2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tramp "Tesla"dan imtina edir .....                        Millimiz Qazaxıstanı məğlub etdi .....                       
5-06-2025, 19:52
Azərbaycan-Ukrayna dostluğuna mini sənədli film həsr edildi - VİDEO


Azərbaycan-Ukrayna dostluğuna mini sənədli film həsr edildi - VİDEO

Ukraynanın Multiplex şirkəti Azərbaycan Ukrayna dostluğuna mini sənədli film həsr edib.
Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi məlumat verib.
Multiplex şirkəti Ukraynada və digər ölkələrdə kinoteatrlar şəbəkəsinə sahibdir. Mini filmi hazırlamaqla Ukrayna xalqının ən çətin günlərində Azərbaycanın onların yanında olmasına minnətdarlıq bildirişidir.
Qiymətli sənədli kadrlarla zəngin film hər iki xalqın eyni problemlə üzləşməsindən, çətinliklərə qarşı birgə mübarizə aparılmasının vacibliyindən bəhs edir.
Raket zərbələri ilə viran olmuş Ukrayna şəhərləri və düşmənlər tərəfindən talan edilmiş, daşı daş üstündə qalmayam Ağdam şəhərinin kadrları filmdə yer alır.
Ölməz Rəşid Behbudovun Ukrayna dilində oxuduğu "Ruşnik" mahnısı mini sənədli filmin Ukrayna-Azərbaycan xalqlarının dostluğunun rəmzi kimi istifadə olunub. Rəşid Behbudovun ifası baş verən dəhşətlərin miqyasına və bu dəhşətlərdən yalnız birlikdə xilasın mümkünlüyünə yüksək peşəkarlıqla uzlaşdırılmışdır.
Mini filmin mahiyyəti bütün ekran boyu vaxtaşı yazılan ingiıis dilində titrlərlələ izah olunur.
Film bu titrlərlə başlayır:

UKRAİNE AND AZERBAİJAN TWO NATIONS WITH ONE PROBLEM

(UKRAYNA VƏ AZƏRBAYCAN İKİ MİLLƏTİN BİR PROBLEMİ)

Multiplex şirkəti mini sənədli filmi sosial şəbəkələrdə, dünyanın müxtəlif ölkələrində, özlərinə və dostlarına məxsus kinotearlarda seanslardan əvvəl, ticarət mərkəzlərində və digər mümkün yerlərdə geniş yaymağı nəzərdə tutur.

