Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
Dünən, 17:42
Bakıda narkotik satan ata-oğul saxlanıldı


Bakıda narkotik satan ata-oğul saxlanıldı

Bakıda narkotik maddələr satan ata və oğlu saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, onlar narkotikləri soyuducuda saxlayıblar.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.
Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.
D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Dünən, 17:32
Netanyahu Trampa təşəkkür edib


Netanyahu Trampa təşəkkür edib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa əvvəlki bəyanatına görə təşəkkür edib.
Xatırladaq ki, Tramp İsrail liderinin İrana qarşı hərəkətlərini təqdir edib və baş nazirin korrupsiya məhkəməsinin ləğv edilməsini istəyib.
Netanyahu X sosial şəbəkəsində Trampa göstərdiyi böyük dəstəyə görə təşəkkür edib.
“Biz ümumi düşmənlərimizi məğlub etmək, girovlarımızı azad etmək və tezliklə sülh dairəsini genişləndirmək üçün birlikdə işləməyə davam edəcəyik", - o yazıb.
Dünən, 16:38
Türkiyə Azərbaycanın xəbəri olmadan heç nə etməyəcək - Şamil Ayrım


Türkiyə Azərbaycanın xəbəri olmadan heç nə etməyəcək - Şamil Ayrım

İyunun 20-də Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edib. Səfər çərçivəsində o, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşlə bağlı Türkiyə tərəfinin yaydığı məlumatda bildirilir ki, iki ölkə arasında təmaslar, Cənubi Qafqazda sülh və dialoq prosesi, regionla bağlı cari proseslər müzakirə olunub.
Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib və Türkiyənin bölgədə sülh naminə həyata keçirilən səylərə hər cür dəstək verməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq addımlar da müzakirə edilib.
Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olun üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Ərdoğanla Paşinyan arasındakı görüş konstruktiv keçib:
“Son dərəcə konstruktiv görüşlərin keçirildiyi bildirilir. Bundan bir gün əvvəl isə cənab Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevlə görüş keçirdi. Bu bölgədə davamlı sülh üçün Türkiyə-Azərbaycan-Ermənistan arasında danışıqlar aparılmalıdır. Türkiyə Azərbaycanın xəbəri olmadan nəsə etməyəcək. Bunun üçün də hamımız rahat olmalıyıq. Təbii ki, bütün tərəflər şərtlər uyğun olduğu halda sülh sazişinin tez bir zamanda imzalanmasını istəyir. Mənfi bir vəziyyət yoxdur”.
Sonda deputat vurğulayıb ki, Ermənistanın sərhədlə bağlı həssaslıqları var:
“Amma bunun üçün zamana ehtiyac var. Önümüzdəki günlər vacib günlərdir. İnşallah, yaxşı şeylər olacaq”.
Dünən, 16:25
Prezidentin xüsusi nümayəndəsindən İrəvana çağırış


