İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
17-06-2025, 19:34
BQXK-nın Nümayəndəliyi fəaliyyətini dayandırır - RƏSMİ


BQXK-nın Nümayəndəliyi fəaliyyətini dayandırır - RƏSMİ

Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.
Qeyd edilib ki, münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul edilib, onların müraciətləri və qaldırdığı məsələlərə baxılıb, zəruri tədbirlər görülüb, siyahıların dəqiqləşdirilməsi və informasiya mübadiləsi aparılıb, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilib.
Vurğulanıb ki, BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq.
"Bildiririk ki, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hər zaman olduğu kimi, vətəndaşların müraciətlərinə baxılır, onlarla gündəlik təmaslar və İşçi qrupunda qəbullar davam etdirilir.
İtkin düşmüş yaxınları ilə bağlı məlumatların alınması, həmçinin onlara dair müvafiq materialların, ərizə və müraciətlərin təqdim edilməsi üçün vətəndaşlar info@human.gov.az elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 qaynar xəttindən istifadə etməklə İşçi qrupu ilə əlaqə saxlaya bilərlər.
Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 ünvanında yerləşir", - məlumatda vurğulanıb
17-06-2025, 19:29
Sahibə Qafarova həmkarı ilə görüşdü - FOTO


Sahibə Qafarova həmkarı ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə spiker Sahibə Qafarova iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafından məmnunluğunu bildirərək, dövlətlərarası əlaqələrimizin səmimi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib. Qonağın səfərinin əhəmiyyətini vurğulayan parlamentin spikeri, bu səfərin parlament sədrləri səviyyəsində ilk belə səfər olduğunu, onun iki ölkə və qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, Şimali Makedoniya Assambleyasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyasında iştirakı bu əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Söhbət zamanı Azərbaycan və Şimali Makedoniya arasında siyasi, iqtisadi, mədəni-humanitar, təhsil və elm sahələrini əhatə edən ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Dövlətlərarası əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin müstəsna rolu vurğulanıb, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın bu ilin mart ayında ölkəmizə rəsmi səfərinin və keçirilən səmərəli müzakirələrin əhəmiyyəti qeyd olunub. Ali qonaqla görüşünü məmnuniyyətlə xatırlayan Spiker Sahibə Qafarova, həmin səfərin dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri kimi parlamentlər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə söz açılaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin vacibliyi, həmçinin parlamentlərin profil komitələri və aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi ölkəmizə ilk rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirərək, Bakıya valeh olduğunu, son illər Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər və yüksək inkişaf dinamikasının Azərbaycan xalqının böyük əzm və səylə çətinliklərin öhdəsindən gəldiyini nümayiş etdirdiyini xüsusi vurğulayıb. O, Şimali Makedoniyanın dost ölkələrlə əlaqələri daha da genişləndirmək siyasəti apardığını qeyd edərək, Azərbaycanın yerləşdiyi regionda mühüm geosiyasi əhəmiyyətə malik olan ölkələrdən biri olduğunu və bu baxımdan onunla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Afrim Qaşi əlavə edib ki, parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasında da təmasların intensivləşməsinə, qarşılıqlı səfərlərin və görüşlərin sayının daha da artmasına təkan verəcək ki, bu da öz növbəsində oxşar tarixə və dəyərlərə malik xalqlarımızın yaxınlaşmasına və ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə səbəb olacaq. Eyni zamanda qeyd olunub ki, ikitərəfli münasibətlərin dərinləşməsi yalnız ölkələrimiz arasında əlaqələrin güclənməsinə deyil, eyni zamanda regional sülhün, sabitliyin və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə də töhfə verəcək.
Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən söz açaraq, ölkəmizin Ermənistanın 30 il davam edən işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, habelə ikili standartlarla üz-üzə qalıb, lakin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını özü təmin edərək işğala son qoyub. Görüşdə həmçinin postmünaqişə dövründə regionda yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib. Spiker vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır və bu sülhün əldə olunması regionda davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.

