Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
Dünən, 23:50
İlon Mask "bombanı partlatdı"


İlon Mask "bombanı partlatdı"

ABŞ Prezidenti Donald Trampla münasibətləri pozulan milyarder İlon Mask qalmaqallı açıqlama verib.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Böyük bombanı partlatma zamanı gəldi", – deyə o, bildirib və əlavə edib: “Epşteyn dosyalarında Donald Tramp da var. Dosyaların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi də budur.”
Xatırladaq ki, məşhur milyarder Ceffri Epşteynin ABŞ elitası ilə əlaqələrini əks etdirən sənədlər illərdir ciddi mübahisələrə səbəb olur. Uşaqların cinsi istismarı və insan alveri kimi ağır ittihamlarla üz-üzə qalan Epşteynin ölümündən sonra onun əlaqədə olduğu tanınmış şəxslərlə bağlı çoxsaylı materialların gizli saxlandığı bildirilir. Maskın bu açıqlaması həmin sənədlərin arxasında siyasi motivlərin olduğunu bir daha gündəmə gətirib.
Dünən, 23:20
Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI


Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI

Bakı metrosunun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
"Hərəkətdə olan qatarın maşinist kabinasında qapıların işarəvermə qurğusu işə düşüb. Maşinist baxış keçirib. Hər hansı bir problem aşkarlanmayıb. Lakin növbəti mənzildə problem təkrarlanıb. Maşinist dispetçerə məlumat verməklə sərnişinləri düşürüb. Qatara sərnişinsiz olmaqla baxış keçirilib", - B.Məmmədov deyib.
Onun sözlərinə görə, baxış keçirilmə vaxtında xətdə qısamüddətli yubanma yaranması qaçılmaz olub. Lakin operativ olaraq xəttə ehtiyat qatar verilib və interval bərpa olunub.
Dünən, 22:41
"Bəli, mən Ukraynanın yanındayam!" - Tramp


"Bəli, mən Ukraynanın yanındayam!" - Tramp

Ağ Evdə jurnalistlərin ABŞ-ın Ukraynaya dəstəyini davam etdirib-etməyəcəyi ilə bağlı suallarını cavablandıran prezident Donald Tramp müsbət cavab verib. Tramp deyib:
"Bəli, mən Ukraynanın yanındayam. Biz Ukrayna ilə nadir torpaq elementlərinə dair böyük bir müqavilə imzaladıq və... Bilirsiniz ki, mənim istədiyim şey qətliamın dayandırılmasıdır, mən yenə də bunun tərəfdarıyam, əslində müharibə başlamamalı idi".
O, ABŞ və Avropanın Ukraynaya dəstəyindən də danışıb.
"Bu, bir az puldur ki, xərclənir, amma əsas deyil. Ən əsası ölümdür", - ABŞ prezidenti fikrini yekunlaşdırıb.
Dünən, 21:59
Xankəndidəki paradla bağlı yeni faktlar


