İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
12-02-2026, 23:48
Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər


Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər

"20 Yanvar" və Şamaxinka istiqamətində nəzərdə tutulan tunel və digər yol layihələri Bakı şəhərində nəqliyyat sıxlığının azaldılmasına xidmət edir.
Bu layihələr 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 25 yol infrastrukturu layihəsi icra olunur. Onlardan dördündə tikinti işlərinə artıq başlanılıb, bir neçəsində isə yaxın vaxtlarda işlərə start veriləcək.

Pirşağı layihəsi – yeni nəqliyyat arteriyası

Əsas layihələrdən biri Pirşağı istiqamətində həyata keçirilir. Bu yol Bakı–Quba–Rusiya sərhədi magistralını Bakı–Şamaxı–Yevlax yolu ilə birləşdirəcək və Abşeron yarımadasında yeni nəqliyyat bağlantısı yaradacaq. Layihə çərçivəsində dəmir yolunun altından tunel inşa olunur. Bu, sürücülərə Bakı şəhərinə daxil olmadan şimal və şimal-qərb istiqamətlərində rahat hərəkət imkanı verəcək.
Ümumilikdə layihə çərçivəsində yollar, körpülər, üç tunel və bir sıra piyada keçidləri tikilir.

Koroğlu–Həsən Əliyev yolu

Digər iri layihə Koroğlu–Həsən Əliyev istiqamətində həyata keçirilir. Müzəffər Nərimanov küçəsindən başlayaraq Həsən Əliyev küçəsinə qədər uzanan, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel yeni prospekt yaradılır.
Uzunluğu 4 kilometr olan yol 6 hərəkət zolağından ibarət olacaq. Onun 2 kilometrlik hissəsi tunellərdən ibarətdir. Layihə çərçivəsində 4 tunel və 3 yeraltı piyada keçidi tikilir. İşlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Bu yol "Nərimanov", "Gənclik" və "Koroğlu" ərazilərindəki sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.

8 Noyabr – Babək – Heydər Əliyev prospekti bağlantısı

Yeni başlanmış layihələrdən biri də "8 Noyabr" prospektini Babək və Heydər Əliyev prospektləri ilə birləşdirəcək. Tunel vasitəsilə Babək prospektinin və dəmir yolunun altından keçid təmin ediləcək və birbaşa Heydər Əliyev prospektinə çıxış yaradılacaq. Bu da xüsusilə həmin istiqamətdə tıxacların azalmasına kömək edəcək.
Ümumilikdə həyata keçirilən layihələr tunellərin, körpülərin, yolötürücülərin və alternativ yol bağlantılarının tikintisini əhatə edir. Məqsəd Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu kompleks şəkildə yeniləmək və sürücülər üçün daha rahat hərəkət şəraiti yaratmaqdır.
12-02-2026, 23:10
Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi


Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi

Ağdam rayonunda qadın ev quşlarına verilən dərmandan zəhərlənib.
Rayon sakini 2002-ci il təvəllüdlü Elnarə Bədəlova Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti ağırdır.
İlkin məlumata görə, zəhərlənmə ehtiyatsızlıqdan baş verib.
12-02-2026, 22:45
Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır


Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmada İsrailin maraqlarının qorunmasının vacibliyini vurğulayıb.
Netanyahu bu barədə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi görüşdən sonra İsrailə qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Tramp İran məsələsində fikirlərini öyrənmək istəyib: “O, mənim mövqeyimi eşitmək istəyirdi. İranla hər hansı razılaşmanın mahiyyəti ilə bağlı ümumi skeptik yanaşmamı ifadə etdim”.
Baş nazir qeyd edib ki, mümkün razılaşmada yalnız nüvə proqramı deyil, həmçinin İranın ballistik raketləri və proksi qüvvələri ilə bağlı məsələlər də İsrail üçün önəm daşıyır və bunlar nəzərə alınmalıdır.
Netanyahu əlavə edib ki, görüşdə Qəzza zolağı ilə bağlı sülh planı da müzakirə mövzusu olub.
12-02-2026, 21:46
Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı


Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.
Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatmanın nəticəsinə əsasən, D liqasında çıxış edəcək yığmamız 2-ci qrupda yer alıb.
Birinci səbətdə olan Azərbaycan millisi Litva və Lixtenşteyn komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasının yeni mövsümü 2026-cı ilin sentyabrında başlayacaq.
12-02-2026, 21:27
Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb


Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçiyə İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsinin 47-ci ildönümü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin “X” səhifəsində məlumat verilib.
12-02-2026, 21:19
ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur


ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur

ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) Los-Ancelesdə Azərbaycan vətəndaşı Levon Georgiyeviç Hayrapetovu saxlayıb.
Saxlanılma 2 fevral tarixində həyata keçirilib və Hayrapetov prioritet hədəf kimi qiymətləndirilib.
ICE bildirir ki, Hayrapetov əvvəllər bir sıra cinayətlərə görə məhkum olunub. Ona qarşı irəli sürülən ittihamlar arasında quldurluq və iri məbləğdə oğurluq, narkotik vasitələrin satışı, qadağan olunmuş silah gəzdirmə, eləcə də lisenziya tələblərinin dəfələrlə pozulması var.
Hazırda o, Kaliforniya ştatında yerləşən Adelanto İmmiqrasiya Saxlama Mərkəzində (Adelanto ICE Processing Center) saxlanılır. 9 fevral 2026-cı ildə Ayrapetov ABŞ-ın Kaliforniya Mərkəzi Dairə üzrə Dairə Məhkəməsinə müraciət edərək saxlanılmasının qanuniliyini mübahisələndirən ərizə təqdim edib.
İş üzrə cavabdeh qismində Adelanto saxlanma mərkəzinin rəhbəri Devid Marin, ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem, baş prokuror Pamela Bondi və digər vəzifəli şəxslər göstərilib.
Federal məhkəmənin arxiv məlumatlarına əsasən, 2014-cü ildə də Hayrapetov oxşar məzmunlu müraciətlə Kaliforniyadakı islah müəssisəsində saxlanılmasını mübahisələndirib. Həmin vaxt məhkəmə onun vəsatətini təmin etməyib və işi bağlayıb.
Hazırda Hayrapetovla bağlı istintaq və immiqrasiya icraatı davam edir.
12-02-2026, 21:11
Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var


Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.
Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

12-02-2026, 18:43
Azərbaycanda zəlzələ olub


Azərbaycanda zəlzələ olub

İsmayıllıda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 17:54-də qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Yeraltı təkanların ocağı 18 kilometr dərinlikdə yerləşib.
12-02-2026, 18:14
Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib


Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib

Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun dəvəti ilə Milli Məclisin deputatları - Azərbaycan-Sloveniya parlamentlərarası işçi qrupunun rəhbəri Ağalar Vəliyev və qrupun üzvü Heydər Əsədov fevralın 10-11-də Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər ediblər.
Səfər çərçivəsində Milli Məclisin üzvlərinin Sloveniya Milli Assambleyasının Prezidenti Urşka Klakoçar Zupançiç, Baş nazirin müavini - xarici işlər naziri Tanya Fayon, Milli Assambleyanın Xarici siyasət komitəsinin sədr müavini Duran Stoyanoviç, Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebela ilə görüşləri keçirilib.
Görüşlərdə parlamentlərarası münasibətlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın cari vəziyyəti yüksək dəyərləndirilib, son illər ərzində reallaşan parlament və hökumət nümayəndə heyətlərinin səfərlərində əldə edilən razılaşmalardan məmnunluq ifadə olunub, qarşılıqlı əlaqələrin şaxələndirilməsi və inkişafı perspektivləri ətrafında faydalı müzakirələr aparılıb.
12-02-2026, 18:10
Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU


Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Vüqar Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirib və qarşı tərəflə barışıq əldə edildiyini deyib. Zərərçəkmiş tərəf sürücüyə yüngül cəza verilməsini xahiş edib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədəliyev 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə ötən ilin fevral ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib. 1965-ci il təvəllüdlü V.Məmmədəliyev idarə etdiyi "Saipa" markalı avtomobillə piyada, 1971-ci il təvəllüdlü Məryəm Novruzovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. M.Novruzova Bakıdakı orta məktəblərin birində ibtidai sinif müəlliməsi olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!