Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
28-02-2026, 23:50
Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var”


Netanyahu: “Xameneinin öldüyünə işarə edən əlamətlər var”

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə endirilən zərbə zamanı İslam Respublikasının ali lideri Əli Xameneinin iqamətgahını hədəfə alıb.
Netanyahu televiziya ilə yayımlanan çıxışında bildirib ki, səhər saatlarında həyata keçirilən güclü və qəfil hücum nəticəsində Xameneinin yerləşdiyi bina kompleksi dağıdılıb.
Baş nazir əlavə edib ki, zərbə nəticəsində Xameneinin həlak olması ehtimalı mövcuddur. Onun sözlərinə görə, “İranda diktatorun artıq olmaya biləcəyinə dair əlamətlər var”.
Qeyd olunub ki, bu iddialar hələlik İran tərəfi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
28-02-2026, 23:45
Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var


Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1960-cı il təvəllüdlü A. Hüseynov, 1976-cı il təvəllüdlü R. Mirzəyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal yaralılara yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
28-02-2026, 23:37
Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı


Qəzza dünyadan təcrid olunur: bütün sərhədlər bağlı

İsrail ordusu İranın cavab hücumunu əsas gətirərək, məhdud keçidlər üçün açıq saxlanılan Rəfah Sərhəd Keçid Məntəqəsi də daxil olmaqla, Qəzzaya açılan bütün keçid məntəqələrini bağlayıb.
Bu barədə İsrail ordusunun Fələstin ərazilərində Hökumət Fəaliyyətlərinin Əlaqələndirilməsi Bölməsi açıqlama yayıb.
Açıqlamada vurğulanıb ki, Qəzzanın dünyaya açılan yeganə qapısı hesab edilən Rəfah Sərhəd Keçid Məntəqəsi də daxil olmaqla bütün keçidlər ikinci bir bildirişə qədər bağlı saxlanılacaq.
İsrailin bütün sərhəd keçidlərini bağlama qərarının hazırda aclıqla mübarizə aparan Qəzzadakı humanitar vəziyyətə təsir göstərməyəcəyi iddia olunub.
Təl-Əviv rəhbərliyi Qəzzanın dünyaya açılan yeganə sərhəd qapısı olan Misir sərhədindəki Rəfah Sərhəd Keçid Məntəqəsini fevralın 2-də yalnız piyadaların iki istiqamətli keçidi üçün açmışdı.
28-02-2026, 23:23
Şamaxıda yenidən zəlzələ olub


Şamaxıda yenidən zəlzələ olub

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.
28-02-2026, 23:13
ABŞ İrandakı hədəflərinin adlarını elan edib


ABŞ İrandakı hədəflərinin adlarını elan edib

ABŞ İrandakı hədəflərinin adlarını açıqlayıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının X-dəki açıqlamasında bildirilib.
"ABŞ və tərəfdaş qüvvələr hədəflərlə döyüşə bu gün səhər saatlarında başlayıb", - komandanlığın açıqlamasında deyilir:
"Hədəflərə İslam İnqilabı Keşikçiləri Korpusununun komandanlıq məntəqələri, İran hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları və raket buraxılış məntəqələri və hərbi aerodromlar daxildir".
28-02-2026, 23:05
Müharibə qərarı kimindir? ABŞ-də səlahiyyət savaşı


Müharibə qərarı kimindir? ABŞ-də səlahiyyət savaşı

ABŞ Konqresində Donald Trampın İrana qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə konqresmenlərin Vaşinqtona çağırılması və səsvermənin təşkili prosesi başlayıb.
Bir çox demokrat bu hücum hazırlıqlarını qanunsuz və Konstitusiyaya zidd kimi qiymətləndirir.
Demokratlar hesab edirlər ki, Donald Tramp İranla bağlı riskləri şişirdir və Amerika xalqı yeni “sonu görünməyən müharibə” istəmir. Konqres üzvləri prosesin dayandırılması üçün dərhal toplanmağa çağırırlar.
Müharibə səlahiyyətləri mübahisəsi ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti prezidentə deyil, birbaşa Konqresə məxsusdur.
1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qətnaməsi prezidentə müəyyən hallarda hərbi əməliyyatlara başlamaq imkanı versə də, bunun üçün Konqresə məlumat verilməsi tələb olunur.
Məlumat verilmədiyi və ya təsdiq alınmadığı halda, hərbi qüvvələr 60 gün ərzində geri çəkilməlidir.
ABŞ birbaşa hücuma məruz qaldığı hallarda prezidentin icra səlahiyyətləri qüvvədə qalır. Lakin müxaliflər bildirirlər ki, İran məsələsində ABŞ-yə qarşı konkret təhlükənin mövcudluğuna dair hər hansı sübut təqdim olunmayıb.
28-02-2026, 23:05
Gənc "Çeşmə"çilərin   könül çırpıntıları

Gənc "Çeşmə"çilərin

könül çırpıntıları


Fevral ayının 28-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə bir dəqiqəlik sükutla yad elədi. Sonra qeyd elədi ki, 2026- cı il başlayandan artıq ikinci görüşümüzdü keçirilir. Ənənə halını alan belə görüşlər hər ayın sonuncu istirahət günündə keçiriləcəyi nəzərdə tutulub. Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı.

Ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü AYB- nin Xəzər bölməsinin üzvü, tanınmış şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Ustad şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən, qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra söz şair İldırım Əlişoğlu Qəhrəmanova və "Sarı aşıq" Ədəbi Məclisinin sədri Adil Cəfakeşə, şair Vahid Çəmənliyə verildi. Beləcə şairlər- Əliyar Mərdiyev, gənc şair Azər Vahid, şair Bəradər Xanəliyev, şair Ziyadxan Budaq, "Qoşma" Ədəbi Məclisinin sədri Qəzənfər Məsimoğluna verildi. Onlar da "Çeşmə" Ədəbi Məclisinin əhəmiyyətindən danışıb, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdilər.

Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi.

"Çeşmə" Ədəbi Məclisinin gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edən məclis rəhbəri ilk dəfə məclisdə iştirak edən gənc şair Ülviyyə Əbülfəzqızına da söz verdi. Ülviyyə xanım müəllim olduğunu, ədəbiyyata bağlılığını bildirib, özünün yazdığı bir neçə şeirini səsləndirdi.

Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi, yazıçı Camafər Əliyeva da iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.

28-02-2026, 22:54
İranda idman zalına hücum: 20 nəfər həlak olub - YENİLƏNİB


İranda idman zalına hücum: 20 nəfər həlak olub - YENİLƏNİB

İranın cənubundakı Lamərd şəhərində yerləşən idman zalına endirilən zərbə nəticəsində 20-yə yaxın voleybolçu həyatını itirib.
Bu barədə SNN telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, Lamərd şəhərinin daxil olduğu Fars vilayəti ərazisinə ümumilikdə dörd raket düşüb. Hadisə nəticəsində təxminən 100 nəfərin yaralandığı bildirilir.

21:00

İranın Fars əyalətinin Lamerd rayonunun icra başçısı Əli Əlizadə şəhərdə bir idman zalı və iki yaşayış evinə qarşı həyata keçirilən İsrail-ABŞ hücumu nəticəsində “ən azı 15 nəfərin həyatını itirdiyini” bildirib.
İran mediasının məlumatına görə, Əlizadə İsrail və ABŞ-ın Fars əyalətinə yönəlmiş hücumları barədə açıqlama verib.
O qeyd edib ki, hücumlar zamanı bir idman zalı və iki yaşayış evi hədəf alınıb. Əlizadə “ən azı 15 nəfərin həyatını itirdiyini” və ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını vurğulayıb.
Rəsmi şəxs hücum zamanı çox sayda İran vətəndaşının da yaralandığını bildirib.
Bundan əlavə, İran televiziyası Qum, Bəndər-Abbas, Əlborz və Urmiya şəhərlərindən də partlayış səslərinin eşidildiyini açıqlayıb.
28-02-2026, 22:48
Xameneinin kürəkəni və gəlininin ölüm xəbəri yayıldı


Xameneinin kürəkəni və gəlininin ölüm xəbəri yayıldı

İranın ali lideri Əli Xameneinin kürəkəni və gəlininin raket hücumlarında həlak olduğu bildirilir.
Bu barədə Tehran Şəhər Şurasının üzvü Meysəm Müzəffərin açıqlamasında bildirilib.
Onların ABŞ və İsrailin İran ərazisinə yönəlmiş hava zərbələri nəticəsində öldüyü qeyd olunur.
Bu barədə Reuters agentliyi də xəbər yayıb.
Bir neçə digər İran mediası da Müzəffərin açıqlamasına istinad edib, lakin İranın dövlət mediası bu barədə məlumat yaymayıb. Bu məlumatın rəsmi təsdiqi və ya təkzibi hələ ki yoxdur.
ABŞ və İsrail şənbə günü Tehran da daxil olmaqla İrandakı hədəflərə qarşı bir sıra hücumlar həyata keçirib, nəticədə mülki şəxslər arasında ölənlər olub.
28-02-2026, 22:35
Ramazanın 11-ci gününün duası - İmsak və iftar vaxtları


Ramazanın 11-ci gününün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının on birinci günüdür.
İmsak vaxtı 05:49-a, iftar isə 18:47-ə təyin olunub.
On birinci günün imsak duası:

“Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis- səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl- müstəğisin”.

Tərcüməsi:

“İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!