Prezidentin xüsusi nümayəndəsindən İrəvana çağırış

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanı 2020-ci il atəşkəs sazişinin şərtlərini, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaları yerinə yetirməyə çağırıb.
O, İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində belə deyib.
"Biz Ermənistanın artıq 2020-ci ildə bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik", - Əmirbəyov vurğulayıb.
Onun sözlərinə görə, əsas məqamlardan biri Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi ilə maneəsiz əlaqəsinin təmin edilməsidir.
"Maneəsiz keçid o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmayacaq", - o əlavə edib.
E.Əmirbəyov Ermənistandakı mövcud vəziyyətə də diqqət çəkərək, ölkənin hazırda tam təcrid vəziyyətində olduğunu bildirib.
"Bütün əsas infrastruktur - neft-qaz kəmərləri, dəmir yolları və s. - Ermənistanı dolanaraq keçir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Açıq sərhədləri yalnız İran və Gürcüstanladır", - o deyib.
Diplomatın fikrincə, əldə olunan razılaşmalara əməl olunarsa, Ermənistan tranzit ölkəyə çevrilə və bununla da özünü regional təcrid vəziyyətdən çıxara bilər.
“Ermənistan əgər razılaşmalara əməl etsə, o da şərqdən-qərbə və qərbdən-şərqə keçən bütün ticarət və nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkəyə çevrilə bilər”, - o vurğulayıb.0
Elçin Əmirbəyov Ermənistanı öz Konstitusiyasını ölkələr arasında təklif olunan sülh sazişinin şərtlərinə uyğunlaşdırmağa çağırıb, onun imzalanmasına əsas maneənin məhz Konstitusiya ilə bağlı ziddiyyətlərin olduğunu qeyd edib.
E.Əmirbəyov bildirib ki, bütün maddələr razılaşdırılıb, lakin sazişin imzalanmasına Ermənistan Konstitusiyasında sülh sazişinin məzmununa zidd olan müddəaların yer alması mane olub:
"Biz Ermənistan tərəfinin öz Konstitusiyasına düzəlişlər etməsini, onu sazişin mətninə və ruhuna uyğunlaşdırmasını istəyirik", - o vurğulayıb.
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan revanşizmə və ya erməni tərəfinin mövqeyində yeni dəyişikliklərə məruz qalmayan davamlı sülh əldə etməyi hədəfləyir.
O qeyd edib ki, Ermənistan hökumətinin lazımi dəyişiklikləri etməkdən imtina etməsi Bakıda bəyan edilən niyyətlərin səmimiliyinə şübhələr yaradır.
"Ermənistan tərəfinin Konstitusiyaya dəyişikliklərdən imtina etməsi bəyanatlarının səmimiliyinə Azərbaycanda müəyyən şübhələr yaradır", - Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi deyib.
Eyni zamanda, E.Əmirbəyov danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib: "Görülən bütün işləri dəyərləndirsək, Ermənistan və Azərbaycan böyük məsafə qət ediblər. Odur ki, biz ümid edirik ki, Ermənistan tərəfi qalan iki məsələnin həlli üçün siyasi iradə nümayiş etdirəcək".
Ermənistanda Konstitusiya islahatının vaxtı ilə bağlı E.Əmirbəyov qeyd edib: “Ermənistan tərəfindən eşitdiyimiz odur ki, yeni Konstitusiya layihəsini gələn il - yəni 2026-cı ilin iyunundakı seçkidən sonra referenduma çıxarmağı planlaşdırırlar".
O əlavə edib ki, Azərbaycan bu müddətin çox uzun olduğunu düşünənlərlə eyni fikirdədir.
Dünən, 16:19
Tramp deyib ki, Putin Türkiyəyə gəlsə, o da gələcək - Ərdoğan


Tramp deyib ki, Putin Türkiyəyə gəlsə, o da gələcək - Ərdoğan

"Həm Ukrayna, həm də Rusiya bizə güvəndiklərini dəfələrlə göstəriblər. İstanbulda baş tutan danışıqlar sülhün qapısını açıb".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib:
"Biz bilirik ki, bu sahədə diplomatiyanı daraldan irəliləyişlər var, lakin sülhə kiçik bir ümid olsa belə, ona çalışacağıq. Bizim fikrimizcə, bəli, Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar olması üçün kiçik bir ümid var. Biz tərəfləri yenidən bir araya gətirmək üçün çalışacağıq... Bizim əsas məqsədimiz sülhün qurulması səviyyəsində görüş keçirməkdir. Bu barədə Tramp uzun müddətdir ki, liderlər səviyyəsində məlumatlandırıb. “Rusiya prezidenti Vladimir Putin həll üçün İstanbula və ya Ankaraya gəlsə, mən də lazımi görüşlər keçirmək üçn ən qısa zamanda ora gələcəm”,- Tramp deyib".
Dünən, 12:24
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib


Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - FOTO

Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.Qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədaları yerli sakinlərinə və şəhərin qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib.Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatdı.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarının azad olunması ilə nəticələnən bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.
Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!