Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
6-10-2025, 16:43
Bakıda 35 min manatlıq oğurluq


Bakıda 35 min manatlıq oğurluq

Paytaxtda oğurluq edənlər saxlanılıb.
Paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 000 manat dəyərində məişət əşyaları talamaları da məlum olub.
Binəqədi rayonunda isə evlərin birindən 800 manat və 7200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı R.Hüseynov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

6-10-2025, 16:13
Azərbaycan daha bir medal qazandı


Azərbaycan daha bir medal qazandı[/size]

III MDB Oyunları çərçivəsində qılıncoynatma yarışları davam edir.
Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycan təmsilçisi Mirxətai Məmmədov yarımfinala yüksəlib. İdmançı finala gedən yolda rusiyalı rəqibi Roman Selyutinə uduzub və bürünc medalla kifayətlənib.
Bununla da Azərbaycan qılıncoynadanlarının III MDB Oyunlarında qazandıqları medal sayı 6-ya çatıb. Medalların hər biri bürünc əyarlıdır.


6-10-2025, 16:06
Trampın prezidentlik postundakı varisi açıqlandı


Trampın prezidentlik postundakı varisi açıqlandı

ABŞ-ın hazırkı vitse-prezidenti Ceyms Devud Vens 2028-ci ildə Respublikaçılar Partiyasının prezidentliyə növbəti namizədi olacaq.
Bunu ABŞ-ın dövlət katibi Marko Rubio açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Rubionu prezident postunun potensial varisi adlandırmışdı.
“Düşünürəm ki, vitse-prezident Vens namizəd olmaq qərarına gəlsə, növbəti Respublikaçı namizəd o olacaq”, - Rubio Fox News-a müsahibəsində Trampın ondan bunu istəsə, prezidentliyə namizədliyini irəli sürməyə hazır olub-olmayacağını şərh edərkən deyib.
6-10-2025, 16:02
Zakir Həsənov Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb


Zakir Həsənov Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib.
F.Auld isə öz növbəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
Krallığın Azərbaycandakı hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
6-10-2025, 15:49
Samuxda qaynata keçmiş kürəkənini döyüb


Samuxda qaynata keçmiş kürəkənini döyüb

Samuxda 44 yaşlı kişinin döyülməsi ilə bağlı araşdırmaya başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, hazırda Samux rayon Polis Şöbəsində Z.Səmədovun döyülməsi ilə bağlı araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüququ qiymət veriləcək.
6-10-2025, 15:33
Qırğızıstanın Prezidenti Azərbaycana gəldi


Qırğızıstanın Prezidenti Azərbaycana gəldi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.
Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.








6-10-2025, 15:28
Fransanın baş naziri istefasının səbəbini açıqladı


Fransanın baş naziri istefasının səbəbini açıqladı

Fransanın bu gün vəzifədən gedən baş naziri Sebastian Lekornu istefasının səbəbini açıqlayıb.
France 24-ün məlumatına görə, Lekornu bildirib ki, istefa verməsinə səbəb vəzifədə qalması üçün şərtlərin yerinə yetirilməməsidir.
"Baş nazir kimi vəzifələrimi yerinə yetirməyim üçün şərtlər yerinə yetirilmədi", - deyə Lekornu qedy edib. Eks-baş nazir onu istefaya məcbur etdiyini bildirən fraksiyaların "partizan iştahlarını" qınayıb.
Lekornu siyasi partiyaları barışmazlıqda ittiham edib:
“Mən güzəştə getməyə hazır idim, lakin hər bir siyasi partiya digərinin öz proqramını tam şəkildə qəbul etməsini istəyirdi”.
O dolayısı ilə daxili işlər naziri Bruno Retaillonu və adlarını çəkmədən Respublikaçılar partiyasını tənqid edib.
6-10-2025, 14:52
İran ABŞ-la danışıqları bərpa etmək istəmir


İran ABŞ-la danışıqları bərpa etmək istəmir

İran Xarici İşlər Nazirliyi üç Avropa ölkəsinin nüvə məsələsinə yanaşmasının gələcək danışıqların gedişatını dəyişdiyini bəytan edib.
Bunu nazirliyin sözçüsü İsmail Bəqayi bazar ertəsi keçirdiyi mətbuat konfransında ildirib. O əlavə edib ki, Tehran bu mərhələdə ABŞ-la danışıqlar aparmaq niyyətində deyil.
Baqai nüvə danışıqlarında iştirak edən üç Avropa ölkəsinin son davranışlarını tənqid edərək, onların mövqeyini “məsuliyyətsiz və dağıdıcı” adlandırıb.
Onun sözlərinə görə, Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) mübahisələrin həlli mexanizmindən sui-istifadə edib. Halbuki onların İranıa danışıqlarda iştirakı üçün ilkin şərtləri tamamilə əsassızdır.
Baqainin sözlərinə görə, İran MAQATE ilə öz mühafizə öhdəliklərinə uyğun olaraq konstruktiv dialoq aparıb və Agentliyi qane edən yeni əməkdaşlıq çərçivəsinə nail olub. Avropa əvvəlcə bunu alqışlasa da, sonradan bu üç ölkə dəstəyini geri götürüb. O qeyd edib ki, üç Avropa ölkəsi tərəfindən atılan addımlar “rasional hesablama və ya hüquqi aspektləri nəzərə almaqdan daha çox ABŞ-ın tələblərinə əməl etməkdə inadkarlıqla diktə edilib. İranın bu məsələdə mövqeyinin Çin və Rusiya tərəfindən də dəstəkləndiyini deyən Baqai əlavə edib ki, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü kimi “bu hərəkətlərin qanunsuz olduğunu tez bir zamanda göstərib”.
İran da Təhlükəsizlik Şurasında Katibliyin davranışı ilə bağlı öz etirazını və tənqidini rəsmi şəkildə bildirib.
Qeyd edək ki, üç Avropa ölkəsi BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsi ilə nəticələnən “snapback mexanizmi” adlanan təşəbbüslə çıxış ediblər.
6-10-2025, 14:48
Naxçıvanda evdən kişi meyiti tapıldı


Naxçıvanda evdən kişi meyiti tapıldı

Naxçıvanda 1971-ci il təvəllüdlü Paşayev İlham Həsən oğlunun meyiti şəhərin Babək məhəlləsi, bina 11, mənzil 22 ünvanında tapılıb.
İ.Paşayev evdə tək yaşayırmış və dispanserdə alkoqol kimi qeydiyyatdadır.
Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.
6-10-2025, 14:29
Şabranda maşın ağaca çırpıldı - Sürücü öldü


Şabranda maşın ağaca çırpıldı - Sürücü öldü

Gəndob-Yalama avtomobil yolunda, Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü - Quba rayonunun Kələnov kənd sakini Elşən Rzaquliyev hadisə yerində ölüb. Avtomobildə olan bir qadın isə, xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. Meyit deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!