Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                        Qubadlıda böyük tikinti - 36 milyon manat ayrıldı .....                       
Bu gün, 16:20
Hərbi prokurora yeni müavin təyin olundu


Hərbi prokurora yeni müavin təyin olundu

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.
Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsində təyin olunub.
Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.
Bu gün, 16:13
Ermənistan vətəndaşları yenidən hakim qarşısına çıxarılacaq


Ermənistan vətəndaşları yenidən hakim qarşısına çıxarılacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.
Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Bu gün, 16:08
NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Baş katib


NATO Ukraynaya qoşun göndərməyə hazırlaşır - Baş katib

NATO baş katibi Mark Rutte bildirib ki, Avropa orduları sülh razılaşması əldə edildikdən dərhal sonra Ukraynada yerləşdiriləcək
Ali Radada çıxış edən baş katibin sözlərinə görə, Qərb ölkələrindən ibarət "könüllülər koalisiyası" müharibədən sonrakı təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə edib.
"Sülh razılaşması əldə edilən kimi, razılığa gələn NATO üzvləri dərhal silahlı qüvvələr, havada təyyarələr və dəniz dəstəyi göndərəcək".
O əlavə edib ki, digər NATO üzvləri başqa yollarla Ukraynaya kömək edəcəklər.
Bu gün, 16:04
Bakıda "JEK"lər ləğv edilməyəcək - RƏSMİ


Bakıda "JEK"lər ləğv edilməyəcək - RƏSMİ

Ötən ilin 23 dekabrında Nazirlər Kabineti “Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə” 408 nömrəli qərar qəbul edib. Qərara əsasən, köhnə JEK/MKİS strukturlarının bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisələrinin (MMC) yaradılması təşəbbüsü irəli sürülüb. Bu addım yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən MKİS-lərin işinin təkmilləşdirilməsini hədəfləyir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, sözügedən qərar Bakı şəhərinə şamil edilmir:
“Bakıda MKİS-lər ləğv olunmayacaq. Lakin yeni qurum yaradılacaq. Qurumun adı və vəzifə səlahiyyətləri dəyişdiriləcək. Digər detallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul edəcəyi yeni qərarla müəyyən olunacaq”.
Qeyd olunub ki, yanvarın 26-da “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti kommunal xidmətlərin təmin edilməsi məqsədilə müxtəlif növ malların satın alınması üçün ümumi dəyəri 23 milyon 863 min 427 manat 72 qəpik olan tender elan edilib.
Departamentdən bildirilib ki, ayrılan vəsait hesabına Bakı şəhəri üzrə tullantı qablarının alınması nəzərdə tutulur.
Qurumdan qeyd olunub ki, tullantı qabları kütləvi istismar şəraitində tez sıradan çıxdığı üçün yeniləri ilə əvəz ediləcək.
Eyni zamanda binaların fasadlarının təmiri də planlaşdırılır. Belə ki, bina üzləri suvanacaq, müxtəlif boya materiallarından istifadə olunacaq. Təmir işlərindən sonra yanğın təhlükəsinin yaranmayacağı bildirilib.
O da vurğulanıb ki, Mənzil-Kommunal İstismar Sahələrində (MKİS) çalışan işçilər üçün yeni geyim formaları alınacaq.
Qeyd edilib ki, 23 milyon manatlıq vəsaitin xərclənməsinə cavabdeh qurum “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dir.
Bu gün, 15:51
Kafedən oğurluq edənlər tutuldu - VİDEO


Kafedən oğurluq edənlər tutuldu - VİDEO

Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxslər kafenin arxa hissəsində yerləşən pəncərədən içəri daxil olaraq 160 manat pul və 400 manat dəyərində 2 mobil telefon oğurlayıblar.
Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Fərzəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar. Onların taladıqları telefonları satdıqları məlum olub.
Araşdırma aparılır.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!