Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
Dünən, 22:45
Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO


Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO

Bu gün - 26 İyun Silahlı Qüvvələr Günündə 2016-cı ilin aprel şəhidi kəşfiyyatçı polkovnik Sənan Axundovun ailəsində sevincli anlar yaşanıb.
Şəhid zabitin oğlu Tahir Axundov leytenant rütbəsilə hərbi məktəbdən məzun olub.
Tahir Axundov Bakıdakı İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın məzunudur. O, 2019-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müalicə işi ixtisasına (dövlət sifarişi) qəbul olunub. Elə həmin il də təhsilini davam etdirmək üçün Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Sankt Peterburq Ali Hərbi Tibb Akademiyasına göndərilib. Bu gün təhsilini başa vurub leytenat rütbəsilə Vətənə dönən Tahir Axundov hərbi cərrah kimi fəaliyyət göstərəcək.
Şəhid zabitin həyat yoldaşı Nəcibə Axundova bildirib ki, ailə üzvləri Tahirin Vətənə qayıdışı ilə əlaqədar Sənan Axundovun qəbrüstü abidəsini ziyarət edib, oğlunun hərbi tibb xidməti üzrə leytenat rütbəsini almağının sevincini şəhidlə bölüşüblər.
“Çox şükür, Silahlı Qüvvələr Gününü oğlumuz leytenant rütbəsində qeyd etdi. Bir ana üçün, bir Şəhid polkovnikin xanımı üçün bu sadəcə rütbə deyil. Bu həm də uzun və əziyyətli, məsuliyyətli və qüsursuz bir yolun uğurlu və qürurlu sonudur. Biz mərd və cəsarətli bir ailənin – zabit ailəsinin üzvləriyik!”.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov ailənin yeganə oğul övladı idi. O, Müdafiə Nazirliyində İnformasiya şöbəsinin sektor müdiri vəzifəsində xidmət etmişdi. Ailənin tək oğul övladı olmasına baxmayaraq, tutduğu vəzifədən imtina etmiş və könüllü şəkildə ön cəbhəyə getmişdi.
Sənan Tahir oğlu Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. 1993-cü ildə Axundovlar ailəsi Füzulidən məcburi köçkün düşüb. Sənan Axundov 1996-cı ildə Bakının Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbi bitirərək, Ali Hərbi Məktəbə daxil olub. 2001-ci ildə Ali Hərbi Məktəbi bitirib və "N" saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayıb.
2007-2009-cu illədrə Almaniya Federativ Respublikasının Hərbi Akademiyasında təhsil alıb.
Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alıb.
2012-2015-ci illərdə Almaniyada müxtəlif kəşfiyyat təlimlərində iştirak edib. 2012-ci ildə Türkiyədə hərbi təlim keçib.
2016-cı ildə Müdafiə Nazirliyindəki sektor müdiri vəzifəsindən imtina edərək könüllü şəkildə cəbhə bölgəsinə gedib. Onu kəşfiyyat bölüyünün komandiri təyin etmişdilər.
Sənan Axundov 2016-cı il aprelin 18-də "Aprel döyüşləri"ndən sonra Lələtəpə istiqamətində mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedən zaman minaya düşən silahdaşını - polkovnik-leytenant Vüqar Əbdüləzimovu xilas edərkən özü də minaya düşərək ağır yaralanıb. Onu Füzuli rayonu ərazisində yerləşən hərbi hospitala çatdırsalar da, həkimlər zabitimizin həyatını xilas edə bilməyiblər.
"Aprel döyüşləri"nin son şəhidi - polkovnik-leytenant Sənan Axundov Beyləqanda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında torpağa tapşırlıb. Şəhidin Tahir adlı oğul və Nəzrin adlı qız övladı yadigar qalıb.




