CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                        SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirir .....                        Atəşkəs olmazsa ABŞ Ukraynaya hərbi yardım edəcək .....                        Təkəri partlayan yük maşını aşdı, sürücü yaralandı .....                        Türkiyədə təyyarə qəzası - yaralılar var .....                        Kollektorda ata və oğul boğuldu .....                        Tramp Medvedevin sözlərinə görə atom sualtı qayıqları göndərir .....                        Can Azərbaycana böhtan atan siz deyildinizmi? - Ərdoğan .....                        Azərbaycanda klinika direktoru bütün orqanlarını bağışladı .....                       
Dünən, 12:39
Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı


Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.
Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.
Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.
Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.
Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.
Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.
Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov
Dünən, 12:36
Sabah Bakıda 40, bölgələrdə isə 41 dərəcə isti olacaq


Sabah Bakıda 40, bölgələrdə isə 41 dərəcə isti olacaq

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 36-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.
Dünən, 12:30
Xırdalanda fəhlə hündürlükdən yıxılaraq öldü


Xırdalanda fəhlə hündürlükdən yıxılaraq öldü

Abşeronda fəhlə hündürlükdən yıxılaraq ölüb.
Hadisə Xırdalan şəhərində inşası davam edən çoxmərtəbəli binada qeydə alınıb.
Tikintidə fəhlə kimi çalışan 48 yaşlı şəxs hündürlükdən yıxılaraq ölüb.
Meyit müvafiq ekspertiza üçün təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Dünən, 12:22
Rusiya Kiyevə hücum etdi - Azərbaycan Evinə ziyan dəydi - FOTO


]Rusiya Kiyevə hücum etdi - Azərbaycan Evinə ziyan dəydi - FOTO

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.
Bu barədə Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov AZƏRTAC-a bildirib. Onun sözlərinə görə binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.
Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.




Dünən, 12:05
Azərbaycan - İran sərhədini pozalar SAXLANILDI


Azərbaycan - İran sərhədini pozalar SAXLANILDI

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Dünən, 11:53
Qəsdən yanğın törədən şəxslər həbs olundular


Qəsdən yanğın törədən şəxslər həbs olundular

Şəkidə qəsdən yanğın törədən şəxslər həbs olunublar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Aşağı Göynük kəndi ərazisində 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin rayon sakinləri - 48 yaşlı Məzahir Sadıqov və 40 yaşlı Asif Mahmudov olduqları müəyyən edilib. Onların özlərinə məxsus pay torpaq sahəsini şumlamağa hazır vəziyyətə gətirmək üçün qəsdən yandırdıqları və nəticədə yanğının daha böyük ərazini əhatə etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Dünən, 11:23
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmlədi


Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmlədi

Azərbaycan UEFA Konfrans və Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqindəki mövqeyini möhkəmlədib.
Əmsallarının sayını 18.750-yə çatdıran Azərbaycan 28-ci sırada qərarlaşıb.
Hazırda Ukrayna 19.225 xalla 27-ci, Rusiya isə 18.299 xalla 29-cu pillədə yer alır.
Çempionlar Liqasında çıxış edən "Qarabağ" evdə İrlandiyanın "Şelburn" klubunu minimal hesabla məğlub edib – 1:0. Dublindəki 3:0 hesablı qələbədən sonra növbəti mərhələyə vəsiqə qazanan Ağdam təmsilçisi bu raundda Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında isə "Sabah" səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Moldova təsmilçisi "Petrokub"u cavab qarşılaşmasında da üstələyib - 4:1. Bakı klubu növbəti mərhələdə Bolqarıstanın “Levski” kollektivini sınağa çəkəcək.
"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə 2:2 hesablı heç-heçə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən Naxçıvan klubu iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib və Kipr “Omoniya”sına rəqib olub.
"Zirə" isə səfərdə Xorvatiya "Hayduk"u ilə qarşılaşmanın əlavə vaxtında 1:2 hesabı ilə uduzub. Bakıdakı ilk matçda 1:1 hesablı bərabərlik qeydə alındığı üçün bu nəticə "qartallar"ı avrokuboklardan kənarda qoyub.
Dünən, 11:01
Şəkidə dağlıq ərazidə yanğın - VİDEO


Şəkidə dağlıq ərazidə yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Göynük, Palimet və Qax rayonu, Qaradolaq kəndləri istiqamətlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.

Dünən, 10:50
Putin heç vaxt məzuniyyətə çıxmır - KREML


Putin heç vaxt məzuniyyətə çıxmır - KREML

Rusiya prezidenti Vladimir Putin heç vaxt rəsmi olaraq məzuniyyətə çıxmır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, praktiki olaraq heç vaxt baş vermir, ona görə də o, heç vaxt rəsmi olaraq məzuniyyətə çıxmır. Dövlət başçısının funksiyaları isə məzuniyyətə çıxmaq imkanını nəzərdə tutmur", - o, qeyd edib.
Dünən, 10:39
Bu prospektdə təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!


Bu prospektdə təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2 avqust saat 08:00-dan 3 avqust saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!