Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
24-06-2025, 17:12
“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı


“Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadıldı

“Meydan" TV işi üzrə həbs olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu gün Xətai rayon Məhkəməsində keçirilən proseslərdə qərar verilib.
Qərara əsasən, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı), Ülviyyə Əli (Quliyeva) barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.
Onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.
Mart ayında isə Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.
24-06-2025, 17:07
İranda rejim dəyişikliyini istəmirəm, xaos ola bilər - Tramp


İranda rejim dəyişikliyini istəmirəm, xaos ola bilər - Tramp

ABŞ prezidenti Donald Tramp bu gün yenidən İranda rejim dəyişikliyini görmək istəmədiyini bildirib.
Bu barədə "Reuters" agentliyinin məlumatında bildirilib.
Onun fikrincə, bu, xaosa gətirib çıxaracaq.
Tramp NATO sammitinə gedən Air Force One təyyarəsində jurnalistlərə deyib ki, İranın nüvə silahı olmayacaq.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin ona zəng vurub İran probleminin həllinə kömək etməyi təklif edib.
24-06-2025, 17:00
İranda daha bir general öldürüldü


İranda daha bir general öldürüldü

İsrailin həyata keçirdiyi hücum nəticəsində İranda daha bir general öldürülüb.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı "Fərəc" kəşfiyyat xidmətinin rəis müavini, briqada generalı Əlirza Lütfi həyatını itirib.
24-06-2025, 16:45
Bakı İsraillə İran arasında atəşkəsi alqışlayır


Bakı İsraillə İran arasında atəşkəsi alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.
Nazirlikdən verilən məlumata görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.
Bildirilib ki, Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır:
"Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".
24-06-2025, 16:30
Nazir narazı müəllimlərə cavab verdi: “Ədalətsiz qərar vermirik”


Nazir narazı müəllimlərə cavab verdi: “Ədalətsiz qərar vermirik”

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyat müəllimlərinin builki sertifikatlaşdırma prosesi ilə bağlı narazılıqlara münasibət bildirib.
Nazir jurnalistlərə açıqlamasında sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacağını qeyd edib.
“Əgər təhlillər zamanı ciddi fərqlərin olduğunu görsək, müəyyən qərarlar verə bilərik. Xahişim odur ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik”, - E.Əmrullayev bildirib.
Nazir əlavə edib ki, imtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir:
“Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Cəmiyyətin başa düşməli olduğu əsas məqamlardan biri də budur ki, biz müxtəlif illərdə fərqli testlər təqdim edirik. Təbii olaraq, testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Sual isə budur: bu çətinlik fərqi nəticələrə təsir edəcək qədər əhəmiyyətlidirmi, ya yox? Bu kimi suallar bizə də çatır, eşidirik, bilirik”.
E.Əmrullayevin sözlərinə görə, hazırda testlərin təkrar yoxlanılması prosesi aparılır:
“Mənim yanaşmam belədir ki, bu, nazirlik üçün yüklü, amma müsbət və vacib bir prosesdir. Hər gün gecə saatlarınadək test sualları üzərində iş aparılır. Bu proses başa çatdıqdan sonra daxil olan bütün müraciətlərə mütləq şəkildə baxılacaq. Məqsəd kiminsə nəticəsini dəyişmək və ya əlavə bal yazmaq deyil. Məqsəd obyektiv təhlildir. Əgər aparılan təhlillər nəticəsində bəzi testlər arasında ciddi çətinlik fərqlərinin olduğu müəyyənləşərsə, o zaman müvafiq qərarlar verilə bilər. Yəni bu prosesin nəticələri elmi və obyektiv olacaq. Bizim tərəfimizdən bununla bağlı təhlillər aparılır və mən müəllimlərdən bir qədər səbirli olmalarını xahiş edirəm. Ona görə də bu təhlil prosesi bir neçə həftə çəkə bilər. Paralel olaraq, bizim digər proseslərimiz və prioritetlərimiz də mövcuddur.
Hər bir savadlı, bacarıqlı müəllim daim Elm və Təhsil Nazirliyinin dəstəyini hiss edəcək və onların yanında olduğumuzu bir daha nümayiş etdirəcəyik”.
24-06-2025, 16:19
Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə - FOTO


Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə - FOTO

Bu gün Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə birgə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.
Dövlət başçısı və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İstilik Elektrik Stansiyasına atılan raketin düşdüyü əraziyə baxıblar.
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.


24-06-2025, 15:48
Mütəşəkkil dəstənin 19 üzvü tutuldu - VİDEO


Mütəşəkkil dəstənin 19 üzvü tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-dən verilən xəbərə görə, nəticədə mütəşəkkil dəstənin daha 19 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.
Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

24-06-2025, 15:37
Məhərrəm İncə CHP-yə qayıtdı - YENİLƏNİB


Məhərrəm İncə CHP-yə qayıtdı - YENİLƏNİB

Məmləkət Partiyasının sədri Məhərrəm İncə yenidən CHP-yə üzv olub.
Bu barədə NTV məlumat yayıb.
Məhərrəm İncə CHP partiyasının parlament qrup iclasında iştirak edib və iştirakçılar qarşısında çıxış edib.

***

11:33

Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır.
İncə bu gün keçiriləcək CHP TBMM qrup iclasında yenidən CHP-ye qatılacaq.
CHP lideri Özgür Özəl Məhərrəm İncəyə döş nişanı təqdim edəcək.
Qeyd edək ki, Məhərrəm İncə Türkiyədə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultayla özünü buraxacaq.
24-06-2025, 15:02
Ərdoğan İsraillə İrana çağırış etdi


Ərdoğan İsraillə İrana çağırış etdi

Dünən axşam İsrail və İran arasında atəşkəs əldə olunmasını Türkiyə razılıqla qarşılayır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland səfərindən əvvəl təşkil edilmiş mətbuat konfransında danışıb.
O, İsraillə İranı əldə olunmuş atəşkəsə riayət etməyə çağırıb:
“Əvvəl də qeyd etdiyim kimi, bölgə yeni bir münaqişəyə dözə bilməz, yaranan gərginliklərin həll yolu yalnız diplomatiya olmalıdır”.
24-06-2025, 14:54
Baş nazir qərar imzaladı


Baş nazir qərar imzaladı

Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra - qurum) tərəfindən dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı təqdim olunan layihələrə onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyin verilməsi qaydasını müəyyən edir.
Qaydada istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, həmçinin digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!