“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                        Qazın ucuzlaşması davam edir .....                       
14-06-2025, 12:26
Azərbaycan “Orta Dəhliz”ə mədəniyyətlərarası dialoq kimi yanaşır


Azərbaycan “Orta Dəhliz”ə mədəniyyətlərarası dialoq kimi yanaşır

Azərbaycan “Orta Dəhliz”ə sadəcə nəqliyyat marşrutu kimi deyil, daha geniş mənada mədəniyyətlərarası dialoqun bir forması kimi baxır.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqa şəhərində keçirilən “GLOBSEC Forum 2025” çərçivəsində təşkil olunmuş “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti”( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) adlı paneldə çıxışı zamanı bildirib.
Hikmət Hacıyev qeyd edib ki, yollar Azərbaycanın qədimdən gələn mədəniyyət və sivilizasiya anlayışının bir hissəsidir və ölkəmiz tarixən İpək Yolunun üzərində yerləşərək bu dialoqun fəal iştirakçısı olub. O vurğulayıb ki, coğrafi mövqe olaraq şərq-qərb və şimal-cənub kəsişməsində yerləşməyimiz vacib olsa da, Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu potensialı reallaşdırmaq üçün praktiki addımlar atması əsas məsələ olub: “Biz quru ilə əhatələnmiş ölkə olaraq bu məhdudiyyəti üstünlüyə çevirməyə çalışmışıq”.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın bununla bağlı gördüyü işlər bir neçə əsas istiqaməti əhatə edir. İlk olaraq enerji sahəsində Bakı-Tbilisi-Ceyhan və digər boru kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən enerji dəhlizləri yaradılıb. Daha sonra ölkə daxilində avtomobil yolları və magistrallar inşa edilib və bunlar qonşu ölkələrlə də əlaqələndirilib.
O, həmçinin Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor kimi dəyərləndirildiyini, Mərkəzi Asiya ölkələri ilə dəniz nəqliyyatı vasitəsilə əməkdaşlıq qurulduğunu bildirib. Bununla yanaşı, hava nəqliyyatı sahəsində “hava İpək yolu” anlayışı formalaşdırılıb, Azərbaycanda hazırda 9 hava limanı fəaliyyət göstərir.
Hikmət Hacıyev çıxışında “rəqəmsal İpək yolu” təşəbbüsündən də danışıb. O bildirib ki, Azərbaycan hazırda qazaxıstanlı tərəfdaşlarla birlikdə Avrasiya qitəsi boyunca, Xəzər dənizi vasitəsilə yüksəksürətli internet bağlantısı qurur. Eyni zamanda, Xəzər dənizi regionunun bərpaolunan enerji potensialının Qara dəniz üzərindən Avropaya daşınması istiqamətində “bərpaolunan enerji dəhlizi” üzərində iş aparıldığını deyib.
“Bütün bu təşəbbüslər Azərbaycanın Şərq-Qərb bağlantısı və ümumilikdə əlaqəlilik konsepsiyasına verdiyi strateji töhfənin tərkib hissəsidir”, – deyə Hikmət Hacıyev vurğulayıb.
14-06-2025, 12:15
Qarabağda 58 şagird məzun oldu


Qarabağda 58 şagird məzun oldu

Bu gün respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib.
2024-2025-ci tədris ilində Qarabağ Regional Təhsil İdarəsi üzrə 7 013, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən isə 58 şagird məzun olub.
Bu tədris ilində 7 838 şagird birinci sinfi bitirib, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 6 173 uşaq təhsil alıb.
14-06-2025, 00:58
İrandan atılan 100 raket vuruldu


İrandan atılan 100 raket vuruldu

İran İsrailə doğru ən azı 100 raket atıb, onların əksəriyyəti vurulub və ya hədəfə çatmayıb, lakin bir neçə zərbə də olub.
Bunu İsrail ordusunun sözçüsü Efi Defrin deyib.
"Son bir saatda İrandan İsrailə doğru iki yer-yer raket dalğası olub. Onların əksəriyyəti vurulub, ya da hədəfə çatmayıb. Bəziləri havada vurulduqdan sonra qalıqlarının düşməsi nəticəsində dağıntılara səbəb olub", - deyə o bildirib.
14-06-2025, 00:19
"İran qırmızı xətləri keçdi"


"İran qırmızı xətləri keçdi"

İran İsrailin mülki yaşayış məntəqələrinə raket atmağa cəsarət etməklə qırmızı xətləri keçdi.
Bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
“Biz İranın öz cinayətkar əməllərinə görə çox yüksək cəzasını ödəməsindən əmin olana qədər İsrail vətəndaşlarını qorumağa davam edəcəyik”, - o bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu hazırda güc strukturları ilə görüş keçirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!