Xankəndidəki paradla bağlı yeni faktlar

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 5-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində əvvəlcə təqsirləndirilən şəxs Davit İşxanyanın müdafiəsi üçün yeni vəkilin qoşulduğu elan olunub. D.İşxanyan yeni vəkilinə etiraz etmədiyini bildirib. O, mayın 26-da keçirilmiş məhkəmə iclasının protokolları ilə tanış olmaq istədiyini ötən proseslərin birində dediyini xatırladıb və həmin tarixlə yanaşı, mayın 24-də keçirilmiş məhkəmə proseslərinin protokolları ilə də tanış olmaq istədiyini söyləyib.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün yaxın günlərdə şərait yaradılacağını, həmin vaxt onun istədiyi protokolla tanış ola biləcəyini bildirib.
Məhkəmədə Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlər tədqiq edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin iştirakı ilə tədqiq edilən sənədlərlə Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Xocavənd, Şuşa, Tərtər, Laçın, Kəlbəcər rayonlarında və həmin rayonların kəndlərində təbiətə və iqtisadiyyata vurulmuş zərərlər sadalanıb. Bu zərərlər sırasına həm ağacların məhv edilməsi, həm də faydalı qazıntı yataqlarının qanunsuz istismarı daxildir.
Nümayiş etdirilən fotolarla ağacların təbii şəkildə deyil, qəsdən məhv olunması sübut edilib.
Məhkəmədə vaxtilə işğal altında olan rayonlarda faydalı qazıntı yataqlarının, o cümlədən xammal və filiz yataqlarının qanunsuz istismarına dair kosmosdan çəkilmiş görüntülər də nümayiş etdirilib.
Bildirilib ki, 1992–2023-cü illər ərzində təqsirləndirilən şəxslər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç və digərlərinin rəhbərliyi və iştirakı ilə işğal olunmuş ərazilərdə Azərbaycan xalqına və dövlətinə məxsus yeraltı və yerüstü təbii sərvətlər talan edilib.
Dövlət ittihamçısı Fuad Musayevin iştirakı ilə tədqiq edilən sənədlərə əsasən, talan nəticəsində əldə edilmiş gəlir və ya digər maddi sərvətlər Ermənistan ordusu, cinayətkar birlik tərəfindən formalaşdırılmış silahlı dəstələrin, xarici ölkələrdən gətirilən muzdluların maliyyələşdirilməsinə, onların müxtəlif növ silah, geyim, ərzaq və digər zəruri ehtiyaclarının təmin olunmasına, cinayətkar birliklərə daxil olan silahlı birləşmələrin döyüş qabiliyyətinin artırılmasına yönəldilib. Bununla da cinayətkar fəaliyyətin daha da möhkəmləndirilməsi üçün maliyyə mənbələrinin artırılması, Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyi ilə əlaqəli şəkildə cinayətkar planların hazırlanması təmin edilib.
Daha sonra qeyd edilən filiz, xammal və digər təbii ehtiyatların cinayətkar birliyin üzvləri tərəfindən təşkil edilmiş və idarə olunmuş şirkətlər və müəssisələr vasitəsilə istismarı ilə bağlı mövcud məlumatlar təqdim olunub.
Vurğulanıb ki, qeyd olunan ərazilərdəki müvafiq təbii və xammal-filiz ehtiyatları, bəhs edilən cinayətkar birliyin rəhbər üzvlərinin birbaşa rəhbərliyi və nəzarəti altında istismar edilib.
Məhkəmədə işğal dövründə Azərbaycan ərazilərində su elektrik stansiyalarının (SES) qanunsuz tikintisi və istismarı ilə bağlı sənədlər də tədqiq olunub.
Daha sonra məhkəmədə Azərbaycanın vaxtilə işğalda olan ərazilərində - Xankəndi şəhərində 2012-ci ilin may ayında keçirilmiş “hərbi parad”ın ermənilər tərəfindən çəkilmiş videokadrları nümayiş etdirilib. Levon Mnatsakanyan tribunaya dəvət edilib və ona Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov suallar ünvanlayıb.
Ermənistan silahlı qüvvələrində yüksək vəzifələr tutmuş, o cümlədən baş qərargah rəisinin müavini olmuş, habelə qondarma rejimdə “müdafiə naziri” olmuş Levon Mnatsakanyan dindirmə zamanı əvvəlcə “parad”la bağlı sualları cavablandırıb. O deyib: “Biz “parad”ları keçirərkən keçmiş SSRİ-nin təcrübəsinə əsaslanmışıq. Adətən “parad”ların keçirilməsi üçün əsas illik hazırlıq planı təşkil edilirdi. Həmçinin yubileylər - 5, 10, 15, 20, 25 illik - bu “parad”ların keçirilməsi üçün əsas olub. Əgər “parad”larla bağlı əlaqəmi soruşursunuzsa, mən 2012-ci ildə “müdafiə ordusu”nun qərargah rəisi olmuşam. Həmin “parad”ın hazırlanmasına cavabdeh şəxs olmuşam. “Parad” zamanı şəxsi heyəti “ordu komandanı”na təqdim etmişəm, o isə, öz növbəsində, “ölkə rəhbəri”nə raport verib.
Bundan başqa, Ermənistan Respublikasındakı iki, yaxud üç paradda da iştirak etmişəm”.
O, “parad”ın qondarma rejimin “ordusu”nun 20 illiyinə həsr edildiyini bildirib və prokurorun sualına cavabında deyib ki, onlar həmin vaxt “Yeraton” – üç bayram ifadəsindən istifadə edirmiş və bu “parad” da “Yeraton” münasibətilə təşkil edilib. Bu bayramlara həm 8 may – Şuşanın işğalı, həm 9 may - İkinci Dünya müharibəsində qələbə günü, həm də rejimin “ordu”sunun yaranma günü aiddir.
Videokadrların davamında “parad”ın komandirinin qondarma rejimin “ordu komandanının birinci müavini, qərargah rəisi”, general-mayor Levon Mnatsakanyan olduğu bildirilir. “Parad”ın qəbulunu isə qondarma rejimin “müdafiə naziri” Movsis Akopyan həyata keçirir.
Təqsirləndirilən şəxs “parad”da iştirak edən digər şəxslərin də adlarını sadalayıb: “Sağdan sola deyəcəyəm: “parlamentin sədri” Aşot Qulyan, din xadimi Servazan, həmin vaxt Ermənistan Respublikasının müdafiə naziri olan Seyran Ohanyan, “prezident” Bako Sahakyan, Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarkisyan (həmin vaxt Ermənistan prezidenti olub – red.), erməni kilsəsinin rəhbəri - katolikos, həmçinin Ermənistanın 2-ci prezidenti Robert Koçaryan, Arkadi Qukasyan və həmin vaxt “baş nazir” olan Arayik Harutyunyan”.
Levon Mnatsakanyan “parad”da artilleriya silahlarının bütün növlərinin olduğunu deyib və əlavə edib: “D-30, D-20, tank əleyhinə vasitələr, BM-21 qrad, artilleriyanın özüyeriyən qurğuları... Raket kompleksləri var idi, səhv etmirəmsə “Smerç”, “Toçka” olub. Zirehli texnikalardan tanklar, piyadaların döyüş maşınları olub”.
O, “parad”da istifadə olunan silahların bir qisminin Ermənistandan gətirildiyini də deyib və bildirib: “Bu “parad”da elə silahlar var ki, onlar “müdafiə ordusu”nun arsenalında yoxdur. Lakin hərbi “parad”ın keçirilməsi üçün gətirilib. Məncə, həmin “parad”da “BM 80”, “Toçka, “Smerç” olubsa, Ermənistan gətirilənlərdir”.
Levon Mnatsakanyan rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu, “komandan” vəzifəsinə təyinatın Ermənistan müdafiə nazirinin təqdimatı əsasında Ermənistan prezidenti tərəfindən həyata keçirildiyini bildirib və deyib: “Sonralar isə bu təyinatı Ermənistanın baş naziri həyata keçirirdi”.
Təqsirləndirilən şəxs rejimin “ordusu”nun ehtiyacı olan silahların siyahısının tərtib olunduğunu, bunun əsasında Ermənistandan silah aldıqlarını, əvəzində heç bir ödəniş edilmədiyini deyib.
Levon Mnatsakanyan 2016-da şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələr zamanı – aprelin 2-dən sonunadək Ağdam, Tərtər, Füzuli, Ağcabədi və digər ərazilərin iriçaplı silahlardan və digər silahlardan atəş açılması barədə sualları da cavablandırıb. Təqsirləndirilən şəxs iddia edib ki, onlar həmin vaxt hücum edən deyil, müdafiə olunan tərəf olub.
Təqsirləndirilən şəxs hadisələr zamanı diviziya komandirləri tərəfindən ona məruzə olunduğunu deyib: “Mənə məruzə edib xahiş etdilər ki, müvafiq qərarlar verilsin. O qərarlar mənim tərəfimdən təsdiqləndi”.
O, hadisələrlə bağlı Ermənistan silahlı qüvvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”.
Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu tapşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.
İddia edib ki, həmin vaxt mülki şəxsləri hədəf almayıblar.
Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Dünən, 21:17
Azərbaycan bu Şuraya üzv seçildi