17-06-2025, 19:18
Həmin gün qızımın ad günü idi... - Vardanyanın məhkəməsi


Həmin gün qızımın ad günü idi... - Vardanyanın məhkəməsi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 17-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Əlizamin Qənbərov ifadəsində övladı Rəşad Qənbərlinin Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Laçın rayonunda həlak olduğunu deyib. Ə.Qənbərov ona dəyən zərərin ödənilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.
İfadə verən Sarıbala Həsənov övladı Səid Həsənovun Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.
Füzuli Qasımov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında oğlu İnqilab Qasımzadənin Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xankəndi şəhərində həyatını itirdiyini söyləyib.
İlahə Eyvazova ifadəsində həyat yoldaşı Tural Cahangirovun Kəlbəcərdə düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində həlak olduğunu deyib. “Həmin gün qızımın ad günü idi”, - deyə o əlavə edib.
Aynur Mürsəlova ifadəsində həyat yoldaşı Zahir Əliyevin Kəlbəcərdə düşmən tərəfindən açılan atəş nəticəsində həyatını itirdiyini bildirib.
Zərərçəkmiş Hüseyn Babayev ifadəsində Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələr tərəfindən atılmış mərminin partlaması nəticəsində sol qulaq və boyun nahiyəsindən xəsarətlər aldığını söyləyib.
Məhkəmədə ifadə verən Əsgər Dövlətov düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində yaralanıb. Zərərçəkmiş bildirib ki, həmin gün Şuşa rayonunun Xəlfəli kəndində düşmənin açdığı atəşlər nəticəsində onunla birlikdə Ayxan Kərimli, Musa Orucov və Yusif Məcidli də müxtəlif növ bədən xəsarətləri alıb, bir neçə nəfər isə həlak olub. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, həmin vaxt düşmən mütəmadi olaraq təxribatlar törədərək ərazilərimizə müxtəlif silahlardan atəş açıb.
Zərərçəkmiş şəxs Sübhan Qardaşxanov Ağdam rayonu istiqamətində atılmış mərminin yaxınlığa düşüb partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alıb. Hadisə zamanı Mehdi Abbasov, Devid Cəlilov, Rəsul Teymurov, Əli Tağıyev və Cavad Məhərrəmov həlak olub, daha bir neçə nəfər isə yaralanıb. O, hadisədən əvvəl də düşmən tərəfin mütəmadi olaraq təxribat törətdiyini, atəş açdığını bildirib.
Zərərçəkmiş Rövşən Xəlilov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin snayper atəşi və atdıqları artilleriya mərmisinin partlaması nəticəsində xəsarətlər alıb. Həmin vaxt yanında olan İsmayıl Həşimov da yaralanıb.
Zərərçəkmiş Nicat Qasımov düşmənin açdığı artilleriya atəşi nəticəsində Füzulidə yaralandığını deyib.
Ayaz Həsənli ifadəsində Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.
Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayevin suallarına cavablarında zərərçəkmiş şəxslər bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizdə intensiv şəkildə genişmiqyaslı təxribatlar törədiblər.
Ceyhun Hüseynov Zəngilan rayonunda düşmən tərəfindən atılmış qumbaraatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. “Düşmən əvvəlcə artilleriya atəşi açdı, sonra isə canlı qüvvə ilə hücuma keçməyə cəhd etdi”, - deyə o bildirib.
Zərərçəkmiş şəxslər Tural Zeynalov, Şahin Əhmədov, Zeynal Cəbrayılov, Mehdi Yusifov, Rəsul Feyzullayev ifadələrində Zəngilan rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını diqqətə çatdırıblar.
Təbriz Abuşov ifadəsində Xocalı rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını söyləyib.
Zərərçəkənlər İlham İsrayılov və Namiq Əliyev Ağdamda artilleriya mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.
Zərərçəkən Atalı Soltanəli də düşmənin genişmiqyaslı təxribatı nəticəsində Ağdərə istiqamətində yaralanıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında o deyib ki, hadisə zamanı yanındakı şəxslər həlak olublar.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.



17-06-2025, 18:36
İsrail İranda hakimiyyəti dəyişmək istəyir, ABŞ isə razı deyil...


İsrail İranda hakimiyyəti dəyişmək istəyir, ABŞ isə razı deyil...

ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya İsrailin İranın nüvə potensialını məhv etmək istəyini dəstəkləyir, lakin İslam Respublikasında hökuməti dəyişmək istəyini bölüşmür.
Bu barədə "Axios" portalı adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb.
Nəşrin yazdığına görə, Tramp İranın 86 yaşlı ali lideri Əli Xamneyinin öldürülməsi planına qarşı çıxıb.
Baş nazir Benyamin Netanyahu dünən deyib ki, İsrail İranın nüvə proqramını məhv etmək, onu ballistik raketlər istehsal etmək imkanından məhrum etmək və regionda iranpərəst hərbi və siyasi qüvvələri aradan qaldırmaq məqsədi daşıyır. O qeyd edib ki, hərbi əməliyyat respublikada hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər.
Ancaq adını açıqlamayan İsrail rəsmiləri İranda rejim dəyişikliyinin İsrailin təhlükəsizlik kabinetinin təsdiqlədiyi hədəflər arasında olmadığını bildiriblər. Hərbçilər hökumətdən belə bir göstəriş almadıqlarını vurğulayıblar.
17-06-2025, 18:26
İsrail İran neftini hədəfə aldı


İsrail İran neftini hədəfə aldı

İsrail İranın İsfahan şəhərinə zərbələr endirib.
Bu barədə İran KİV-ləri yazıb.
Bildirilir ki, şəhər yerləşən neft emalı zavodu hədəfə alınıb.
İtkilər barədə məlumat verilməyib.
17-06-2025, 18:15
60-dan artıq vətəndaşımız Azərbaycana təxliyə edilib


