Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                        Peskovdan Azərbaycan-Rusiya əlaqələri barədə daha bir AÇIQLAMA .....                        Sumqayıtda oğul atasını döyərək öldürdü .....                        “Neftçi” heç-heçə etdi .....                        Daxili işlər naziri adından saxta şərh yayıldı .....                       
17-06-2025, 16:01
Azərbaycana radiasiya təhlükəsi varmı? - Radiasiya İnstutundan cavab


Azərbaycana radiasiya təhlükəsi varmı? - Radiasiya İnstutundan cavab

İsrail-İran münaqişəsi regionda geosiyasi tarazılığı pozulmasına səbəb olub. Lakin regional təhlükəsizliyə yaranmış təhdid yalnız bu iki ölkə ilə məhdudlaşmır. Münaqişənin mümkün genişlənməsi və nüvə obyektlərinin hədəf alınması ətraf ölkələr, o cümlədən Azərbaycan üçün potensial radiasiya risklərini gündəmə gətirir.
Radiasiya Problemləri İnstutunun baş direktoru, professor İslam Mustafayev bildirib ki, hazırki vəziyyətdə Azərbaycana ciddi radioaktiv təhlükə yoxdur. Onun sözlərinə görə, İranda ən böyük nüvə obyekti Buşəhrdə yerləşən atom elektrik stansiyasıdır:
“İsrailin atom elektrik stansiyasını vurma ehtimalı çox aşağıdır. Çünki bu obyekt Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qorunur. Belə bir hadisə olsa, regionda ciddi nəticələr meydana gələ bilər. Məsələn, Çernobıl nüvə fəlakətinin təsiri minlərlə kilometr uzağa çatmışdı”.
Professor həmçinin onu da qeyd edib ki, təsirlər insanlar üzərində də ola bilər:
“Məsələn, yaşayış şəraiti pisləşə bilər və ya insanların ərazilərini tərk etməyə məcbur olması mümkündür. Lakin belə bir vəziyyət real görünmür, çünki atom elektrik stansiyası bizdən 1000 km-dən uzaqdadır. Eləcə də, regionda uran zənginləşdirmə kombinatlarının olması faktı da mövcuddur. Bu kombinatlar atom reaktorları üçün yanacaq istehsal edir və eyni zamanda nüvə silahı, atom bombası üçün də istifadə oluna biləcək zənginləşdirilmiş uran hazırlayır. Hazırda bölgədə 17 belə uran zənginləşdirmə kombinatı mövcuddur”.
İ.Mustafayev vurğulayıb ki, belə obyektlərin dağıdılması mümkündür, məsələn, binası və idarəetmə ofisi hədəf alınaraq zərər verilə bilər. Ancaq bu obyektlərin çoxu yerin 80 metr dərinliyində yerləşir və həmin dərinlikdə əməliyyat aparmaq çox çətin və risklidir:
“Bizim bu obyektlərin dəqiq yerini bilmək imkanımız yoxdur. Amma əgər bu kombinatlar Azərbaycanın sərhədlərinə yaxın bir ərazidə yerləşirsə, məsələn, Təbriz, Ərdəbil və ya Xəzər sahilində, o zaman bu obyektlərə hər hansı bir zərbə vurularsa, bizə təsiri ola bilər. Xüsusilə Araz çayı bu əraziləri ayıran təbii sərhəd olduğu üçün, bu amil də nəzərə alınmalıdır. Lakin hazırkı şəraitdə bu barədə dəqiq bir fikir söyləmək çətindir", - deyə o söyləyib.
17-06-2025, 15:33
Ölkəmizdə qızıl istehsalı 64 faiz artıb


Ölkəmizdə qızıl istehsalı 64 faiz artıb

Cari ilin yanvar-may aylarında qızıl istehsalı 63,9 faiz artaraq 1297,8 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azalaraq 119,4 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 23,8 faiz artaraq 1686,9 kiloqram təşkil edib.
İyunun 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq 583,6 kiloqram qeydə alınıb.
17-06-2025, 15:20
Ümit Özdağ azadlığa buraxıldı


Ümit Özdağ azadlığa buraxıldı

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.
Bu barədə NTV məlumat yayıb.
Qeyd edək ki, Ümit Özdağ bu ilin yanvar ayında saxlanılıb. Bir müddət əvvəl prokuror Zəfər Partiyasının sədri Ümit Özdağa 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istəyib.
17-06-2025, 15:00
İran yüksək vəzifəli şəxslərə bu avadanlıqlardan istifadəni qadağan etdi


İran yüksək vəzifəli şəxslərə bu avadanlıqlardan istifadəni qadağan etdi

İranın Kibertəhlükəsizlik Komandanlığı məmurlara, rütbəli şəxslərə və onların mühafizə qruplarına ictimai rabitə və telekommunikasiya şəbəkələrinə qoşulmuş bütün avadanlıqlardan istifadə etməyi qadağan edib.
Bu barədə İran mediası məlumat yayıb.
Qeyd edək ki, son bir neçə saat ərzində bəzi İsrail media qurumları Livandakı Hizbullah peycer hadisəsinə və bununla bağlı insidentlərin İranda baş verə biləcəyinə işarə ediblər.
17-06-2025, 14:32
Nikahlar artıb, boşanmalar azalıb - Yeni statistika


Nikahlar artıb, boşanmalar azalıb - Yeni statistika

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 953 nikah və 6 min 784 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
17-06-2025, 14:25
Azərbaycan əhalisinin sayı AÇIQLANDI


Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 11338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 236 min 227 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
17-06-2025, 14:19
Azərbaycandan İsrail rəhbərliyinə mesaj


Azərbaycandan İsrail rəhbərliyinə mesaj

İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur.
İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır.
Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.
17-06-2025, 14:12
Kiyevdə matəm günü elan olundu


Kiyevdə matəm günü elan olundu

Rusiya hərbçilərinin Ukrayna paytaxtına kütləvi hücumu nəticəsində həlak olanlar üçün sabah, iyunun 18-də Kiyevdə matəm günü elan edilib.
Qurbanların xatirəsinə ehtiram əlaməti olaraq bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Bu qaydaya dövlət orqanları və özəl qurumlarda əməl edilməsi tövsiyə olunur.
Bu gün şəhərdə bütün əyləncə tədbirlərinin keçirilməsi qadağandır. Raket zərbələrindən sonra dağıntıların altından insanların çıxarılması davam edir. Hazırda Darnitski rayonunda 3 nəfərin öldüyü təsdiqlənib.
Kliçkonun sözlərinə görə, Solomenski rayonunda axtarış-xilasetmə əməliyyatları davam edir. Yaralıların ümumi sayı artıq 114 nəfərə çatıb.
Qeyd edək ki, iyunun 17-nə keçən gecə Rusiya “Şahed” tipli hücum pilotsuz uçuş aparatları və müxtəlif növ raketlərdən istifadə etməklə Kiyevə kütləvi hücum həyata keçirib.
Gecə ərzində şəhərə 400-dən çox zərbə endirilib, onların əhəmiyyətli hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, lakin bəzi raketlər hədəflərinə çatıb.
Hücum nəticəsində yaşayış binalarına, infrastruktura və nəqliyyata ziyan dəyib. Xüsusilə, paytaxtın Darnitski, Solomenski və digər rayonları zərər görüb. Rəsmi məlumatlara görə, azı 14 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Xilasetmə xidmətləri dağıntıları təmizləməyə və hücumun nəticələrini aradan qaldırmağa davam edir.
17-06-2025, 14:05
ABŞ-ın İrana zərbə endirmək planı yoxdur - Pentaqon


ABŞ-ın İrana zərbə endirmək planı yoxdur - Pentaqon

ABŞ İrana zərbə endirmək niyyətində deyil, lakin Vaşinqton regiondakı maraqlarını müdafiə etməkdə qərarlıdır.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Şon Parnell özünün sosial media hesabında yazıb.
Bir müddət öncə, Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın Yaxın Şərq regionuna əlavə qüvvələr yerləşdirdiyini bəyan edib.
Bu arada Birləşmiş Ştatlar Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərib. “Fox News” telekanalının məlumatına görə, “USS Nimitz” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu Cənubi Çin dənizindən Ərəb dənizinə yollanıb. “USS Carl Vinson” təyyarədaşıyan gəmisi isə artıq regiona çatıb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Tehran isə buna cavab olaraq İsrail ərazisinə ballistik raket və PUA hücumu həyata keçirib. Hazırda qarşılıqlı hücumlar davam edir.
17-06-2025, 13:58
Dostunu pul üstündə güllələdi - Təfərrüat


Dostunu pul üstündə güllələdi - Təfərrüat

İyun ayının 15-də Gəncədə baş verən qətlin bəzi detalları üzə çıxıb.
42 yaşlı Vüsal Əhmədov tanışı 45 yaşlı Rövşən Hətəmov tərəfindən pul üstündə güllələnərək öldürülüb. Hər iki şəxsin yaxın dost olduğu bildirilir.
Məlumata görə, mərhumla hadisəni törədən şəxs birlikdə sürücü işləyiblər. Araşdırma zamamı məlum olub ki, hadisəni törədən Rövşən Hətəmovun mərhum Vüsal Əhmədova pul borucu olub. Onların arasında bir neçə dəfə pul üstə mübahisə olub. Belə ki, hadisə baş verən gecə Rövşən Hətəmov mərhum Vüsal Əhmədovun Cavadxan qəsbəsində yaşadığı ünvana gəlib. Bu zaman onların arasında yenidən mübahisə düşüb. Mübahisə zamanı Rövşən Hətəmov özü ilə gətirdiyi ov tüfəngi ilə Vüsal Əhmədova iki dəfə atəş açıb. Hər iki şəxs TIR sürücü olub. Hadisədən bir neçə gün əvvəl Vüsal Əhmədova məxsus TIR markalı yük maşının mühərrikində nasazlıq yaranıb. Bundan sonra hadisənin törədən Rövşən Hətəmov mərhum Vüsal Əhmədova bildirib ki, onla daha birlikdə sürücü işləməyəcək.
Qətlə yetirilən Vüsal Əhmədov ailəli olub. Onun 2 qızı və bir oğlu var.
Qeyd edək ki, hadisə iyun ayının 15-də şəhərin Cavadxan qəsəbəsində baş verib. Belə ki,Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Vüsal Əhmədov odlu silahdan açılan güllə yarası ilə xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən 1983-cü il təvəllüdlü Vüsal Əhmədovu Göygöl rayon sakini 1980-ci il təvəllüdlü Rövşən Hətəmov aralarında baş verən mübahisə zamanı ov tüfəngi ilə atəş açaraq öldürüb. Polis əməkdaşları tərəfindən hadisəni törədən 45 yaşlı Göygöl rayon sakini Rövşən Hətəmov saxlanılıb.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!