Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
23-06-2025, 20:54
İran ABŞ bazalarına hücuma keçdi - YENİLƏNİB

İran ABŞ bazalarına hücuma keçdi - YENİLƏNİB

İran silahlı qüvvələri ABŞ-ın Qətər və İraqdakı hərbi bazalarına qarşı əməliyyat keçirir.
İsrailin Ynet nəşri xəbər verir ki, İran qüvvələri Qətərdəki Amerika bazalarına 10 raket zərbəsi endirib. Başqa mənbələr 5 raketin atıldığını yazır.
Qətərin paytaxtı Dohanın cənub-qərbində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat qərargahının olduğu Əl-Udeyd aviabazası yerləşir.
Məlumata görə, İran silahlı qüvvələri İraqdakı Amerika bazasına bir raket atıb. Sözügedən Amerika bazası Ayn əl-Əsəddir. Baza üzərində hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.
Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib. Bundan sonra ABŞ kəşfiyyatı İranın ABŞ-ın bölgədəki bazalarına mümkün zərbələri barədə məlumat verib.

***

Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
İran televiziyası ordunun Qətərdəki ABŞ bazasına hücum etdiklərini bildirib.
"Axios"un məlumatına görə, İran Qətərdəki ABŞ hərbi bazaları istiqamətində 6 raket atıb.
23-06-2025, 20:17
Bu açıqlama Ermənistanın sülh niyyətli olmadığını göstərir - İCMA

Bu açıqlama Ermənistanın sülh niyyətli olmadığını göstərir - İCMA

Qərbi Azərbaycan İcması (QAİ) İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Qərbi Azərbaycan məsələsi ilə bağlı 21-22 iyun 2025-ci ildə İstanbulda qəbul etdiyi qərarlara münasibətdə Ermənistan Xarici İşlər Nazirliyinin 23 iyun 2025-ci il tarixində verdiyi bəyanatını sərt şəkildə qınayır.
Bu barədə İcmanın bəyanatında deyilir.
Qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyi sözügedən bəyanatında Qərbi azərbaycanlıların Ermənistandan guya könüllü köçdüklərini, Ermənistan tərəfindən onlara kompensasiya ödəndiyini və bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddia edir.
"Ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu bəyanatının başdan-başa yalan olduğunu bildirir.
Azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. Sonuncu deportasiya dalğasında azərbaycanlıların əksər hissəsinin – 300 minə yaxın insanın 1988-ci ilin noyabr ayının sonu – dekabr ayının əvvəlində cəmi bir həftə ərzində öz evlərini tərk edib Azərbaycana qaçmağa məcbur qalmaları, bu proses zamanı 216 nəfər azərbaycanlının qətlə yetirilməsi bu köçün zorakı deportasiya olmasını sübut edir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərir.
Qayıdış hüququndan imtina müqabilində “kompensasiya” ödənilməsi barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə Ermənistanın Baş naziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş bu yalanla bağlı Ermənistan tərəfi hələ də bir sübut ortaya qoymamışdır.
Ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı qeyd edək ki, bu ölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i, 600-dən çox məzarlıq isə yer üzündən silinmişdir.
Ermənistan hökumətinin yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi, dialoqdan yayınması bu ölkənin sülh və barışıq niyyətində olmadığını göstərir. Ermənistanın hazırkı hökuməti Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə əvvəlki hökumətlərin siyasətlərini davam etdirir.
Qərbi Azərbaycan İcması bir daha bəyan edir ki, haqq-ədalətin öz yerini tutması, öz ata-baba yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlıların öz evlərinə qayıtması, dağıdılmış mədəni irsin bərpası və insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün səylərini davam etdirəcək. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinə destruktiv siyasətindən əl çəkməsi üçün təzyiq göstərməyə, bütün dövlətləri, beynəlxalq təşkilatları Ermənistan Xarici İşlər Nazirliyinin 23 iyun 2025-ci il tarixində verdiyi sözügedən bəyanatı bu dövlətin irqi ayrı-seçkilik siyasətini sübut edən dəlil kimi pisləməyə çağırır", - QAİ-nin bəyanatında bildirilir.
23-06-2025, 20:10
Xameneinin varis planı işə düşdü

