Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tovuzda ailə münaqişəsi: 1 ölü, 1 yaralı .....                        Patriarx Lukaşenkonu təltif edib .....                        Səfirimiz Britaniyada lobbiçilərin cavabını verdi .....                       
4-06-2025, 17:20
Ərdoğan Pezeşkianla danışdı


Ərdoğan Pezeşkianla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının məlumatında bildirilib.
Liderlər Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan qarşıdakı dövrdə Türkiyə-İran əlaqələrinin institusional çərçivəsini gücləndirəcək addımlar üzərində işləməyə davam etdiklərini bildirib.
Ərdoğan Pezeşkianı Qurban bayramı münasibətilə təbrik etdi.
4-06-2025, 17:14
DTX əməliyyat keçirdi - Qanunsuz dini yığıncaq təşkil edənlər ölkədən çıxarıldı


DTX əməliyyat keçirdi - Qanunsuz dini yığıncaq təşkil edənlər ölkədən çıxarıldı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıb.
Birgə məlumatda deyilir ki, qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.
Xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.
Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınıb və həmin şəxslər AR Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılıb.
4-06-2025, 17:09
13 nəfər Suriyadan Azərbaycana gətirilib


13 nəfər Suriyadan Azərbaycana gətirilib

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasında olan 13 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və təyyarə bileti ilə təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.
4-06-2025, 17:00
General Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışdı


General Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışdı

Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir.
Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Asryanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri ona verilən tapşırıqları, o cümlədən kəşfiyyat işlərini yerinə yetirməkdə davam edir.
"Sərhəd zonasında başqa təxribat xarakterli fəaliyyət müşahidə olunmayıb", - Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib.
Edvard Asryan iyunun 4-də jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanın "müharibə yox, sülh olacaq" bəyanatını şərh edərkən deyib.
"Ermənistanın baş naziri Ali Baş Komandandır, nə deyirsə, onun kifayət qədər əsasları var".
4-06-2025, 16:50
ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır


ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini qəbul etməyə hazırdır.
Bunu "Fox News" telekanalına müsahibəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Xüsusi nümayəndənin sözlərinə görə, o, ötən həftə senator Lindsi Qremlə bu məsələni müzakirə edib. Onun fikrincə, senatorlar hərəkət etməyə hazırdırlar.
Kelloq əlavə edib ki, bu sanksiyalar olduqca ağır olacaq.
ABŞ lideri Tramp Moskvaya qarşı sanksiyaların tətbiqini istisna etməsə də, hələ ehtiyatlı olduğunu və Ukrayna məsələsi üzrə səmərəli danışıqların və sülhün bərqərar olmasının bu sanksiyaların tətbiqini istisna edəcəyinə ümid etdiyini bildirib.
4-06-2025, 16:13
Nazirlik gücləndirilmiş iş rejiminə keçdi


Nazirlik gücləndirilmiş iş rejiminə keçdi

Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Qeyd edilib ki, nazirliyin müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
4-06-2025, 15:53
Təbiətə 45 min manat ziyan vuruldu - Cinayət işi açıldı


Təbiətə 45 min manat ziyan vuruldu - Cinayət işi açıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında Azərbaycanın 5 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Səttar Bəhlulzadə küçəsində, Quba şəhəri H.Əliyev prospektində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında Araz çayının məcrasında, Bərdə rayonu İkinci Hacallı kəndində meşə fonduna daxil olmayan 239 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 45 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
"Vətəndaşları ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitimizə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmağa, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat verməyə çağırırıq", - məlumatda qeyd olunub.
4-06-2025, 15:04
İyunun sonu ardıcıl 4 gün iş olmayacaq


İyunun sonu ardıcıl 4 gün iş olmayacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.
Bununla da ardıcıl dörd gün - iyunun 26-sı, 27-si, 28-i və 29-u qeyri-iş günləri olacaq.
4-06-2025, 14:56
Əsgərlərlə görüşə qadağa qoyuldu


Əsgərlərlə görüşə qadağa qoyuldu

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar şəxsi heyətin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə xüsusilə adaptasiya dövründə olan gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Hərbi hissələrdə komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlər görülür, bütün növ təminat yüksək səviyyədə təşkil olunur:
"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, qarşıdan gələn Qurban bayramı və istirahət günlərində hərbi hissələrə gəlməməyi xahiş edirik",- deyə məlumatda qeyd edilir.
4-06-2025, 14:48
Bəylə gəlin toy günü qəzaya düşdü


Bəylə gəlin toy günü qəzaya düşdü

Oğuzun Xaçmaz kəndində bəylə gəlin qəzaya düşüb.
2001-ci il təvəllüdlü Emin Feyzullayev "Hyundai" markalı avtomobillə rayonun Sincab kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çökəyə düşüb.
Hadisə nəticəsində sürücü və 2 sərnişini - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıblar.
Hadisə nəticəsində xəsarət alan E.Feyzullayev və M.Feyzullayevanın bu gün toy məclisi olacaq. Onlar gözəllik salonundan gələrkən qəzaya düşüblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!