Dünən, 22:12
Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov


Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutundakı çıxışında Bakının strateji prioritetləri, Ermənistanla sülh müqaviləsinin perspektivləri və Meksika ilə münasibətlərin inkişafı barədə danışıb.
Bu barədə məqalə Meksikanın “Revista Mundo Internacional” nəşrində dərc edilib.
Meksikaya rəsmi səfəri zamanı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutunda tələbələr, diplomatlar və dəvət olunmuş qonaqlar qarşısında açıq mühazirə ilə çıxış edib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.
Əmirbəyov üç mövzuya diqqət yönəldib: Azərbaycan – Meksika əlaqələrinin inkişafı, Cənubi Qafqazda geosiyasi dəyişikliklər və Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi.
“Coğrafi uzaqlığa baxmayaraq, beynəlxalq məsələlərdə ortaq mövqelərə əsaslanan çevik və konstruktiv siyasi dialoq inkişaf etdirmişik”, – deyə diplomat Azərbaycan – Meksika münasibətilərini şərh edərkən söyləyib. Onun sözlərinə görə, BMT çərçivəsində diplomatik əlaqələr həmişə beynəlxalq hüquqa qarşılıqlı hörmətlə fərqlənib.
O, xüsusilə ADA Universiteti ilə Matias Romero İnstitutu arasında Anlaşma Memorandumuna diqqət çəkərək akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu anlaşma “müəllim və tələbə mübadiləsi vasitəsilə cəmiyyətlərimizi yaxınlaşdırmağa imkan verəcək”.
İqtisadi məsələlərə gəlincə, Əmirbəyov ölkələr arasında ticarət həcminin 239 milyon dollar olduğunu, lakin potensialın daha çox olduğunu qeyd edib. “Ticarəti gücləndirmək üçün maraq sahələrini müəyyən etməliyik”, – Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi söyləyib.
Cənubi Qafqaz regionundakı transformasiyaları şərh edən diplomat yeni dünya nizamının yarandığını bildirib. Onun sözlərinə görə, ənənəvi ittifaqlar dəyişir, yeni konfiqurasiyalar meydana çıxır. “Regionumuz həm çağırışlar, həm də imkanlarla üzləşir”, – Əmirbəyov açıqlayıb.
O, ölkənin Şərqlə Qərb arasında enerji təchizatçısı və nəqliyyat qovşağı kimi strateji rolunu vurğulayıb.
Diplomatın sözlərinə görə, hərbi bloklara qoşulmama siyasəti və müstəqil xarici siyasətin dəstəklənməsində davamlılıq “bizi etibarlı, proqnozlaşdırıla bilən və etimad qazanmış tərəfdaş edir”: “Biz həmçinin regionlar arasında əlçatan danışıqçı, tez-tez nüfuzlu vasitəçi kimi çıxış edirik. Konsensusun qurulmasına dair bu öhdəlik Bakıda COP29-un ev sahibi kimi seçilməyimizə səbəb oldu və burada biz körpülər qurmaq və əsas qlobal oyunçular arasında vasitəçilik etməklə tarixi razılaşmalara kömək etdik”.
Ermənistanla sülh müqaviləsindən danışarkən Əmirbəyov qeyd edib ki, tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar. Bununla belə, bu yolda “iki maneəni aradan qaldırmaq lazımdır”. Birincisi, onun fikrincə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. İkincisi, o, hazırda köhnəlmiş və səmərəsiz hesab olunan “vasitəçilik institutlarını ləğv etməyi” zəruri olduğunu vurğulayıb.
Diplomat gələcək sülhün mühüm hissəsi kimi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin açılmasını qeyd edib. Diplomatın sözlərinə görə, bu, regionun logistika xəritəsini dəyişəcək və sabitliyi gücləndirəcək.
Sonda o, sülh sazişinin imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni bir səhifə açacağına əminliyini ifadə edib.
Dünən, 21:44
Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır


Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki vəziyyətlə bağlı razılığa gəliblər.
Bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İrana zərbə endirməsindən dərhal sonra Amerika lideri Donald Tramp, dövlət katibi Marko Rubio, İsrailin Baş naziri Benyamin Netanyahu və strateji işlər naziri Ron Dermer arasında dördtərəfli telefon danışığı olub.
İddia olunur ki, danışıqlar zamanı Tramp və Netanyahu beş bəndlik fəaliyyət planı üzərində razılığa gəliblər.
Amerika liderinin və Netanyahunun planına görə, Qəzza zolağında müharibə iki həftə ərzində başa çatmalıdır.
Planda HƏMAS rəhbərlərinin üçüncü ölkələrə deportasiya edilməsi və girovların azad olunması nəzərdə tutulur.
İsrail və ABŞ liderləri qərara gəliblər ki, bir neçə ölkə Qəzza sakinlərini qəbul edəcək.
Dünən, 20:44
Ronaldo Səudiyyə klubunda qaldı


Ronaldo Səudiyyə klubunda qaldı

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə yeni müqavilə imzalayıb.
Yeni sözləşmə 2027-ci ilədək olacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.
Dünən, 20:23
Putin Belarusdadır


Putin Belarusdadır

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.
Putinin təyyarəsi Minsk hava limanına enib.
Kreml Rusiya prezidentinin qarşılanma mərasimindən görüntülər yayıb.
Bildirilib ki, Putin Avasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Minskə səfər edib.
Dünən, 20:00
Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...”


Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...”