5-06-2025, 19:26
"Melissa Group"un vətəndaşın başına uçurduğu ev sökülür


"Melissa Group"un vətəndaşın başına uçurduğu ev sökülür

Bakının Yasamal rayonu, Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında yerləşən qalmaqallı mülkün sahibi ilə "Melissa Group" tikinti şirkəti arasında razılıq əldə olunub.
Bunu evin sahibi Həbib Hacıyevin vəkili Ülvi İsmayıllı deyib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqlar olub, problemin sakit formada, sülhlə həllinə dair qarşılıqlı razılıq əldə edilib: "Artıq mübahisə bitib".
Vəkil bildirib ki, ev sahibi evin real ölçülərinə uyğun təzminat istəyib, şirkət isə sənədlərdəki ölçüyə uyğun məbləğ təklif etdiyi üçün məsələ bu yerə gəlib çatıb.
"Ərazidəki 20 evdən 17-si sökülüb. Qalan üç evdən biri də budur. Qonşulara kvadratmetr üçün 1800 manat ödənilib. Biz də bu qiymətlə razıyıq. Sadəcə Həbib müəllimin evi sənəddə 480-500 kvadratmetr yazılıb, amma real ölçü 700 kvadratmetrdir. MTK kommersiya marağı güdüb tam məbləği vermirdi. İndi isə evin yekun qiyməti, yəni neçə kvadratmetrin əsas götürülməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Həbib müəllimə kompensasiya ödəniləcək və bununla da məsələ bitəcək", - Ü.İsmayıllı vurğulayıb.
O qeyd edib ki, qanunvericiliyə əsasən, əgər hər hansı bir kommersiya şirkəti vətəndaşın mülkiyyətini alırsa, real ölçünün dəyəri ödənilməlidir: "Dövlət ehtiyacları üçün mülklər alınanda isə onun dəyərini müvafiq icra hakimiyyəti müəyyənləşdirir. İndiki halda tərəflər yekun qiymətdə razılığa gələcəklər. Həbib müəllim çox dərinə getməyəcək. O da başa düşür ki, bu vacib məsələdir və razılığa gəlmək lazımdır. Həbib müəllimin istədiyi kompensasiya ödəniləcək".
Vəkil söyləyib ki, məhkəmə "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun ev dustaqlığına buraxılması məsələsinə baxanda buna etiraz etməyiblər: "Biz buna müsbət yanaşdıq, mübahisə açmadıq. Bu o deməkdir ki, biz heç kimin həbsdə qalmasını istəmirik və məsələnin danışıqlarla həll olunmasının tərəfdarıyıq".
Ü.İsmayıllı vurğulayıb ki, "Melissa Group"a daxil olan "FEBA MTK" Alatavadakı mülkün sahibi Həbib Hacıyevə qarşı qaldırdığı məhkəmə iddiasını da geri götürüb: "Məsələ bu hissədə də yekunlaşmaq üzrədir. Bizim isə məhkəmədə iddiamız yoxdur. "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin sürücüsü barədə cinayət işinə gəlincə, buna məhkəmə qiymət verəcək".
Beləliklə, Alatavadakı mülk mübahisəsi bitir. "Melissa Group" evin 700 kvadratmetr olduğunu qəbul etsə və hər kvadratmetr üçün 1800 manatdan ödəniş olsa, onda Həbib Hacıyev 1.260.000 manat kompensasiya alacaq.
Əgər tərəflər 500 kvadratmetrlə razılaşsa, onda bu məbləğ 900.000 manat təşkil edəcək.
Xatırladaq ki, hadisə martın 27-də baş verib. "Melissa Group" tikinti şirkətinin sürücüsü Qala Seymur oğlu Eynullayev idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.
Daha sonra hadisə ilə bağlı "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə həbs qətimkan tədbiri seçib.
Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.
5-06-2025, 18:37
9-cu siniflərin imtahan nəticələri ELAN EDİLDİ


9-cu siniflərin imtahan nəticələri ELAN EDİLDİ

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (//eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanda iştirakı nəzərdə tutulan 51908 nəfərdən 354 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 9 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11 iyun saat 10:00-dan 13 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
5-06-2025, 17:58
Sumqayıtdakı yanğında fəhlə xəsarət aldı


Sumqayıtdakı yanğında fəhlə xəsarət aldı

Sumqayıtda baş verən yanğın zamanı xəsarət alan fəhlənin vəziyyəti məlum olub.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, iyunun 5-də saat 12:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1998-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Bədənin bir neçə nahiyəsinin termiki və kimyəvi yanığı, II-III dərəcəli diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib.
Zəruri tibbi xidmətlər göstərilən və vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə edilib.

***

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 28-ci kilometrliyində yerləşən, hazırda fəaliyyət göstərməyən və sahibinin kimliyi məlum olmayan ərazidə yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində ərazidə yerləşən bir ədəd mazutvuran nasos və təxminən 30 kvadratmetr sahədə olan mazut kütləsi yanıb.
Yanğın zamanı orada fəhlə kimi çalışan Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Famil Qələmşah oğlu termik yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
5-06-2025, 17:24
Sel Bakı-Şamaxı yolunda hərəkəti çətinləşdirdi


