Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
28-06-2025, 13:20
Narkotikdən istifadə edən sürücü saxlanıldı


Narkotikdən istifadə edən sürücü saxlanıldı

Sabirabad rayon sakini Xəyal Mustafayev “Toyota” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının stasionar postunda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan Xəyal Mustafayev inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
28-06-2025, 13:15
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO


İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO

Bir qrup İran əsilli xarici vətəndaş növbəti humanitar əməliyyat çərçivəsində Azərbaycan ərazisinə təxliyə olunub.
Təxliyə prosesi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində beynəlxalq humanitar normalara uyğun şəkildə təşkil edilib. Vətəndaşlar sənədləşmə, sərhəd və tibbi yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar.
Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər. Həmin şəxslər üçün ayrılmış nəqliyyat vasitələri ilə Bakı istiqamətində hərəkət təmin olunub. Hazırda digər ölkə vətəndaşlarının da təxliyəsi davam etdirilir.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.



28-06-2025, 12:57
Masallıda minik maşını "KamAZ"la toqquşdu - Ölən və yaralılar var


Masallıda minik maşını "KamAZ"la toqquşdu - Ölən və yaralılar var

Masallıda ölümlə nəticələnən qəza baş verib.
Hadisə səhər saatlarında Ələt-Astara magistralında Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayonunun Ərkivan qəsəbə sakini 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyev idarə etdiyi "KİA Optima" markalı minik maşını "Kamaz" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Masallı rayonunun Ərkivan qəsəbə sakinləri 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralıların müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
28-06-2025, 12:44
Gəncədə fəhlə iş vaxtı öldü


Gəncədə fəhlə iş vaxtı öldü

Gəncədə fəhlə işləyən şəxs qəfildən dünyasını dəyişib.
Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, şəhərdəki tikintidə fəhlə işləyən 52 yaşlı kişinin iş vaxtı anidən halı pisləşib. İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ölən şəxsin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
28-06-2025, 12:35
XİN-dən İran səfirinin təxribatçı çıxışlarına cavab


XİN-dən İran səfirinin təxribatçı çıxışlarına cavab

"İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik".
Bu sözləri Azərbyacan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını şərh edərkən deyib.
O bildirib ki, səfir tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qərbi Azərbaycan İcması ilə bağlı İstanbulda qəbul olunmuş qərarların manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud pozuntularla indiki Ermənistan ərazisindən qovulmuş İcmaya qarşı ədalətin və insan haqlarının qorunması istiqamətində qərarların açıq niyyətini təhrif etdiyi üçün təəccüb və qəzəb doğurur.
"Əgər səfir İƏT-in qəbul etdiyi qərarların mətnindən xəbərsizdirsə, onları diqqətlə oxumağı tövsiyə edərdik. Qərarlar, o cümlədən “İndiki Ermənistan ərazisindən zorla və sistemli surətdə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan danılmaz tarixi faktları əks etdirir. Bu qətnamələr Ermənistanın yalandan təqdim etdiyi və İran səfirinin səsləndirdiyi ərazi iddialarını deyil, didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının bərpasını tələb edir. Bundan əlavə, qətnamə digər məsələlər yanaşı, Ermənistanın İcmanın fundamental hüquqlarını davamlı olaraq inkar etməsini qınayır.
Səfirin Ermənistanın ehtiyaclarını ödəməyə hesablanmış saxta bəyanatları Qərbi Azərbaycan İcması ilə bağlı qərarları 57 ölkə ilə birlikdə dəstəkləmiş xarici işlər naziri səviyyəsində İstanbulda təmsil olunmuş İran İslam Respublikasının mövqeyi ilə ziddiyyət təşkil etdiyinə görə xüsusilə təhlükəlidir.
Səfirin mütəmadi və sistematik olaraq Azərbaycan əleyhinə təxribat xarakterli çıxışları Azərbaycan və İran arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır.
Ermənistanın təhriflərinin bu cür şövqlə, Papadan daha çox katolik olmaqla təşviq edilməsi şərəf gətirməyəcək", - o deyib.
28-06-2025, 12:28
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-ə çatdı


Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-ə çatdı

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü - Səfərov Ayaz Möhbalı oğlu və onun qardaşı Səfərov Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.
Bu barədə Səfərovlar ailəsindən məlumat verilib.
Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.
Xatırladaq ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yeterilib.
27-06-2025, 20:31
İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı


İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı

“İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik”.
Bu haqda XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycan ərazisindən guya İrana qarşı istifadə edilməsi ilə bağlı əsassız iddialarına dair şərhində deyilir.
Bildirilir ki, bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir.
“Azərbaycan Prezidentinin İran Pezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda İran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk.
Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur.
İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik”, - o, bildirib.
27-06-2025, 19:50
Rusiyadan Ermənistana XƏBƏRDARLIQ


Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

Rusiya Ermənistana məktub hazırlayır, məktubda ölkənin Avropa İttifaqı ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər olduğunu qeyd edir.
Bunu Rusiya baş nazirin müavini Aleksey Overçuk TASS-a deyib.
“Mən həmkarım Mqer Qerbertoviçə (Ermənistanın baş nazirinin müavini Qriqoryan-red) ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, bizim fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma normaları-red) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir. Buna uyğun olaraq, biz müvafiq tədbirlərin görülməsi məsələsinə baxacağıq", - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.
27-06-2025, 19:37
Əməkdar artist xəstəxanaya yerləşdirildi


Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər məlumat verib.
Veriliş zamanı aktyor özü də xəstəxanadan görüntülü bağlantı ilə efirə qoşularaq vəziyyəti barədə danışıb.
Rəhman Rəhmanov bildirib ki, son günlərdə burnundan şiddətli qanaxmalar baş verib:
"65 yaşım var, bu günə qədər burnumdan qan gəldiyini görməmişdim. Dörd gündür ki, mütəmadi şəkildə burnumdan sel kimi qan axırdı. Gecə saatlarında təcili yardıma müraciət etdim və xəstəxanaya aparıldım. Orada qanaxma dayandırıldı. Lakin evə qayıtdıqdan sonra qan yenidən axmağa başladı. Daha sonra başqa bir həkimə müraciət etdim. İndi vəziyyətim stabildir və ümid edirəm ki, tezliklə tam sağalacağam".
27-06-2025, 19:26
3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO


3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO

Son günlər Şamaxı rayonunun Qaleybuğurd, Sis, Qaladərəsi və Keçmədin kəndlərinə aparan avtomobil yollarında təbii amillərin təsiri nəticəsində müəyyən çətinliklər yaranıb.
Torpaq sürüşməsi səbəbindən yolların bir neçə hissəsində deformasiya müşahidə olunur. Bəzi sahələrdə iri qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Bu hallar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə təsir göstərərək, bölgəyə gediş-gəlişdə müəyyən çətinliklər yaradır.
Şamaxının həmin kəndləri həm yerli əhali, həm də turistlər tərəfindən intensiv istifadə olunur. Bu yaşayış məntəqələri regionun turizm xəritəsində mühüm yer tutur. Qeyd olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün də yol infrastrukturunun əlverişli olması xüsusi əhəmiyyət daşıyır. Həm yerli sakinlərin, həm də bölgəyə üz tutan turistlərin rahat və təhlükəsiz şəkildə hərəkəti üçün yol şəraitinin yaxşılaşdırılması vacib hesab olunur.
Əraziyə baxış keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sahə rəisi Anar Hacıyev bildirib ki, mövcud vəziyyət diqqətlə izlənilir və zəruri tədbirlər planlaşdırılır: “Bildiyimiz kimi, Şamaxı həm də seysmik zonadır və tektonik hərəkətlər nəticəsində yollarda çökmələr, sürüşmələr və müxtəlif təbii dəyişikliklər baş verir. Bizim idarə bu yolların istismarına cavabdeh olaraq, cari təmir işlərini davamlı şəkildə həyata keçirir. Hazırda təmir-bərpa işlərinə hazırlıq gedir. Yaxın müddətdə Şamaxı, Qaleybuğurd və Sis kəndlərini birləşdirən əsas yolların əsaslı təmirinə başlanacaq”.
Qeyd olunub ki, hazırda mövcud vəziyyətə nəzarət davam etdirilir. İqlim və relyef faktorları nəzərə alınmaqla texniki tədbirlər müvafiq ardıcıllıqla həyata keçiriləcək. Gözlənilir ki, görüləcək işlər nəticəsində Şamaxının dağ kəndlərinə aparan yollar yaxın gələcəkdə daha təhlükəsiz və rahat nəqliyyat axını üçün tam uyğun vəziyyətə gətiriləcək.
Qeyd edək ki, həyata keçiriləcək təmir işləri kəndlərə gediş-gəlişi daha da asanlaşdıracaq, bölgənin iqtisadi və turizm potensialına müsbət təsir göstərəcək. Yeni yol infrastrukturunun yaradılması həm yerli sakinlərin gündəlik həyatını asanlaşdıracaq, həm də turizm marşrutlarının daha səmərəli planlaşdırılmasına şərait yaradacaq.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!