Azərbaycan bu Şuraya üzv seçildi

BMT Turizmin Avropa Regional Komissiyasının iyunun 5-6-da Bakıda keçirilən 71-ci iclasında Azərbaycan 2025-2029-cu illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.
Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə 9 ölkə arasından Azərbaycanla yanaşı, Sloveniya, Fransa, Xorvatiya və Yunanıstanın 2025-2029-cu illər üçün namizədlikləri təsdiq olunub.
Qeyd edək ki, Azərbaycan 2013-2017-ci, 2017-2021-ci və 2023-2025-ci illərdə təşkilatın İcraiyyə Şurasına üzv olub, 2017-ci ildə isə İcraiyyə Şurasına sədr seçilib.
Tədbirin sonunda müzakirələr nəticəsində Avropa Regional Kommissiyasının növbəti 72-ci iclasının Maltada keçirilməsi qərarı təsdiq olunub.
Dünən, 20:52
Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib?


Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib?

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş Aprel döyüşləri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.
O, həmin vaxt qondarma rejimin “müdafiə naziri” olduğunu, hadisə ilə bağlı Ermənistan silahlı qüvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki, hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”, - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu taşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 12-də davam etdiriləcək.
Dünən, 20:45
Ağdamda müəllim bıçaqlandı


Ağdamda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəlüdlü Əsəd Nərimanov həmyerlisi ilə aralarında yaranmış mübahisə zəminində bıçaq xəsarətləri alıb.
Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.
Yaralanan Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən V.Səfərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaqa təqdim olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Dünən, 20:27
Toyda döyülən şəxs xəstəxanada öldü - Tutulan var


Toyda döyülən şəxs xəstəxanada öldü - Tutulan var

Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.

***

20:24

Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən dava ölümə səbəb olub.
1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy mərasimində həmkəndlisi olan iki qardaş tərəfindən döyülüb.
Daha sonra Q.Yusubov xəstəxanaya aparılıb. Lakin işləri ilə əlaqədar olaraq xəstəxanada qalmaqdan imtina edib və evinə qayıdıb. Bu gün onun səhhəti getdikcə pisləşib.
O, yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Dünən, 20:16
Rusiya diplomatları Bakıya gəldilər


Rusiya diplomatları Bakıya gəldilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Azərbaycan-Rusiya münasibətlərinin inkişafında intensiv qarşılıqlı səfər və təmasların rolunun əhəmiyyətini vurğulayıb.
Görüş iştirakçıları qəbula görə təşəkkür edib və ölkəmizin xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.
Dünən, 20:09
Gəncədə yeniyetmə bıçaqlandı - Şübhəli dostudur


Gəncədə yeniyetmə bıçaqlandı - Şübhəli dostudur

Gəncədə 15 yaşlı oğlan bıçaqlanıb.
Hadisə şəhərin parklarından birində baş verib.
15 yaşlı Ümid Əsgərov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.
İlkin məlumata görə, Ü. Əsgərov dostu tərəfindən bıçaqlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!