Sel Bakı-Şamaxı yolunda hərəkəti çətinləşdirdi

Sel sularının yaratdığı fəsadlar Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
Qobustan dağlarında başlayan leysan bir neçə saat ərzində güclü selə çevrilib.
Selin gətirdiyi daş və torpaq kütləsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 78-ci kilometrində hərəkəti çətinləşdirib. Təmizləyici qurğular selin ağırlığına tab gətirməyib, nəticədə yağış suları yolun hərəkət hissəsinə yayılıb, yolda torpaq və çınqıl qatı əmələ gəlib.
Hazırda yolda vəziyyət nisbətən sabitləşsə də, yağıntılı hava şəraitinin yeni fəsadlara səbəb olacağı istisna edilmir.
5-06-2025, 17:00
Tramp Çin lideri ilə danışıqlar apardı


Tramp Çin lideri ilə danışıqlar apardı

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında telefon danışığı olub.
Nəşrin məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbətin təfərrüatları hələlik açıqlanmayıb.
Bundan əvvəl Ağ Ev bildirib ki, liderlər tezliklə tarif sazişi və digər ticarət məsələlərini müzakirə edəcəklər.
5-06-2025, 16:47
Pezeşkianı İrəvanda gözləyirik - Mirzoyan


Pezeşkianı İrəvanda gözləyirik - Mirzoyan

İran prezidenti Məsud Pezeşkianın İrəvana səfəri gözlənilir.
Bunu iyunun 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komitələrinin birgə iclaslarında deyib.
O, İran İslam Respublikası ilə əlaqələrin hazırkı səviyyəsindən danışaraq, yüksək səviyyəli ikitərəfli səfərlərin davam etdiyini qeyd edib.
"Biz İrəvanda prezident Pezeşkianı gözləyirik", - XİN rəhbəri qeyd edib.
5-06-2025, 16:42
Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı


Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı

İstintaq Komitəsi Moskvadakı Yaroslavski dəmir yolu vağzalında saxlanmış erməni bloger Areq Şepixinə qarşı cinayət işi açıb.
Komitənin mətbuat xidmətinin məlumatına görə, linqvistik araşdırmalar zamanı onun ifadələrində milli/etnik əlamətlərə görə müəyyən edilmiş bir qrup şəxsə qarşı zorakılıq hərəkətləri etməyə təhrik əlamətləri, habelə onların alçaldılması aşkarlanıb.
Cinayət işi internet vasitəsilə ekstremizmə açıq çağırışlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi) və nifrətə çağırış (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi) maddələri ilə açılıb.
"Yaxın vaxtlarda onun barəsində həbs qətimkan tədbiri seçiləcək", - İstintaq Komitəsidnən əlavə ediblər.
Şepixin özü bildirib ki, onu şəhərdən çıxarıblar və “qulaqları tapança qundağı ilə sındırılıb”, amma “ona ağır işgəncə verməyiblər, daha çox dindiriblər”, xüsusən də Ukrayna ilə əlaqəsinin olub-olmadığı soruşulub.
Çeçenistan hakimiyyəti bildirib ki, Şepixin oğurlanmayıb, saxlanılıb. Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev xatırladıb ki, “bloger” öz videolarında çeçenləri və İslamı təhqir edib.
"Həbsi həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları onun həyatını və ya ən azı, sağlamlığını mahiyyət etibarı ilə xilas etdilər. Onun din, Allah, millətlər haqqında qəbuledilməz, təhqiramiz ifadələrini eşidən yüz minlərlə müsəlmanda sözün əsl mənasında hiddət yaranıb.
5-06-2025, 16:20
Çörək maşını ilə narkotik paylayan şəxs tutuldu - VİDEO


Çörək maşını ilə narkotik paylayan şəxs tutuldu - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Bəhruz Şükürov tutulub. Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib.
B.Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
5-06-2025, 01:37
Lerikdəki zəlzələdən sonra dağıntı olub? - FHN-dən AÇIQLAMA


Lerikdəki zəlzələdən sonra dağıntı olub? - FHN-dən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!