Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi .....                        Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ .....                        Ərdoğan Şəriflə regional məsələlərdən danışdı .....                        Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü .....                        Üçqat olimpiya çempionundan yeni dünya rekordu .....                        Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Ata və oğlunu maşın vurdu .....                        Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı .....                       
Bu gün, 16:40
Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi


Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi

Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın birinci prezidenti Levon Ter-Petrosyan və bütün ermənilərin katolikosu II Qareginin dünənki görüşünü şərh edib.
Paşinyan sosial şəvəkədəki açıqlamasında Levon Ter-Petrosyana da “mühaibə” elan edib.
"Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir", - deyə Paşinyan eks-prezidentin II Qaregini dəstəkləməsinə münasibət bildirib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzin kilsəsinə gedərək katolikos II Qareginlə söhbət edib. Söhbət zamanı eks-prezident katalikosu tam dəstəklədiyini bildirib. Levon Ter-Petrosyan eyni zamanda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinin keşişlərinə qarşı açıqlamalarını pisləyib.
Xatırladaq ki, son günlər Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında ciddi qarşıdurma yaşanır.
Bu gün, 16:38
Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ


Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ

İsrail Müdafiə Qüvvələri (IDF) HAMAS-ın Qəzzadakı hərbi qanadının rəhbəri Məhəmməd Sinvarın meyitinin Xan Yunisdən çıxarıldığını təsdiqləyib.
Bildirilib ki, Məhəmməd Sinvarın meyiti Xan Yunisdəki xəstəxananın altındakı kompleksdən digər 10 terrorçunun meyiti ilə birlikdə çıxarılıb.
Qeyd edək ki, Məhəmməd Sinvar mayın 13-də Xan Yunisdə İsrailin hava hücumu nəticəsində öldürülüb.
Bu gün, 16:26
Ərdoğan Şəriflə regional məsələlərdən danışdı


Ərdoğan Şəriflə regional məsələlərdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə regional məsələləri müzakirə edib.
Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
“Prezidentimiz Ərdoğan Pakistan Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb”, – administrasiyanın mətbuat xidməti bildirib.
Qeyd olunub ki, telefon danışığı zamanı Ankara və İslamabad arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Prezidentimiz Ərdoğan görüşdə bildirib ki, Türkiyə ilə Pakistan arasındakı qədim dostluq və güclü həmrəylik atılan addımlarla daha da möhkəmlənib”, – mətbuat xidməti vurğulayıb.
Bu gün, 15:48
Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü


Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü

Yəmənin Əl-Beyda vilayətində məscid atəşə tutulub, 9 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Hadisə iyunun 7-də Qurban bayramıyla əlaqədar Karn əl-Əsəd kəndində axşam namazı zamanı baş verib. Məscidi atəşə tutan şəxs hadisədən yarım saat sonra saxlanılıb. Onun psixi problemlərdən əziyyət çəkdiyi bildirilir.
Bu gün, 15:34
Üçqat olimpiya çempionundan yeni dünya rekordu


Üçqat olimpiya çempionundan yeni dünya rekordu

Kanadalı üçqat olimpiya çempionu Sammer Makintoş 400 metrə sərbəst üsulla üzmək üzrə yeni dünya rekordu müəyyənləşdirib.
18 yaşlı idmançı Kanadada keçirilən yarışda məsafəni 3 dəqiqə 54,18 saniyəyə qət edib.
Bundan əvvəlki dünya rekordu (3 dəqiqə 55,38 saniyə) avstraliyalı dördqat olimpiya çempionu Ariarna Titmusa məxsus idi.
Makintoş daha bir dünya rekorduna sahibdir. O, 16 yaşında 400 metr məsafəyə kompleks üsulla üzmək (4 dəqiqə 24,38 saniyə) üzrə fərqlənib.
Bu gün, 15:15
Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO


Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO

Azərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Müqəddəs Qurban bayramı münasibətilə cari ilin 7-8 iyun tarixlərində Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində “Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər” şüarı altında yardım fəaliyyəti təşkil olunub.
Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müvafiq dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Xeyriyyə aksiyasının təşkil olunmasında Suriyanın “Həyat” Fondu, eləcə də “Səvaidul İhsən” (xeyirxah əllər) və “Bəsmətu Həyat” (həyatın gülüşü) adlı könüllü qrupları da iştirak edib.
Ərəb, türkman, çərkəz və ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşqətrafı vilayətinin Qərbi və Şərqi Quta rayonlarında, növbəti gün isə Homs və Homsətrafı vilayətlərində baş tutub. Həmin ailələrin böyük əksəriyyətini uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çoxuşaqlı qadınlar təşkil edib. İki gün ərzində ümumilikdə təxminən 1 500 insan sözügedən yardım fəaliyyətindən faydalanıb.
Qurban sovqatının təqdim olunduğu ailələr Azərbaycan xalqı və dövlətinə dərin minnətdarlıqlarını ifadə edərək, ən xoş arzularını çatdırıblar.
Prezident İlham Əliyevin müvafiq təlimatına uyğun olaraq Suriya əhalisi üçün ölkəmiz adından təşkil olunan humanitar yardım xarakterli fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan tərəfindən Suriya xaqlı üçün 200 ton həcmində humanitar yardım göndərilib. Bundan savayı, AIDA-nın dəstəyi və Suriyadakı səfirliyimizin təşkilatçılığı ilə cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.




Bu gün, 14:43
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, iyunun 9-da gecə və səhər bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün, 14:18
Ata və oğlunu maşın vurdu


Ata və oğlunu maşın vurdu

Astarada avtomobil ata və oğlunu vurub.
Hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.
Belə ki, avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-i vurub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 14:03
Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı


Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı

Ukraynada Donetsk vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşi nəticəsində son sutka ərzində dörd mülki şəxs ölüb.
Bu barədə Ukraynanın Milli Polisinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
“Dörd ölü və doqquz yaralı dinc sakin: Donetsk polisi Rusiyanın atəşlərinin nəticələrini qeydə alıb. Bir sutka ərzində Rusiya cəbhə xətti və yaşayış massivinə 3 449 zərbə endirib", - məlumatda deyilir.
Qeyd olunub ki, 72 mülki obyekt, o cümlədən 38 yaşayış evi dağıntıya məruz qalıb, avtomobillər, təhsil müəssisələri və mağazalar zərər görüb.
Bundan başqa, 8 iyun gecə yarısından sonra Rusiya Kramatorsk, Lıman, Vısokopillya, Krınıtsya, Stepanivka, Şevçenko yaşayış məntəqələrinə 15 atəş həyata keçirib. Kramatorsda bir nəfərin yaralandığı bildirilir.
Bu gün, 13:33
Neymar koronavirusa yoluxdu


Neymar koronavirusa yoluxdu

“Santos” klubunun futbolçusu Neymar koronavirusa yoluxub.
Hücumçuda xəstəliyin əlamətləri iyunun 5-də üzə çıxıb və o, həmin andan məşqləri dayandırıb. Neymar hazırda ev şəraitində müalicə alır.
Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun şərəfini qoruduqdan sonra İspaniyanın “Barselona” komandasına transfer olub. Daha sonra Frandanın PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandalarında oynayan Neymar 2025-ci ildə “Santos”a dönüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!