Xameneinin varis planı işə düşdü

İsrailin İrana hücumları və 86 yaşlı Ali Lider Ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı hədələrdən sonra Tehranda onun varisini müəyyənləşdirmək üzrə gizli müzakirələr intensivləşib.
Məlumata görə, Xameneinin iki il əvvəl özü tərəfindən təyin olunmuş üç nəfərlik komitə artıq varis məsələsində fəal hazırlıq mərhələsinə keçib.
Xamenei hazırda ailəsi ilə birlikdə xüsusi mühafizə bölməsinin qoruması altında gizli yerdə saxlanılır və proseslərdən daim məlumatlandırılır.
Əgər Xamenei hərbi toqquşma nəticəsində həyatını itirərsə, rəsmi Tehran dərhal yeni lider elan edərək ölkədə sabitlik və davamlılıq siqnalı verməyə çalışacaq.
İndiyə qədər aparılan müzakirələrdə iki əsas namizəd ön plana çıxıb: Xameneinin 56 yaşlı oğlu Müctəba Xamenei və İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni.
Müctəba Xamenei atasının sərt siyasi xəttini davam etdirən namizəd kimi tanınır. Həsən Xomeyni isə islahatçılarla yaxın münasibətləri və daha yumşaq, xarici dünyaya açıq mövqeyi ilə fərqlənir.
Mənbələr bildirir ki, mövcud hərbi vəziyyətdə daha “barışdırıcı” və daxili narazılıqları yumşalda biləcək liderə ehtiyac hiss olunur. Bu baxımdan Həsən Xomeyni bu günlərdə daha real namizədə çevrilib.
Bununla belə, Xamenei indiyə qədər oğlunun varis olmasına qarşı çıxıb və İranda monarxik idarəyə bənzər modelin yaranmasını istəmədiyini iddia edib.
Qeyd edək ki, İranın yeni ali lideri rəsmi olaraq 88 nəfərlik Ruhani Ekspertlər Məclisi tərəfindən seçilir.
Ekspertlər bildirirlər ki, Ali Liderin postuna namizədlər arasında əvvəllər ehtimal olunan digər şəxslər - sabiq prezidentlər Həşimi Rəfsəncani (2017), İbrahim Rəisi (2024-də helikopter qəzasında həlak olub), Sadiq Amoli Laricani isə bu gün faktiki olaraq siyasi proseslərdən kənarda qalıb.
Müharibə şəraitində yeni liderin seçilməsinin texniki və siyasi çətinlikləri də mövcuddur. Xüsusən, İsrailin hava zərbələri nəticəsində İnqilab Keşikçiləri Korpusunun bir sıra yüksək rütbəli komandirlərinin həlak olması hakimiyyətin ötürülməsində yeni risklər yaradıb.
ABŞ Prezidenti Donald Tramp isə ötən həftə sosial mediada bildirib: “Biz çox yaxşı bilirik ki, “Ali Lider” harada gizlənir. Onu vurmaq çətin deyil”.
Ekspertlər hesab edir ki, Xameneinin ölümündən sonra İran rejimi əvvəlki kimi olmayacaq və ciddi dəyişikliklər qaçılmazdır.
23-06-2025, 20:06
Arayik də həmin faktı təsdiqlədi

Arayik də həmin faktı təsdiqlədi

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırarkən Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin məskunlaşdırıldığını təsdiqləyib.
O, Azərbaycanla sərhədyanı bölgələrdə - Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qisminin həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada məskunlaşdıqlarını deyib və əlavə edib: “Çünki həmin ərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonunun coğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün geniş imkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə bu sahədə imkanlar daha çox idi”.
A.Harutyunyan məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib: “Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə ilə məşğul olmaq istədiklərini özləri seçirdilər”.
O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətindən olan şəxslərin də sonradan məskunlaşdırıldığını təsdiqləyib: “Bu, sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənim bildiyimə görə Kəlbəcər rayonunda da eyni vəziyyət olub”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 30-da davam etdiriləcək.
23-06-2025, 19:28
Rəsmi Bakıdan Ermənistana tutarlı cavab

