“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
5-02-2026, 18:00
“Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski


“Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski

“Əgər biz müharibəni uduzsaq, Rusiyanın bir hissəsi olacağıq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Lakin Ukrayna Prezidenti bunun baş verməyəcəyinə əminliyini ifadə edib.
"Əgər bu müharibəni uduzsaq, sadəcə ölkəmizin müstəqilliyini itirəcəyik. İndiyə qədər onu qoruyub saxlaya bilmişik. Müstəqilliyimizi itirsək, Rusiyanın bir hissəsi olsaq, bu, tamamilə dəhşətli bir itki olacaq", - deyə Zelenski qeyd edib.
5-02-2026, 17:47
VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri


VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri

İştirakçı sayı 2000-ə qədər olan imtahanların hamısı elektronlaşdırılıb. Bu il peşəkar mühasib sertifikatı imtahanlarının hamısı elektron formatda keçirildiyi kimi, rezidenturaya qəbul imtahanlarının da bu qaydada təşkil olunması nəzərdə tutulur. Hazırda isə iştirakçı sayı 10 mindən çox olan imtahanların elektronlaşdırılması üzərində işlər aparılır.
Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu prosesdə əsas hədəflərdən biri regionlarda yaşayan namizədlər üçün əlçatanlığı təmin etməkdir: “Bunun üçün təkcə paytaxtda deyil, bölgələrdə də müvafiq şərait qurulmalıdır. Bununla əlaqədar olaraq DİM ilə Elm və Təhsil Nazirliyi arasında birgə iş aparılır.
Müəllimlərin işə qəbul imtahanları üçün nazirliyin müxtəlif regionlarda yaratdığı elektron mərkəzlərdən istifadə edilərək, ilk növbədə Azərbaycan dili (dövlət dili kimi) imtahanı elektronlaşdırılacaq. Rezidentura imtahanı isə bu il Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvanda elektron qaydada keçiriləcək. Beləliklə, əvvəllər regionlarda imkan olmadığı üçün Bakıya gəlməli olan namizədlər artıq imtahanlarını birbaşa yaşadıqları bölgələrdə verə biləcəklər”.
DİM sədri bildirib ki, iştirakçı sayı 100 min olan kütləvi imtahanların elektronlaşdırılması prosesi isə daha çox vaxt aparacaq: “Bu layihə çərçivəsində ilkin olaraq bir neçə regionda sınaq imtahanlarının keçirilməsi planlaşdırılır. Həmin sınaq imtahanlarına VIII sinif şagirdlərinin cəlb edilməsi nəzərdə tutulur. Onlar sistemi əvvəlcədən öyrənərək IX sinif buraxılış imtahanlarında daha rahat iştirak edə biləcəklər. Ümumilikdə bu proses 2-3 il çəkəcək”.
5-02-2026, 17:18
Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı


Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı

Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşların müalicə və dərman təminatının gücləndirilməsi istiqamətində mühüm addım atılır.
Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi xüsusi dövlət proqramı çərçivəsində dərman vasitələrinin satın alınması üçün irimiqyaslı tender elan edib.
Satınalmanın ehtimal olunan qiymət 10 560 089,72 azn (on milyon beş yüz altmış min səksən doqquz manat, yetmiş iki qəpik) təşkil edir.
Tenderin predmeti, əsasən, peritoneal və tarazlıq dializ avadanlıqları, həmçinin xəstələrin həyat fəaliyyəti üçün zəruri olan xüsusi ləvazimat və dərman preparatlarını əhatə edir.
5-02-2026, 17:14
İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO


İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb.
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola saldılar.


5-02-2026, 17:09
Almaniyadan BYD və Changan-a rəqib gəlir


Almaniyadan BYD və Changan-a rəqib gəlir

Almaniyanın Volkswagen holdinqinə məxsus elektromobillərin satış sayı 2025-ci ildə Avropa bazarında aparıcı elektrik avtomobili satıcısı olmuş Tesla-nı keçib.
Volkswagen-nin yeni elektromobil markaları Çinin BYD və Changan modellərinə cavab olaraq hazırlanıb.
Avropa avtomoil sənayesi dərin durğunluqdan sonra dünyada qiymət-keyfiyyət uyğunluğuna görə, alıcıların üstünlük verdiyi Çin avtomobillərinin hökmranlığına son qoymalıdır.
5-02-2026, 17:03
Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO


Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO

Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Sonuncu tədbir zamanı rayon ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb.
Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.

5-02-2026, 16:59
Bu icra başçılarının müavinləri ixtisara düşdü


Bu icra başçılarının müavinləri ixtisara düşdü

Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.
Həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı 4-dən 3-ə endirilib.
Belə ki, bir müddətdir ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.
Yeni struktur dəyişikliyi ilə Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı və yeni vəzifələri müəyyənləşib:
Başçının birinci müavini,
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,
Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.
Xatırladaq ki, əvvəllər bu iki şəhər icra başçısının müavinlərinin sayı dörd nəfər olub. Onlardan biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.
Hazırda Mingəçevirin icra başçısının müavinləri Məhluqə Cavadova (Birinci müavin), Hikmət Kərimov (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Fərid Məmmədovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Şirvanın icra başçısının isə birinci müavini hələ ki yoxdur. Onun digər müavinləri isə Aynur Fərzəliyeva (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Orxan İbrahimovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Məlumat üçün onu da bildirək ki, əvvəllər Şirvanın başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Məharət Mustafayev isə struktur dəyişikliyindən sonra müavinlərin siyahısında yer almayıb. O, başçının digər əmri ilə fəaliyyətini yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunda davam etdirir. Şöbə müdirinin müavini – sektor müdiri vəzifəsini icra edir.
Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür.
5-02-2026, 16:51
Amnistiya ilə azadlığa çıxan müğənni yenidən hakim qarşısında


Amnistiya ilə azadlığa çıxan müğənni yenidən hakim qarşısında

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində müğənni Dəniz Əsədova ifadə verib.
Qeyd edək ki, müğənni Dəniz Əsədova 2025-ci ilin dekabrında amnistiya aktı ilə azadlığa buraxılıb.
5-02-2026, 16:49
"Qurtuluş"un rəhbəri barədə məhkəmə qərarı


"Qurtuluş"un rəhbəri barədə məhkəmə qərarı

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, mərkəzin əməkdaşları - Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.
5-02-2026, 16:45
Sakinlər edam olunub, evləri yandırılıb - 170 ölü


Sakinlər edam olunub, evləri yandırılıb - 170 ölü

Silahlılar Nigeriyanın mərkəzi və şimalında bir sıra hücumlar həyata keçiriblər.
Hhadisələr nəticədə azı 170 nəfər həlak olub.
Məlumata görə, hücum edənlər sakinlərin əllərini bağlayıb, onları edam ediblər, evləri və mağazaları yandırıblar. Təhlükəsizlik qüvvələri sağ qalanları axtarır və hücum edənləri təqib edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!