana alternativlər kilsə və radikal müxalifətdir. Onlar hakimiyyətə gəlsələr, Ermənistanı daha çox uçuruma aparacaqlar. Azərbaycana qarşı təxribat etsələr, bu, yeni müharibə və Ermənistan ərazilərinin itkisi demək olacaq. Paşinyan erməni cəmiyyətinə bunu izah etmək istəyir. Ona görə həm radikallarla, həm də kilsə ilə mübarizəni gücləndirir”.
3-06-2025, 16:07
Metroda gedişhaqqı ilə bağlı yenilik


Metroda gedişhaqqı ilə bağlı yenilik

"Metro ödənişlərinin "Google Pay”, "Apple Pay” və digər elektron cüzdanlarla inteqrasiyası planlaşdırılır”.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib.
O qeyd edib ki, "Bakı Metropoliteni”nin mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur:
"Artıq metropolitendə geniş Data Analitik Departamenti fəaliyyət göstərir və qərarlar data əsaslı analizlərə söykənərək qəbul olunur. Rəqəmsal əkiz (digital twin) texnologiyası ilə aparılan simulyasiyalar nəticəsində metro sıxlığının azaldılması məqsədilə 10 yeni stansiyanın layihələndirilməsi prosesi davam edir. Bu stansiyalardan biri yaxın zamanda istifadəyə veriləcək, digərləri isə 2030-cu ilə qədər mərhələli şəkildə açılacaq”.
E.Abbasov əlavə edib ki, hazırda "Bakı Metropoliteni” illik 220–230 milyon sərnişin daşıyır:
"Onlardan təxminən 6 milyonu güzəştli (ödənişsiz) keçidlərdir. Gündəlik sərnişin sayı iş günlərində orta statistik hesabla 740 min nəfərə qədər yüksəlir”.
3-06-2025, 15:52
“Qarabağ”ın futbolçusu 5 oyunluq cəzalandı


“Qarabağ”ın futbolçusu 5 oyunluq cəzalandı

"Qarabağ"ın futbolçusu Yassin Benzia 5 oyunluq cəza alıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Komandanın futbolçusu Yassin Benzia Azərbaycan kubokunun finalında "Sabah"la oyunda referini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə görüb.
O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib.
“Qarabağ” isə oyunçunun davranışına görə 3000 manat ödəməli olacaq.
Qeyd edək ki, "Sabah" Azərbaycan kubokunun finalında "Qarabağ"ı məğlub edərək (3:2) kubokun sahibi olub.
3-06-2025, 15:46
Pezeşkian yeni səfiri qəbul etdi


Pezeşkian yeni səfiri qəbul etdi

İran Prezidenti Məzud Pezeşkian Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilini qəbul edib.
Bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
Məlumata deyilir ki, İran Prezidenti Bakıya səfərinə toxunub və səfərinin Azərbaycan Respublikası ilə əlaqələrdə müsbət sıçrayışa səbəb olduğunu vurğulayıb.
3-06-2025, 15:40
Türkiyə yenidən silkələndi


Türkiyə yenidən silkələndi

Türkiyədə zəlzələ olub.
Zəlzələ Ege dənizinin Girit sahillərində baş verib.
5 maqnitudalı yeraltı təkan 5.39 km dərinlikdə baş verib.
Qeyd edək ki, bu gün səhər saatlarında da zəlzələ olub.
3-06-2025, 15:36
Ukrayna Krım körpüsünü partlatdı


Ukrayna Krım körpüsünü partlatdı

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsündə partlayış etdiklərini açıqlayıb.
Qurumun rəsmi açıqlamasında bildirilir ki, UTX-nin agentləri Krım körpüsündə qeyri-qanuni obyektin dayaqlarını minalayıblar.
"Bu gün, heç bir mülki itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb", - Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Açıqlamada bildirilir ki, dəstəklərin sualtı dayaqları aşağı səviyyədə ciddi zədələnib.
UTX-nin məlumatına görə, “trotil ekvivalentində 1100 kq partlayıcı” yerləşdirilib və “əməliyyat bir neçə ay davam edib”.
Rusiya ordusu hadisəyə münasibət bildirməyib. Krım körpüsünün rəsmi teleqram kanalı səhər saat 6:07-də ​​nəqliyyatın hərəkətinin müvəqqəti bağlandığını bildirib. Səhər saat 9:00-da nəqliyyatın hərəkəti bərpa edilib.
Əməliyyatın planlaşdırılması və icrası UTX rəhbəri Vasıl Malukun birbaşa nəzarəti altında həyata keçirilib.
Maluk bunu Krım körpüsünə qarşı həyata keçirilən üçüncü uğurlu əməliyyat adlandırıb:
"Atalar üçdən deyib, UTX isə başladığı işi sona çatdırır və heç vaxt təkrarlanmır. Biz 2022 və 2023-cü illərdə artıq iki dəfə Krım körpüsünə zərbə endirmişdik. Bu gün isə bunu sualtı üsulla davam etdirdik. Krım körpüsü, xüsusilə də düşmənin onu logistika dəhlizi kimi istifadə etdiyini nəzərə alsaq, tamamilə qanuni hədəfdir", - deyə qurum rəhbəri bildirib.
3-06-2025, 15:31
Külək Bakıda 37 ağacı sındırıb - FOTO


Külək Bakıda 37 ağacı sındırıb - FOTO

Gecədən başlayan güclü külək nəticəsində Bakıda indiyə qədər 37 ağac sınıb.
Yaşıllaşma Təsərrüfat Birliyindən verilən məlumata görə, 41 ağacın da budağı zədələnib.
Yaşıllaşma Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən zədələnən budaqlar kəsilib, sınan ağaclar götürülərək ərazi təmizlənib.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!