60-dan artıq vətəndaşımız Azərbaycana təxliyə edilib

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki Səfirliyimizdə, İran İslam Respublikasındakı Səfirliyimizdə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir. İsraildə vətəndaşlarımız müvafiq olaraq qonşu Misir və İordaniyaya yönləndirilir.
İndiyə qədər İrandakı Səfirliyimiz və Baş Konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib. Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hal-hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur.
İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb.
17-06-2025, 17:53
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub


Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub

Bu günədək 46 656 taksi sürücüsü nəzəri və praktiki təlimlərə cəlb olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, proqramın yekununda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil edilir. İndiyədək 35 929 sürücü imtahandan keçib.
Qeyd edək ki, təlim zamanı iştirakçıları taksi ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib.
Taksi minik avtomobilində sürmə təlimi zamanı hərəkətə başlama, manevretmə və avtomobillərin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına uyğun idarəetmə, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, mürəkkəb yol şəraitində, eləcə də hərəkətin intensiv olduğu yollarda və sutkanın qaranlıq vaxtı taksi minik avtomobilinin idarə edilməsi aşılanır.
17-06-2025, 17:46
Paşinyan Ərdoğanın qəbuluna bu qovluğu aparır - Təfərrüat AÇIQLANDI


Paşinyan Ərdoğanın qəbuluna bu qovluğu aparır - Təfərrüat AÇIQLANDI

Ermənistanın Baş naziri Nikol Paşinya iyunun 20-də Türkiyə Prezidenti Rəcəb Ərdoğanın dəvəti ilə Ankaraya gedir. Ermənistan parlamentinin sədri Alen Simonyan mətbuatda yayılan məlumatı təsdiqləyib və bunu “tarixi səfər” adlandırıb.
"Hesab edirəm ki, bu səfər tarixidir. Çünki Ermənistan lideri ilk dəfədir ki, belə səviyyədə səfər edəcək", - o, parlamentdə jurnalistlərə deyib.
A.Simonyan bunun rəsmi və ya işgüzar səfər olduğunu izah etməkdə çətinlik çəkib.
Parlament sədrinin sözlərinə görə, bu səfər hökumətin İran-İsrail gərginliyi ilə bağlı yaranan risklərin neytrallaşdırılmasına yönəlmiş addımlarından biri sayıla bilər.
Spiker səfərin təfərrüatları və proqramını açıqlamayıb və jurnalostlərə Baş nazirin mətbuat xidməti ilə əlaqə saxlamağı təklif edib.
Eyni zamanda, Simonyan əlavə edib ki, Ankarada bütün regional məsələlər müzakirə olunacaq.
Ermənistanın “24News” agentliyi isə diplomatik mənbəyə istinadən xəbər verib ki, Ərdoğan-Paşinyan görüşündə əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi gözlənilir.
Agentliyin məlumatına görə, Paşinyan Ərdoğana Erməni Apostol Kilsəsini özünə tabe olmağa və Rusiya bazasını Gümrüdən çıxarmağa söz verib. Yolların açılması ilə bağlı üçüncü məqamın da müzakirə mövzusu olduğu qeyd edilib.
“24News” diplomatik mənbəyə istinadən yazır ki, Nikol Paşinyan prezident Ərdoğanla Ermənistan-Azərbaycan sülh müqaviləsinin şərtlərini razılaşdırmaq üçün Türkiyəyə səfər edir.
Qeyd edilir ki, Paşinyan Ərdoğanla sülh müqaviləsinin imzalanacağı yer məsələsini müzakirə edəcək: birinci variant Vaşinqtondur (bu ilin sentyabrında), ikinci variant Birləşmiş Ərəb Əmirlikləridir (ehtimal ki, dekabrda).
Martın 13-də məlum olub ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.
İrəvan və Bakı arasındakı sülh müqaviləsi 17 maddədən ibarətdir.
17-06-2025, 17:33
Kəmaləddin Heydərov onu rəis təyin etdi


Kəmaləddin Heydərov onu rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.
Müvafiq əmr fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən imzalanıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polkovnik Rövşən Nəbiyev gətirilib. O, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polkovnik Rövşən Nəbiyevlə görüşüb.
Qeyd edək ki, bundan əvvəl Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan polkovnik Elnur Məhərrəmov ötən ay həmin vəzifədən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunub.
17-06-2025, 17:25
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı - VİDEO


“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı - VİDEO

“Tiktok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb. O, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif Mamedov” adlı səhifələr açaraq orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar-kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib. F.Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır. F.Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərinə aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirnikləndirici təklifləri qəbul etməsinlər. Maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!