Rəsmi Bakıdan Ermənistana tutarlı cavab

“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan XİN-in bəyanatına münasibət bildirərkən deyib.
O bildirib ki, Ermənistanın bu sənədlərin məzmununu təhrif etmək və tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq səylərinin daha bir nümunəsidir.
“İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən “indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə tarixi faktları əks etdirir və beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Ermənistanın iddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandan sistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-in azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın əsassız şəkildə təqdim etdiyi “ərazi iddiası” deyil, ədalətə və onların fundamental hüquqlarının bərpasına çağırışdır.
700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salmış və 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası ilə yekunlaşmış Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davam edən qanunsuz işğalı kontekstini nəzərə alaraq, Ermənistanın 2023-cü il antiterror tədbirlərinə dair iddiası da eyni dərəcədə əsassızdır.
İƏT-in Xocalı soyqırımı ilə bağlı Ermənistanın “təhrif olunmuş şərh” kimi rədd etdiyi qətnaməsi 1992-ci ilin fevralında Xocalıda qadın və uşaqlar daxil olmaqla, 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi qəddarlıq barədə danılmaz həqiqəti bir daha təsdiq edir. İnsanlıq əleyhinə bu cinayət beynəlxalq insan haqları təşkilatları tərəfindən sənədləşdirilib və bir çox ölkələr tərəfindən tanınıb. Ermənistanın, bu və digər hərbi cinayətlərə, o cümlədən işğal zamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətini etiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha da sarsıdır.
Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir. Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub.
İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür.
Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq”.

23-06-2025, 18:47
ABŞ böyük səhv edib - İran generalı

ABŞ böyük səhv edib - İran generalı

ABŞ-nin İran ərazisinə hücumu böyük səhv idi.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.
"Biz onun nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişik. Buna mütənasib şəkildə cavab verəcəyik", - o qeyd edib.
O, ABŞ Prezidenti Donald Trampın İrana hücum qərarı ilə bütün beynəlxalq qanunları pozduğunu bildirib.
23-06-2025, 17:34
“İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışır” - Kostanyan

“İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışır” - Kostanyan

Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş çox müsbət atmosferdə keçib.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan yerli mətbuata bildirib.
"Tərəflər ikitərəfli münasibətlər və regional proseslərlə bağlı bir-birinə öz mövqelərini təqdim edib. Ermənistan tərəfi bu görüşü müsbət qiymətləndirir".
Türkiyə prezidentinin İrəvanın "Sülh kəsişməsi" layihəsinə münasibətilə bağlı suala Kostanyan belə cavab verib:
"Təbii ki, regional kommunikasiyaların açılması mövzusu da müzakirə olunub. Hər iki tərəf blokun açılmasının vacibliyini vurğulayıb".
Azərbaycanın tələblərini davam etdirməsi, Türkiyənin isə bu tələbləri yerinə yetirmədən münasibətləri normallaşdırmayacağı bu halda münasibətləri tənzimləmək, sərhədləri açmaq mümkün olacaqmı?
Kostanyan suala belə cavab verib:
"Bu, üzərində işləmək lazım olan məsələdir. Eyni zamanda, məlum olduğu kimi, Ermənistan hökuməti məqsədyönlü şəkildə Azərbaycanla münasibətləri normallaşdırmaqla məşğuldur".
23-06-2025, 17:18
Təcridxanaya aparılan yeməyin içindən heroin çıxdı

Təcridxanaya aparılan yeməyin içindən heroin çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Bu zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılıb.
23-06-2025, 17:09
Azərbaycanda yaşamaq üçün 30 minə yaxın əcnəbi müraciət etdi

Azərbaycanda yaşamaq üçün 30 minə yaxın əcnəbi müraciət etdi

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) 47 min 755 müraciət qeydə alınıb.
DMX-dən verilən məlumata görə, müraciətlərdən 28 min 322-si əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.
Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 6 min 297 nəfər müraciət edib.
Bundan başqa, müraciətlərdən 11 min 26-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1 175-i isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!