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayı ilə bağlı məhkəmənin qərarı iyunun 30-da açıqlanacaq.
Həmin gün Ankaranın 42-ci Asliye Mülki Məhkəməsində baxılacaq iş üzrə qərarın partiyanın gələcək rəhbərliyi üçün ciddi nəticələr doğura biləcəyi bildirilir.
Əgər məhkəmədən “mutlaq butlan” - yəni qurultayın nəticələrinin ləğvi qərarı çıxarsa, sabiq sədr Kamal Kılıçdaroğlu yenidən CHP-nin rəhbərliyinə qayıda bilər.
Mətbuatda Kılıçdaroğlu ilə bağlı müxtəlif şayiələr yayılsa da, sabiq partiya sədri susmağa üstünlük verib.
Buna baxmayaraq o, bu gün bəzi KİV-lərə açıqlama verib.
Kılıçdaroğlu məhkəmə qurultayın nəticəsini ləğv edərsə, partiyanı sahibsiz buraxmayacağını deyib. Bu barədə o, "Sözcü" qəzetinə danışıb.
“Qərarı tanımıram deyə bilmərəm. Əgər mən sədrliyi qəbul etməsəm, qəyyun riski ortaya çıxır. Qəyyum gələrsə, "13 il partiyanı idarə etdin, indi də buna göz yumdun" deyəcəklər. Mən partiyamı qəyyuma təhvil verə bilmərəm. CHP-nin DNT-si ilə oynanırlar, buna icazə verə bilmərik.”
TGRT-yə verdiyi müsahibədə də oxşar fikirləri təkrarlayan Kılıçdaroğlu qeyd edib ki, “mahkəmə qərarını tanımıram” deməyin mənası yoxdur. Onun sözlərinə görə, bu halda qəyyum təyin edilər və partiyanın nə zaman qurultaya gedəcəyi bəlli olmaz.
“CHP qəyyuma təslim edilə bilməz. Mən qəbul etməsəm, kim idarə edəcək? Bu, partiyanı sahibsiz buraxmaq deməkdir”, – deyə o bildirib.
Kılıçdaroğlu məhkəmə işində “zərərçəkən” statusunda olsa da, iyunun 30-da keçiriləcək iclasa qatılmayacağını açıqlayıb. Onun vəkili Celal Çelik bildirib ki, sabiq sədr prosesin hüquqi və siyasi hissələrindən uzaq durmağa üstünlük verir.
Dünən, 19:36
SEPAH generalının öldüyü təsdiqləndi


SEPAH generalının öldüyü təsdiqləndi

İsrailin hücumu nəticəsində SEPAH-ın daha bir generalının öldürüldyü məlum olub.
SEPAH-ın "Qüds" qanadının Fələstin bölməsinin rəhbəri Hacı Ramazan ləqəbli Səid İzədinin Tehranda İsrail tərəfindən öldürüldüyü təsdiqlənib.
Bildirilir ki, onun öldürülməsi barədə ilk məlumat verən İsrailin müdafiə naziri İsrael Katz olub. Katzın sözlərinə görə, S.İzədi HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücum etməyə hazırlaşdığı dövrdə təşkilatı maliyyələşdirib və silahlandırıb.
Dünən, 18:57
Məktəbin işçiləri direktorun maşınını yuyur? - Araşdırma başladı


Məktəbin işçiləri direktorun maşınını yuyur? - Araşdırma başladı

240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb.
Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Dünən, 18:46
Alim Qasımov tənqidlərə cavab verdi


Alim Qasımov tənqidlərə cavab verdi

Xalq artisti Alim Qasımov toyda rep dediyi üçün onu tənqid edənlərə cavab verib.
Xanəndənin sözlərinə görə, həmin video dost məclisində çəkilib.
“Dostumun toyu idi, dəvət etdilər. Mən də çıxdım ora zümzümə elədim. Mən bilməzdim ki.. Bu boyda muğamlar oxumuşam, heç onları demirlər. İki kəlmə ağlıma gələn sözü demişəm, onu yaydılar ki, o olmaz, bu olar. Mən rep deyənəm?! Qarğış edirlər, söyüş söyürlər. Mən heç vaxt peşman olmuram. Çünki o təb gələndə, camaatın xoşu gəlməsə də, deyirəm. Mən fikirləşmirəm ki, bu, kiminsə xoşuna gələcək və ya gəlməyəcək.
Təb gəldisə, gedir. Gələcəkdə inşallah, rep və muğamın birlikdə layihəsini də edəcəyik. Hətta bundan sonra elə edəcəyik ki, görsünlər rep də demək olar, meyxana da, muğam da, mahnı da oxumaq olar, amma eşqlə, ilhamla, səmimi... Tənqid edənlərin Allah canını sağ eləsin ki, məni işıqlandırdılar”, - deyə Alim Qasımov bildirib.
Qeyd edək ki, xalq artisti bir neçə gün öncə toyların birində rep deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Onun bu fərqli ifasını müsbət dəyərləndirənlərlə yanaşı, tənqid edənlər, yaşına yaraşdırmayanlar da var idi.
Dünən, 17:56
Paşinyan daha bir erməni keşişi cəzalandırır


Paşinyan daha bir erməni keşişi cəzalandırır

Ermənistanın Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyana cinayət işi açılıb.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, M.Ajapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci (Hakimiyyəti qəsb etməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtina etməyə və ya konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!