“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
15-06-2025, 17:30
Sabirabadda “Muğan” klinikası yanır


Sabirabadda “Muğan” klinikası yanır

Sabirabadda “Muğan” klinikası yanır.
Hadisə Muğan prospektində qeydə alınıb.
İlkin məlumata görə, klinika anidən alovlanaraq yanmağa başlayıb.
Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
15-06-2025, 17:15
Naxçıvanda avtobus aşdı - 4 nəfər xəsarət aldı


Naxçıvanda avtobus aşdı - 4 nəfər xəsarət aldı

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.
Hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
15-06-2025, 17:06
Çimərlikdə batan yeniyetmələrin meyitləri tapıldı


Çimərlikdə batan yeniyetmələrin meyitləri tapıldı

Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
FHN Mətbuat xidmətindən bildirilib ki, axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
15-06-2025, 16:54
İsrailə daha sarsıdıcı cavablar veriləcək - Pezeşkian


İsrailə daha sarsıdıcı cavablar veriləcək - Pezeşkian

“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu təcavüzlər təkrarlanarsa, daha ağrılı və sarsıdıcı cavablar veriləcək.”
Bunu İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian əlavə edib ki, “Sülh, təhlükəsizlik və sabitlik istəyən hər bir ölkə təcavüzə qarşı mübarizə cəbhəsində dayanmalıdır.”
O, həmçinin bildirib ki, “İraq hökuməti öz sərhədlərini və hava məkanını daha ciddi nəzarət altında saxlamalıdır ki, İraq ərazisindən İran İslam Respublikasına qarşı sui-istifadə edilməsin.”
İran Prezidenti bir daha İslam ölkələrinin təcavüzlərə qarşı ortaq məsuliyyət daşıdığını vurğulayıb.
Öz növbəsində, İraq Baş naziri əl-Sudani, İsrailin hücumları nəticəsində şəhid olmuş İranın yüksək rütbəli hərbi komandirləri və günahsız insanların itkisinə görə başsağlığı verib, və bildirib:
“Biz sizin yanınızdayıq və İran İslam Respublikası ilə eyni səngərdə dayanırıq. Təcavüzü qətiyyətlə pisləyirik.”
15-06-2025, 16:44
Qardaşlığımızın qiyamətə qədər davam etməsini arzulayırıq


Qardaşlığımızın qiyamətə qədər davam etməsini arzulayırıq

Türkiyə ilə Azərbaycan arasında dostluğun, qardaşlığın qiyamətə qədər davam etməsini arzulayırıq.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 15 iyun- Milli Qurtuluş Günü münasibətilə özünün “X” hesabındakı Azərbaycana təbrikində yazıb.
“Can Azərrbaycanın 15 iyun- Milli Qurtuluş Günü mübarək olsun. Azərbaycan qardaşlarımıza bu gün vəsiləsi ilə salamlarımızı çatdırıram”, - o bildirib.
15-06-2025, 15:50
Filarmoniya bağında külək ağacı qadının üzərinə aşırdı


Filarmoniya bağında külək ağacı qadının üzərinə aşırdı

Bakıda güclü küləyin təsiri nəticəsində qadının üstünə ağac aşıb.
Hadisə Filarmoniya bağında qeydə alınıb.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:00 radələrində Səbail rayonu ərazisindən bir nəfərin üzərinə ağac aşması hadisəsi səbəbi ilə çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub və hadisə yerində bir nəfərə (qadın cinsli) ilkin tibbi yardım göstərilib.
Qadın, sol bazunun travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
15-06-2025, 15:23
Lavrov Fidanla İsrailin İrana hücumunu müzakirə ediblər


Lavrov Fidanla İsrailin İrana hücumunu müzakirə ediblər

Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, iki nazir İsrail və İran arasındakı münaqişə və bu gərginliyin mümkün qlobal və regional nəticələrini müzakirə ediblər.
H.Fidan hadisələrin narahatlıq doğurduğunu və münaqişəyə son qoymağın və İranın nüvə fəaliyyətləri ilə bağlı mübahisənin həllinin yeganə yolunun diplomatiya olduğunu deyib.
15-06-2025, 15:14
İsrailin müdafiə naziri İranı yenidən hədələdi - Güclü zərbələr gözləyir


İsrailin müdafiə naziri İranı yenidən hədələdi - Güclü zərbələr gözləyir

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı daha ciddi hərbi zərbələr endirəcəyini bəyan edib.
Bu açıqlama İsrail ordusunun iranlılara hərbi obyektlərin yerləşdiyi əraziləri tərk etməyə çağırışından dərhal sonra verilib.
“Hərbçilər Tehranda və digər bölgələrdə hədəflərə zərbələr endirməklə İranı həm nüvə imkanlarından, həm də silah sistemlərindən məhrum edəcəklər”, – deyə İsrael Katz bildirib.
15-06-2025, 15:05
Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir


Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir

Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı "X" hesabında Azərbaycana təbrik paylaşımında qeyd olunub.
"Bir dəfə yüksələn bayraq, bir daha enməz. Tarix, dil, millətçilik şüuru ilə birləşən böyük türk dünyasının iki sarsılmaz dövləti: Türkiyə və Azərbaycan! “Bir Millət, İki Dövlət” anlayışı ilə hər zaman çiyin-çiyinə dayandığımız qardaş Azərbaycanın Milli Qurtuluş Gününü qeyd edirik, Azərbaycan xalqını sevgi və qürurla salamlayırıq", - paylaşımda bildirilib.
15-06-2025, 14:56
İrandan uçuşlarla bağlı yeni qərar


İrandan uçuşlarla bağlı yeni qərar

İran bütün uçuşların dayandırılmasının müddətini uzadıb.
Bildirilib ki, İran bütün daxili və beynəlxalq uçuşların ləğvini iyunun 16-sı Bakı vaxtı ilə saat 02:30-a qədər uzadıb.
Qeyd edək ki, İran iyunun 13-də həm daxili, həm də beynəlxalq uçuşları dayandırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!