Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                        Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtları .....                        Tramp və Zelenski telefon danışığı apardılar .....                        Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək" .....                       
Bu gün, 02:22
Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI


Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla baş tutan son telefon danışığı barədə məlumat verib.
Zelenski bu barədə “Telegram” səhifəsində paylaşım edib. O bildirib ki, danışıq zamanı Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də müzakirələrə qoşulublar. Prezident qeyd edib ki, tərəflər müharibənin dayandırılması istiqamətində aparılan proses və komandaların gördüyü işlər ətrafında fikir mübadiləsi aparıblar.
Zelenski PURL proqramının əhəmiyyətini vurğulayıb, həmçinin Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi üçün ABŞ-dən hava hücumundan müdafiə sistemlərinin alınmasının vacibliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, telefon danışığında Cenevrədə keçiriləcək ikitərəfli görüşün gündəliyi və martın əvvəlində planlaşdırılan üçtərəfli formatda növbəti danışıqlara hazırlıq məsələləri də müzakirə olunub.
Ukrayna lideri bu prosesin gələcəkdə dövlət başçıları səviyyəsində görüşə zəmin yaradacağına ümid etdiyini bildirib və müharibənin başa çatması üçün ardıcıl diplomatik addımların vacibliyini qeyd edib.
Bu gün, 01:47
Braziliyada daşqınlarda 40 nəfər ölüb


Braziliyada daşqınlarda 40 nəfər ölüb

Braziliyanın cənub-şərqindəki Minas Jeraes əyalətində güclü yağışlar nəticəsində baş verən daşqınlarda ölüm sayı 40-a çatıb, 27 nəfər hələ itkindir.
Juiz de Fora və Uba şəhərlərində daşqın və torpaq sürüşmələri təxminən 3 600 nəfəri evsiz qoyub. Yerli və federal hakimiyyətlər zərərçəkənlərə yardım və sığınacaq təmin edir.
Əyalətdəki Juiz de Fora şəhəri bu ilin fevralını tarixdə ən çox yağış düşən ay kimi qeyd edib. Daşqınlar zamanı çox sayda ev dağılıb və insanların həyatına təhlükə yaranıb.
Bu gün, 01:18
ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır


ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır

ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqton Rusiya və Ukrayna arasında danışıqları elə bir mərhələyə çatdırmağa çalışır ki, tərəflər münaqişəni dayandırmaq üçün kifayət qədər nəticə əldə etdiklərini düşünərək kompromisə razı olduqlarını deyib.
Vens "Fox News" telekanalına müsahibəsində vurğulayıb ki, ABŞ administrasiyası tərəflərin asanlıqla razılığa gələcəyi ilə bağlı illüziyaya qapılmır.
Onun sözlərinə görə, məqsəd həm ruslar, həm də ukraynalıların qan tökülməsini dayandırmaq üçün yetərli nəticə əldə etdiklərini hiss etmələrini təmin etməkdir.
Vitse-prezident əlavə edib ki, bu vəzifə ABŞ Prezidenti Donald Tramp tərəfindən qarşıya qoyulub.
Bu gün, 00:50
Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO


Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO

Lənkəranda yeddi kəndi birləşdirən yolun çökməsi nəqliyyat vastələrinin hərəkətini çətinləşdirib.
Hirkan-Daşdatük-Biləsər yolunda sürüşmə aktivliyi son yağıntılardan sonra daha da artıb.
Yol yatağında yaranmış iri çatlar hətta 20-30 metr kənara doğru genişlənib. Sürücülər burada hərəkət etməyin həm çətin, həm də təhlükəli olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə, yol üzərindəki çatlara yağıntı sularının dolması buradakı sürşmə aktivliyini daha da artırıb. Nəticədə də yol tədricən keçilməz hala düşüb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yolun sözügedən hissəsi nəzarətdə saxlanılır, əraziyə baxış keçirilib və mövcud vəziyyət qiymətləndirilib. Texniki təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hava şəraiti imkan verdikdə ərazidə təmir-bərpa işlərinə başlanılacaq.

Bu gün, 00:21
ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ


ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ

ABŞ Maliyyə Nazirliyi İranın qeyri-qanuni neft satışları, ballistik raket və silah proqramları ilə əlaqəli 30-dan çox şəxs, qurum və “kölgə donanması”na daxil olan gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib.
Nazirliyin məlumatına görə, sanksiyalar İranın İnqilab Keşikçiləri Korpusu və Müdafiə Nazirliyinə silah istehsalı üçün lazım olan material və avadanlıqların əldə edilməsində rol oynayan şəbəkələri də əhatə edir.
ABŞ Prezidenti Donald Tramp administrasiyası İran iqtisadiyyatına təzyiqi artırmaq məqsədilə bu addımı atıb. Bildirilir ki, sanksiyalar çərçivəsində 12 “kölgə donanması” gəmisi və onların sahibləri və operatorları hədəf alınıb.
İran isə nüvə proqramının yalnız mülki enerji məqsədi daşıdığını bəyan edir. Tehran hələlik yeni sanksiyalarla bağlı rəsmi reaksiya verməyib.
Bu gün, 00:00
Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ


Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 34 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.
1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Xocalı soyqırımının il dönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
Hazırda 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.
Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!