Milli Qəhrəmanların təqaüdü 200 manat artdı .....                        Tokayev parlament sədrləri ilə görüşdü - FOTO .....                        Dəfn pulu 600 manat oldu .....                        Şəhid ailələlərinin təqüdünü yeni məbləği .....                        Çoxuşağlı ailələrin təqaüdü 35 manat artdı .....                        Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM .....                        Vətən Müharibəsi Qəhrəmanları 2200 manat alacaq .....                        Sosial müavinətlər və təqaüdlər artırılır - Prezident Sərəncam imzaladı .....                        Kəlbəcərlilər bu tarixdə doğma yurda qayıdır .....                       
10-06-2025, 16:54
Lənkəranda qəza - Xəsarət alanlar var


Lənkəranda qəza - Xəsarət alanlar var

Lənkəranda baş verən qəzada 3-ü yeniyetmə olmaqla, 5 nəfər xəsarət alıb.
Hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü K.Xudaverdiyeva, 1984-cü il təvəllüdlü K.Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan K.Xudaverdiyeva və K.Əliyev vəziyyətlərinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Digərlərinin müalicələri təcili yardım şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
10-06-2025, 16:35
Qazın qiymətini artıq Tarif Şurası müəyyən etməyəcək - RƏSMİ


Qazın qiymətini artıq Tarif Şurası müəyyən etməyəcək - RƏSMİ

“Qaz təchizatı haqqında” yeni qanun layihəsi ölkəmizdə qazın qiymət tənzimlənməsi mexanizmində əhəmiyyətli dəyişikliklər və sektorun strukturlaşmasında yeniliklər vəd edir.
Bu sözləri Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.
O bildirib ki, qanunun qəbulu ilə qaz tariflərinin müəyyən edilməsi səlahiyyəti indiki Tarif Şurasından tənzimləyici orqana keçəcək: “Layihədə qaz satıcısının hüquq və vəzifələri dəqiq şəkildə müəyyən edilib. Bundan əlavə, qaz təchizatı zəncirində fəaliyyət göstərən subyektlərin bölünməsi həyata keçiriləcək. Bu, qazın paylanması, satışı, nəqli, topdan satışı və idxalı ilə məşğul olan qurumun daxilində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını nəzərdə tutur. Bu addımın sektorun daha şəffaf və səmərəli idarə olunmasına töhfə verəcəyi gözlənilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni qanun layihəsi qaz sektorunda rəqabətliliyi artırmaq və istehlakçıların maraqlarını daha yaxşı qorumaq məqsədi daşıyır.
10-06-2025, 16:27
Jurnalist Rahib Qəribi döydülər


Jurnalist Rahib Qəribi döydülər

Jurnalist Rahib Qəribə xəsarət yetirilib.
Hadisə “Jurnalistlər binası”nda qeydə alınıb.
Orada yaşayan tanınmış jurnalist Rahib Qərib bir qrup şəxs tərəfindən döyülüb.
Şahidlərin bildirdiyinə görə, hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib.
Belə ki, Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədələyib. Buna görə həmin avtomobilin sahibi və onun yaxınları jurnalisti döyüblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Məsələ ilə bağlı danışan R. Qərib bildirib ki, aldığı xəsarətlər səbəbilə Kliniki Tibbi Mərkəzdə müalicə alıb: “Gecə saatları “TikTok”da hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində istəmədən qarşıdakı “Range Rover” markalı avtomobilə cüzi zədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparıldım. Xəstəxanadan srağa gün buraxılmışam. Ayağım sınıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəm ki, cəzalarını alsınlar”.
10-06-2025, 16:22
Sumqayıt-Saray körpüsü çöküb? - Rəsmi açıqlama


Sumqayıt-Saray körpüsü çöküb? - Rəsmi açıqlama

Son günlər bəzi sosial şəbəkə səhifələrində Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən və cari ilin mart ayında istifadəyə verilən avtomobil körpüsündə guya çat və çökmələrin olması ilə bağlı məlumatlar yayılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.
Agentlik bəyan edib ki, bu məlumatlar həqiqəti əks etdirmir və körpüdə hər-hansı problem müşahidə olunmur. Yayılan videodan da aydın görünür ki, problem körpüyə yanaşma yollarındadır.
Sözügedən ərazidə yalnız yeni körpü inşa edilib, yanaşma yollarında hər hansı bir təmir-bərpa işi icra olunmayıb.
Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub, lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq, mövcud yolun genişləndiriləcəyi nəzərə alınmaqla körpü 4 hərəkət zolaqlı olmaqla inşa edilib.
Yanaşma yollarının körpüyə uyğun 4 hərəkət zolaqlı olmaqla yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
10-06-2025, 16:17
20 yaşlı Dərya qarpızdan zəhərlənərək ölüb? - RƏSMİ


20 yaşlı Dərya qarpızdan zəhərlənərək ölüb? - RƏSMİ

Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin "qida zəhərlənməsi" (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

***

14:47

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Ağayeva zəhərlənərək həyatını itirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə iyunun 7-də baş verib.
Onun qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edildiyi bildirilib: "Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".
20 yaşlı qızın tələbə olduğu deyilsə də, "unikal" saytı bu məlumatın doğru olmadığını bildirib.
Məlumata görə, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib.
Məlumata görə, ondan sonra ailədən heç kim həmin qarpızdan yeməyib. Pirsinq və tatu ustası olan gənc qız Saatlı rayonunda dəfn olunub. O, ailənin tək qızı idi. Özündən böyük bir qardaşı var.
Qeyd edək ki, yaxınları onun tələbə olması haqqında yayılan məlumatları təkzib edib.


10-06-2025, 16:11
Oğlunu həbsdən azad emək üçün 22 min verdi, aldadıldı


Oğlunu həbsdən azad emək üçün 22 min verdi, aldadıldı

Lənkəran şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22200 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək biri 40000 manat, digəri isə 6000 ABŞ dolları olmaqla ümumilikdə 72400 manat dəyərində vəsaiti ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
10-06-2025, 15:54
Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq


Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq

Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.
Beləliklə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə ediləcək yeni - 30.4-1-ci maddəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanacaq.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən yeni - 48-1-ci maddəyə əsasən, “Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirəcəklər.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna kursantın vəzifələri ilə əlaqədar 139-1-139-4-cü maddələr təklif edilir. Layihəyə əsasən, kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdehdir. O, bilavasitə rəisinə tabedir.

Kursantın vəzifələrinə aşağıdakılar daxil olacaq:

- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;

- hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;

- təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

- öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

- hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;

- üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

- komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

- igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

- silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

- dövlət sirrini qorumaq;

- komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

- dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;

- hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;

- şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;

- silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;

- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;

- dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

- ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;

- böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.

Normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilməməlidir. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilir. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər.
Layihəyə görə, kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılırlar. Kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. 4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının yuxarıda qeyd edilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. Kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən buraxılması və geri qayıtması bu Nizamnamə ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına aşağıdakı həvəsləndirmələr tətbiq ediləcək:

- təşəkkür elan etmək;

- əvvəl verilmiş intizam cəzasını götürmək;

- fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;

- hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;

- hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;

- əlaçı döş nişanı ilə mükafatlandırmaq;

- adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri), kursantlar barədə qeyd olunan həvəsləndirmə tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malik olacaqlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara təşəkkür elan etmək və əvvəl verilmiş intizam cəzasını götürmək həvəsləndirmələri tətbiq etmək hüququna malik olacaqlar.
Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan kursantlar da təltif ediləcəklər.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları təhsilini başa vurduqda hissənin (gəminin) Fəxri kitabına adları yazılmaqla həvəsləndirilə bilər.
Kursantlara məzəmmət, töhmət, şiddətli töhmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənara növbəti buraxılmadan məhrumetmə (qadın hərbi qulluqçuları istisna olmaqla) və əlaçı döş nişanından məhrum etmə cəzası verilə biləcək.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara məzəmmət və töhmət intizam cəzalarını tətbiq etmək hüququna malik olacaqlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri)isə kursantlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malik olacaqlar.
Xidmət vərəqələri kursantlar üçün bölükdə doldurulacaq.
10-06-2025, 15:43
Yas mərasimlərində yemək verənlər CƏRİMƏLƏNƏCƏK?


Yas mərasimlərində yemək verənlər CƏRİMƏLƏNƏCƏK?

Azərbaycanın bir sıra rayonlarda yas mərasimləri
ilə bağlı yeni qaydaların tətbiq edildiyi barədə məlumat yayılıb. İddialara görə, yas mərasimlərində yemək verən şəxslər cərimə olunacaq. Rəsmi qurumlar cərimə barədə xəbərləri təkzib eləsə də, rayon ağsaqqallarının yas mərasimlərinin sadələşdirilməsi barədə qərara gəldikləri bildirilir.
Qeyd edək ki, yas mərasimlərində verilən ehsanların miqyası və təşkili son illərdə cəmiyyətin diqqət mərkəzində olan məsələlər sırasındadır. Bəzi hallarda israfçılıq və göstərişə çevrilən ehsanların dini və etik çərçivələrə uyğun olub-olmaması suallar doğurur. Bu sahəyə hüquqi nəzarətin tətbiqi də təklif edilir.
Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, bu məsələni daha çox maarifləndirmə və təbliğat yolu ilə aradan qaldırmaq lazımdır.
"İlk növbədə insanlar özləri bu təşəbbüsə dəstək verməlidirlər. Son vaxtlar bəzi rayonlarımızda, o cümlədən Füzuli və digər bölgələrdə bu istiqamətdə müsbət nümunələr müşahidə olunur", - o qeyd edib.
Deputat bildirib ki, məsələnin hüquqi baxımdan tənzimlənməsinə gəldikdə, adətən bu kimi təşəbbüslər ictimai münasibətlər çərçivəsində qiymətləndirilir və məcburi qaydada qadağan olunması qeyri-mümkün hesab olunur:
“Lakin mən düşünürəm ki, bu sahəni hüquqi şəkildə tənzimləmək mümkündür. Bəzi Orta Asiya ölkələri artıq bu istiqamətdə addımlar atıblar. Azərbaycanda da bu məsələyə Milli Məclisin Əmək və sosial siyasət komitəsi baxa bilər. Əgər siyasi iradə olarsa, aidiyyəti qurumların və sosial sahə üzrə mütəxəssislərin iştirakı ilə qanun layihəsinin hazırlanması mümkündür”.
Deputat, cərimə məsələsinin müzakirə oluna biləcəyini də vurğulayıb:
“Əgər konkret qaydalar qəbul olunarsa, onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi də əsaslandırıla bilər. Çünki bu gün yas mərasimləri cəmiyyətimizdə ciddi israfçılıqla müşayiət olunur və bu, həm mənəvi, həm də iqtisadi baxımdan insanlara əlavə yük yaradır. Bununla belə, hesab edirəm ki, məcburiyyət və cərimədən daha çox maarifləndirmə yolu ilə bu məsələnin həlli daha məqsədəuyğundur. Cəmiyyətin özü bu dəyişiklikləri qəbul etməli və tətbiq etməyə hazır olmalıdır, -deyə C.Məmmədov qeyd edib”.
10-06-2025, 15:38
Azərbaycanla Çin arasında viza ləğv edildi


Azərbaycanla Çin arasında viza ləğv edildi

Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləyib.
10-06-2025, 15:08
Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN


Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Qeyd edilib ki, qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!